Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet20/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

254

MAHİR QABİLOĞLU

tələbəsi. Günlərin bir günü tapşırıq verdi ki, “bəs özün seç. 

Rus yazıçılarından birindən tərcümə etməlisən”. Mən də evə 

gəldim, axtardım atamın kitabxanasını. Nəhayət Şukşinin iki 

cildliyini tapdım. Niyə məhz onu? Çünki Şukşini aktyor kimi 

rollarını sevirdim. “Krasnaya kalina” bədii filminə dəfələrlə 

baxmışdım.  Kitabda  “İmtahan”  adlı  hekayə  diqqətimi  cəlb 

etdi. Bunu Şamil müəllimə dedim. Dərsdən sonra evinə dəvət 

etdi.  Səhv  etmirəmsə  Verxni  Naqornıda,  köhnə  birmərtəbə-

li evdə yaşayırdı. Birinci sözü bu oldu: “Mahir, mən fransız 

dilindən  tərcüməçiyəm.  Atan  “Azərbaycan”  jurnalında  iş-

ləyərkən mənim Viktor Hüqodan etdiyim “Klod Qo” adlı tər-

cüməmi yüksək qiymətləndirib, çap edib. Ona görə də mənim 

borcumdur ki, səni tərcüməçi kimi yetişdirəm. Heç olmasa bu 

cür borcundan çıxam”. 

Düzü  tərcüməçiliyə  həvəsim  vardı.  Mehdi  Mirkişiyevin 

qısa məsləhətlərinə də qulaq asmışdım.  Amma indiki kimi 

o  vaxt  bu  sahəni  dərindən  dərk  etmirdim. Atam  demişkən. 

“Tərcümə  etmək  çətindir.  Gərək  oxuyasan,  mənanı  saxla-

yasan,  sonra  özün  şeir  yazasan.  Bu  daha  asan  tərcümədir”. 

Amma  nəsrdə  çox  çətin  idi.  Məqsədim  tərcümədən  danışıb 

başınızı yormaq deyil. Bu mənim nəsr tərcüməsində sonuncu 

işim oldu.

O  dövrdə,  yəni  ki  1984-cü  ildə  Samvel  Qriqoryana Azər-

baycan ədəbiyyatının digər nümayəndələri ilə birlikdə “Xalq 

şairi” fəxri adı vermişdilər. Bu,  birmənalı qarşılanmamışdı. 

Dərslərin birində Şamil Zaman bu məsələyə münasibətini bil-

dirdi: “Deyirlər ki, yox, düzgün deyil Samvel Qriqoryana bu 

adı vermək. Bilirsinizmi, Samvel Qriqoryan Mirzə Ələkbər Sa-

birin yaradıcılığını erməni dilinə tərcümə edib. Məhz bu xid-

mətinə görə halaldır ona”. 

Onda başa düşmürdüm bu sözü. Bəlkə Şamil müəllim də 

bu sözü məsələnin nə yerdə olduğunu bilmədən dedi. Bəlkə 

də bu fikir Samvel Qriqoryana yox, Böyük Sabirə olan məhəb-

bətin bir təzahürü idi. Amma indi başa düşürəm ki, ermənilər 

erməni  dilində  Sabiri  oxuyandan  sonra  azərbaycanlıların 

portretini daha dəqiq, daha səhih yaratmağı bacarıblar.


255

S A N D I Q

Millət necə tarac olur olsun, nə işim var,

Düşmənlərə möhtac olur olsun, nə işim var.

Bu misralar görəsən Samvel Qriqoryanın “ifa”sında ermə-

nicə  necə  səslənirmiş?  Ermənicə  bilmirəm,  amma  təsəvvür 

etmək çətin deyil erməninin yaratdığı azərbayanlı millətinin 

surəti. 

BƏXTİYAR SADIQOV

AzTV-də “Xəbərlər”redaksiyasına təzə keçmişdim. Yazıları 

yazanda feillərin sonluğuna “ıb, ib, ub, üb”,  ya da “dı, di, du, 

dü” artırırdım. Baş redaktorumuz Həsən Həsənov da bütün 

bunların üstündən qırmızı rəngli qələmlə xətt çəkib edirdi – 

“mış,  miş,  muş,  müş”.  Düzünü  desəm,  yaxud  da  desək,  bu 

cür oxunuş çox qıcıqlandırırdı məni, bizi. Hətta çəkilişlərə ge-

dəndə digər jurnalist həmkarlarımız lağ da edirdilər. Adımızı 

“mış-muş” çağırırdılar. Əlavə də edirdilər ki, “nə görmüsü-

nüz e bu “mış-muş”da. Dili ağırlaşdırırsınız”.

Amma “Xəbərlər” öz prinsipindən geri çəkilmirdi. Nəinki 

“Xəbərlər”, AzərTac İnformasiya Agentliyi, “Azərbaycan” və , 

“Respublika” qəzetləri də. Zaman ötdü. Televiziyamızda nəsil 

dəyişikliyi getdi. “Mış-muş”lar getdi, yerinə “ib-ib”lər gəldi. 

“Mış-muş”lar “ıb, ib”ə çevrildi. Amma “Azərbaycan”, “Xalq 

qəzeti” simasını qorudu. Bu gün də qoruyur.

SİLVA KAPUTİKYAN

Mən onu Zori Balayanın dişi variantı, Azərbaycanlıların bir 

nömrəli düşməni sayıram. Zori Balayanla birlikdə Qorbaço-

vun qəbuluna girib “Qarabaq bizim olmalıdır” deyə ultima-

tum verəndir erməni şairəsi Silva Kaputikyan. Azərbaycana, 

Azərbaycan xalqına nə qədər böyük nifrəti vardı onun, Allah 

bilir. 


256

MAHİR QABİLOĞLU

Amma  bir  sözü  yadımdan  çıxmır.  Bəlkə  də  qısa  təhriflə 

ifadə edəcəm. Amma sizə də çatdırmağa borcluyam: “Azər-

baycan dili gözəl dildir. Axıcıdır, şirindir. Bir qulaq asın: “Biri 

varmışşşşşşşş, biri yoxmuşşşşşşş””.

SON


Gəlin  dilimizə  qiymət  verək.  Onu  qoruyaq.  Adi 

“mış-muş”umuzu qorumağa qadir deyiliksə, heç olmasa bu 

yolla gedənlərə - Bəxtiyar Sadıqova, Həsən Həsənova və onla-

rın kollektivinə mane olmayaq. Bunu heç müzakirə obyektinə 

də  çevirməyək.

 

   



  

  

  



257

S A N D I Q

 

   



 

  

  



  

MƏNİM ƏCLAFLIĞIM

 

   



Azərbaycanın  xalq  yazıçısı  Hüseyn  Abbaszadə  mənim 

qonşum  idi.  Köhnə  cəbhəçi  idi.  Yox,  elə  başa  düşməyin  ki, 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü idi. Əsla. Sovet 

dövründə Böyük Vətən Müharibəsində vuruşub sağ-salamat 

qayıdanlara cəbhəçi deyirdilər. İndi soruşacaqsınız ki, ay Ma-

hir cəbhəçi olmağının Hüseyn Abbaszadənin yazıçılığı, yaxud 

səninlə qonşu olmasıyla nə əlaqəsi. Bilməyənlər də bilsin. Cəb- 

həçi olan yazıçıların bəxti ya əlli, ya da yüz faiz gətirmişdi. 

Məsələn, müharibədə vuruşub, yaralanıb əlil olanlar vergidən 

yüz faiz azad idilər. Amma vuruşub yaralanmayanlar isə əlli 

faiz. Bir kitabın qonorarından tutulan verginin puluna isə az 

qala bir maşın almaq olardı. Atamın da hər dəfə kitabı çıxan-

da, qonorar alarkən çıxılan verginin məbləğini ona deyəndə 

bu  cəbhəçilərə  paxıllıq  edirdi.  1944-cü  ildə,  18  yaşı  tamam 

olanda cəbhəyə getmək istəsə də zəif görməsini əsas gətirib 

müharibəyə aparmamışdılar.

Amma Hüseyn Abbaszadə bu cür xoşbəxt yazıçılarımızdan 

idi. Həm gözəl yazıçı idi, həm də vergidən yüz faiz azad. Hü-

seyn Abbaszadəni buna  bədənində iz qoyan, nitqini qüsurlu 

edən faşist güllələri layiq görmüşdü.

Məni “Qabiloviç” deyə çağırırdı. Hüseyn əmi və onun ailə-

si haqqında geniş söz açmaq istəmirəm. “Məleykə Abbaszadə 

mənə niyə əzizdir” yazımdakılar təkrarçılıq olar. Sadəcə yad-

daşım məni on yeddi il əvvələ apardı. Qonşum Hüseyn əmiyə 

qarşı bir yanlışlığa yol vermişdim. Bilə-bilə etmişdim. Qəsdən 


258

MAHİR QABİLOĞLU

etmişdim. Ona görə də yazımın adını “Mənim bağışlanmaz 

səhvim” yox, məhz “Mənim əclaflığım” qoydum.

1997-Cİ İL

1997-ci il idi. Qızğın, çevrilişlər dolu ictimai-siyasi hadisələr 

Prezident  Heydər  Əliyevin  siyasəti  nəticəsində  artıq  tarixə 

qovuşurdu.  Müstəqil  Azərbaycanın  tarixində  əminamanlıq, 

intibah dövrü başlamışdı. Televiziya verilişlərində üstünlüyü 

həyəcan dolu xəbərlər yox, yubileylər, ədəbi-bədii hadisələr-

lə dolu verilişlər ələ alırdı. 1997-ci ilin yanvarında atamın 70 

illik yubileyi təntənəli surətdə qeyd olundu. Heydər Əliyev 

şəxsən özü iştirak etdi. Sonra isə növbə 75 yaşlı Hüseyn Ab-

baszadəyə  çatdı.  Dövlət  Dram  Teatrında  yubiley  mərasimi 

təşkil olunmuşdu. Prezident Heydər Əliyev bu ərəfədə Hü-

seyn əmini “Şöhrət” ordeniylə təltif etmişdi, ona təbrik mək-

tubu  ünvanlamışdı.

O vaxt AzTV-nin “Xəbərlər” proqramında işləyirdim. Baş 

redaktorum Həsən Həsənov məni çağırdı:

- Şair oğlu, axşam yubileyə gedəcəksən?

- Yox. Nə yubileydi ki?

-  Sən  necə  qonşusan?  Hüseyn Abbaszadənin Azdramada 

yubileyidir.  Get  həm  iştirak  elə,  həm  də  çək.  Yoxsa  inciyər 

səndən.

Həsən  müəllim  beləcə  incə  yumoruyla  Yazıçılar  Birliyin-



dən gələn çəkiliş xahişli məktubu verdi mənə. Operator Dün-

yamin Hüseynovu da yanıma salıb gəldim Azdramaya. Dün-

yaminin birinci sözü bu oldu:

- Qədeş, mən həm də “Mədəniyyət xəbərləri” üçün çəkə-

cəyəm. Ona görə də müsahibə götürərik. Telli xanım tapşırıb. 

Yubileyi də bir az geniş çəkəcəyəm. Özü də axıracan oturarıq.

Razılaşdım. Lojaların birində lövbər saldım. Yubileyin əv-

vəlində  Prezident  Aparatının  Humanitar  siyasət  şöbəsinin 

müdiri Fatma Abdullazadə prezidentin yubilyara ünvanladı-

ğı təbrik məktubunu oxudu. Gül dəstəsini ona təqdim etdi. 



259

S A N D I Q

Hiss olunurdu ki, Fatma xanım bu təbriki ürəkdən oxumur. 

Sadəcə  vəzifə  borcunu  yerinə  yetirir.  Hüseyn  əmiyə  əl  ve-

rib görüşəndə də bir istilik hiss olunmurdu. Elə Hüseyn əmi  

özü də...

HAŞİYƏ: Yubileydən bir az öncə Prezident Heydər Əliyev 

“Prezidentin  fərdi  təqaüdü”  təsis  olunmasıyla  bağlı  sərən-

cam imzalamışdı. Və birinci sərəncamla səhv etmirəmsə atam 

Qabil də daxil olmaqla 10 nəfər görkəmli yazıçı – xalq şairi 

və  yazıçısı  –  bu  təqaüdə  layiq  görülmüşdü.  Onların  arasın-

da Nəbi Xəzri, Hüseyn Abbaszadənin adı yox idi. Bu, Hüseyn 

əmiyə pis təsir eləmişdi. Pula görə yox, adının orda olmama-

sına görə. Atamla söhbətində: - Qabil, bu iki yüz faiz Fatma-

nın (red.- PA-nın Humanitar siyasət şöbəsinin müdiri Fatma 

Abdullazadə) işidir. Mənə nifrət edir, mən də ona. Ona görə 

adımı siyahıdan çıxarıb.- dedi. 

Atamın isə Fatma xanıma, Fatma xanımın isə atama böyük 

hörmət, ehtiramı vardı. Elə hey Hüseyn əmini sakitləşdirirdi 

ki, yox e, Fatma xanım belə iş görməz. O bütün yazıçıları çox 

sevir. Elə atam deyən də oldu. Birinci sərəncamdan iki ay son-

ra daha on nəfər prezident təqaüdünə layiq görüldü. Onların 

arasında Nəbi Xəzrinin də, Hüseyn Abbaszadənin də adları 

vardı. Atam Hüseyn əmiyə:

- Gördün? Mən deyən düz çıxdı. Fatmalıq deyilmiş. (SON)

Sonra çıxışlar başlandı. Dünyamin də çəkməyində idi. Yu-

bileydə iştirak etmək üçün Hüseyn əminin oğlu İlqar da xü-

susi olaraq ABŞ-dan Bakıya gəlmişdi. Əlində o vaxt əlçatmaz 

bir şey sayılan kiçik formatlı əl kamerası vardı. Səhnənin bir 

küncündə dayanıb olanları lentə alırdı. Amma professional te-

leviziyonşik kimi başa düşürdüm ki, nə o Dünyamin Hüsey-

novdur, nə də kamerası bizim Betekam kamerası kimi yüksək 

keyfiyyətli. 

Fasilədə  Hüseyn  əmidən  böyük  bir  müsahibə  aldım.  Bu, 

Telli Pənahqızının tapşırığı idi. Yubileydə axıracan oturduq. 

Həm qonşu, həm də müxbir kimi borcumu yerinə yetirdim. 

Qaldı materialı hazırlayıb efirə vermək.



260

MAHİR QABİLOĞLU

Ertəsi gün işə gəldim. Yazdım. İkinci proqram üçün aldı-

ğım müsahibəni də arxasına qoşmaq qərarına gəldim. Kadr 

arxası mətni Həsən müəllimə təqdim etdim.

- Mahir, bu nədir?

- Hüseyn Abbaszadənin yubileyi.

- Bilirəm e yubileydir. Bu boyda niyə yazmısan? Sən bilmir-

sən ki, bir dəqiqədən artıq süjet getmir efirə? Apar bunu azalt.

- Həsən müəllim, mənim qonşumdur axı.

-  Bilirəm  qonşundur.  Mən  demirəm  ki,  vermirik.  Yaxud 

da  başdansovdu  yanaş.  Qəşəng  bir  süjet  hazırla,  amma  bir 

dəqiqə,  maksimum  bir  dəqiqə  on-iyirmi  saniyə.  Bu  nədir? 

Hələ sinxron da verəcəksən?

-  Bəli,  Həsən  müəllim,  müsahibə  də  aldım.  Bəs  baxanda 

Hüseyn  əmi  deməyəcək  ki,  danışdıqlarım  hardadır?  Sonra 

başlayacaq məni danlamağa. Gərək məni göndərməyəydiniz.

- Sənə tapşırıq vermişdim ki, müsahibə alasan?

- Özü dedi ki, “al!”

  Bunu  yalan  dedim. Həsən müəllim fikrə  getdi.    Hüseyn 

müəllimə,  onun  şəxsiyyətinə  hörməti  böyük  idi.  Amma  ki, 

“Xəbərlər”də o dövrdə süjetlərdə müsahibə getmirdi. Süjetlər 

də maksimum bir dəqiqə olurdu. Yalnız dövlət çəkilişlərində 

xronometraj dəqiqəni aşa bilirdi. Sonunda da “Xüsusi buraxı-

lış” anonsu verilməklə.

Nə  isə,  Həsən  müəllimi  pis  duruma  salmışdım.  Amma 

istəyirdim ki, Hüseyn əminin yubileyini bir nömrəli proqram 

sayılan, o vaxt prezident proqramı adlandırılan “Xəbərlər”də 

yaxşı işıqlandırım. Çünki bütün ziyalılar “Xəbərlər”ə bir nəfər 

kimi baxırdılar. Əgər yaxşı verməsəydim, Hüseyn əmi yenə 

də taqsırı Fatma Abdullazadədə görəcəkdi.

Süjeti hazırladım. Hardasa iki dəqiqədən bir az çox çıxdı. 

Axşam efir qabağı bütün kassetləri yığıb aparırdıq Baş Proq-

ram  direktoru  Məmmədəli  Zülfüqarovun  otağına.  Həsən 

müəllimlə birgə baxırdılar. Ehtiyac duyulanda süjeti Nizami 

müəllimə  də  göstərirdilər.  Həsən  müəllim  bu  dəfə  kassetlə-

ri mənə daşıtdırdı. Demə, məqsədi varmış. Otaqdan çıxmaq 



261

S A N D I Q

istəyəndə dedi ki, “getmə. Elə birinci səndən başlayacağıq”. 

Məmmədəli müəllim yubiley süjetinə baxdı.

- Alə, bu nədi?

- Hüseyn Abbaszadənin yubileyi.

- Alə,  bildim  e,  yubileydi.  Niyə  bu  qədər  çoxdur?  Həsən 

baxmamısan bunun yazısına?

- Baxmışam. Amma çox israr elədi ki, böyük getsin.

- Olmaz. Apar bunu yarıbayarı azalt.

- Məmmədəli müəllim, Hüseyn müəllim özü dedi ki, yax-

şı ver mənim yubileyimi. İndi soruşsa nə deyim? Deyim ki, 

Məmmədəli müəllim qoymadı?

Məmmədəli müəllim də fikrə getdi. Bilirdi ki, deyə bilərəm. 

Ondan sonra isə gəl Hüseyn Abbaszadənin qabağında dayan...

-  Yaxşı,  qoy  getsin. Amma  Mahir,  sənə  deyirəm,  bundan 

sonra bizi belə çıxılmaz vəziyyətə salma. Başa düşdün?

- Baş üstə. – deyib sevincək otaqdan çıxdım.

İşin axırı idi. Evə çatanacan “Xəbərlər” qurtarmışdı. Fikri-

ni öyrənmək üçün birinci atama zəng elədim. Dəstəyi anam 

 götürdü:

- Mama baxduz yubileyə?

- Hə. Baxdım. Məni də göstərmişdin.

- Bəs papa?

- Papa evdə yoxdur. Respublika sarayında Prezidentin təd-

biridir – ora gedib.

Dəstəyi qoydum. Zəng elədim Hüseyn əmigilə. Dəstəyi hə-

yat yoldaşı Solmaz xala götürdü:

- Salam, Solmaz xala.

- Salam.

- Mahirdir e.

- Hə, bala, necəsən?

- Baxdınız yubileyə?

- Harda göstərdilər ki?

- AzTV-də.

- Ay bala, biz yerli-dibli Azərbaycan kanallarına baxmırıq. 

Biz ancaq rus kanallarına baxırıq.



262

MAHİR QABİLOĞLU

Pərt oldum. Amma pərtliyimi güclə gizlədib:

- Solmaz xala, Hüseyn əmi evdədir?

- Yox. Saraydadır. Prezident tədbirinə gedib.

Bu  da  ikinci  pərtlik.  Yenə  də  özümü  toparladım.  Əlacım 

qaldı özümü tərifləməyə.

- Əla verdim e “Xəbərlər”də. Müsahibəsini də, sizi də. Bü-

tün qonşularımızı. Geniş şəkildə.

- Necə dəqiqə?

- Üç dəqiqə. - deyə 30 saniyə mübaliğəyə vardım.

- Nə? Üç? Mən də elə bildim ki, bir on-on beş dəqiqə gedib.

Bu da üçüncü pərtlik. Yenə də pərtliyimi biruzə vermədim.

- Solmaz xala, siz baxmamısınız. Yəqin qohum-qonşu baxıb. 

İndi zəng edib sizə də deyəcəklər ki, baxdıq - əla süjet idi.

- Kim zəng edəcək ki, ay bala. Hamı Respublika sarayında-

dır. Baxan olub ki? Hüseyn özü baxmayıbsa, kimə lazımdır ki, 

süjetə baxmaq.

Bu da dördüncü pərtlik. Sağollaşıb dəstəyi yerinə qoydum. 

Əl-üzümü yudum. Yeməyimi bir təhər yedim. Başladım tele-

vizora baxmağa. Amma özümə gələ bilmirdim. Bütün günü 

bir süjetin arxasına düşüb keçirdiyim həyacanların cavabını, 

qiymətini almışdım. Özümə söz verdim ki, bir də yazıçıların 

tədbirlərini çəkməyəcəyəm. Ertəsi gün Dünyamin kasseti gə-

tirib mənə verdi. Ağlıma bir fikir gəldi ki, həm “sıroy”, həm 

də  süjeti  adi  maqnitafon  kassetinə  köçürüb  verim  Hüseyn 

əmiyə. Qoy yubileyindən yadigar qalsın. Zəng etdim evlərinə. 

Bu dəfə dəstəyi Hüseyn əmi özü götürdü.

-  Hüseyn  əmi,  bilirəm  dünən  baxa  bilməmisiniz.  Nara-

hat  olmayın.  Həm  bütöv  variantı,  həm  də  süjeti  köçürüb 

 gətirəcəyəm.

- Neynirəm ki... İlqar hamısını çəkib. Lazım deyil.

Bu  da  beşinci  pərtlik.  Sağollaşıb  suyum  süzülə-süzülə 

dəstəyi qoydum yerinə. Kasseti pozmalıydım. Amma pozma-

dım. Qoydum siyirtməmə. Olanları atama da danışdım. Dedi 

ki, yaz kasseti gətir ver. Dedim ki, yox. Dedi ki, özün vermək 

istəmirsənsə, ver kasseti mənə, çatdırım. Yenə də “yox”  dedim. 



263

S A N D I Q

Dedi ki, yaşlı adamdırlar. Fikir vermə. İnsan qocalanda belə 

olur. Bir azdan ananla mən də belə olacağıq. Biziylə də belə 

umu-küsü edəcəksən? Atam nə hay elədisə, sözünə qulaq as-

madım. Amma kasseti də pozmurdum. Eləcə şkafda qalmışdı.

Üstündən bir ay keçdi. Otaqda oturmuşdum. Şəhər telefo-

nuna zəng gəldi. Dəstəyi götürdüm. Hüseyn əmi idi:

- Qabiloviç, necəsən?

- Yaxşıyam, Hüseyn əmi.

-  Mahir,  telefonunu  atandan  aldım.  Mənim  yubileyimi 

çəkən o operator var idi e... Adı  nədir onun? Keçəl, balacaboy 

kişi...


- Dünyamin?

- Hə. Dünyamin. Ona denən ki, bəs kasseti köçürüb gətirsin 

mənə.

- Kasset qalmayıb axı, Hüseyn əmi.



- Sən ondan soruş. Bəlkə qalıb?

- İki yüz faiz qalmayıb.

- Bəlkə fonda verib?

- “Xəbərlər”in çəkdiklərini fonda vermirlər.

- İndi o boyda yubiley belə çıxır ki, havaya uçdu?

- Bəli.


- Yaxşı. Sağ ol. Amma hər ehtimala qarşı Dünyamindən so-

ruşarsan.

- Hüseyn əmi, bəs İlqar çəkirdi axı öz kamerasıyla.

- İndi baxırıq ki, başdan-ayağa brak çəkib. Hansısa knopka-

nı düz basmayıb.

Danışığı başa çatdırdım. Şkafı açdım. Hüseyn Abbaszadə-

nin yubileyi olan kasseti çıxartdım. Videotekaya qalxıb uşaq-

lara verdim. Onlar da xüsusi aparata saldılar. İçində olanların 

hamısını pozdurdum. Dərindən nəfəs aldım.

Nə  mənim  bir  aydır  ki,  içimdə  gəzdirdiyim  pərtlikdən 

əsər-əlamət qaldı, nə də ki, Azərbaycanın xalq yazıçısı, Dövlət 

Mükafatı laureatı, Əməkdar iİncəsənət xadimi, nasir Hüseyn 

Abbaszadənin, qonşum Hüseyn əminin ömrünün yeganə yu-

bileyindən xırda bir nişanə. 

   


264

MAHİR QABİLOĞLU

 

ARVAD, ALLAH VERƏNDƏN GƏTİR

 

   


 

KASIB AİLƏ

Axşam saat 9-dur. Kasıb ailə şam eləyib. Televizorun qaba-

ğında oturub türk serialına baxır. Bu dəm qapının zəngi çalı-

nır. Evin kişisi qapıya çıxır.

- Ay xoş gəlib, səfa gətirmisiniz.

- Xoş gününüzə gələk.

- Buyurun, keçin içəri.

HAŞİYƏ:  Belə bir lətifə var. Günlərin bir günu kasıb ailə 

şam edir. Birdən arvad əlindən bıçağı salır.

- Ay kişi, qonaq gələcək.

Elə  bu  dəm  qapının  zəngi  çalınır.  Kişi  qapını  açır.  Dörd 

nəfərdən ibarət qohum dəstəsi içəri girir. Süfrə açıq olduğun-

dan onları da stola dəvət edirlər. Kişiylə arvad əlini yeməkdən 

çəkir ki, qonaqlara bir şey çatsın. Bir az keçir arvad yenə də 

bıçağı əlindən yerə salır.

- Ay kişi, qonaq gələcək.

Bu dəm yenə qapı döyülür. Kişi qapını açır. Üç qohum da 

belə gəlir. Onlar da süfrə arxasına oturur. Bu dəfə ana “uşaq-

lar dərslərini hazırlamalıdırlar” bəhanəsiylə onları süfrədən 

uzaqlaşdırır.  Ki,  qonaqlara  yemək  çatsın.  Bir  az  keçir  arvad 

yenə bıçağı əlindən salmaq istəyir. Onu güdən əri bıçağı göy-

dəcə tutur. Kişi sevincək:

- Ay arvad, yaxşı ki, bıçağı göydə tutdum. Yoxsa yenə qo-

naq gələcəkdi,- deyir.


265

S A N D I Q

Amma bu dəm yenə qapı döyülür. Ortada isə yemək yox. 

Soyuducu da boş. Kişi qanıqara qapını açır. Kandarda qonşu-

sunu görüb sevinir.

- Qonşu, xeyir ola?

-  Qonşu,  sizə  qonaq  gəlib.  Liftə  qalıblar.  Gəl  kömək  elə, 

çıxaraq. (SON)

Qonaqlar içəri keçir.

- Ay arvad, əziz qonağımız var. Allah verəndən gətir düz 

stola.


Arvad  çaş-baş  qalır.  Əvvəl  tezcə  çay  dəmləyir.  Soyuq 

dəyəndə  uşaqlar  üçün  saxladığı  zoğal  mürəbbəsindən  qaba 

tökür. Səhər uşağın dərsə aparacağı peçenyeni qabından çıxa-

rıb  səliqəylə  boşqaba  düzür.  Çayı  süzüb  podnosda  aparıb 

süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu 

açır. Baxır. Görəsən Allah verəndən soyuducuda nə qalıb? Gö-

zünə kərə yağı, “Üç inək” pendiri, bir də 7 qəpiklik yumurta 

sataşır. Altı dənə yumurtanı bir qaba vurur. Üstünə azça çay 

sodası tökür ki, köpsün. Yaxşıca çalır. Yağ dağa düşəndən son-

ra tavaya tökür. Pendiri dilim-dilim doğrayır. Yayda bağladığı 

badımcan kürüsü də yadına düşür. Çörəyi doğrayır. Podno-

sa qoyub süfrəyə aparır. Kişi də çebuş arağı qoyur ortalığa. 

 Arvad:

- Pendir kənd pendiridir. Anam rayondan göndərib.



- Bəh-bəh-bəh! – əri arvadının sözünə qüvvət verir.

- Yumurtaları da anam göndərib. Həyətimizdəki qara toyu-

ğun yumurtasındandır.

- Bəh-bəh-bəh ! – kişi yenə əlavə edir.

- Çörək də öz təndirimizdən çıxıb.

- Bəh-bəh-bəh! – kişi başını razılıqla tərpədir.

- Nuş olsun. Bir az tez gəlsəydiniz anamın kənddən gön-

dərdiyi  beçəni  çığırtma  bişirmişdim.  Neynək.  Gələn  dəfə 

gəlməmişdən  qabaq  xəbər  verərsiniz.  Bu  dəfə  xəcalətliyik 

 yanınızda.



266

MAHİR QABİLOĞLU

ORTABAB AİLƏ

Axşam saat 9-dur. Ortabab ailə şam eləyib. Televizorun qa-

bağında oturub rus kanallarına baxır. Bu dəm qapının zəngi 

çalınır. Evin kişisi qapıya çıxır.

- Ay xoş gəlib, səfa gətirmisiniz.

- Xoş gününüzə gələk.

- Buyurun, keçin içəri.

Qonaqlar içəri keçir.

- Ay arvad, əziz qonağımız var. Allah verəndən gətir düz 

stola.

Arvad  özünü  itirmir.  Əvvəl  tezcə  çay  dəmləyir.  Qonaq 



üçün  saxladığı  şaftalı,  əncir  mürəbbəsindən  ümumi  qaba 

tökür.  Uşaqların  əlindən  gizlətdiyi,  qonaq  üçün  saxladığı 

şokolad  konfeti  çıxarıb  qənddana  qoyur.  Çayı  süzüb  aparıb 

süfrəyə düzür. Sonra yenidən mətbəxə qayıdır. Soyuducunu 

açır.  Baxır.  Görəsən  Allah  verəndən  soyuducuda  nə  qalıb? 

Çəkilmiş mal əti. Bundan tezcə kotlet bişirmək olar. Yanında 

da  kartof  qızartması.  Bir  də  vermişel  dəmləsə  yerinə  düşər. 

Həm də tezbazar. Yaxşı ki, yayda qoyduğu tutmalar var. Hələ 

“bolqarski  perets”i  demirəm.  Qonaqların  yanında  xəcalətli 

qalmayacaq. Tezcə bunları hazırlayıb, podnosa qoyub süfrəyə 

aparır.  Evin  kişisi  də  bardan  yaxşı  moskovski  araq  götürüb 

ortaya qoyur.

Gələn  qonaq  da  məəttəl  qalır  ki,  bu  qısa  zaman  ərzində 

evin xanımı bu qədər neməti necə hazırlayıb süfrəyə düzdü. 

O saat deyirlər:

- Əhsən. Bərəkallah.

VARLI AİLƏ

Axşam saat 9-dur. Varlı ailə şam eləyib. Televizorun qaba-

ğında oturub xarici kanalda ingiliscə xəbərlərə baxır. Bu dəm 

qapının zəngi çalınır. Evin kişisi qapıya çıxır.


1   ...   16   17   18   19   20   21   22   23   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling