Laboratoriya İşi №9 «Neft Mədən avadanlığı»


Mərkəzdənqaçma dalma elektrik nasosları qurğusu (MDENQ)


Download 82.2 Kb.
bet2/3
Sana16.06.2023
Hajmi82.2 Kb.
#1510062
1   2   3
Bog'liq
Lab 9 NMA

Mərkəzdənqaçma dalma elektrik nasosları qurğusu (MDENQ)

MDENQ quyudan vahid zamanda böyük miqdarda nefti yer səthinə qaldırmaq üçün nəzərdə tutulmuşdur. Qurğu eyni zamanda mail quyuların istismarında və eləcə də hasil olunan neftin tərki­bində su, mexa­niki qarışıqlar, qaz və s. olduqda müvəffə­qiyyətlə tətbiq edilir.


Quyuların istismarı prosesində MDENQ-nin iqtisadi göstə­riciləri kompressor üsulunun və digər növ nasos qurğularının iqtisadi göstəricilərindən yüksəkdir və onun xidmətinə sərf olunan əmək tutumu ən kiçikdir.
MDENQ daxili diametrləri 146 və 168 mm olan qoruyucu boru kəmərli quyular üçün layihə olunmuşdur. Qurğu en kəsik sahəsinin ən böyük ölçüsünə (diametrinə) görə şərti olaraq 5, 5A və 6 qruplarına ayrılır. Belə ki, 5-ci qrup qurğular 121,7 mm, 5A-130 mm, 6-143,3 və 148 mm daxili diametrli qoruyucu boru kəməri quyular üçün nəzərdə tutulmuşdur. MDENQ-in diametr üzrə ən böyük ölçüsü 114-142,5 mm-ə qədərdir.
MDENQ-in təmir arası müddəti orta hesabla 320 günə çatır. Onun məhsuldarlığı 40-1400 m3/sut, yaratdığı basqı isə 400-1500 m hədlərindədir.


İşin yerinə yetirilmə qaydası
Qurğunun tərkib hissələri və iş prinsipi. MDENQ (şək. 2) əsasən yağla doldurulmuş dalma elek­trik mühərriki 1, hidravliki mühafizə düyünü və ya protektor 2, nasosun qəbul toru 3, çoxpilləli mərkəzdən­qaçma dalma elektrik nasosu 4, nasos-kompressor boru kəməri 5, üç damarlı elektrik kabeli 6, kabeli nasos-kom­pressor boru kəmərinə bağlayan qurşaq 7, quyuağzı armatur 8, kabelin sarınması üçün baraban 9, transfor­mator və ya avtotransformator 10, idarəetmə stansiyası 11 və kompensa­tordan 12 ibarətdir.
Mərkəzdənqaçma dalma el­ektrik nasosu, protektor və dalma elektrik mühərriki müstəqil düyünlər olmaqla onlar bir-birinə bolt birləşməsi ilə bağlanır. Onların valları uclarında olan şlis birləş­mə­si ilə əlaqələndirilir. Nasos aqreqatı (nasos, protektor və elektrik mühərriki) nasos-kompressor boru kəmərinin vasitəsi ilə quyuya dinamiki səviyyə altına, adətən 150-300 m dərinliyə bura­xılır. Sonra dalma elektrik nasosu elektrik mühərrikinin kö­mə­yilə işə salınır. Elektrik mühərriki yer üstü mənbədən verilən elektrik ener­jisi ilə qidalanır. Elektrik mühərri­kinin cərə­yanla qidalanması güc­lən­dirici avtotransformator və trans­formtordan alı­nan cərəya­nın bütün növ ölçü-nəzarət cihaz­ları və avtomatika ilə təchiz olun­muş idarə etmə stansi­ya­sına, oradan da kabel vasitəsilə elektrik mühər­rikinə çat­dırılması yolu ilə icra olunur. Nasosla soru­lan maye nasos-kompressor boru kəmərinin daxili ilə yer səthinə vurulur.

Şək. 1. Mərkəzdənqaçma dalma elektrik nasosları


qurğusunun ümumi sxemi.

Qurğunu işə salma vaxtında nasos-kompressor boru kəməri maye ilə dolu olmalıdır. Bu nasosun işə salınmasını asanlaşdırır. Qurğunun boş dayanması hallarında nasos-kompressor boru kəmə­rinin daxilindən mayenin quyuya axmasının qarşısını almaq üçün nasosun yuxarı hissəsində əks klapan quraşdırılır. Bu klapan qurğunun hər hansı səbəbdən işdən ayrıldığı vaxt nasos-kom­pressor boru kəmərinin maye ilə dolu qalmasını təmin etmiş olur. Bununla yanaşı olaraq nasos aqreqatlarını quyudan yer sət­hinə qal­dıran zaman mayenin nasos-kompressor boru kəmərinin da­xi­lin­dən quyuya axıdılması tələb olunur. Əks halda, nasos-kom­pressor boru kəmərini maye ilə birlikdə qaldırdıqda həmin maye­nin quyu ağzı sahəyə axıdılması məcbu­riyyəti yaranır ki, bu da ətraf mühitin çirklənməsinə və qaldırma əməliyyatı vaxtı texno­lo­ji prosesin çətinləş­məsinə səbəb olur.


Bunu nəzərə alaraq əks kla­panın yuxarı hissəsində axıdıcı klapan yerləşdirilir. Axıdıcı klapan va­si­təsilə lazım olduqda nasos-kompressor boru kəmərində maye­nin quyuya axıdılması təmin edilir.

Download 82.2 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling