Tezaurus
Təlimin məzmunu- şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar
şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlim nəticəsi- müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutlan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti- fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin
etmək üçün müəyyən olunan məzmununun zəruri hissəsidir.
Məzmun standartı- dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə
qoyulmuş dövlət tələbdir.
Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə qoyulan
dövlət tələbidir.
Təlim strategiyası- təhsil prosesində istifadə olunan forma, metod, üsul və
vasitələrin məcmusudur.
Kurrikulum- təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə,
məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual
sənəddir.
Dərslik- dövlət təhsil standartları əsasında hazırlanmış kurrikulumlara uyğun
olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin
aşılanmasına, demakratik dünyagörüşünün formalaşmasına imkan yaradan,
onları düşünməyə sövq edən, məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter
daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.
Do'stlaringiz bilan baham: |