Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet1/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

    

MAHİR  QABİLOĞLU

S A N D I Q

BAKI - 2015

Redaktor:  

Eldəniz Elgün

Bədii tərtibçisi və korrektoru:

Azər Aydın

Mahir Qabiloğlu.  "Sandıq".

Bakı, “Bakı Çap Evi” nəşriyyatı, 2015, 416 səh.

İSBN 978-9952-512-11-3

                                 

©

 Mahir Qabil oğlu İmamverdiyev, 2015



3

S A N D I Q

MÜƏLLİFDƏN

“SANDIQ”.  Köhnə sözdür. Nənəmin də sandığı vardı. Hə-

mişə üstünə nimdar salıb oturardı. Biz nəvələrinə pul və ya 

hədiyyə verəndə üstündən düşər, dizi üstə çömbələr, sandı-

ğın qıfılını  açardı. Heç kim bilməzdi ki, bu sandıqda başqa 

nələr var. Sandıq bir sirrixuda idi bizim üçün.  Bəzi rayonlar-

da, kəndlərdə bu gün də gəlinin cehizinə sandıq qoşurlar. 

Sandığın yanında sandıqça da olur. Bunu indi mücrü əvəz 

edir.  Sandıqçaya  qızıl,  pul,  digər  qiymətli  əşyalar    qoyulur. 

İndi  pul  qabı,”koşelyok”  adlandırdığımız  əşya  da  keçmişdə 

sandıqça adlandırılıbmış. Sandığın mənası çoxdur. Əsgərlik-

də avtomata gülləylə dolu “maqazin” qoşurdum. Sonra bil-

dim  ki, Azərbaycanca  “maqazin”ə  “sandıq”  deyilir.    Fotoa-

paratın da sandığı olur. Sandıq sanki bir “taynik”, gizlincdir. 

Məhz bu mənası ədəbiyyat nəzəriyyəsində də öz əksini tapıb. 

“Sandıq ədəbiyyatı” deyilən  qeyri-rəsmi janrın adı  burdan 

meydana  gəlib.  Məndə  də  bir  “sandıq”  var.  “Sandıq”  sözü-

nü niyə dırnaq arasında verdim? Çünki məcazi məna daşıyır. 

Gözlə görünmür. Beynimdə, yaddaşımdadır. Bu, Qabildən və 

digər yazıçı qonşu-əmilərimdən, yaşadığım 49 illik həyatdan  

mənə qalan “Sandıq” – sandıq ədəbiyyatıdır.  Hərdən qıfılını 

açıb, içərisindəkiləri bir-bir azadlığa buraxıram. 

Ona görə də seçmə bədii-publisistik yazılarımın toplandığı 

növbəti kitabımın adını da məhz “SANDIQ” qoydum. 

Oxuyun, qiymətləndirin.   


4

MAHİR QABİLOĞLU

5

S A N D I Q

HEYDƏR ƏLİYEV  

FONDUNA ŞİKAYƏT...

   


 

   


Uşaqlıqda  həyətdə  oynayanda  özümdən  yaşca  kiçik 

bir  uşağın xətrinə dəydim. Ağladı: “Bax, atam axşam işdən 

gəlsin. Ona deyəcəyəm səni döyəcək”. Məhlə uşaqlarıyla onu 

məsxərəyə qoyduq. Adına “xəbərçi” dedik.  O, atasını güclü 

bilirdi. Ona güvənirdi. 

Onda başa düşməmişdim. İndi başa düşdüm.

Sovet vaxtı idi. Şamaxıdaydıq. Əmoğlu Nadir  İcraiyyə  Ko-

mitəsinin Ümumi şöbəsinin müdiri işləyirdi. Bütün günü işdə 

olurdu.  Ona  görə  də  evə  gəlməyini  gözləmədim.  Getdim 

“rayispolkom”a.  Gördüm  ki,  nəsə  fikirlidir.  Səbəbini  soruş-

dum.  Qabağıma bir məktub qoydu.

- Bu nədir?

- Məktub.

- Kimdən  gəlib?

- Lenindən.

1983-cü il idi. Vladimir İliç Leninin ölümündən  düz 59 il 

keçirdi. Bəs onda Lenindən necə məktub almaq olardı? Bu, bir 

zarafat idimi? İnanmıram. Sovet dövründə, “Rayispolkom”un 

binasında  belə bir zarafat  yersiz yox, sadəcə xatalı idi.

- Nə? Lenin? Başın xarabdır?

- Xarab niyə? Üstünü oxu.

Məktubun üstünü oxuyuram. Böyük bir möhür var. Möhü-

rün üstündə rus dilində “Leninin qəbri - Movzoleydən” söz-

ləri yazılıb.



6

MAHİR QABİLOĞLU

- İcraiyyə komitəsinin sədri bir  şamaxılını incidirdi. Torpaq 

istəyirdi yazıq – ev tikmək üçün. Vermədilər. Umacaqları var-

dı. O da  şikayət məktubu yazaraq göndərib Leninin qəbrinə. 

İndi də Movzoleydən cavab gəlib ki, bəs şamaxılı torpaqla tə-

min olunsun. Vəssalam. Başa düşdün?

Öz-özümə sual verdim. Sovet dövründə şikayət ediləsi o 

qədər orqan var ki: Xalq Nəzarəti Komitəsi, DTK, Mərkəzi Ko-

mitə, prokurorluq. Bəs onda niyə Leninin qəbri?

Onda başa düşməmişdim. İndi başa düşdüm.

Müstəqillik dövrü idi. Ümummilli liderimiz Heydər Əliyev 

prezident idi. Yeni institutlar, təsisatlar yaradılırdı. Preziden-

timiz mətbuata, televiziyaya xüsusi diqqət ayırırdı. Diqqət o 

səviyyəyə çatmışdı ki, mətbuatı “4–cü hakimiyyət” adlandır-

mışdılar. Mən də jurnalist idim. Qılıncımızın qabağı da kəsir-

di, dalı da...

O  dövrdə  Milli  Elmlər  Akademiyasının  nəzdində  İnsan 

Hüquqları  institutu  yaradılmışdı.  Dostum,  Azərbaycanın 

ilk  siyasi  elmlər  doktoru  Rövşən  Mustafayev  direktor  təyin 

olunmuşdu. Çox enerjili adam idi. Yeniliklə nəfəs alırdı. Çə-

kilişlərə də məni çağırırdı. O dövrdə yeni təsisat olan “İnsan 

Hüquqları  Müvəkkili  –  Ombudsman”  institutu  yaradılırdı. 

Qanun layihəsinin yazılmasını da İnsan Hüquqları institutu-

na tapşırmışdılar. Rövşən müəllim isə bunu başqa cür ifadə 

edirdi:  “İlk  dəfə  olaraq  məhz  onun  rəhbərlik  etdiyi  institut 

Milli Məclis qarşısında qanunvericilik təşəbbüsüylə çıxış edə-

cəkdi”. Qanun layihəsi hazır idi. Müzakirələr gedirdi. Müza-

kirələrdə o qədər iştirak etmişdim ki, qanunu maddə-maddə 

əzbər  bilirdim.

İşdəydim. Rövşən müəllim zəng etdi:

- Axşam saat 6-da  institutda ola bilərsən?

- Əlbəttə, Rövşən müəllim.

Deyilən  vaxtda  operator  və  kamera  ilə  instituta  gəldim. 

Bizi – daha doğrusu kamera və operatoru  görəndə duruxdu. 

Demə, Rövşən müəllim şəxsən məni – jurnalist Mahiri dəvət 


7

S A N D I Q

edibmiş. Qonağı isə Avropa Şurasından gələn bir məsul şəxs-

dir. Sadəcə insan  hüquqlarından xəbəri olan, “Ombudsman 

təsisatı”  ilə  maraqlanan  jurnalistlərlə  görüşmək  istəyirmiş. 

Avropalılar da kamera görəndə yaman qıcıqlanırlarmış. Mən 

isə bunu bilmirdim.

Operatoru geri göndərdim. 5-6 jurnalist və Avropa Şurası-

nın eksperti stol arxasında “Ombudsman”la bağlı fikir müba-

diləsinə başladıq. İnstitutun kollektivi,  Rövşən müəllim isə 

arxa sırada oturmuşdular. Ekspertin ilk sualı belə oldu:

-  Bu  gün  Azərbaycanda  Ombudsman  institutu  yoxdur. 

Təzə-təzə yaradılmağa başlayır. Bəs bugünəcən əhali hüquq-

ları pozulanda, əli hər yerdən üzüləndə kimə müraciət edib, 

kimin qapısını döyüb?

Hərə bir söz dedi. Daha çox mövzuya dəxli olmayan, mi-

tinq məfkurəli fikirlər səsləndirildi.  Növbə mənə çatdı.

- Bu günəcən Azərbaycanda Ombudsman rolunu mətbuat, 

televiziya  oynayıb.  Bizim  qapımızı  döyüblər.  Biz  də  kömək 

əlaməti olaraq bu problemləri işıqlandırmışıq.  Prezidentimiz 

Heydər Əliyev də həmən reaksiya verib.

Görüş qurtarandan sonra Rövşən müəllim məni qucaqla-

yıb öpdü. Bircə bunu dedi: “Mahir,  sağ ol.  Çox sağ ol!” Röv-

şən müəllim niyə başqa jurnalistlərə yox, məhz mənə xüsusi 

minnətdarlığını bildirdi?

Onda başa düşməmişdim. İndi başa düşdüm.

“Ümid sonda ölür”. “İnsanın əli hər yerdən üzüləndə sa-

man çöpündən belə, yapışar”. “İnsanın əli yananda barmaq-

larını ağzına təpər”. Misallar çoxdur. Televiziyada da reytinq 

xətrinə çox verilişlər yaradılıb: “Ümid qapısı”, “İkinci həyat” 

və sairə, ilaxır.

Köpüyü çox, içi boş. Leninin qəbri viran qalıb. Mətbuat – 

4-cü hakimiyyət çoxdan devrilib. Avropa Şurası, Avropa Məh-

kəməsi hörmətdən düşüb. Televiziyalar, qəzetlər reytinqinin 

qurbanına çevrilib.



8

MAHİR QABİLOĞLU

Televizora  baxıram.  Xəbər  bülleteni    gedir:  “Qaz,  su  gəl-

mir… İşıq yanmır... Yolumuzu düzəltmirlər... Zibil daşınmır…  

Avtobus işləmir... Evimizi söküblər,  pulumuzu vermirlər…”.

Camaat əlacsız qalıb yolu bağlayır. Aləm bir-birinə dəyir. 

Diqqətlə  izləyirəm.  Görəsən  bu  incidilmiş  insanlar  onların 

üstünə  gələn  İcra  hakimiyyətinin  nümayəndələrini,  polislə-

ri  nəylə qorxuzacaqlar? Nə daş atırlar, nə “Molotov kokteyli”. 

Nə söyüş söyürlər, nə də qarğış edirlər. Gözləyirəm ki, deyə-

cəklər ki,  “Baxarsınız, sabah prokurorluğa, məhkəməyə, Bakı 

şəhər İcra Hakimiyyətinə,  Prezident Aparatına, Ombudsma-

na, Ali Məhkəməyə, Avropa Şurasına, Avropa Məhkəməsinə, 

Amerika səfirliyinə, BMT-yə müraciət edəcəyik”.

Heç birini eşitmirəm. Bircə bunu deyirlər: “Sabah düz Hey-

dər Əliyev Fonduna gedəcəyik. XANIMın qəbuluna”.

Bu  qədər  dövlət  və  beynəlxalq  təsisat  olduğu  halda  niyə 

məhz Heydər Əliyev Fonduna? Niyə məhz Mehriban xanım 

Əliyevanın qəbuluna?

Başa düşürəm. Allah heç kimi ümidsiz qoymasın....

 

   



2013 

  


9

S A N D I Q

ÜRƏYİM QARA KÜRÜ İSTƏDİ

Nədənsə ürəyim qara kürü istədi. Uşaqlığım yadıma düş-

dü. Atam  otuzdurardı  qabağında.  Əvvəl  kərə  yağını,  sonra 

da  qara  kürünü  çəkərdi  çörəyin  üstünə.  Verərdi  ki,  “ye!!!”. 

Yemirdim. Ağlayırdım. Məcburi yedizdirərdi ki, “xeyrinədir, 

ye!”.  Bu xatirələrlə bir an fikrə getdim. Görəsən indi qiyməti 

neçəyədir? Dostlardan soruşdum. Onlar da konkret bir rəqəm 

demədilər. Sadəcə “çox bahadır” dedilər,  “qızıldan da baha”. 

Məcbur olub bazara getdim. Gördüm ki, piştaxtanın  üstünə  

“CAVİAR” etiketi yapışdırılmış qara kürü bankası qoyulub. 

Satıcı yaxınlaşdı:

- Qədeş, nə lazımdır?

- Qara kürü. Neçəyədir?

- Qədeş, sən kürü alana oxşamırsan.

- Niyə ki?

-  Kürü  almağa  gələn  qiymət  soruşmur.  Sadəcə  neçə  kilo 

istədiyini deyir. Sən isə lap məqalə yazan jurnalistlər kimi da-

nışdın. Qiymət soruşurlar, sonra da üstünə  beşini  qoyub qə-

zetlərində yazırlar.

- Yaxşı, bu bankada qoyduğun kürü nə kürüsüdür?  Təzədir?

- Ay rəhmətliyin oğlu, nə kürü?  Burda kürü qoymaq olar? 

Moment  oğurlayarlar.  Bankası  kürü  bankasıdır,  içindəki  isə 

qara semişkadır.

-  Bah... mən də elə bilirəm ki, təkcə  televiziyalarda emita-

siyalar olur. Demə bazarlar da bu sistemə keçib?

-  Qədeş, görürəm  yaxşı oğlana oxşayırsan. Bilirəm  ki, kürü 

almağa duxun da  yoxdur, pulun da... Gözün də bu bankada 


10

MAHİR QABİLOĞLU

qalıb.  Əvvəl-axır  düşüb  sınacaq.  Götür...  bağışlayıram  sənə. 

Çıx get. Baş-beynimi aparma.

Bankanı götürüb evə gəlirəm.  Soyuducudan  bir manat-

lıq badımcan kürüsünü götürüb  içi qara günəbaxan tumuyla 

dolu olan “CAVİAR”  etiketli bankayla yanaşı  qoyuram. Ba-

dımcan kürüsünü qara çörəyin üzərinə çəkirəm. Gözüm qara 

kürü bankasına baxır, özüm isə badımcan kürüsünü ləzzətlə 

yeyə-yeyə deyirəm.

-  İmitasiya,  nə  yaxşı  ki,  sən  varsan.  Yoxsa    qara  kürü 

üzünə  həsrət qalardıq. 

 2013


11

S A N D I Q

AYAZ MÜTƏLLİBOV,  

YAXŞILIĞA YAMANLIQ HANSI…

 

   



 

    


9-cu sinifdə oxuyurdum. Azad Abbasəliyev adlı sinif yol-

daşımız vardı. Deyilənə görə atası böyük vəzifədə işləyirdi.  

Amma heç birimiz bunun fərqinə varmırdıq. Nə o bununla 

lovğalanır,  nə də müəllimlər ayrıseçkilik  salırdılar.  

Günlərin bir günü sevincək gəldi ki, bəs atamın vəzifəsini 

qaldırıblar. Amma yenə də bilmədik ki, bu vəzifə nə vəzifə-

dir. Təsadüfən evdə “Kommunist” qəzeti əlimə keçdi: “Sabit 

Abbasəliyev Dövlət Plan Komitəsinin sədri, Nazirlər Kabineti 

sədrinin  müavini təyin edilsin”. Sonralar başa düşdüm ki, qı-

saca “qosplan” adlanan bu vəzifə çox böyük vəzifəymiş. Aza-

dın atası indiki dillə desək, baş nazir postunun bir addımlı-

ğındaymış. Amma üstündən 2-3 ay keçməmiş 50 yaşını yenicə 

qeyd  etmiş  Sabit Abbasəliyev  infarktdan  vəfat  etdi.  Heydər 

Əliyevin ona böyük hörmətinin əlaməti olaraq Azadın atası 

1-ci  Fəxri  Xiyabanda  dəfn  edildi.  Heydər  Əliyevin  öz  yetir-

məsinin xatirəsinə böyük ehtiramının əlaməti olaraq Sabit Ab-

basəliyevin tutduğu posta onun 40-ı çıxandan bir qədər sonra 

təyinat verildi. Bu hamımızın indi eks-prezident kimi tanıdı-

ğımız Ayaz Mütəllibov idi. Azərbaycan SSR-in  ilk və son  pre-

zidenti Ayaz Mütəllibovla tanışlığım 15 yaşında başladı.

HEYDƏR ƏLİYEV HƏR ADAMI İRƏLİ ÇƏKMİRDİ

Heydər Əliyev böyük dövlət və partiya xadimi idi. Onun 

etimadını  qazanmaq  hər  adamın  işi  deyildi.  Böyük    insan 


12

MAHİR QABİLOĞLU

 olduğundan, tələbləri də böyük idi. Ayaz Mütəllibov bu eti-

mada  41 yaşında nail olmuşdu. 1979-cu ildə  artıq o, nazir 

idi.    44  yaşında  isə  baş  nazirin  müavini.  Növbəti  pilləni  isə 

deməyə ehtiyac yoxdur. Bu  cümlələri elə-belə yazmadım. Ya-

zımın son akkordlarında  mənə lazım olacaq.

BAŞ NAZİR

Üstündən illər keçdi. 1989-cu il idi. Mən də əsgərliyimi başa 

vurmuş, kommunist-tələbə idim. Mitinq dalğası Azərbayca-

nı  bürümüşdü.  Ermənistandan,  Qarabağdan  xoruz  banları, 

güllə  səsləri  eşidilməyə  başlamışdı.  Kinolarda  gördüyümüz 

komendant saatının  diqtəsi altında yaşayırdıq. Xalq hərəkatı 

vüsət almışdı. Mitinqlər,” istefa”, “azadlıq” şüarları Azərbay-

canı bürümüşdü. Əbdürəhman Vəzirov Azərbaycanın rəhbə-

ri, Ayaz Mütəllibov isə Nazirlər Kabinetinin sədri idi. Başqa 

dillə desək, Heydər Əliyevin uğurlu kadr siyasəti nəticəsində 

bir vaxtlar irəli  çəkilən bu şəxslər artıq Azərbaycana rəhbərlik 

edirdilər.

Qorbaçov    Vəzirovu  bu  vəzifəyə    təyin  edəndə  Heydər 

Əliyevi  “qaralamaq”  əmri  vermişdi.  Vəzirov  da  yanıqlı  idi. 

Çünki  bir  vaxtlar Azərbaycanın  ikinci  böyük  şəhəri  sayılan 

Kirovabada (Gəncə)  Heydər Əliyev tərəfindən 1-ci katib təyin 

edilən Vəzirov  elə Heydər Əliyevin də əmriylə bu vəzifədən 

çıxarılmışdı.  Bəlkə  də    əvəz  çıxmaq  baxımından  Vəzirovun 

hansısa  qarayaxma  kampaniyası  aparmağına  haqq  qazan-

dırmaq olardı. Haqqı olmasaydı da belə.  (Vəzirov sonralar  

SSRİ  boyda  dövlətin  Pakistandakı  fövqəladə  və  səlahiyyətli 

səfiri  təyin  edilmişdi) Amma  vəzifə  pillələrində  inamla  ad-

dımlayan, heç yerdə büdrəməyən Ayaz Mütəllibovdan Hey-

dər  Əliyevin  əleyhinə  hansısa  addım  atacağını    gözləmək  

ağlasığmaz idi.

Ayaz  Mütəllibov  Baş  nazir  kimi  nəzərə  çapmırdı.  Çünki 

Vəzirov çox fəal idi. Kənddə hamam tikdirirdi. Qoz ağacları 


13

S A N D I Q

əkirdi ki, gələcəkdə onun “qozlarını yeyək”. Sağıcı qadından 

“özün işdəsən, bəs uşaqları kimin yanında qoyub gəlmisən?” 

əvəzinə “uşaqların kimdəndir?” soruşurdu. Kəndli qadın da 

“Boooyy... kimdən olacaq? Ərimdən” deyə cavab verirdi. Mi-

tinqçilər “istefa, istefa” qışqıranda, “bu Musatafa kimdir e... 

elə hey  çağırırlar” deyə ətrafdakılardan xəbər alırdı. Etibar 

Məmmədova, Nəcəf Nəcəfova  “malçişka” deyirdi.  Azərbay-

canlılara xas olan milli qanı da oyanmışdı. Füzuli rayonunda 

doğulan bir çoxlarını vəzifələrə də yerləşdirmişdi. Bütün bu 

və digər hadisələrin fonunda Ayaz Mütəllibov gözə dəymirdi. 

Sadəcə öz vəzifə səlahiyyətlərinin icrasında idi. Baxmayaraq 

ki, iqtisadiyyat digər respublikalardakı kimi tənəzzülə gedir-

di. İkinci dəfə 23 yaşlı mən onu  Nazirlər Sovetinin sədri kimi 

tanıdım.

20 YANVAR 1990-CI İL

Yanvarın 15-dən etibarən Azərbaycanda rəhbər yox idi. So-

nuncu dəfə Prezident sarayının qarşısındakı mitinqdə iştirak 

edəndə  heç  Xalq  Cəbhəsinin  rəhbərliyindən  də    gözə  dəy-

mirdi. Vəzirov üçün dar ağacı qurmuşdular. Bir nəfər əlində 

 səsucaldan  “Ay camaat, burda durmayın. Vəzirov oğraş bi-

nada  yoxdur.  Qaçıb.  Oturun  avtobuslara.  Siz  Salyan  kazar-

masının qabağında və ”şamaxinka”da lazımsınız” deyə-deyə 

mitinqçiləri  avtobusa  doldurub  bu  istiqamətlərə  daşıyırdı.  

Yanvarın 19-u saat 20.30 idi.   Mitinqi bilmirəm kim aparır-

dı,  amma  özündən  rəhbər  seçkisi  də  keçirməyə  başlamışdı. 

Namizədi isə Etibar Məmmədov və Vəkil Hacıyev idi. Son-

rakı hadisələri isə hamınız yaxşı bilirsiniz. Başqa bir yazının 

mövzusudur.  Nəhayət yanvarın 25-i.  Çox çətinliklə də olsa 

xəbər tutduq ki, Sovet İttifaqı  Kommunist Partiyası Mərkə-

zi Komitəsinin Plenumunda Azərbaycanın yeni rəhbəri Ayaz 

Mütəllibov təyin edilib.  Ayaz Mütəllibovla 3-cü  tanışlığımız  

şəhidlərin qanı üstündə hakimiyyətə gələndə  oldu.


14

MAHİR QABİLOĞLU

YENİ RƏHBƏR

Bax bundan sonra Ayaz Mütəllibovun qara günləri başlan-

dı. İlk baxışdan təqdirəlayiq addımlar atmağa başladı. Milli ru-

huyla  digər partokratlardan seçilən Həsən Əziz oğlu Həsənov 

Nazirlər Kabinetinin sədri  təyin edildi. Məhəmməd Əsədov, 

İsmət Qayıbov, Tofiq İsmayılov, Vəli Məmmədov kimi adam-

lar vəzifə başına gətirildi. Xalq hərəkakatında təmsil olunan-

larla  əlaqələr  yarandı.  Onların  iştirakıyla  Şura  təsis  olundu. 

Mitinqlər AzTV ilə canlı yayımlanmağa, müstəqil qəzetlərin 

sayı isə  artmağa başlandı. Çaykənd ermənilərdən boşaldıldı. 

Şaumyan  (kənd  )  rayonu  ləğv  edildi.  Dağlıq  Qarabağ  Mux-

tar Vilayəti xəritədən silindi. Xocalı rayonu, Xocalı aeroportu 

Qarabağda bir mərkəzə çevrildi. OMON və Azərbaycanın ilk 

özünümüdafiə  dəstələri  silahlı  mübarizəyə    başladı.  Əlbət-

tə ki, bu işlərin çoxu SSRİ-nin dövründə, ermənilərin böyük 

təsir qüvvəsinin olduğu vaxtlarda həyata keçdi. Xalqla canlı 

dialoqa girməyən Ayaz Mütəllibov yalnız bircə dəfə - Azad-

lıq meydanında mitinq keçirməklə yadda qaldı. O mitinqi te-

leviziya ilə mən də seyr edirdim.  SSRİ xalq artisti, deputat, 

“91-lər”dən  kimi    tanıdığımız  Zeynəb  Xanlarovanın  mitinq 

aparmaq  qabiliyyətinə  malik  olmasını,  öz  prezidenti  Ayaz 

Mütəllibova  dərin hörmət və sevgisini ilk də orda  gördüm.

Günlərin bir günü atamın stolunun üstündə bir yazı gör-

düm.    Oxudum.  Adı  “Azərbaycan  SSR-in  prezidenti  Ayaz 

Mütəllibova suallar” idi. O dövrün partiyaçısı kimi nəsə ma-

raqlı gəlmədi mənə. 

Qapıbir  qonşumuz  Bayram  Bayramov  o  vaxt  Qarabağa 

Xalq Yardımı Komitəsinin sədri idi. “Azərbaycan” qəzeti isə 

bu  komitənin  orqanı  kimi  çap  olunurdu.  Baş  redaktoru  da 

Xalq  Cəbhəsinin  üzvü  Sabir  Rüstəmxanlı  idi. Atam  götürər 

bu sualları gedər birbaşa Sabirin yanına ki “Sabir, bunu çap 

elə. Amma Bayramın xəbəri olmasın. Xəbər tutsa çapına im-

kan verməyəcək”. Sabir əmi də “baş üstə” deyib, səlahiyyət-

ləri daxilində  sualları qoyar Bayram əminin stolunun üstünə. 


15

S A N D I Q

Bayram əmi də gülə-gülə “Sabir,  sən Allah saxla, mən deyən-

də çap edərsən” deyir.

Günlərin bir günü Aparatda nəsə bir iclas keçirilibmiş. Or-

dakı çıxışlar da Bayram Bayramovun xoşuna gəlməyib. Ayağa 

durub  Prezident  qarışıq  hamısını  otuzdurub  yerində.  Sonra 

da hirsi soyumayıb.  Otağına gələrək “Sabir, Qabilin suallarını 

qoy səhifəyə getsin. Vaxtıdır” deyib.

Bu 24 sual o dövrdə böyük  rezonans  doğurdu. Rezonans 

doğurandan sonra mən də mahiyyətini başa düşdüm.

Ayaz Mütəllibovu 4-cü dəfə onda tanıdım.

AYAZ MÜTƏLLİBOV YERLİBAZ VƏ QOHUMBAZ    İDİMİ?

Gözəl şairimiz vardı. Nəğməkar şair də deyirdilər – Tofiq 

Mütəllibov. Ayaz Mütəllibovun doğmaca əmisi oğlu idi. Men-

talitet hesablamalarına görə xalq şairi olmalıydı... olmadı. Bir 

müəllimimiz  vardı  –  Təhsin  Mütəllibov. Ayaz  Mütəllibovun 

doğmaca əmisi oğlu idi. Sadəcə professor, universitet müəl-

limi idi. İndi də müəllimdir. Mentalitet hesablamalarına görə 

ən aşağısı BDU-nun  rektoru olmalıydı. Olmadı.

Tez-tez Şamaxıya gedirdik. Heç bir dəyişiklik yox idi. Heç 

hiss olunmurdu ki, Azərbaycanın prezidenti bu rayonda do-

ğulub. Heç bir dəfə də şamaxılıların dilindən eşitmədim ki,  

prezidentin şamaxılı olmasıyla fəxr edələr. Ayaz Mütəllibovu 

5-ci dəfə belə tanıdım.

İMKAN VERİN YOLU ÇƏKDİRSİN DƏ...

Atamla İsmayıl Şıxlıgildəydik:

- Qabil, bu camaat da  qəribədir e. Ayaz Zabrat yolunu enlə-

dib Maştağayacan təzə yol çəkdirməyə başlayıb. O saat  da ad 

qoyublar – “Qaynana prospekti”. O da tikintini yarımçıq sax-

latdırıb. Ay balam, imkan verin yolu çəkdirib qurtarsın, sonra 

ad qoyun da...


16

MAHİR QABİLOĞLU

Tikiş kooperativində işləyirdim. Satış bazarımız isə Mosk-

vada idi. Malı maşınla, qatarla yola salmaq təhlükəli idi. Yük 

vaqon qarışıq yoxa  çıxırdı. Ona görə də məcbur olub təyyarə 

ilə göndərirdik.  Trikotaj məhsullarını da xüsusi olaraq ensiz 

uzun qutulara qablaşdırırdıq. Üstünə isə müdirimiz “Lalə”, 

“Qərənfil”  və  digər  gül  adları  yazırdı.  Maraqlandım  ki,  bəs 

niyə gül adları yazırsınız? Deyirdi ki, Ayazın xüsusi göstərişi-

dir. Aeroportdan Moskvaya ancaq gül vurmağa icazə verilir. 

Belə yazırıq ki,  aeroportdakıları aldadaq.

O vaxt mən bilmirdim ki, şamaxılı Ayaz Mütəllibov Maşta-

ğadan evlənib.  Atalar burda deyib e

-Haralısan?

-Hələ evlənməmişəm.

Ayaz Mütəllibovla 6-cı tanışlığım belə oldu.

QKÇP (Fövqəladə Hallar üzrə Dövlət Komitəsi)

QKÇP baş vermişdi.  Yəni ki,  Qorbaçovu devirmişdilər.  Elə 

bil SSRİ boyda dövlətdə “qurbağa gölünə daş atmışdılar”. Sa-

kitlik hökm sürürdü. Nə mitinq vardı, nə də qışqıran. Qorxu-

sundan hamı qınına çəkilmişdi. Belə bir vaxtda Ayaz Mütəl-

libov    QKÇP-yə  qahmar  çıxdı.  Üstündən  iki  gün  keçməmiş 

Yeltsin QKÇP-ni yıxıb hakimiyyəti ələ keçirdi. Buna demok-

ratik  qüvvələrin  qələbəsi  deyildiyi  üçün  bizim  demokratik 

qüvvələr də yavaş-yavaş dil açmağa başladı. “Azadlıq” mey-

danında  mitinq keçirib başladılar Ayazı “neprav” çıxarmağa 

ki, “bəs bu, niyə QKÇP-ni dəstəkləyib”.  Mitinqdə mən də var-

dım. Bir də gördüm ki, söz atama verildi. Nə desə  yaxşıdır?

- Qorbaçovun əli 20 Yanvarda, Qarabağda  xalqımın qanına 

batıb. Ayaz neyləməliydi ki?  Qorbaçovu müdafiə etməliydi? 

Düz edib.

Onu da qeyd edim ki, atam şair Qabil Ayaz Mütəllibovun 

qəti əleyhdarı idi. Çəkinmədən küçədə belə, söyürdü. Amma 

bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm.




Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling