Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet15/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

188

MAHİR QABİLOĞLU

alqışı   Hacıbala  müəllimə  yox,  prezidentə  ünvanlamalıydı. 

Amma  ictimailəşdirmədim.  Elə  bildim  ki,  bəzi  anlamazlar 

 anlayacaqlar.

EVİN KİŞİSİ, EVİN XANIMI

Kişidən danışıb, arvaddan danışmamaq günah olardı. Çün-

ki, yuxarıda qeyd etdiyim kimi kişini kişi edən qadındır. Yox, 

içki məclislərində arvaddanqorxan kişi təəssüratı yaradan bə-

ziləri kimi sağlıq demirəm.

AzTV-də işləyirdim. Otaq yoldaşım Esmira Çərkəzqızı həm 

də “Səhər” proqramının şənbə buraxılışının aparıcısı idi. Hər 

verilişdə telefon bağlantıları olardı. Telefon edənlərin də çoxu 

evdar qadınlar idi. Verilişdən sonra otağa qayıdan Esmira xa-

nım əsəbindən partlayardı: “Soruşuram ki, ay xanım, nə işlə-

yirsiniz? Cavab verir ki, ev xanımıyam. Yaxşı, mən televiziya-

da işləyirəm, belə çıxır çöl xanımıyam?”. Biz də gülüşərdik. 

Amma indi anlayıram  ki, telefon əlaqəsi yaradan qadınlar öz 

evdarlıqlarını yox, özlərini evlərinin başçısı kimi təqdim edir-

lərmiş. Evin kişisi varsa, evin xanımı da olmalıdır.

“EVİN KİŞİSİNİ SORUŞARLAR…”

Fərman Kərimzadənin “Axırıncı aşırım” əsərini oxuyan az 

olsa da, bədii filmə hamı baxıb. Bir epizodu xatırladım. Şad-

lınski iki silahdaşıyla həyətə girir. Bunları Qəmlo qarşılayır. 

Qəzəblə soruşur ki, nə lazımdır, kimi istəyirsiniz? Abbasqulu 

bəy də cavab verir ki, “evin kişisini soruşarlar”.

Filmin bu yerinə çox baxmışıq. Ləzzət də eləyib. Görəsən 

Qəmlo  kişi  deyildimi?  Tarixə  müraciət  etsək,  bu  tarixi  şəx-

siyyət  öz  el-obasının  qəhrəman  övladlarından  olub.  Amma 

filmdə qaniçən kimi göstərilən bu adam da Kərbəlayının el- 

oba içində hörmətini-izzətini, ondan bir baş yuxarı, yəni ağ-

saqqal - evin kişisi olmasını qəbul edir. Əvvəlcə əlini tapan-

çaya atsa da, Abbasqulu bəyin bu sözlərini udur. Biz tamaşaçı 



189

S A N D I Q

və  oxucular da bu detalı çox asanlıqla qəbul edirik. Heç bir 

müzakirəyə varmırıq. Görəsən niyə? Çünki ailədə, obada kişi 

cinsinə mənsub insan çox ola bilər. Amma evin kişisi, elin ağ-

saqqalı tək olur. O cümlədən də xanımı, ağbirçəyi.

“KİŞİ” KEÇDİ

Mən  uşaq  olardım.  Yanımda  atam  və  dostları  danışanda 

tez-tez “kişi” sözü işlədərdilər. Başa düşmürdüm kimi deyir-

lər. Sonradan bildim ki, Bu “Kişi” o “kişi”dən deyilmiş. Atam-

gil bu sözü işlədəndə o zamanlar iki nəfəri nəzərdə tuturlar-

mış.  1937-53-cü  illərdə  yaşadıqları  qorxulardan  danışanda 

Azərbaycanın rəhbərlərindən olan Mir Cəfər Bağırovu, o biri 

isə həm də mənim müasirim olan, intibah dövrü yaşayan res-

publikamızın rəhbəri Heydər Əliyevi. Demə o vaxt ratsiyay-

la milislər belə bir-birinə “Kişi keçdi”, “Kişi yaxınlaşır” deyə 

xəbər ötürürlərmiş. Onu da qeyd edim ki, bu “Kişi” sözü, o 

biri “kişi” sözündən deyildi. Bu söz cümlənin əvvəlində də, 

ortasında da, axırında da böyük hərflə yazılırdı.

KİŞİ ADAM

“Əəə, sən öl, kişi adamsan”. Bu sözü məişətimizdə tez-tez 

eşidirik.  Biri  səndən  borc  pul  istəsin,  çıxart  ver,  o  saat  belə 

deyəcək. Pulu verməsən deyəcək ki... Məsələn, məndən dost-

lar qonaqlıq istəyəndə, mən də imtina edəndə bilirsinizmi nə 

deyirlər? Deyirlər ki, “aton yaxşı kişiydi, o qədər qonaqlıqlar 

verib bizə. Heyf, sən ona oxşamadın. Heyf”.

Amma əslində bu söz mərd adamlara deyilir. Hansısa qey-

ri-adi addımlar atan, xalqının tarixində, qəlbində yaşayan in-

sanlara şamil edilir. Yaxud da şəxsi münasibətlərdə sınanılan, 

sədaqət imtahanından üzüağ çıxan adamlara da kişi adam de-

yirlər. Mən bu sözü Heydər Əliyevin dilindən bir dəfə - 1997-

ci il yanvarın 7-də eşitmişdim. Atam şair Qabilə demişdi. Əl-

bəttə ki, sədaqətinə, bütövlüyünə görə. AzTV-nin fondunda 

videoyazısı durur.


190

MAHİR QABİLOĞLU

KÖHNƏ KİŞİLƏR

Bu sözə layiq insanlar çox azdır. Bəlkə də barmaqla göstəri-

lir. Hər adam bu sözə layiq ola bilmir. Atamdan tez-tez eşidər-

dim bu sözü. Belə deyərdi: “Filankəs bir sözə bu məsələni həll 

etdi”. Bilirsinizmi niyə ad çəkmirəm? Çünki atamın həyatın-

da belələri çox idi. Mənim indiki həyatımda belələri az qalıb. 

Yalnız birini yazıb qeyd eləmişəm. İstəsəniz oxuyarsınız. Adı 

belədir – “İlyas Əfəndiyev, Qabil, Hacıbala Abutalıbov köhnə 

kişilərdəndir”. O biriləri də vaxtı gəldikcə yazacağam.

HAMI BİR KİŞİNİ TANIYIR

Respublikamıza hansı qonaq gəlirsə, hamısı Azərbaycanın 

1-ci şəxsiylə görüşməyə can atır. Buna nail olanlar özünü xoş-

bəxt sayırlar. Respublikada kimsə, hansısa haqsızlıqla qarşı-

laşırsa Prezidentdən imdad diləyir. Dövlət başçısına məktub 

yazır.  İkinci  ünvan  isə  Azərbaycanın  1-ci  Xanımı  Mehriban 

Əliyeva  olur.  Onu  da  qeyd  edim  ki,  “Azərbaycanın  1-ci  Xa-

nımı” tituldur, rəsmi vəzifədir. Gündəlik həyatdakı müraciət, 

hörmət formasından fərqli olaraq “Xanım” sözü böyük hərflə 

yazılır.


Deyəcəksiniz ki, bunları hamı bilir, təkrarlamağa nə ehtiyac 

var? Düzdür, burda qeyri-adi bir şey yoxdur. Çünki Azərbay-

can dövləti də böyük bir ailə, evdir. Yüz minlərlə ailənin, evin 

toplumudur,  o  cümlədən  mənim,  Hacıbala  Abutalıbovun, 

İmanovların ailəsi də bu böyük ailənin bir zərrəciyidirlər. Bu 

dövlətin başında isə İlham Əliyevlə Mehriban Əliyeva durur. 

Bu ailənin, evin Kişisi İlham Əliyev, Xanımı isə Mehriban xa-

nım Əliyevadır. Bunu hamımız bilir, başa düşür, qəbul edirik.

Buna görə də Hacıbala Abutalıbovun heç bir mübaliğəyə, 

ifrata varmadan söylədiyi “Azərbaycanda bir dənə Kişi var, o 

da bizim prezidentimizdir” cümləsini çox təbii qəbul edirəm. 

Hətta  öz  versiyamı  da  irəli  sürərdim.  Azərbaycanın  1-ci   



191

S A N D I Q

Kişisi İlham Əliyev, 1-ci Xanımı Mehriban Əliyevadır. Yaxud 

da “Evin kişisi tək olar”.

Amma KVN teatrının bu cümləni və mövzunu gülüş, satira 

və ya yumor obyektinə çevirməsi ilk baxışdan gülüş doğur-

sa da mənim xoşuma gəlmədi. Hadisələrə həmişə çox həssas, 

incə yanaşan, böyük tarixi olan, bu sahədə uzun yol keçmiş, 

ən nəhayət böyük bəstəkar, köhnə kişilərdən olan Süleyman 

Ələsgərovun  məktəbini  keçmiş  bir  nəvənin  rəhbərlik  etdiyi 

teatr  bu  mövzuda  yanlışlığa  yol  verdi.  Qırmızı  xətti  keçdi. 

Sadə dillə desək, Kişi söhbətinə nahaq qarışdı. Özü də Heydər 

Əliyevin adını daşıyan sarayda.     

  

 

   



192

MAHİR QABİLOĞLU

BİZİM TELLİ PƏNAHQIZI

 

   



 

   


 Qonaq.  Allah qonağı.  “Allaha da qurban olum, qonağına 

da”. “Qonaq qonağı istəməz, ev yiyəsi heç birini”.

Qonaq haqqında çox misallar, lətifələr var. Neçəsi də sizin 

yadınıza  düşdü.  Amma  elə  qonaq  var  ki,  gündəlik  həyatı-

mızda  onları  seçmirik.  Qonaq  da  çağırmamışıq,  vaxtsız  qo-

naq kimi gəlişinə sevinməmişik. O evimizin yeganə sevimli 

qonağı olub.  Sadəcə düyməciyə basmışıq, nağıllardakı kimi 

qarşımızda peyda olub. Hətta adını nağıllardakı kimi “Sehrli 

güzgü” də qoymuşuq. Mən də ağlım kəsəndən,  1970-ci ildən 

bu televiziyanın pərəstişkarlarından olmuşam.

Ordan bizə baxanların adlarını, familiyalarını, apardıqları 

verilişlərin adını əzbər bilirdim. Bəzilərinin ailə həyatını da. 

Çünki atam tez-tez Azərbaycanda yeganə olan AzTV-nin qo-

nağı olurdu. Onda AzTV demirdilər. Telestudiya çağırırdılar. 

İlk adı belə olduğundan. Atam da o Bakı Telestudiyasında bir 

müddət çalışmışdı – Ənvər Əlibəyli, Seyfəddin Dağlı, rəssam 

Ağarəhim  və  digərləriylə  birlikdə.  Ona  görə  də  televizorda 

kimisə görəndə əlavə şərhini də verirdi. Bu Gülşəndir – Məm-

məd Əkbərin qızı, bu Şahindir, bu Şəfəq – Ənvər Əlibəylinin 

övladları,  İlqar  Əlfi  Qasımovun  oğludur,  Yusif  Günaydın 

müəllimim  Mirzə  Cavadın  oğlu.  Qorxmaz  Əlili    Cəfər  Cab-

barlının müasiri, böyük aktyorumuz Məhəmməd Əlilinin öv-

ladıdır. Təqdimatlar çox idi. Hamısını yazsam, mövzudan çox 

kənara çıxaram.

Bu verilişlər içində ən çox sevdiyim isə “Günün ekranı” idi. 

Bilməzdim ki, nə vaxtsa özüm də bu redaksiyada  işləyəcəyəm. 



193

S A N D I Q

Amma əksər jurnalistləri üzdən tanıyır, ad-familiyalarını əz-

bər bilirdim. Diktor-aparıcıları demirəm, onları bütün respub-

lika tanıyırdı. Hamı elə bilirdi ki, televiziyada onlardan böyük 

adam  yoxdur,    televiziyamızın  rəhbərləri  də  məhz  onlardır. 

Amma onlar televiziya sədrlərindən irəlidəydilər. Müasir dil-

də desək, AzTV-nin siması -brendləriydi. Rafiqlər, Hicran, Sa-

bir,  Roza, Şərqiyyə, Tamilla, Gülşən, Sevda,  Kəmalə, Nailə, 

Ofelya, Davud. Çoxları onların heç familiyasını da bilmirdilər. 

Çünki hər evin doğma övladlarıydılar.

Belə bir qayda var. Yazı yazanda ad çəkməzlər. Kimsənin 

adı yadından çıxarsa, həmin adamlar müəllifdən inciyə bilər-

lər. Amma yazmaq lap yadımdan çıxsa  belə, nəinki onlar, bü-

tün AzTV və qocaman radiomuz həmişə mənim yaddaşımda, 

ürəyimdədir.

Amma televiziyamızda elə simalar da olub ki, onlar özləri 

ayrılıqda  bir simvola – brendə çevriliblər. “Xəbərlər” proq-

ramında çalışarkən, demək olar ki, hər gün Ənvər Qafarlının 

adı çəkilirdi. “Səhər” proqramı deyəndə Qullu Məhərrəmli o 

saat yada düşür. “Retro” kino zalı Ayaz Salayevin yetirməsi-

dir.  “Səhər görüşləri”ni, “Dalğa” proqramını, “215KL”-i  necə, 

yaddan çıxaran varmı? Əsla. 

Bu seriyaya bir verilişi də əlavə etmək istərdim: Telli Pə-

nahqızının müəllifi olduğu “Mədəniyyət xəbərləri”. İndi irad 

tutacaqsınız  ki,  Telli  xanımı  niyə  quru-quru  təqdim  etdim. 

Əvvəlinə  tanınmış  telejurnalist,  teleaparıcı,  televiziya  xadi-

mi, şairə, tərcüməçi, müəllim, rəhbər, iş yoldaşım  kimi təq-

dimatlar qoymadım. Hələ rəsmi dövlət təltiflərini demirəm. 

 Tələsməyin.

İLK TANIŞLIQ

Cəmiyyətin  ən  həssas  təbəqəsi  ziyalılar  sayılır.  Çox  çətin 

adamlardır. Hər biri fərdi  yanaşma tələb edir. Jurnalist ona 

yaxınlaşmazdan  qabaq,  oxumasa  da,  eşitməsə  də,  görməsə 

də  heç  olmasa  bir-iki  əsərinin  adını  əzbərdən  bilməlidir  ki, 



194

MAHİR QABİLOĞLU

 istədiyini, yəni ki, müsahibəni ondan ala bilsin. Azərbaycan 

televiziyasında  bu  sahənin  ASları  çox  idi.  Nahid  Hacızadə, 

Mailə Muradxanlı, Vəlixanlılar, həm də televiziyanın rəhbərli-

yində təmsil olunanlar. Çünki ziyalılar cəmiyyətin qaymaqları 

olduğu üçün televiziya ekranı da məhz onların üzünə açıq idi.

Belə bir dövrdə xüsusi olaraq “Günün ekranı” proqramı-

nın sonunu gözləyirdim. Bilməyənlərə deyim ki, “Günün ek-

ranı” sovet vaxtı 21.00 –da efirə çıxan yarım saatlıq informasi-

ya proqramı idi. Moskvanın “Vremya” proqramı kimi. Məhz 

bu proqramın sonunda mədəniyyət xəbərləri gedirdi. Və Telli 

Pənahqızının mədəniyyət  tədbirləriylə bağlı süjetləri diqqəti 

xüsusilə cəlb edirdi. Məlahətli, ürəyə yatımlı səsini demirəm 

hələ. Hər həftənin şənbə reportajı isə xüsusilə maraqlı olurdu. 

Xüsusi  bənzətmələri,  təsvirləriylə  bəzənən  süjeti  quru,  boz  

xəbərlər proqramına bir istilik gətirirdi. Mən onu ilk dəfə belə 

tanıdım.

ŞƏXSİ TANIŞLIQ

1996-cı ildə sədr Nizami Xudiyevin xeyir-duası, Baş Proq-

ram  direktoru Məmmədəli Zülfüqarovun məsləhətiylə məni 

AzTV-yə, Proqram direktorluğuna buraxılış redaktoru götür-

dülər. Yadınıza gələr. Adına AzTV-2 deyirdilər. Səhv etmirəm-

sə 18.00-da başlayar, gecə saat 11-12-yə işini yekunlaşdırardı. 

Əsasən  AzTV-1-də  yayımlanan  verilişlərin  təkrarı  gedirdi 

AzTV-2-də. Buna da hesablanmışdı. İş əsnasında Telli xanımla 

yaxından tanış olduq. Böyük kabineti vardı. Sol əlinin ətrafın-

da müxtəlif telefonlar. Birinin üstündə gerb vardı. Heyrətimi 

gizlətmədim:

- Telli xanım sizin hökumət telefonunuz da var? Deyəsən 

dörd nömrədir, hə?

Cavab vermədi. Sadəcə gülümsündü. Onda başa düşdüm 

ki,  belə şeylərə əhəmiyyət vermir. Özünü sadəcə jurnalist sa-

yır.  Bir  müddətdən  sonra  Telli  xanımın  otağında  əlavə  stol- 

stullar  qoyulmağa,    AzTV-2  özü  veriliş  istehsalına  başladı. 



195

S A N D I Q

Kollektivdə digər jurnalistlərimizlə də tanış olmağa başladım. 

Əvvəllər qadın koloniyalarındakı məhbuslarla bağlı çox köv-

rək, yanğılı verilişlər hazırlayan Firuzə Nadir, şirin ləhcəsi və  

qələmi olan Şərəf Cəlilli, adı kimi özü də, verilişləri də gözəl 

Ceyran Rəhimova, gənc jurnalist, sonralar “Xalq qəzeti”ndə 

birgə çalışdığım  Aida Aysa, professional operator, mərhum 

Dünyamin Hüseynov, rejissor Elxan, indi estrada ulduzu olan 

balaca Xəyalə Manaflı və onun kiçik bacısı. Hazırlanan veri-

lişlər  də  orijinallığı  və  yüksək  səviyyəsiylə  seçilir,  sevilirdi. 

Xüsusilə  də  Xəyalə  Manaflının  və  bacısının  aparıcısı  olduq-

ları, balacalar üçün  “Çərək, çərək, gəl görüşək” verilişi. Bir 

buraxılış redaktoru kimi vəzifə borcum idi  verilişləri izləmək. 

Amma  “Çərək,  çərəy...”i  çox  sevirdim.  Musiqi  məktəbində 

oxuduğum illəri yadıma salırdı. Vlades Pelşin ORT kanalında 

“Uqaday melodiyu” verilişinin açılmasına hələ illər qalırdı.

“MƏDƏNİYYƏT XƏBƏRLƏRİ”

AzTV-2-nin  orijinal  verilişlərindən  biri  də    Telli  Pənahqı-

zının  aparıcısı  olduğu  “Mədəniyyət  xəbərləri”  həftəliyi  idi. 

Paralel olaraq AzTV-1-də də gedirdi bu veriliş.  Telli xanım 

həftənin mədəniyyət mənzərəsinə son qoyurdu bu verilişlə. 

Şəxsən ziyalı ailəsindən olan məni qane edirdi.  AzTV-2 ayrıca 

kanal  təəssüratı yaradaraq əməlli başlı səs-küy qoparmışdı. 

Müsəlman mühitində yaşadığımızı, mentaliteti  nəzərə alsaq, 

belə davam edə bilməzdi. Hökmən badalağ qoşub, verilişləri 

bağlayıb, kollektivi isə  pərən-pərən salmaq lazım idi. Belə də 

oldu. Bəlkə də AzTV-2-nin kollektivi özü buna  şərait yaratdı. 

Beləcə kanal içində yaradılan kanalın xoş ovqatına son qoyul-

du. İşçilərin bəzisi radioyaya keçirildi, bəziləri də digər redak-

siyalara.  Heyf.

AzTV-2 LƏĞV EDİLDİ

Kollektiv  ixtisara  salınmaqla  yanaşı,  AzTV-2  də  ayrıca 

qurum  kimi  yox,  Baş  proqram  direktorluğunun  bir  şöbəsi 


196

MAHİR QABİLOĞLU

kimi  fəaliyyətə  başladı.  Telli  xanım  da  direktorun  müavini 

oldu.  “Xəzər” redaksiyasının “Üz-üzə” verilişi də çox maraq 

doğururdu. Bir müddətdən sonra isə İctimai Televiziyanın ya-

ranmasıyla bağlı ümumiyyətlə ləğv edildi. “Mədəniyyət xə-

bərləri”  isə yaxşı ki, bu ixtisardan kənarda qaldı. 

TELLİ XANIMIN İŞÇİSİ SAYILA BİLƏRƏM

Yaxşı bilirsiniz ki, mədəni tədbirlər əsasən axşam vaxtı olur.  

Yox, düz demədim – tamaşalar da, konsertlər də, yubileylər 

də eyni vaxtda başlanır. İndi gəl bunların hamısını lentə al və 

həftə sonu efirə gedən “Mədəniyyət xəbərləri”ndə işıqlandır.

Deyə  bilərsiniz  ki,  birini,  ya  ikisini  yaddan  çıxarsaydı  nə 

olacaqdı  ki,  dünya  dağılacaqdı?  Düz  bildiniz.  Çünki  səhəri 

gün inciklik, umu-küsü dolu telefon zənglərinə məhz proq-

ramın  yaradıcısı  və  aparıcısı  Telli  xanım  cavab  verməliydi. 

“Telli xanım, unutmusunuz deyəsən məni”, “Telli xanım, nə 

əcəb  mənim  yubileyimi  işıqlandırmadınız?”,  “Telli  xanım, 

sən Allah, düzünü de, Nizami (Nizami Xudiyev –Az.TV-nin 

sədri) çıxartdı məni efirdən?” və sairə, ilaxır. Hələ süjet nə-

dir, zalda tamaşaçı kimi seyr edən ayrı-ayrı ziyalılar öz sifət-

lərini “Mədəniyyət xəbərləri”ndə görməyəndə də zəng edir-

dilər: “Öz gözümlə gördüm, Dünyamin çəkdi. Amma siz efirə 

 vermədiniz”.

Ona görə Telli xanım bütün mədəniyyət xadimlərinə çox 

diqqətlə yanaşırdı. Bir operator idi, bir özü, bir də rejissor. Hər 

şeyi də çatdırırdı. Necə?

Mədəniyyət tədbirlərinə “Xəbərlər” proqramı da gedirdi. 

Mən də onda  “Xəbərlər” redaksiyasında işləyirdim. Şair, zi-

yalı çörəyi yediyimdən elə bil ki, məni “propiska” eləmişdilər 

sərgi  salonlarına,  yazıçılar,  bəstəkarlar,  rəssamlar  ittifaqları-

na, akademiyaya, konservatoriyaya, Mədəniyyət və İncəsənət 

universitetinə. Bəzən bir gecədə iki-üç yerə gedirdim. Hamısı-

na da quru, xəbərlərsayağı 30-40 saniyəlik bir şey yazıb ötürü-

rürdüm efirə. Amma kasetləri pozmurdum. Telli  Pənahqızının 



197

S A N D I Q

mədəniyyətimizə, ziyalılara, öz verilişinə, öz sənətinə böyük 

məhəbbətinin  xatirinə.  Çəkdiklərimi  məndən  götürür,  süjet 

hazırlayıb elə bir şövqlə tamaşaçıya təqdim edirdi ki, mənim 

efirə verdiklərim olurdu ...

Bəzən sancmadan, bir müəllim kimi məsləhətlərini də ve-

rirdi. Hiss edirdim ki, “Günün ekranı”nda bir vaxtlar hazır-

ladığı  mədəniyyətlə bağlı süjetləri, şənbə reportajları yadına 

düşür: “Bax, yazırsan “payız”. Nə olar ki, əvvəlinə artır “qı-

zılı payız”, Quru ifadələrdən çıx. Təsvirlərə yer ver. Axı, şair 

 oğlusan?!”

Bir şeyi unutdum. AzTV-2 bağlansa da Telli xanımın nə ota-

ğını əlindən aldılar, nə də verilişini başqa redaksiyaların yedə-

yinə qoşdular. Avtonom qaldı. Atam Qabil demişkən: “Ayrıca 

gəmiyəm, öz bayrağım var”.

ŞAİRƏ TELLİ PƏNAHQIZI 

Günlərin bir günü Telli xanım mənə kitab verdi ki, “atana 

çatdır. Şeirlər kitabımdır.  Təzəcə nəşr edilib”. Mən də çatdır-

dım. Üstündən üç gün keçmişdi ki, atam zəng elədi: “Telliyə 

de  ki,  o  əsl  şairdir.  Belə  də  de”.  Yaxınlaşıb,  atamın  sözünü 

ona dedim. Zəng edib minnətdarlığını bildirdi. Sonra ərkya-

na: “dediyini yazsa Qabil müəllim, mənimçün böyük qiymət 

olardı” dedi. Atama çatdırdım bu arzunu. Razılaşdı.  Heyf ki, 

xəstəliyi mane oldu.  Bu sözləri isə qısa da olsa yazmaq mənə 

qismət oldu.

“SPACE”


Üstündən  illər  keçdi.  Mən  AzTV-dən  ayrıldım.  Üç  ay 

Speys-də  işlədim. Burda da “Mədəniyyət xəbərləri” adlı ve-

riliş gedirdi. Amma Telli xanımın hazırladığı verilişin yerini 

vermirdi. 2007-ci il dekabrın 31-də mənim  televiziya fəaliyyə-

tim başa çatdı.


198

MAHİR QABİLOĞLU

TELLİ XANIM HARDAN YADIMA DÜŞDÜ?

Amma televiziyada işlədiyim illər heç yadımdan çıxmadı.  

Çünki orda işləyənlər yadımdan çıxmır. Böyük dərs keçdilər 

mənə. Özləri də bunu hiss etmədən. Hamısından yığdım. Do-

ğurdan  da  böyük  məktəb  idi.  Həyatımda  üç  böyük  məktəb 

keçdim. Birinci Qabilin və onun ədəbi mühitinin məktəbini, 

ikincisi  əsgərlik  –  kişilik  məktəbini,  üçüncü  isə AzTV  mək-

təbini.  AzTV-dən  uzaqlaşanı  mənim  köhnə  həmkarlarımın, 

müəllimlərimin  əksəriyyətini görmürəm. Təsadüfən bu gün  

internetdə rast gəldim ki, Telli xanım bu yaxınlarda öz yubi-

leyini  qeyd  edib.  Vallah,  xəbərim  olmayıb.  Dəstəyi  götürüb 

quruca təbrik də etməmişəm. Bir də ki, altı yaş nədir ki, bunu 

təbrik də edəsən. Amma günahımın böyük olduğunu nəzərə 

alıb  ürək  sözlərimi    yazmağa  qərar  verdim.  Yazıda  xətalara 

yol verdiyimi bilirəm. Hansı?

HAŞİYƏ:  Bir  gülüş  ustası  haqqında  yazı  hazırlayırdım. 

Dedi ki, mən oxumamış çapa vermə. Yazdım. Adının yanına 

görkəmli gülüş ustalarımız Yaşar Nuri, Nəsibə Zeynalova, Sə-

yavuş Aslan və digərlərini də əlavə etdim. Güclü alınsın deyə. 

Yazını  bitirib,  kağıza  çıxarıb  gəldim  yanına.  Qələmi  əlinə 

alıb birinci elə onların adının üstündən xətt çəkdi. “Yazı mə-

nim haqqımdadır, bunların adını bura niyə əlavə etmisən?” 

deyərək. (SON)

Telli xanım, sizin haqqınızda yazdığım bu yazı istərdim ki, 

davamlı olsun. Və müasirim, bir vaxtlar sadəcə iş yoldaşlarım 

olan  digər televiziya korifeylərimiz də nə vaxtsa başladığım 

bu layihənin qəhrəmanlarına, gənc nəsillər üçünsə  bir örnəyə 

çevrilsinlər.

SON


Hər dəfə televiziya fədailərimiz haqqında fikirləşəndə bir 

atalar misalı yadıma düşür. “Çörəyi ver çörəkçiyə, birini də 



199

S A N D I Q

üstəlik”. Çörəkçilər sağdırlar, tam həyat enejisiylə doludurlar, 

istedadlarının,  bilik  və  bacarıqlarının  pik  nöqtəsindədirlər. 

Bircə çörəyi onlara vermək qalır, özü də birini də üstəlik.

Əvvəldə etmədiyim təqdimatın lap yeridir -  tanınmış te-

lejurnalist,  tele-aparıcı,  televiziya  xadimi,  şairə,  tərcüməçi, 

pedaqoq, rəhbər, iş yoldaşım və ən nəhayət  Azərbaycan mə-

dəniyyətinin  brendi  olan  “Mədəniyyət  xəbərləri”  verilişinin 

yaradıcısı, aparıcısı  Telli Pənahqızı, bizim Telli xanım, yubile-

yin mübarək!    

 

   


 

   


 

   


 

   


200

MAHİR QABİLOĞLU

 

MAŞIN SÜRMƏK ZÜLMDÜR

12 ilin sözü olar. Atam, anam, mən, həyat yoldaşım və iki 

qızım  “Volqa”  maşınımızda  Yardımlıya  gedirdik.  Cümləm 

çox  uzun  oldu,  eləmi?  Yazsaydım  ki,  “ailəlikcə  gedirdik”  

–  bəs  etməzdimi?  Amma  məqsədim  var.  Ona  görə  hamını 

qeyd etdim.

Maşını  mən  sürürdüm.  Salyana  çatmamış  100-cü  kilo-

metrdə yol ayrıcı var. Burda həm də çayxana, kafe fəaliyyət 

göstərir. Mən də maşını qaydasında sürürdüm. Ümumiyyət-

lə lap düz yolda da sürəti 80-dən yuxarı qaldırmazdım. Bu 

yerə çatanda birdən kafedən pişik çıxıb yola doğru qaçmağa 

başladı. Arxada maşın, qarşı tərəfdən də maşın gəlirdi. Əylə-

ci bassaydım arxadan vuracaqdılar. Bəlkə də zəncirvari qəza 

yarana bilərdi. Sol tərəfə qaçırsaydım üzbəüz gələn avtomo-

bilə çırpılacaqdım. Başqa əlacım qalmadı. Pişiyi basdım. Bir 

xırçıltı səsi gəldi. İndi də qulağımdadır. Bir az gedib maşı-

nı saxladım. Üzümə su vurdum. Atam yaşına görə sürücü-

lükdən imtina etməsəydi bəlkə də ona verərdim sükanı. Bir 

az özümə gəldim. Amma düz Yardımlıyacan 50-dən yuxarı 

qalxa bilmədim. O xırçıltı səsi qulağımdan getmirdi. Rayon 

mərkəzlərinin içindən keçəndə piyadalar öz yerində, gözüm 

hey pişik axtarırdı. Qorxurdum. Mənəvi zərbə almışdım. Bir-

dən pişik olmayaydı, adam olaydı – bəs onda nə edəcəkdim. 

Əyləci basıb maşını saxlaya biləcəkdimmi? Çox ölçdüm-biç-

dim. Gördüm ki, yox. Şükür elədim. Amma pişik də canlı idi. 

Məni  polisə,  müstəntiqə,  məhkəməyə  çəkmədilər,  cəza  da 

1   ...   11   12   13   14   15   16   17   18   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling