Kafedra: Psixologiya Fənn: Psixoloji xidmət və psixoloji praktikum Qrup


Məktəbəqədər tərbiyəçi-müəllimlərlə aparılan psixoloji maarifləndirmə və psixokonsultativ işlər


Download 498.54 Kb.
bet4/6
Sana23.12.2022
Hajmi498.54 Kb.
#1047146
1   2   3   4   5   6
Bog'liq
Kəmalə Praktikum

Məktəbəqədər tərbiyəçi-müəllimlərlə aparılan psixoloji maarifləndirmə və psixokonsultativ işlər.
Müəllim və tərbiyəçinin peşəkar fəaliyyətinin səmərəliliyi, onların peşə mühiti ilə yanaşı, pedaqoji ünsiyyət bacarıqlarından şagirdlərin yaş və ya psixoloji xüsusiyyətləri haqqında biliklərinin və səviyyəsindən, başqa sözlə desək, peşə səriştəliliyindən əhəmiyyətli dərəcədə asılıdır.
Ali pedaqoji məktəblərdə gələcək müəllimlərin psixoloji hazırlıq səviyyəsi ilə müasir məktəbin müəlliminə verilən peşəkar fəaliyyət tələblər arasındakı ziddiyyət danılmaz fakta çevrilmişdir. Müəllimin psixoloji səriştəliliyi onun peşəkar fəaliyyətinin zəruri tərkib hissəsi olduğuna görə, hər şeydən əvvəl ali məktəblərdə psixologiya kursunun praktiki istiqaməti psixoloji biliklərin konstruktiv imkanları genişləndirilməlidir. Fikrimizcə, həm müəllimin peşəkar psixoloji səriştəliliyinin yüksəldilməsində, aşağıdakı amillər kompleks şəkildə nəzərə alınmalıdır:

  • psixologiya üzrə qazanılmış bilik, bacarıq və vərdişlərinin səviyyəsi;

  • müəllimin öz gələcək peşəkar pedaqoji fəaliyyətində psixoloji biliklərin rolunu və əhəmiyyətini aydın dərk etməsi;

  • şagirdlərlə iş prosesində psixoloji biliklərdən istifadə bacarıqları;

  • uşaqlar gedən proseslərinin, emosional və iradə aləminin, xarakter əlamətlərinin formalaşdırılmasınında, psixoloji situasiyanın qiymətləndirilməsində və rasional təsir metodlarından istifadə bacarıqları;

  • uşağın hərtərəfli inkişafı üçün onun psixikasına uzunmüddətli optimal təsir imkanları.

Pedaqoji konsiliumların təşkili və keçirilməsində psixoloq mütəxəssis mövqeyini ortaya qoymağa bacarmalı, şagirdlər haqqında məlumatlar yalnız müəllimlərdən deyil, müxtəlif mənbələrdən əldə edilməsinin mümkünlüyünü və zəruriliyini əsaslandırmağı bacarmalıdır.
Müasir dövrdə, müəllimin pedaqoji şüuruna, yeni pedaqoji təfəkkürə əsaslanan təhsil quruculuğu prosesində hər bir müəllim psixoloji bilik və bacarıqlara böyük tələbat hiss edir. Ona görə də, bu sahədəki mövcud boşluğu doldurmaq üçün psixoloji xidmət sisteminin də onu həyata keçirən əsas şəxs kimi praktik məktəb psixoloqunun üzərinə bir sıra vəzifələr düşür:

  1. Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərin təbliğinin forma və metodların müəyyənləşdirilməsi;

  2. Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi,;

  3. Müəllimlərin korreksiya metodları ilə tanış edilməsi.

Psixoloji- pedaqoji konsilium praktik psixoloqun əsas iş metodlarından biri kimi.
Psixoloqun bir mütəxəssis kimi fəaliyyətində başlıca məqamlardan biri zəruri anlarda öz mövqeyini ortaya qoymaq bacarığıdır. Psixoloq heç də müəllimlərin fəaliyyətini qiymətləndirmir, onları mühakimə etmir, fəaliyyətlərinin nəticələrini ekspertizadan keçmir. O, müəllimlərlə əməkdaşlıq şəraitində onların qarşılaşdıqları problemlərin həll edilməsində mütəxəssis məsləhətçi kimi öz xidmətini təklif edir, onlara zəruri konsultasiyalar verir. Psixoloq təhsil müəssisələrində müəllim və tərbiyəçilərlə aşağıdakı vəzifələrin yerinə yetirilməsini təmin edir:

  • Pedaqoqların psixoloji cəhətdən müdafiəsi üçün şəraitin yaradılması;

  • Şəxsi və peşəkarlıqla bağlı problemlərin həllində pedaqoqlara kömək göstərmək;

  • Zəruri hallarda pedaqoqun emosional gərginliklə bağlı problemlərinin həll edilməsi;

  • müəssisənin kadr siyasəti ilə bağlı məsələlərin həllində (müəllimlərin işə götürülməsi, işçi qruplarının yaradılması, işdən azad etmə məzuniyyət və s.) metodistlərə və məktəb rəhbərliyindən tövsiyələr vermək və s.

Psixoloq məktəb rəhbərləri və müəllimləri uşaqları və uşaq kollektivini öyrənmək üçün zəruri olan xüsusi bir metodikalarla tanış etməli, bu metodikalarla işləməyin yollarını göstərməlidir. Bu baxımdan psixoloqun iş formalarından biri pedaqoji –psixoloji konsulumdur.
Praktik psixoloq pedaqoji -psixoloji konsiliumda aşağıdakı konkret məsələlər üzrə tədbirləri həyata keçirir:

  • Təhsil müəssisəsində pedaqoji kollektivlə peşəkar qarşılıqlı münasibətlərin təhlil edilməsi;

  • uşaqların pedaqoji- psixoloji statusunun qiymətləndirilməsi;

  • Şagirdlərin imicinin formalaşdırılması üçün meyarların və rəylərin konkret arqumentlərlə əsaslandırılması;

  • uşaqların inkişafındakı patologiya və normadan kənaraçıxma hallarının psixoloji təhlili və qiymətləndirməsi;

  • şagirdlərin bilikləri mənimsəməsində və idrak proseslərinin inkişafındakı maneələrin aradan qaldırılması üçün əməli təkliflərin irəli sürülməsi;

  • Şagirdlərin öyrənilməsi üçün psixodiaqnostik funksiyaların bölüşdürülməsi;

  • Psixi inkişaf haqqında proqnozlarla diaqnostik müayinənin nəticələrinin müqayisəsi və təhlili ;

  • Psixi və əqli inkişafda öz yaşıdlarını qabaqlayan , geridə qalan, həmçinin “risk qrupu”na aid edilən uşaqlarla fərdi və qrup halında məşğələlərin təşkili üçün müəllimlərə əməli köməkliyin göstərilməsi;

  • məktəbdə şagirdlərin inkişafı üçün pedaqoji fəaliyyətin subyektləri arasında əlverişli psixoloji iqlim və səmərəli əməkdaşlıq mühitinin yaradılması imkanlarının araşdırılması;

  • Pedoqoji kollektivdəki konfliktləri aradan qaldırmaq yollarının təhlil edilməsi;

  • Pedaqoji etikanın pozulması, ünsiyyət tərzini kəskinləşməsi hallarını yaradan səbəblərin təhlil edilməsi və qiymətləndirilməsi.



Download 498.54 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling