Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet18/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

227

S A N D I Q

Mənim fənnimdən hamı bir nəfər kimi beş almalıdır. Özü də 

ki, buraxılış imtahanına Maarif nazirliyindən komissiya gəlir. 

Özünüzü toparlayın. Sabahdan bütün dərslər kimya olacaq. 

Düz beş ay. Gələndə yeddinci-səkkizinci sinif kimya dərsliyini 

də gətirin. Əvvəldən başlayacağıq”.

Başqa müəllimlər proqramların başa çatdırmışdılar. Təkra-

ra keçmişdilər. Ona görə də Sona xanım direktorluq hökmün-

dən  istifadə  edərək,  onların  da  dərs  saatlarını  götürmüşdü. 

Beş ay ərzində, gündə 4-6 saat olmaq şərtiylə Sona müəllimə 

bizə kimya dərsini keçdi. Keçmədi ye... kimyanı öyrətdi. Men-

deleyev cədvəlini gözüyumulu bilirdim. Kimyanı o dərəcədə 

mənimsəmişdim, Sona müəllimə kimyanı mənə elə sevdirmiş-

di ki, hətta filoloq yox, kimyagər olmaq fikrinə düşmüşdüm.

Beləcə  gəlib  çıxdıq  buraxılış  imtahanına.  O  vaxtlar  belə 

bir  qayda  vardı.  Qızıl  medala  namizədlər  bileti  çəkməli,  fi-

kirləşmədən həmən cavab verməliydilər. İmtahan vaxtı Sona 

müəllimə hamımızı otağa yığdı. Başda iki nəfər tanımadığı-

mız adam oturmuşdu. Demə Sona müəllimə direktor olduğu 

üçün  onun  imtahanları  Maarif  nazirliyinin  nəzarəti  altında 

keçirilirmiş. İmtahan başlamamış Sona müəllimə ayağa durub 

“mənim şagirdlərimin hamısı bilet çəkəcək, fikirləşmədən də 

cavab verəcəklər” dedi. Elə də oldu. Nəticədə 25 nəfər “5”, üç 

nəfər isə “4” aldı. Dörd alanlar isə neçə il bir sinifdə sayanlar 

idi. Baxmayaraq ki, onlar da beşə cavab vermişdilər. Bu imta-

handan o vaxtın “Azərbaycan müəllimi” qəzetində də yazdı-

lar, nümunə göstərdilər. Mən isə kimyadan attestata öz halal-

ca “dörd”ümü aldım. Nə olsun ki, imtahanda “əla” almışdım. 

Rüblükdə “üç”üm vardı, axı?!

SAHİB ƏLƏKBƏROV

190 nömrəli məktəb Səbail rayonunun ərazisində yerləşir. 

Sahib Ələkbərovu bu rayona təzəcə icra hakimiyyətinin başçı-

sı təyin etmişdilər. Tədbirlərini “Xəbərlər”də işıqlandırmağa 

isə mən gedirdim. Sahib müəllimi köhnə komsomol rəhbərim 



228

MAHİR QABİLOĞLU

kimi  çoxdan  tanıyırdım.  Əsgəri  xidmətdə  olarkən Azərbay-

can  komsomolunun  1987-ci  ildə  keçirilən  32-ci  qurultayına 

nümayəndə də seçilmişdim. 

Bir dəfə hansısa tədbirlə bağlı Sahib müəllimə sualım mey-

dana çıxdı. Axtardım. Şöbə müdiri işləyən Qabil dedi ki, Sa-

hib  müəllimin  başı  qarışıqdır.  Birinci  vəzifə  kimi  qarşısına 

məqsəd  qoyub  ki,  190  nömrəli  məktəbi  yay  tətili  dövründə 

əsaslı təmir elətdirib başa çatdırsın. Axtarsan orda taparsan”. 

Bilmirəm Sahib müəllim 190-ın məzunudur, ya yox? Amma 

icra başçısı kimi bu ilk addımı mənə ləzzət elədi.

190-IN MƏZUNLARI

190-ın  məşhur  məzunları  çoxdur.  Adlarını  çəkmək  istə-

mirəm. Bu məqaləyə sığışmaz deyə. Mən də bu məktəbin mə-

zunu olmağımla fəxr edirəm. İllər ötdükcə qiyməti daha çox 

görünür. Azərbaycanın təhsil sistemində, bu məktəbdə də hər 

şey dəyişib. Amma bir şey dəyişməyib. Adı. Bura Sona xanı-

mın məktəbidir.

Akademik  Cavadzadə  dünyasını  dəyişdikdən  sonra  “Ca-

vadzadənin klinikası” rəsmi olaraq öz adına qovuşdu. İvanov- 

kadakı kolxoz da Nikitinin adını daşıyır. 190 nömrəli məktəb 

də öz sahibinin adını gözləyir. Yəqin ki, bu qərar verilsə bir 

vaxtlar bu məktəbin məzunu, özü də, qızları da Sona xanımın 

şagirdləri olan, indi isə onun adını daşıyan, şəhid Osman Mir-

zəyevin də ruhu inciməz, əksinə şad olar. Biz də şad olardıq.


229

S A N D I Q

 

“ZOLOTAYA SEREDİNA” VƏ YA 



MODERN.AZ

“Zolotaya  seredina”,  yaxud  “ortaq  məxrəc”.  Mən  şəxsən 

bu sözləri çox sevirəm. Daha bir sevdiyim atalar sözü də var. 

“Yaxşı at özünə qamçı vurdurmaz”. Hər bir insan həyatda ye-

rini, rolunu, oturuşunu-duruşunu ölçüb biçməlidir ki, sonra-

dan peşmançılıq çəkməsin.  

Ucuz şöhrət dalıyca qaçmamalıdır. Əgər qaçsa uduzacaq. 

Şöhrət gəlib özü səni tapmalıdır.

Müasir zəmanəmizdə  “şöhrət” sözü çox az işlənir. Bu sözü 

“reytinq”,  “ulduz”,  “populyar”  kimi  ifadələr  əvəz  edib.  Bu 

üç sözün hamısını 5 yaşlı  Modern.az saytına aid etmək olar.  

Mən Modern-lə 2013-cü il martın 6-dan əməkdaşlıq edirəm. 

Bu bir il yarımda 200-dən çox yazımı, 16 tərcüməmi oxuculara 

təqdim edib. Mən bu saytın təkcə müəllifi yox, həm də gün-

dəlik oxucusuyam. Bu saytı təkcə Azərbaycanda oxumurlar, 

xaricdə də, hətta mənfur qonşularımız da yaxından izləyirlər.  

Mənim “Ərmən - Şuşanikin sevgisi” hekayəm və “Erməni qa-

dınları  və  azərbaycanlıların  erməniləşdirilməsi  prosesi”  ya-

zılarım    məhz  Modern.az.-ın  “sayəsində”    düşmənlərimizin 

bizə qarşı bayraq elədikləri  qondarma armyanofobiya siya-

hısına salınıb.

Hər  bir  televiziya,  radio,  qəzet  və  sayt  ona  başçılıq  edən 

şəxsin siması, güzgüsüdür. Modern.az da o cümlədən. Saytı 

açarkən  Elşad Eyvazlıyla Əfqan Qafarlının professional rəh-

bərlik,  redaktorluq,  xiridar    qabiliyyətinin  hamımız  şahidi 


230

MAHİR QABİLOĞLU

oluruq. Bu iki gənc ciddi mövzuları işıqlandırmaq baxımın-

dan məncə  çox ürəkli adamdırlar.  

Keçmiş televiziya işçisi kimi tam əminliklə deyə bilərəm ki, 

Modern.az saytının  internet televiziya qolu açılsa, bu sahədə 

də böyük uğurlar əldə edə bilər. Bu yolda onlara əməli, təmən-

nasız kömək göstərməyə mən də hazıram. Çünki cəmiyyətdə 

bu  cür  ortaq  məxrəcə  ehtiyac  çoxdur.  Yəqin  ki,  cəmiyyətdə  

“Çörəyi ver çörəkçiyə, birini də üstəlik” misalını bilən və hə-

yata keçirmək istəyən insanlar buna qiymət verəcəklər.

Modern.az daima yenilik axtarır. Özünə düşmən yox, dost 

qazana-qazana gedir. Oxucularının sayını artırır.  Xoş niyyəti, 

qələmi  olan hər bir insanın üzünə bu saytın qapıları açıqdır. 

O cümlədən reklam yerləşdirmək istəyənlərə də.

Modern.az-ın    orijinal  layihələri  haqqında  çox  danı-

şa  bilərəm.  Amma  ehtiyac  bilmirəm.  “Görünən  dağa  nə 

 bələdçi”. Oxuyan onsuz da görür, bilir. Müasir oxucunu alda-

da  bilmərsən.

Bu gün əvvəllər çalışdığım AzTV, “Space”, “Xalq Qəzeti” 

kimi doğma saydığım Modern.az saytının 5 yaşı tamam olur. 

Çox az yaş olmasına baxmayaraq, şərəfli bir yol keçib Modern.

az kollektivi bu beş ildə. Uğurlar arzulayıram, təbrik edirəm – 

həm oxucu, həm də bir müəllif kimi. 

   


 

   


  

  

  



 

   


 

   


231

S A N D I Q

 

   



 

BAKIDA “MAHİR KREMATORİYA” 

XİDMƏTİ

Çoxdandır  ki,  işsizəm. Amma    axtarışlarımı  davam  etdi-

rirəm.  Zığ-Aeroport  yolunu  icarəyə  götürmək  istəyim  puç 

oldu. Avtoşları bir zümrə kimi yox elədilər. Mənim də onlar-

dan pul qazanmaq arzum puç oldu. Bir sözlə, arzularımı be-

şiyindəcə boğa-boğa gedirlər. Günlər keçdikcə bu dünyadan 

ayrılıb o biri dünyaya yaxınlaşıram.

Amma cəmiyyətdə alternativlik deyilən bir anlayış da var. 

Ona görə də heç kim xəbər tutmamış başladım marketinqə.  

Nə edim ki, həm qara camaata faydalı  olum, xidmət göstə-

rim, həm də pul qazanım.

Getdim  məscidə.  Ölü  yuyulan,  kəfənlənən,  icarəyə  pulla 

mafa, tabut, gülab  verilən yerə - qiymətləri öyrəndim. Sonra 

məscidin ətrafında dayanan qara maşın sürücüləriylə bazar-

laşdım. Sonra getdim qəbiristanlığa. Orda da qiymətləri öy-

rəndim. Sonra da qəbiristanlığın nəzdindəki daş sexinə dəy-

dim. Ordakı qiymətləri də öyrəndim. Molla pulunu da gəldim 

üstünə. Sizcə  nə qədər elədi?  Aşağısı min manat, yuxarısı 

on  min,  bəlkə  də  çox.  Baxır  qəbirüstü  abidənin  növünə,  bir 

də ölünün kimliyinə. Gəldim kalkulyatoru qoyub qabağıma 

hesabladım. Vurdum -  çıxdım. Axır, qərara aldım.

Alternativ olaraq Krematoriya açacam. Bu sahədəki mono-

poliyaya alternativ olaraq.  Adını da qoyacam – “Mahir  Kre-

matoriya”. Mahir sözü iki məna daşıyacaq. Həm adım məş-

hurlaşacaq, həm də krematoriyanın  mahirliyini, mükəmməl-

liyini ifadə edəcək.



232

MAHİR QABİLOĞLU

İlk olaraq bununla bağlı Poladəritmə zavodları ilə danışığa 

başladım. Razılıq verdilər. Bu nəcib işimdə mənə uğurlar ar-

zuladılar. Heç icarə pulu da istəmədilər. “Peçdir də... onsuz da 

bütün günü yanır. Ölünün yanması istiliyini aparmayacaq ki, 

əksinə bir az da gurlaşdıracaq”.

Müasir  elit  evlərin  qazanxanalarından  da  təkliflər  oldu. 

Onlar da heç nə istəmədilər. Amma gördüm ki,  onlar bu işə  

qaza qənaət etmək üçün gedirlər. Ona görə də razılaşmadım. 

Hər şeyi ölçüb biçəndən sonra qiymət qoydum. Azərbaycanın 

müsəlman adət-ənənələrindən irəli gələn minimal qiymətlər-

dən düz on qat aşağı – 100 manat.

Qaydaları,  iş  prinsipini  də  müəyyənləşdirdim.  Demə-

li mənə zəng edirlər. Öz CİP maşınımda gəlirəm. Mərhumu 

taxta tabutda qoyuram maşınıma. Arxamca da dörd ölü yiyə-

si  gəlir. Aparıram  zavoda.  Salıram  peçə.  Yandırıram.  Bütün 

proses ölünün böyük, ya balaca, kök ya arıq  olmasından asılı 

olaraq maksimum iki saat çəkir.  Sonra külünü xüsusi qaba 

toplayıb verirəm yiyələrinə. Onlarla gəlirik bulvara. Minirik 

ekskursiya gəmisinə. Çıxırıq Xəzər dənizinə. Urnadakı külü 

səpirik ləpələrin qoynuna.

Xəzər dənizinə gəmiylə çıxırıq! Bildiniz? Burda qaydaları 

mən  qoyuram!  Bu  mənim  ideyamdır!  Yoxsa  ki,  vertolyltlar 

alıb, yeni dəb salmayın ki, ölünün külü vertolyotdan dənizə 

səpilməlidir. Bu sahənin də zibilini çıxarıb VİP xidmət yarat-

mayın. Bildiniz? Ekskursiya gəmisi – vsyo!

Bu xidmətimlə israfdan savayı, gör nə qədər zülmdən qur-

tarıram sizi, gələcəkdə öz ailə üzvlərimi də. Nə ad günündə, 

nə də ildə qəbirüstünə getmək var, bayramlarda qəbirin üs-

tünə səməni qoyub, şam yandırmaq da yox. Başdaşını qucaq-

layıb öpmək yox. Ölmüşünə heyfslənmək yox. 

Təkcə sağ qalanları yox, mərhumu da o dünya əzabların-

dan  hifz  edirəm.  Qıl  körpüsündən  keçərkən  kəllə-mayallaq  

dərəyə  yuvarlanmır,    İnkir-Minkirin  sual-cavab  meydanın-

da  onların  sözləri  qarşısında  qızarıb,  utanmır.  Ömrü  boyu 

Cənnətdən dəm vurub-vurub sonunda Cəhənnəm alovunda 



233

S A N D I Q

 yanmır,  qır tiyanında qaynamır. (Siz heç ömrünüzdə günah-

sız, Cənnətlik  insana rast gəlmisiniz?) Bütün bu rahatlıqları  

mən sizə 100 manata bəxş edirəm. Əgər köhnə adət-ənənələr-

lə getsəniz, böyük pul xərcləyib, sonda onsuz da yanacaqsı-

nız. Elə bu başdan mən yandırıram da. Sadəcə yüz manata.

“Mahir Krematoriya”nı seçin. Peşman olmazsınız. “Mahir 

Krematoriya” – Sizin o dünyanız.    

  

  

  



234

MAHİR QABİLOĞLU

 

   



 

   


ƏJDƏR XANBABAYEV,  

BƏXTİYAR VAHABZADƏ,  

CƏLAL ƏLİYEV

Mən    həyatımda  çox  təltif,  mükafat,  fəxri  ad  görmüşəm. 

Çoxunun  tarixçəsinə  yaxından  bələdəm.  İndi  də    “İstiqlal”, 

“Şöhrət” ordenləri, “Xalq şairi”, “Əməkdar İncəsənət  xadi-

mi” fəxri adları, Azərbaycan Dövlət Mükafatı laureatının dip-

lom və nişanı, Ali Sovetin Fəxri Fərmanı, “Əməkdə İgidliyə 

görə”  medalı  evimizin  bəzəyidir. Atamın  ölümündən  sonra 

bir dəfə də olsa qapağını açıb, döşümə sancıb, boynuma salıb, 

güzgünün qabağında dayanıb fors  eləməmişəm.  Bu təltiflər 

məndədir, amma mənimki deyil.

Bu ali mükafatların hərəsinin öz tarixçəsi var. Qonşularımı-

zın aldığı mükafatların da şahidiyəm. Onların da öz tarixçəsi 

var. Hər adın, medalın, ordenin dəyərini də bəlkə başqaların-

dan yaxşı başa düşür, düzgün qiymətləndirirəm. Kimin layiq, 

kimin  layiq  olmadığı  göz  qabağımdadır.  Amma  bir  yanlış-

lıq  buraxdım.  Görkəmli  yazıçılarımız aldıqları  bütün  adlara 

 layiqdirlər.

Belə bir deyim də var - “ Filankəs filan mükafata layiqdir. Bu 

ad ona ana südü kimi halaldır”.  Amma çifayda. Əliağa Vahi-

di götürək  - “Xalq şairi” fəxri adına layiq deyildimi, yaxud da 

Abdulla Şaiq, Əli Kərim, Nüsrət Kəsəmənli, Əliağa Kürçaylı, 

Əhməd Cəmil, Salam Qədirzadə, Əlfi Qasımov,  Mirmehdi Se-

yidzadə,  “Vicdan susanda” romanının hazırda həyatda olan 

müəllifi  Vidadi  Babanlı,  Əlibala  Hacızadə,  İsi  Məlikzadə  və 

digərləri. Düzdür bu cür insanlar da qiymətini alır,  xalq özü 


235

S A N D I Q

onlara  ad verir – “Xalqın şairi”, “Xalqın yazıçısı”. Bəlkə də 

ömür vəfa versəydi tam başqa cür olardı. Allah rəhmət eləsin 

– gücümüz buna çatır.

Mənim  bu mövzuya müraciət etmək fikrim yox idi. Əgər 

Modern.az. saytı “Heydər Əliyev ordeni” və bu ordenlə təltif 

olunmuş şəxslərlə bağlı bilgiləri səhifəsində yerləşdirməsəy-

di.  Onlar  15  nəfərdir.    Hamısı  da  görkəmli  insanlardır.  Pre-

zident  sərəncamını  müzakirə  etmək  fikrindən  uzaq,  prezi-

denti  dəstəkləyən bir insan kimi  demək istəyirəm ki, hamısı 

layiqdir.  Azərbaycana dost, qardaş adamlardır. Bizim yolu-

muzda çox işlər görüblər. O cümlədən rəssam Tahir Salahov 

və bəstəkar  Arif Məlikov.   Bu orden dövlət təltifindən əlavə 

mənə ona görə əzizdir ki,  Böyük Heydər Əliyevin adını daşı-

yır. Bəs...

İSTİQLAL ORDENİ

Heydər  Əliyevin  hakimiyyəti  dövründə  “İstiqlal  ordeni” 

ən ali təltif sayılırdı. Elə indinin özündə də. Hər adama veril-

mir bu orden. 

1995-ci il idi. Prezident Heydər Əliyevin sərəncamı ilə ilk 

dəfə olaraq bu ordenə üç nəfər -  Xəlil Rza Ulutürk (ölümün-

dən sonra), Məmməd Araz, Bəxtiyar Vahabzadə  - layiq görül-

dü. Əlbəttə ki, təqdimata, yaxud da ki, artıq söz-söhbətə eh-

tiyac görmürəm. Hər üçünə ana südü kimi halal idi bu təltif.

Atam da belə düşünürdü. Amma...

Evdə oturmuşduq. Sərəncam elan olundu. Atam bir anlıq 

fikrə  getdi.  Elə  başa  düşdüm  ki,  özünün  adını  bu  siyahıda 

görmədiyi  üçün  fikirlidir.  Çünki Azadlıq  meydanında  istiq-

laliyyətimiz uğrunda çox adamlar mübarizə aparmış, xalqın 

haqq  sözünü  demişdilər.  Qabil,  Sabir  Rüstəmxanlı,  Elçibəy, 

İsmayıl Şıxlı, Famil Mehdi və kimlər, kimlər... Amma bir anlıq 

öz dünyasından ayrıldı. Nə desə yaxşıdır:

-  Mahir,    Azərbaycanda  bu  “İstiqlal  ordeni”nə  layiq  iki 

adam var. Biri Gülhüseyn Hüseynoğludur, o  biri də İsmixan 



236

MAHİR QABİLOĞLU

Rəhimov. İndi istiqlaliyyətdən danışmağa nə var? Onlar 1948-

ci ildə, Stalinin dövründə  azadlığımız üçün Sovet hakimiy-

yətinə    meydan  oxuyublar.  Cəmi  yeddi  nəfər  olublar.  “İldı-

rım” hərəkatının tələbə üzvləri. İndi ikisi sağdır. Əsl istiqlalçı 

 onlardır.

1991-Cİ İL

Məni  ifrata  varmaqda  taqsırlandırmayın.  Mən  nə  YAP-ın 

üzvüyəm,  nə    də  döşümdə  qızıldan  tökülmüş    imza  lehimi 

daşıyıram. Mən sadəcə  Əliyevçiyəm. Bu insanı 70-ci illərdən 

tanımışam. Daha doğrusu əvvəl tanıdıblar,  sonra tanımışam. 

1991-ci ildə Milli Məclisdəki çıxışı indi də  qulağımda səslə-

nir - əleyhinə durub çıxış edənlər də, müdafiəsinə duranlar 

da... Bu olaya “Heydər Əliyevin həyatında Bayram Bayramov  

çevrilişi” adlı xatirə-məqaləmdə başqa bir aspektdən toxun-

muşam. Bu, tarixdir. Və bu tarixin mənim kimi şahidləri çox-

dur.  Bu  məqalənin  adındakı  “çevriliş”  sözünü  mən  elə-belə 

yazmamışam. Əslində bu məqalənin, daha doğrusu “çevriliş” 

sözünün  üç bucağı vardı. Biri Bayram Bayramov, biri Bəxti-

yar Vahabzadə, o biri isə Cəlal Əliyev.

Həmin  gün  deputat  Heydər  Əliyev  çıxış  etdi.  Bir  çoxları 

yerə  ayaqlarını  vurdular,  fit  çaldılar,  ədəbsizlik  etdilər.  Di-

rijor da başda oturmuşdu – prezident Ayaz Mütəllibov. Çıxış 

edənlər də oldu. Amma heç biri yadda qalmadı. Bircə Bayram 

Bayramovdan başqa. İclas bitdi. Səhəri gün yenə də iclas idi. 

Tribunaya Bəxtiyar Vahabzadə çıxdı. Çıxış etdi. Yoxdur inter-

netdə bu çıxış. Bayram Bayramovun da çıxışının stenoqram-

ması  yoxdur.  Dövlət  qəzetlərində  qalıb  yalnız  bu  tarix.  Son 

21 il ərzində heç televizorda da bu kadrları nümayiş etdirmə-

dilər. Canlı yayımdan göz yaddaşlarına birbaşa həkk olundu. 

Bu meydanda bir nəfər də vardı. Mirzə Ələkbər Sabir. Bəxti-

yar Vahabzadə öz poeziyasından şeir oxumadı. Köməyə Bö-

yük Sabiri çağırdı.


237

S A N D I Q

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,

Fitnə göyərir torpağımızdan, daşımızdan,

Tarac edərək, bac alırız qardaşımızdan,

Çıxmaz, çıxa bilməz də bu adət başımızdan....

Əslafımıza çünki həqiqi xələfız biz!

Öz qövmümüzün başına əngəlkələfiz biz!

Prezidentin,  “KQB”,  “MVD”,  prokurorluq  orqanları  rəh-

bərlərinin iştirak etdiyi Milli Məclisdə üsyünkaranə bir çıxış, 

özü də Heydər Əliyevin müdafiəsinə edilən bir çıxış. Üç yüz 

deputatdan hansının buna cürəti çatdı? Heç birinin.  Bəxtiyar 

Vahabzadə bunu etdi.

Bəs küçəyə çıxanda Heydər Əliyevi  qapıda kim gözləyir-

di? Əlbəttə ki, qardaşı Cəlal Əliyev. Ordan çıxıb Heydər Əli-

yev kimin evinə, kimin ocağına üz tutacaqdı? Əlbəttə ki, Cəlal 

Əliyevin. Əjdər Xanbabayevin  nümayişkaranə, sifarişli, Hey-

dər Əliyevçilərə bir növ mesaj olan qətlindənsə cəmi-cümlə-

tanı bir il vaxt keçmişdi. Niyə, məhz başqası yox? Məhz kiçik 

qardaşı Cəlal Əliyev?!

Yaxşı, sual verə bilərsiniz ki,  25 yaşlı Mahir Qabiloğlu evdə 

televizorun qabağında oturub Ali Sovetin  iclasına baxa-baxa 

bunları hardan bilirdi?

Ertəsi gün atam zəng elədi ki, gəl  gedək Şamaxıya. Gəl-

dim. Maşınımızı satmışdıq. “Şamaxinka”ya gedib ordan yol 

maşınına minəcəkdik. Yuxarı qalxdım.  Gördüm ki, telefonla 

danışır.


- Yaxşı danışdın. Ürəyimdən tikan çıxartdın.

-  .....


- Hardadır? Axı Cəlalın telefonunu bilmirəm.

-          .......

- Ay Bəyim, yaz ...... Bəxtiyar, bu dəqiqə zəng edirəm.

Danışan Bəxtiyar Vahabzadəydi.  Telefonda da atama “Hey-

dər Əliyevin üstünə yaman düşüblər. Mənəvi dəstək olmalı-

yıq.  Qardaşı  Cəlal  Əliyevgildə  qalır”  deyirmiş.  O   vaxtadək 



238

MAHİR QABİLOĞLU

atam  müxtəlif  yazılarda  bu  böyük  şəxsiyyətin  müdafiəsinə 

qalxmışdı. Harada görürdüsə, ona böyük hörmət və ehtiramla 

yanaşırdı, söhbətləşirdilər. Lakin  harada yaşadığını bilmirdi.                              

Atam nömrəni yığdı. Cəlal müəllimlə salamlaşıb, hal-əhval 

tutandan sonra Heydər müəllimlə danışmaq istədiyini dedi. 

O da dəstəyi verdi.

“Fikir verməyin. Siz böyük adamsınız.  Bəxtiyar da tutarlı 

cavab verdi hamısına.  Hamımız sizi çox istəyirik.  “Ömür həb-

ləri” romanında sizin obrazınızı da yaratmışam. Sadıq Murtu-

zayevin “İnsanla, torpaqla, raykom katibiylə üz-üzə” kitabına 

yazdığım məqalədə də sizin böyüklüyünüzü bir daha təsdiq 

etmişəm”. 

Atam daha nələr demədi. Təsəvvür edirsiniz də... o dövr-

də Heydər Əliyev üçün Qabilin bu sözləri nə demək idi. İndi 

bildinizmi ki, Heydər Əliyev Qabili niyə çox istəyirdi? Harda 

gördü zarafatlaşırdı. Bir sözünü iki eləmirdi. 

Amma mən 100 faiz əmin idim ki, həmin gün Heydər Əli-

yevə bu cür zənglər yüzlərlə olmuşdu. Hamısının da  səbəb-

karı Bəxtiyar Vahabzadə idi. Heydər Əliyevin qaldığı evi və 

telefonu yalnız o bilirdi. Çünki o, bir nömrəli Əliyevçi idi.

Heydər  Əliyev  danışandan  sonra  dəstəyi  yenidən  Cəlal 

müəllimə verdi. O da ünvanı atama dedi. Atam dəstəyi qo-

yub  iş otağına keçdi. Kağızda nəsə yazdı. Sonra onu “Ömür 

həbləri” kitabının ilk səhifəsinə köçürtdü. Şeirlə yazılmış 16 

misralıq  avtoqraf idi:



Məsləhətdir, aç, oxu,

Sən bu kitabı, Heydər!

Çox suala tapacaqsan da

Cavabı, Heydər!

Görəcəksən quruluş –

Zay quruluşdur, a kişi,

Yandırır həm şişi o, 

Həm də kababı, Heydər!

Üstünə kim bu saat

239

S A N D I Q

Qalxdı, xoruzlandısa da,

Xoruzun uçmağa

Hardaydı ki, tabı, Heydər!

Hansı namərdin olub

Vicdanı, abrı-həyası,

Mərdə-mərdanəyə xas

Vicdan əzabı, Heydər!

10.11.1991

Başqa jurnal, qəzet, kitabı da onunla bərabər sellofan tor-

baya qoydu.

-  Deməli  gedirsən  Nazirlər  Kabinetinin  yanına,  onun  bə-

rabəriylə  üzü  Dağüstü  Parka  doğru  irəliləyirsən.  Solda  iki 

hündürmərtəbəli bina görəcəksən. Biri iki blokludur, o biri bir 

bloklu. Bir blokluya girirsən qalxırsan liftlə .... (yadımda de-

yil) mərtəbəyə. Cəlal müəllimin evidir. Verirsən ona. Sonra tez 

gəlirsən. Şamaxıya gedirik. Cum!

Sellofan torbanı alıb deyilən ünvana getdim. Bloka girdim. 

Heç  kim  yox  idi.  Qarşımı  da  kəsmədilər.  Liftin  düyməsini 

basdım.  Atam  dediyi  mərtəbəyə  qalxdım.  Mənzilin  zəngi-

nin düyməsini basdım. Gözüm künc-bucaqda idi. Amma heç 

kim yox idi. Öz-özümə fikirləşdim. Yəni Heydər Əliyev kimi  

adam burda yaşayır, heç kim də məndən soruşmur ki,  “hara 

gedirsən?”, “niyə gedirsən?”. Qapını Cəlal müəllim açdı:

- Salam, Qabilin oğluyam. Atam göndərdi bunları Heydər 

Əliyevçün.

- Salam. Ay bala,  keç içəri. Atan niyə gəlmədi?

- Bilmirəm. Dedi ki, apar kitabları  ver, gəl.

- Keç içəri, kişiylə görüş.

Utandım.  Elə  kandardaca  kitabları  verib,  Cəlal  müəllim-

lə  sağollaşdım.    Evə  qayıtdım.  Evə  girəndə  atam  telefonla 

 danışırdı.

- Qabil, bəs mən səni gözləyirdim, uşağı göndərmisən.

- Heydər müəllim, sizin qəbulunuza düşmək belə asandır 

ki, məgər?

1   ...   14   15   16   17   18   19   20   21   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling