Kvant mexanikası


Download 64.27 Kb.
Sana01.04.2023
Hajmi64.27 Kb.
#1318329
Bog'liq
Kvant mexanikasi




İxtisas:

Fizika




Kurs:

IV




Fənn:

Kvant mexanikası




Tədris ili:

2017-2018 (qış)













Ss

Sual

Cavab

1.

Kvant mexanikası aşağıdakılardan hansını öyrənmir? A)hal funksiyasını, superpozisiya prinsipini, fiziki dəyişəni müəyyənləşdirən operatorları B)sıradəyişən(kommutativ) və sıradəyişməyən(kommutativ olmayan) operatorların özəlliyi, fəza və zamanın bircinsli və izotopluğu, bəzi operatorların aşkar şəklinin tapılması C)zərrəciyin halının Şrödinger tənliyinin zaman ərzində sistemin evolyusiyasını təyin etməsi, qeyri-müəyyənlik münasibətinin varlığı D)çoxlu sayda zərrəciklərdən ibarət makroskopik sistemlərin-cisimlərin termodinamik tarazlıq halında bütün fiziki xassələri



D

2.

Kvant mexanikasında zərrəcik və ya kvant sistemi hansı funksiya ilə xarakterizə olunur? A)Ψ(r,t,σ...) B)f(r,t,σ...) C)I(r,t,σ...) D)A(r,t,σ...)



A

3.

Dalğa funksiyası aşağıdakı şərtlərdən hansını ödəmir? A)arqumentə görə kəsilməz funksiyadır B)birqiymətli və sonlu funksiyadır C)sonsuz və kəsilən funksiyadır D)kvadratik inteqrallanan, yəni *ΨdV olmalıdır

C

4.

Həm zərrəciyin mexaniki xassəsini və həm də dalğa özəlliyini göstərən anlayış necə adlanır? A)dalğa funksiyası B)ehtimal sıxlığı C)kommutativ operatorlar D)ermit qoşma operatorlar



B

5.

Kvatratik inteqrallanan, arqumentə görə kəsilməz olan, birqiymətli, sonlu funksiya necə adlanır? A)dalğa funksiyası və ya hal vektoru B)məxsusi funksiya C)kvaziklassik funksiya D)klassikəbənzər funksiya

A

6.

Klassik superpozisiyada iki rəqsin,x1=a1 sinωt və x2=a2 sinωt rəqslərinin toplanması nəticəsində aşağıdakılardan hansı alına bilər? A)x=(a1-a2)sinωt B)x=(a1+a2)sinωt C)x=(a2-a1)sinωt D)x=a1a2 sinωt

B

7.

Kvaziklassik funksiya aşağıdakılardan hansı ilə təyin olunur? A)Ψ=ae(i/h)I(r,t) B)Ψ=ae-(i/h)I(r,t) C)Ψ=aeI(r,t) D)Ψ=ae-I(r,t)

A

8.

Operator (işləmci) nəyə deyilir? A)verilmiş çoxluqda bir funksiyanı başqa bir funksiyaya çevirən əməliyyata deyilir B)həm zərrəciyin mexaniki xassəsini və həm də dalğa özəlliyinin göstərən anlayışa deyilir C)vektorlardan təşkil olunan Hilbert fəzasına deyilir D)kvadratik inteqrallanan funksiyaya deyilir



A

9.

Aφ=aφ bərabərliyində φ və a necə adlanır? A) φ A operatorunun məxsusi qiyməti, a A operatorunun məxsusi funksiyasıdır B) φ A operatorunun kvaziklassik funksiyası, a A operatorunun məxsusi funksiyasıdır C) φ A operatorunun məxsusi funksiyası, a A operatorunun kvaziklassik funksiyasıdır D) φ A operatorunun məxsusi funksiyası, a A operatorunun məxsusi qiymətidir



D

10.

Kvant mexanikasında hansı operatorlardan istifadə olunmur? A)xətti operatorlardan B)öz-özünə (ermit)qoşma operatorlardan C) iki özəlliyi olan operatorlardan D)bir özəlliyi olan operatorlardan

D

11.

Operatorun özəlliyinə görə dinamik dəyişəni müəyyən etmək məqsədi ilə qəbul olunan postulatlardan hansı yalnışdır? A)hər bir dinamik dəyişən xətti və ermit operatorla təmsil olunur B)heç bir dinamik dəyişən xətti və ermit operatorla təmsil olunmur C)operatorun məxsusi qiyməti Ψ=FΨ F müşahidə olunan F kəmiyyətinin eynisi olur və onlar həqiqi kəmiyyətlərdir D)ixtiyari halı xarakterizə edən Ψ funksiyasının məxsusi funksiyalarının Ψk cəmi şəklində yazılışında ak əmsalları bu və ya başqa fiziki kəmiyyətin hər hansı bir qiymət alma ehtimalını təyin edir

B

12.

Ψ=FΨ tənliyinin həllində bir F kəmiyyətinə bir neçə hal funksiyası uyğun gəlir.Bu hal necə adlanır? A)xətti operator B)ermit operator C)cırlaşmış hal D)məxsusi funksiya

C

13.

Əgər operatorlar sıradəyişəndirsə belə operatorlar necə adlanır? A)kommutativ olmayan operatorlar B)kommutativ operatorlar C)ermit operator D)xətti operator

B

14.

x,y,z koordinatları eyni zamanda dəqiq ölçülən kəmiyyətlərdir, çünki x,y,z operatorları: A)xətti operatorlardır B)ermit operatorlardır C)kommutativ operatorlardır D)kommutativ olmayan operatorlardır

C

15.

İmpuls momentinin saxlanması qanunu necə alınır? A)fəzanın izotropluğundan B)fəzanın anizotropluğundan C)fəzanın bircinsliyindən D)fəzanın kommutativliyindən

A



16.

L=t-ih[r ]=[rP] ifadəsi ilə hansı kəmiyyət təyin olunur? A)koordinat operatoru B)impuls momenti operatoru C)xətti operator D)ermit operatoru

B

17.

(cos ( ifadəsi ilə təyin olunan kəmiyyət hansıdır? A)impuls momenti operatoru B)Şrödinger tənliyi C)Lejandr polinomu D)Hilbert fəzası

C

18.

ih ifadəsi ilə hansı kəmiyyət təyin olunur? A)Hilbert fəzası B)Lejandr polinomu C)Koordinat operatoru D)Şrödinger tənliyi

D

19.

Lejandr polinomunun ifadəsinə daxil olan l və m kvant ədədləri necə adlanır? A)l-maqnit kvant ədədi,m-məxsusi qiymət B)l-məxususi qiymət,m-orbital kvant ədədi C)l-orbital kvant ədədi,m-məxsusi qiymət D)l-orbital kvant ədədi,m-maqnit kvant ədədi

D

20.

Enerjinin orta qiyməti üçün hansı ifadə doğrudur? A)E=K+U B)E=K-U C)E=U-K D)E=(K+U)/2

A

21.

Sonsuzluqda sıfıra yaxınlaşan potensiallı sahədə (U enerji hansı qiymətləri alır? A)E 0 olur və kəsilməz qiymətlər alır C)E alır D) E olur və kəsilməz qiymətlər alır

C

22.

Sistemin halı rabitəli hal olduqda və sistemin ayrı-ayrı hissələri bir-biri ilə əlaqəli olduqda, hərəkət sonlu məsafədə baş verir. Belə hərəkət necə adlanır? A)finit hərəkət B)infinit hərəkət c)hərəkət sonlu məsafədə baş verə bilməz D)həm finit, həm də infinit ola bilər

A

23.

Məxsusi qiymətlər müsbət oduqda, spektr kəsilməz spektrə uyğun gəlir. Bu zaman hərəkət sonsuzluğa qədər gedir. Belə hərəkət necə adlanır? A)həm finit, həm də infinit ola bilər B)sonsuzluğa qədər gedən hərəkət ola bilməz C)infinit D)finit

C

24.

Şrödinger tənliyinin dalğa funksiyası hansı şəkildə olur? A)Ψs(r,t)=Ψ(r) e(-i/h)Et B)Ψs(r,t)=Ψ(r) e(i/h)Et C)Ψs(r,t)=Ψ(r) e(-i/h) D) Ψs(r,t)=Ψ(r) eET

A

25.

HˆΨ(r)=EΨ(r) tənliyi ilə hansı kəmiyyət təyin olunur? A)stasionar halın Şrödinger tənliyi B)Lejandr polinomu C)Hilbert fəzası D)İmpuls momenti operatoru

A

26.

Stasionar halda ehtimal sıxlığı zamandan necə asılıdır? A)kvadratik düz mütənasibdir B)düz mütənasibdir C)asılı deyil D)tərs mütənasibdir

C

27.

Kvant mexanikasının hərəkət tənliyində aşağıdakı bərabərliklərdən hansı qəbul olunmalıdır? A) B) C) D)

A

28.

Ermitlik şərti aşağıdakılardan hansıdır? A) *Ψ*Ψdν= Ψ*dV B) *Ψ*Ψdν= *H*ΨdV C) *Ψdν= *H*dV D) *Ψ*dν= *HdV



B

29.

( - ) tənliyi ilə hansı kəmiyyət təyin olunur? A)dinamik dəyişənin zamana görə orta qiyməti B)dinamik dəyişənin zamana görə dəyişməsi C)hərəkət tənliyi D)Hilbert fəzası

C

30.

( - ) ifadəsi necə adlanır? A)stasionar halın Şrödinger tənliyi B)Puassonun kvant mötərizəsi C)Hamilton operatoru D)Lejandr polinomu

B

31.

F operatorları H operatorları ilə kommutasiya edərsə, aşağıdakılardan hansı doğru olar? A) = B) =0 C) D) =0

D

32.

+divj=0 tənliyi necə adlanır? A)kəsilməzlik tənliyi B)cərəyanın ehtimal sıxlığı C)Puasson tənliyi D)Hamilton operatoru

A

33.

+divj=0 ifadəsi aşağıdakılardan hansına uyğundur? A)maddə miqdarının saxlanması qanunu B)impuls momentinin saxlanması qanunu C)yükün saxlanması qanunu D)kəsilməzlik tənliyi

C

34.

Sonsuz həcmi əhatə edən səthdən keçən selin miqdarı necə olar? A) =0 B) =1 C) =-1 D) =j0

A

35.

+divj=0, m=sabit ifadəsi aşağıdkılardan hansına uyğundur? A)maddə miqdarının saxlanması qanunu B)impuls momentinin saxlanması qanunu C)yükün saxlanması qanunu D)kəsilməzlik tənliyi

A

36.

=
=gradU ifadəsi ilə hansı kəmiyyət təyin olunur?

A)kvant mexanikasında Neyman tənliyi B)kvant mexanikasında Şrödinger tənliyi C)kvant mexanikasında Hamilton -Yakobi tənliyi D)kvant mexanikasında Nyuton tənlikləri



D

37.

Hamilton Yakobi tənliyi aşağıdakılardan hansıdır? A) B) C) A) D) -U=E

B

38.

tənliyi necə adlanır? A)Hamilton-Yakobi tənliyi B)Şrödinger tənliyi C)kvaziklassik tənlik D)Neyman tənliyi

C

39.

Sistemin halı dalğa funksiyası ilə xarakterizə olunanda yaranan hal necə adlanır? A)cırlaşmış hal B)qarışıq hal C)”təmiz” hal D)Ermit hal

C

40.

Sıxlıq matrisinin sətir və sütunlarının sayı nəyə bərabərdir? A)qarışıq hallara uyğun olan asılı olmayan halların sayına B)Təmiz hallara uyğun olan asılı olan halların sayına C)cırlaşmış hallara uyğun olan asılı olmayan halların sayına D)təmiz hallara uyğun olan asılı olmayan halların sayına

D

41.

Ə gər polyarizasiyanı nəzərə almasaq ,sıxlıq matrisi necə olar? A) B) C)


D)



A

42.

Potensial qutu nəyə deyilir? A)potensial enerjisi daxildə U0, kənar yerlərdə isə U olan qapalı sistemə deyilir B)potensial enerjisi həm daxildə, həm də kənar yerlərdə U olan sistemə deyilir C)potensial enerjisi həm daxildə, həm də kənar yerlərdə U0 olan sistemə deyilir D)potensial enerjisi daxildə U, kənar yerlərdə isə U0 olan qapalı sistemə deyilir.

A

43.

Tunel effekti nəyə deyilir? A)x=a nöqtəsindən sonra zərrəciyin enerjisi artır, amma zərrəciyin intensivliyi azalır B)x=a nöqtəsindən sonra zərrəciyin enerjisi azalır, amma zərrəciyin intensivliyi artır C)x=a nöqtəsindən sonra zərrəciyin enerjisi eyni qalır, amma zərrəciyin intensivliyi azalır D)x=a nöqtəsindən sonra zərrəciyin enerjisi artır, amma zərrəciyin intensivliyi eyni qalır

C

44.

Mərkəzi sahə nəyə deyilir? A)potensial enerjinin radius vektorunun yalnız mütləq qiymətindən asılı olduğu sahə B)potensial enerjinin radius vektorunun mütləq qiymətindən asılı olmadığı sahə C)kinetik enerjinin radius vektorunun yalnız mütləq qiymətindən asılı olduğu sahə D)kinetik enerjinin radius vektorunun mütləq qiymətindən asılı olmadığı sahə

A

45.

Ətalət momentinin riyazi ifadəsi hansıdır? A)ma=I B)m2a=I C)m2a2=I D) ma2=I

D

46.

Xətti harmonik ossilyator nəyə deyilir? A)kvazielastiki qüvvə F=-kx təsiri nəticəsində müəyyən tezliklə rəqs edən m ketləli obyektə deyilir B)kvazielastiki qüvvə F=kx təsiri nəticəsində müəyyən tezliklə rəqs edən m ketləli obyektə deyilir C)kvazielastiki qüvvə F=-kx2 təsiri nəticəsində müəyyən tezliklə rəqs edən m ketləli obyektə deyilir D)kvazielastiki qüvvə F=kx2 təsiri nəticəsində müəyyən tezliklə rəqs edən m ketləli obyektə deyilir

A

47.

Ossilyatorun məxsusi tezliyi hansı ifadə ilə təyin olunur? A) 0= B) 0= C) 0= D) 0=



B

48.

Ossilyatorun potensial enerjisi hansı ifadə ilə təyin olunur? A)U= B)U= C)U= D)U=

C

49.

Ekl= ifadəsi ilə hansı kəmiyyət təyin olunur? A)ossilyatorun məxsusi tezliyi B)ossilyatorun potensial enerjisi C)klassik fizikaya görə xətti harmonik ossilyatorun enerjisi D)ossilyatorun kinetik enerjisi

C

50.

Ossilyatorun minimal enerjisi aşağıdakılardan hansıdır? A) B) C) D)

D

51.

un(y)=Hn(y)=cney2 ifadəsi ilə təyin olunan kəmiyyət hansıdır? A)Lejandr polinomu B)ossilyatorun minimal enerjisi C)ossilyatorun hal funkiyası D)Ermit polinomu

D

52.

Ψn(y)=cne-y2/2 Hn ifadəsi ilə təyin olunan kəmiyyət hansıdır? A)ossilyatorun minimal enerjisi B)Lejandır polinomu C)ossilyatorun hal funksiyası D)ermit polinomu



C

53.

Nüvənin Kulon sahəsində zərrəciyin hərəkəti necə adlanır? A)Kepler məsələsi B)Ermit polinomu C)Lejandr polinomu D)Hilbert fəzası

A

54.

( + +E)Ψ(r)=0 tənliyi üçün aşağıdakılardan hansı doğrudur? A)Kepler tənliyidir B)Laqerr polinomudur C)hidrogen atomu üçün Şrödinger tənliyidir D)Lejandr polinomudur

C

55.

Hidrogen atomunun enerjisi necə qiymətlər alır? A)enrji kvantlanır və diskret qiymətlər alır B)enerji kvantlanır və kəsilməz qiymətlər alır C)enerji kvantlanmır və diskret qiymətlər alır D)enerji kvantlanmır və kəsilməz qiymətlər alır

A

56.

Ridberq sabitinin qiyməti üçün hansı doğrudur? A)R=138,58sm-1 B)R=831,58sm-1 C)R=109677,58sm-1 D)R=6977,58sm-1

C

57.

Ridberq sabiti hansi ifadə ilə hesablanır? A)R= B)R= R= D)R=

B

58.

n-baş kvant ədədinin aldığı qiymətlər çoxluğu hansıdır? A)n=- ,…,-3,-2,-1,0 B)n=- ,…,-3,-2,-1,0,1,2,3,…, C)n=0,1,2,3,…, D)n=1,2,3,…,

D

59.

k= =n(n-1)+n=n2 ifadəsi ilə hansı kəmiyyət təyin olunur? A)Laqerr polinomu B)Ermit polinomu C)cırlaşma dərəcəsi D)Lejandır polinomu

C

60.

= tənliyi ilə hansı kəmiyyət təyin olunur? A)Kepler tənliyi B )Şrödinger tənliyi C)Hamilton operatoru D)Dirak tənliyi

C

61.

=(c 1 P+ 3mc2) tənliyi necə adlanır? A)Dirak tənliyi B)Kepler tənliyi C)Hamilton operatoru )Şrödinger tənliyi

A

62.

Təcrübi faktlara görə, enerji səviyyələri: A)alt səviyyələrə parçalanmır B)bir-biri ilə uzaq məsafədə yerləşən bir neçə alt səviyyələrə parçalanır C) bir-birinə yaxın bir neçə alt səviyyələrə parçalanır D)bir-birinə yaxın olan 4 alt səviyyəyə parçalanır

C

63.

Mexaniki spin momentinin zərrəciklərə xas olması: A)yüklü zərrəciklərin məxsusi maqnit momentinin olmasını və onun zərrəciyin spin vektoru istiqamətində və spin vektoruna əks istiqamətdə yönəlməsini göstərir B)yüklü zərrəciklərin məxsusi maqnit momentinin olmamasını göstərir C) yüklü zərrəciklərin məxsusi maqnit momentinin zərrəciyinin yalnız spin vektoru istiqamətində yönəlməsini göstərir D)yüklü zərrəciklərin məxsusi maqnit momentinin zərrəciyinin yalnız spin vektoruna əksi istiqamətində yönəlməsini göstərir

A

64.

Elektronun spin momentinin ifadəsi hansıdır? A)S=h2/2 B)S=h/2 C)S=2h D)S=2h2

B

65.

S elektron spininin z- oxu boyunca qiyməti necə hesablanar? A)Sz=h/2 Sz=-h/2 C)Sz= h/2 D)Sz= h2/2

C

66.

Məxusi maqnit momenti maqnit sahəsinin istiqamətində: A)iki qiymət alır B)yalnız bir qiymət alır C)qiymət almır D)sonsuz sayda qiymət ala bilir

A

67.

µB=eh/2mc ifadəsi hansı kəmiyyətin düsturudur? A)Ştern-Herlaq tənliyinin B)Bor maqnitonunun C)spin vektorunun D)Dirak tənliyinin

B

68.

S= ifadəsi hansı kəmiyyətin düsturudur? A)Dirak tənliyinin B)Bor maqnitonunun C)Ştern- Herlaq tənliyinin D)spin vektorunun

D

69.

Xarici təbəqədə bir elektronu olan atomların incə quruluşa malik olması nə ilə əlaqədardır? A)maqnit momentinin iki qiymət alması ilə B)spin momentinin zərrəciklərə xas olması ilə C)elektronun spini ilə D)elektrik cərəyanı ilə

C

70.

Cərəyanların maqnit sahəsi spin maqnit momentinə təsit etdiyi zaman elektronun spin maqnit momenti: A)heç bir istiqamətdə yönəlmir B)yalnız sahə istiqamətində yönəlir C)yalnız sahənin əksi istiqamətində yönəlir D)ya sahə istiqamətində, ya da sahənin əksi istiqamətində yönəlir

D

71.

Təcrübi faktlardan alınan nəticələrə görə, elektron və ona bənzər zərrəciklərin dalğa funksiyası hansı şəkildə olur?
A) B) C) D)Ψ=0


A

72.

Fermion nəyə deyilir? A)spini olmayan zərrəciklərə deyilir B)spini kəsir olan zərrəciklərə deyilir C)spini çox olan zərrəciklərə deyilir D)spini sonsuz sayda olan zərrəciklərə deyilir

B

73.

Aşağıdakılardan hansı doğru deyil? A)elektronlar fermiondurlar B)fermionlar üçün Pauli prinsipi mövcuddur C)zərrəciklərin yerini dəyişdikdə, sistemin halı dəyişməz qalır D)spini olmayan zərrəciklərə fermionlar deyilir

D

74.

Zərrəciklər sistemində zərrəciklərin yerini dəyişdikdə, hər hansı bir fiziki kəmiyyətin qiymətinin dəyişməməsi necə adlanir? A)Kepler məsələsi B)eynilik prinsipi C)superpozisiya prinsipi D)Pauli prinsipi



B

75.

Aşağıdakı fikirlərdən hansı doğru deyil? A)DkjΨ=Ψ olursa , Ψ funksiya simmetrik, DkjΨ=-Ψ olursa Ψ funksiya antisimmetrik funksiya adlanır B)DkjΨ=Ψ olursa, Ψ funksiya antisimmetrik, DkjΨ=-Ψ olursa Ψ funksiya simmetrik funksiya adlanır C)simmetrik dalğa funksiyası ilə xarakterizə olunan zərrəciklər bozonlar adlanır D)antisimmetrik funksiya ilə xarakterizə olunan zərrəciklərə fermionlar deyilir

B

76.

“Müəyyən kvant halında yalnız bir fermion ola bilər “ ifadəsi hansı qaydaya görə təyin olunur? A)eynilik prinsipinə görə B)Pauli prinsipinə görə C)superpozisiya prinsipinə görə D)Dirak qaydasına görə

B

77.

k=kʹ qəbul etdikdə, k-halında iki elektronun olması ehtimalı necə olar? A)W(k)= a(k,k,t)|2=-1 B)W(k)= a(k,k,t)|2=1 C)W(k)= a(k,k,t)|2=0 D)W(k)= a(k,k,t)|2=t

C

78 .

Superpozisiya prinsipinə görə funksiyaların xətti kombinasiyası hansı ifadə ilə təyin olunur? A)Ψ=c1Ψ2+c2Ψ1 B)Ψ=c1Ψ1-c2Ψ2 C)Ψ=c2Ψ1-c1Ψ2 D)Ψ=c1Ψ1+c2Ψ2

D

79.

Antisimmetrik funksiyaya görə, eyni halda Ψkk iki zərrəcik olarsa, onda aşağıdakılardan hansı doğru olar? A)Ψa=k B)Ψa=-k C)Ψa=1 D)Ψa=0

D

80.

“Spinləri kəsir olan eyni zərrəciklər sistemində eyni zamanda iki (və ya daha çox) zərrəcik bir kvant halında ola bilməz”, bu qayda nəyi ifadə edir? A)Pauli prinsipinin bəsit şəkildə ifadəsini B)eynilik prinsipini C)superpozisiya prinsipini D)Ermit polinomunu

A

81.

Cisimlərin şüa udması və buraxması nə ilə əlaqədardır? A)Kepler məsələsi ilə B)Dirak tənliyi ilə C)koordinat operatoru ilə D)atom elektronlarının keçidi ilə

D

82.

Wkʹk=|akʹk| 2 ifadəsi ilə təyin olunan kəmiyyət hansıdır? A)kvant mexanikasının III postulatına görə k-halından kʹ-halına keçid ehtimalı B) kvant mexanikasının III postulatına görə kʹ-halından k-halına keçid ehtimalı C)Pauli prinsipi D)eynilik prinsipi

A

83.

= (Pˆ- A)2+U+eφ ifadəsi hansı kəmiyyətin düsturudur? A)Dirak tənliyinin B)Hilbert fəzasının C)elektromaqnit sahəsində Hamilton operatorunun D)Liuvill tənliyinin

C

84.

divA=0, A-nın kiçik qiymətlərində A2=0 və φ=0 qəbul etsək, üçün aşağıdakı ifadələrdən hansı doğru olar? A) = +U+ B) = +U+ APˆ C) = -U- APˆ D) = -U-

B

85.

A(r,t)= e-i( t-kr) ifadəsi aşağıdakılardan hansının düsturudur? A)A vektor potensialının B)A vektor potensialına görə elektrik sahəsinin intensivliyinin C)baş kvant ədədinin D)Şrödinger tənliyinin

A

86.

(r,t)= ifadəsi ilə hansı kəmiyyət təyin olunur? A)Poytinq enerjisi B)baş kvant ədədi C)A vektor potensialı D)elektrik sahəsinin intensivliyi

D

87.

S= ifadəsi ilə təyin olunan kəmiyyət hansıdır? A)Lejandr polinomu B)Poytinq enerjisi C)elektrik sahəsinin intensivliyi D)elektromaqnit sahəsinin intensivliyi

B

88.

tezlikli enerji S=E( ) olarsa, tam enerji necə olar? A)E=- B)E= C)E= +eid D)E=

D

89.

tezlikli enerji miqdarı E( )-nın spektral sıxlığı, işıq sürəti və zamanla ifadə olunan düsturu necədir? A) ( )ct/2 B) ( )ct C) ( )+c+t ( )+ct

B

90.

c 2 ifadəsi ilə təyin olunan kəmiyyət hansıdır? A)spektral sıxlıq B)işıq sürəti C)enerji miqdarı D)keçid ehtimalı

A

91.

Udulma və şüalanmanı müəyyən edən məcburi və özbaşına (spontan) keçidlərin ehtimalı nə ilə təyin olunur? A)ossilyatorun hal funksiyası ilə B)Eynşteyn əmsalları ilə C)impuls momenti operatoru ilə D)baş kvant ədədi ilə

B

92.

Wməc=Bkʹk kʹk) və Wsp=Akʹk ifadələri ilə təyin olunan kəmiyyət hansıdır? A)Eynşteyn əmsalları B)məcburi və spontan keçid ehtimalı C)məcburi və spontan enerji D)elektrik sahəsinin intensivliyi

B

93.

Aşağıdakı fikirlərdən hansı doğrudur? A)işığın mühitdən keçməsi zamanı mühit tərəfindən işığın udulması ilə yanaşı, onun mühit atomları tərəfindən səpilməsi hadisəsi də baş verə bilir B)səpilmə hadisəsində işıq dalğaları öz istiqamətini dəyişmirlər C)səpilmə baş verəndə düşən işıq dalğasının tezliyi dəyişmir D)mühitin sındırma əmsalı düşən işığın tezliyindən asılı olmur

A

94.

Dispersiya nəyə deyilir? A)səpilmə zamanı işıq dalğalarının istiqamətinin dəyişməsinə B)səpilmə zamanı düşən işıq dalğasının tezliyinin dəyişməsinə C)mühitin sındırma əmsalının işığın tezliyindən asılı olmasına D)mühitin sındırma əmsalının işığın tezliyindən asılı olmamasına

C

95.

Elektrodinamika qanunlarına görə mühitin sındırma əmsalı nə ilə əlaqədardır? A)elektrik və maqnit nüfuzluğu ilə B)yalnız elektrik nüfuzluğu ilə C)yalnız maqnit nüfuzluğu ilə D)baş kvant ədədi ilə

A

96.

Mühitin sındırma əmsalı hansı ifadə ilə təyin olunur? A)n= B)n= 2 C)n= 2 D)n=

D

97.

Maqnit nüfuzluğu µ=1 olarsa, sındırma əmsalı necə ifadə olunar? A)n= B)n= 2 C)n= D)n=-

C

98.

Kvant mexanikası nədir? A)atom obyektləri və hadisələrinin quruluşu və xassələri haqqında elmdir B)çoxlu sayda zərrəciklərdən ibarət makroskopik sistemlərin fiziki xassələrini öyrənən elmdir C)mikroskopik nəzəriyyədir D)fenomenoloji nəzəriyyədir

A

99.

“Atomda elə orbitlər mövcuddur ki, elektron həmin orbitlər üzrə fırlandığı zaman şüalanmır” qaydası necə adlanır? A)Borun II postulatı B)Borun I postulatı C)Plank qaydası D)Eynşteyn teoremi

B

100.

“Elektron yalnız bir stasionar orbitdən digərinə sıçradığı zaman şüalanma baş verir” qaydası necə adlanır? A)Borun II postulatı B)Borun I postulatı C)Plank qaydası D)Eynşteyn teoremi

A

Tərtib etdi: Xuraman Məmmədova




Download 64.27 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling