Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet21/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

267

S A N D I Q

- Ay xoş gəlib, səfa gətirmisiniz.

- Xoş gününüzə gələk.

- Buyurun, keçin içəri.

Qonaqlar içəri keçir.

- Ay arvad, əziz qonağımız var. Allah verəndən gətir düz 

stola.

Arvad yerindən tərpənmir. Gözüylə xidmətçiyə işarə edir. 



O da mətbəxə keçib çay və kofe dəmləyir. Xarici şokoladları 

səliqəylə qənddana düzür. Cənnət alması, qoz, zeytun mürəb-

bəsini  qaba  tökür.  Bon-apetitdən,  AZZA-dan  sifariş  edilən 

tortu, pirojnaları doğrayır. Aparıb süfrəyə düzür. Sonra yeni-

dən mətbəxə qayıdır. Soyuducunu açır. Baxır. Görəsən Allah 

verəndən  soyuducuda  nə  qalıb?  Beş  cür  xarici  kolbasa,  qa-

ra-qırmızı kürü, vetçina, balıq, ləvəngi, burjanina. Bir də şam-

dan qalan plov, iki cür qara. Tezcə bunları da qızdırıb,  süfrəyə 

aparır. Evin kişisi də servantı açıb viski, tekila götürüb ortaya 

qoyur.


- Siz Allah, bağışlayın da. Bivaxt gəlmisiniz. Allah verən-

dən nuş eləyin. Bir pənco-pənco da boğazımızı yaşlayaq.

- Allah süfrənizi açıq eləsin.

ALLAH YETİRƏN

Allah təkdir. Allah adildir. Amma nədənsə yetirəndə birinə 

qayğanaq verir, birinə də qara kürü. Birinə çebuş içizdirir, o 

birinə  viski.  Biri  qonağa  uşağının  boğazından  kəsdiyini  ye-

dizdirir, o biri isə özgələrinin boğazından kəsdiyini. Görəsən 

niyə?  Tapdım.  Kim  ki,  bu  dünyaya  Cənnət  deyib,  təamlar 

yeyəcək, onlar o biri dünyada cəhənnəmlik olacaqlar. Kim ki, 

bu dünyada kasıbçılıqla yaşayacaq, daha doğrusu sürünəcək, 

o dünyada cənnətlik olacaqlar. Məncə Cənnətə getmək üçün 

bu dünyada cəhənnəmlik olmağa dəyməz. 

   


  

  

  



268

MAHİR QABİLOĞLU

O DÜNYAYA TƏLƏSƏN  

VAQİF SƏMƏDOĞLUNA CAVAB

  

 



Ömrünün son günlərində Xalq Şairi Vaqif Səmədoğlu  “Yat-

maq istəmirəm” adlı balaca bir şeir yazmışdı. Bu şeirdə onun 

xərçəng xəstəliyindən çəkdiyi ağrıları, əzabları, yuxusuz qal-

mağı kövrək notlarla gözəl təsvir olunur. Mən də ona zarafat-

yana belə bir təskinlik cavabı yazdım. Özü də nəzmə çəkərək. 

VAQİF SƏMƏDOĞLU 



Yatmaq istəmirəm 

İlahi, 

Yatağın nə sağında 

Nə solunda, 

Nə bir gözəlin qolunda 

Yatmaq istəmirəm.

İlahi, 

Nə söyüd kölgəsində, 

Nə dünyanın ən azad ölkəsində 

Yatmaq istəmirəm.

İlahi, 

Dar quyu dibində, 

Qaranlıq nəm içində, 

İşıqlı qəm içində, 

269

S A N D I Q

Ağrısız 

Bir az yatmaq istəyirəm...

4 oktyabr, 2014, Bakı 

MAHİR QABİLOĞLU 



O dünyayçun darıxma! 

Vaqif, bu öz işindir, 

İstəyirsən yat-yatma. 

Dərin, şirin yuxuya, 

İstəyirsən bat-batma. 

Gözəllər işindədir – 

İstəyirsən qucaqla, 

İstəyirsən heç baxma. 

Bircə bunu bilirəm: 

O dünyayçun darıxma! 

Söyüdlər dəbdən düşüb, 

İndi dəb palmanındır. 

Onunsa kölgəsi yox. - 

Kölgə yatmaqçun deyil, 

Fotonun zamanıdır. 

Azərbaycan azaddır, 

Lap yaşamaq anıdır. 

...Vaqif, sən heç tələsmə, 

Sənə yatmaq yaraşmır, 

Belə yatsan günahdır. 

Ölmək üçün tələsmə, 

Dar quyu müftə deyil, 

İzolyasya etsələr, 

Quyuda nəm nə gəzir? 

Qaranlıqdan danışma, 

270

MAHİR QABİLOĞLU

İnkir-Minkir fanarla, 

Təzə ölülər gəzir. 

Ağrı diriyə məxsus, 

Yatmaq istəyirsənsə, 

Bir dənə “dimedrol” iç. 

“Xoşbaxtlıq, xoşbaxtlıq” de, 

Şairlərə sən iliş. 

Moşunu ifşa etdin, 

Mahirlər peyda oldu – 

Sən yaz, mən cavab verim. 

Amma... heç yana getmə.

Atam da dilə gəlib 

yazır ki: - Vaqifə de, 

Səməd, Yusif burdadır, 

Qazaxı sonsuz qoyma! 

Saqqalına yaraşmır, 

Ölməzliyə tələsmə. 

Əzrayıl “zakaz” sevmir, 

O dünyayçun darıxma! 

5 oktyabr 2014-cü il   

  

  



271

S A N D I Q

 

   



KOROĞLUNUN  HEYKƏLİ   

PLAGİATDIRMI?

Heykəltaraş Tokay Məmmədova, onun yaratdığı eks Əziz-

bəyov, eks 11-ci Qızıl Ordu heykəllərinə böyük, Nəsimi heykə-

linə cüzi rəğbətimə rəğmən bildirməliyəm ki, Koroğlu heykəli 

plagiatdır. Düzdür, məndə belə bir şübhə də var ki, Koroğlu 

heykəlini  ümumiyyətlə Tokay Məmmədov yaratmayıb. Çün-

ki bu onun sənətkarlıq səviyyəsindən, imkanlarından qat-qat 

aşağı  bir  sənət  nümunəsidir.  Azərbaycan  heykəltaraşlığına 

ləkədir. Bu sənətin şikəst əsəridir.

İndi sual verə bilərsiniz ki, axı, Mahir, sən sənətşünas de-

yilsən?  Düzdür.  Sadəcə  mənim  bədbəxtçiliyim  ondadır  ki,  

10 yaşında Leninqraddakı heykəlləri, Bakıda Sabsayın, Fuad 

Əbdürrəhmanovun, Cəlal Qaryağdının monumental heykəl-

taraşlıq incilərini görüb seyr etmişəm. Zövqüm bu fonda for-

malaşıb. Nə olsun ki, sənətşünas deyiləm. Amma xalqın gözü 

mizan-tərəzidir.

Gəlin bir az konkret olum. İki mülahizəm var. Birincisi – Ko-

roğlunun heykəli plagiatdır. İkincisi – bu heykəli yaşı səksəni 

ötən Tokay Məmmədov yarada bilməzdi. Daha doğrusu To-

kay Məmmədov bunu özünə yaraşdırmazdı. Nəsə uşaq-mu-

şaq  barmağı var bu işdə. Necə? İzah edim də.

Dissertant gəlir akademikin yanına ki, bəs elmi rəhbərim 

ol, himayə et məni. O da deyir ki, “baş üstə”.  Sonra dissertant 

elmi kitab çap etdirmək istəyir. Akademikə verir ki, o da bir 

dərkənar qoysun. Akademik də guya oxuyur.  Sonra da de-

yir ki, kitabda bəzi boşluqlar vardı, onları doldurdum. Bəzi 



272

MAHİR QABİLOĞLU

əlavələr  etdim.  Nəticədə  akademikin  adı  müəllif  sırasında 

birinci yazılır,  naşı dissertantın adı isə ikinci. Oxuyanlar da 

baxır ki, bəs kitabın ön sözüylə, finalı heç uyuşmur elmi əsərə. 

Nəsə akademikin barmağı var burda. Kitab isə ümumilikdə 

zəifdir.  İndi lətifəsi Koroğlunun heykəlindən uzaq.

Birinci mülahizəmi mən sübut etməyə çalışacağam. İkinci-

sini isə...  əgər belə olubsa, heykəltaraş Tokay Məmmədov  özü 

etiraf etməlidir. Əgər desə ki, belə olmayıb, bu heykəldə “dis-

sertant əli” yoxdur... Onda bir misalı çəkmək məcburiyyətin-

də qalacağam...  İndi isə mərhələylə fikirlərimi açıqlayım.

HƏKİM VƏ DONUZ

Son günlərin bir lətifəsi var. Yəqin eşitmisiniz. Bir azərbay-

canlı  təcrübəçi  həkimi  göndərirlər  xaricə  təcrübə  keçməyə, 

yeni  cərrahi  əməliyyatlara  yiyələnməyə.  Klinikada  ona  izah 

edirlər ki, bu əməliyyat çox təhlükəlidir. Ona görə də birin-

ci  heyvanların  üzərində  təcrübə  aparmalısan.  Bütün  xərclər 

nəzərə alınıb, amma donuzun pulunu özün ödəməlisən. Nə 

az, nə çox, düz 80 avro. Azərbaycanlı təcrübəçi də onlar deyən 

kimi  edir. 80  avro verib donuz alır. Elə birinci təcrübədə do-

nuz ölür. İkincisini alır, o da ölür. Daha doğrusu, onu da öldü-

rür. Beləcə beş gündə beş donuz - bizim milli jurnalistikamı-

zın sevimli ifadəsiylə desək - həkim səhlənkarlığının qurbanı 

olur. Axırda təcrübəçi bezir. Oxumaqdan, öyrənməkdən yox, 

donuza pul verib almaqdan. Cərrahiyyə əməliyyatının texno-

logiyasını, dərmanları öyrənir, deyir ki, mən getdim, sağ olun. 

Soruşurlar ki, hara? Deyir ki, Azərbaycana. Orda adamların 

üzərində öyrənəcəyəm, özü də havayı. Öləndə də deyəcəklər 

ki, alın yazısını pozmaq olmaz, əcəli elə buracan imiş.

İndi  lətifəsi  bizim  rəssamlardan  uzaq.  Bu  sənətdə  natura 

deyilən bir qayda var. Hətta böyük imperatorlar belə, rəssam-

ların qarşısında saatlarla otururlarmış ki, şəklimi çək, yaxud 

da  heykəlimi  yap.  Bəziləri  isə  at  belində.  Lüt  qadın  şəkli 

çəkənlər isə saatına filan qədər verib naturaçılar dəvət  edirlər 



273

S A N D I Q

ki,  rəsmləri daha gözəl və qüvvətli alınsın. Görəsən niyə belə 

edirlər? Lüt qadınmı görməyiblər, yaxud da təbiətmi seyr et-

məyiblər? Yaddaşlarında qalanları köçürsünlər, vəssalam-şüt-

təmam. Daha niyə əlavə xərc çəkirlər ki? Çünki sənətkar usta-

lığı  təkcə insanın xaricini, təbiətin gözəlliyini tabloya köçür-

məkdən ibarət deyil. Ordan gələn ruhu, enerjini, hissləri də 

fırçaya almaq bacarığıdır.

Atam  Qabilin  dediyi  bir  sözü  yenə  də  xatırlatmaq  istə-

yirəm: Ona sual verəndə ki,  qadını sevərək yazılan sevgi şei-

riylə,  qadını sevməyib yazılan sevgi şeiri arasında fərq nədir? 

Cavab vermişdi ki, bir var bulaq suyu, bir də var labaratoriya-

da distilə edilmiş su. İkisinin də kimyəvi formulu H2.O-dur. 

Amma biri dadlıdır, o biri dadsız.

Qayıdım yavaş-yavaş mövzuya. Üzeyir Hacıbəyovun “Ko-

roğlu”operasında baş rolu oynayan Bülbül səhnəyə bilirsiniz-

mi necə daxil olurmuş? Atın belində. Bəli, bəli, Opera və Balet 

teatrının kiçik səhnəsində bütün təhlükələrə baxmayaraq re-

jissorun təxəyyülü bu cür həllini tapırmış. Bu tapıntı deyildi-

mi?  Bəlkə  də  rejissor  Üzeyir  Hacıbəyov  dühasının  məhsulu 

olan  operanın  quruluşunu    ikiqat  gücləndirmişdi  bu  addı-

mıyla. Koroğlu varsa, Qırat da səhnədə olmalı, görünməliydi. 

Təsəvvürdə yox, canlı.

İndi sual olunur. Görəsən Tokay Məmmədov öz geniş ema-

latxanasına neçə dəfə at gətizdirib? Yaxud da ki, Koroğluya 

prototip kimi hansı enlikürək, hündürboy oğlana paltar ge-

yindirib  atın  belində  saatlarla  otuzdurub  eskizlərini  edib?  

Axı, bu heykəl üçün kifayət qədər pul buraxılmışdı ki, nəinki 

at kirayələmək, hətta ilxı almaq olardı. At, naturşik, qədimi 

paltar,  qılınc,  qalxan  tapmaq  belə  çətin  idimi?  Əsla.  Tokay 

Məmmədov bunu etmişdimi? İnanmıram. Etsəydi bu cür sə-

viyyəsiz heykəl şəhərimizin ən gözəl yerini “bəzəməzdi”.

BU HEYKƏL TOKAY MƏMMƏDOVA NİYƏ TAPŞIRILDI?

Bilmirəm  təsadüfdür,  yoxsa? Amma  belə  məlum  olur  ki, 

Koroğluyla bolşevik Əzizbəyov arasında nəsə bir paralel var. 


274

MAHİR QABİLOĞLU

“Əzizbəyov” metrostansiyasının adını dəyişib Koroğlu qoy-

dular.  Tokay  Məmmədovun  yaratdığı  Əzizbəyov  heykəlini 

yerlə yeksan edib, əvəzində Koroğlunun heykəlini ona həvalə 

etdilər.  Belə  çıxır  ki,  Koroğlu  heykəli  Əzizbəyov  heykəlinin 

qanbahası imiş. Məhkəmə proseslərində qanbahası görmüş-

dük. Ölmədik heykəltaraşlıqda da bunu gördük. 

TƏSƏVVÜR EDİN

Bir anlıq təsəvvür edin. Koroğlu heykəlini yapmaq Tokay 

Məmmədova yox, sizə həvalə olunub. Nə edərdiniz? İlk ağlı-

nıza o gəlməliydi ki,  bu heykəl hansı formada olmalıdır. Ko-

roğlu Qıratsız təsəvvür edilmədiyinə görə, heykəlin də iki ele-

mentdən – Koroğlu və Qıratdan ibarət olması vacibdir. Bu bir. 

İkincisi, Koroğlu hökmən atın belində, əlində də qılınc olmalı-

dır. Üçüncüsü... Bax üçünçü elementdə hər şey dalana dirənir. 

Əgər  at  şahə  qalxmış  vəziyyətdə  olsa,  ilk  növbədə  Pyotrun 

Peterburqdakı heykəli gəlib duracaq göz önündə. İkincisi də 

ki, bu cür formalı Koroğlu heykəli artıq Naxçıvanda ucaldılıb. 

Əgər at sakit durmuş vəziyyətdə olsa... Burda da qeyri-adi bir 

şey yoxdur. Bu forma fatehlərə xas bir quruluşdur. Kralların 

və ya Çingiz xanın Monqolustandakı heykəlinə bənzəyəcək. 

Bu həm də Koroğlunun xarakterini açmağa imkan verməyə-

cək. Onda neyləməli? Gəl elə atın dörd ayağı da göydə qalsın. 

Bax bu, yenilikdir. Bəs bu cür vəziyyətdə neçə ton ağırlığında 

heykəli hündür pedestala necə otuzdurmalı? Hə, bu vaxt Çən-

libel qayalığının şiş ucu köməyə gəlir. Dayağı Qıratın qarnının 

ortasından  yerləşdirmək  olar.  Tokay  Məmmədov  əvvəl  belə 

etmişdi. Sonra gördülər ki, başqa bir mənzərə alınır. Guya ki, 

Qırat qayalıqdan hoppanır. Qarnı qayalığın şiş ucuna ilişir və 

cırılır. Yazıq at. Və o saat başqa əlac tapıldı. Pedestaldan boz 

qranitdən  ucalan  həmin  şiş  ucu  biədəb  şəkildə  kəsib  götür-

dülər. Heykəli Koroğlunun sol ayağına bərkitdilər. Belə təsəv-

vür yaranır ki, Koroğlunun ayağı nəyəsə ilişib qabağa gedə 

bilmir. Amma demə bu əlavə olunmuş element, daha doğrusu 



275

S A N D I Q

dayaq heykəltaraş təxəyyülündə bulud imiş. Şəkililər burda 

deyib e... “heykəltaraş, sənin təxəyyülünə dana kəsim”.

PEDESTAL


Heykəlin pedestalı normal ölçü və hündürlükdədir. Yəqin 

ki, bunu yaradıcı heyət dəfələrlə ölçüb-biçib. Bir də ki, pedes-

tal alçaq olsaydı, heykəlin bütün eyibləri aydın görünəcəkdi. 

İkinci tərəfdən isə atın damarları, və digər ayıb bədən üzvləri 

aydın-aşkar verilməliydi. Bu isə mentalitetimizə yad bir ele-

mentdir. Yaxşısı budur ki, yuxarıda olsun. Bilinməsin ki, Qırat 

dişidir, ya erkək. 

Həm də pedestal məsələsi Azərbaycan heykəltaraşlığında 

ən yaralı yerdir. Məhz bu elementə görə Nəriman Nərimano-

vun  Sovetskidəki  əzəmətli  heykəli  şikəst  heykəllər  sırasına 

daxildir. O vaxt Moskvanın “Nərimanovun heykəlinin pedes-

talı Kirovun heykəlinin pedestalından hündür olmamalıdır” 

siyasi qərarı, heykəltaraş Cəlal Qaryağdını da pis vəziyyətdə 

qoymuşdu.

SON QƏRAR

Və belə qərara alınır ki, at çaparaq vəziyyətdə olsun. Bur-

dan başqa xırdalıqlara varmaq istəmirəm. Deməyəcəyəm ki, 

Koroğlu atdan böyükdür. Yazığın ayaqları yerə dəyib əzilir. 

Altındakı Qırat yox, Ponidir. Sadəcə iki şeyi qeyd etmək istə-

yirəm.


İnşaatda taraz deyilən bir alət var. Amma ustalar çox da bu 

alətə inanmırlar. Əlavə olaraq qırağa çəkilib tikdikləri divara 

bir də baxırlar. Sonra da əlavə edirlər ki, ən düzgün taraz, mi-

zan insan gözüdür.

Koroğlu  heykəlinin  qabağında  dostumu  gözləyirdim. 

“Göyçə”  xəngəlxanası  o  həndəvərdə  yerləşir.  Gedirdik  xən-

gəlləməyə. Bir süpürgəçi də bağda təmizlik işləriylə məşğul 


276

MAHİR QABİLOĞLU

idi. Birdən dayandı. Başını yuxarı qaldırıb Koroğlunun hey-

kəlinə baxdı və: “Bu heykəli yapanın..!”.

 ŞƏXSİ MÜLAHİZƏLƏRİM

Koroğlunun  dövründən  bizə  yalnız  dastan  qalıb.  O  da 

aşıqlarımızın dilində gəlib bu günə çıxıb. Amma indiki dövr 

internet dövrüdür. İnternetdə nə desən tapmaq olar. İnanmı-

ram ki, yaşlı, qoca insanlar interneti sevir. O cümlədən Tokay 

Məmmədov da. Yəqin “dissertant”ı cəld tərpənib və istədiyi-

ni tapıb. Axtarışa Koroğlu adını verib. Görüb ki, bir şey hasil 

olmur. Ya kinodan fraqmentdir, ya da ki, operadan. Rus əlif-

basıyla yazıb. Yenə də heç nə hasil olmayıb. Bu dəfə “Koroğ-

lu dəli” yazıb. Alınmayıb. Rus dilinə tərcümə edib. “Koroqlu 

psix”, “Koroqlu sumaşedşiy” yazıb. Yenə də nəticə olmayıb. 

Deyib ki, qoy onda “Koroqlu durak” yazım. Bu zaman ekra-

na nə gəlsə yaxşıdır? Rus xalq nağılı “İvan-durak”, Yaxud da 

“İvanuşka duraçok”. Özü də sevimli atı Qorbunokun belində.  

İki əlləri yanda. Sol əlində də “Jar-ptitsa”, tərcümə etsək Si-

murq quşu. Atın da bütün ayaqları göydə. “Ura” deyib yerin-

dən  hoppanır. Şəkli flyaşkaya köçürüb gəlir kompüter sexinə. 

Dizaynerə beş-on manat verir. Birinci atın qulaqlarını qısaldır. 

İvan-durakın papağını milliləşdirir. Bığ qoyur. Priçoska verir.  

Əlindəki quşu sildirir. Yerinə qalxan taxır. O biri əlinə isə qılınc 

verir. Hər şeyi düzgün edir. İvan-durakı miqyasa uyğunlaşdı-

rır. Amma Konyok-qorbunok yaddan çıxır.  Atı da böyütsəy-

di, bu “dissertant”ın heç misli-bərabəri olmazdı. Beləliklə çox 

da tanınmayan sovet rəssamı və multiplikatoru, 1996-cı ildə 

71 yaşında rəhmətə gedən Vladimir İvanoviç Zarubinin Yeni 

il münasibətilə buraxdığı açıqça yaman karına gəlir. “İvan-du-

rak” Koroğlu olur, “Konyok Qorbunok” isə Qırat.

Beləcə  Azərbaycan  heykəltaraşlığında  yeni,  möhtəşəm 

sənət əsəri dünyaya gəlir.

Burda  pis  bir  şey  yoxdur.  Azərbaycan  mədəniyyətlərin 

qovuşuğunda  yerləşir.  Bu  cür  heykəlin  dünyaya  gəlməsini 



277

S A N D I Q

 pisləməyin, əksinə təqdir edin. Təqdir edin ki, yaşı səksəni öt-

müş heykəltaraş bu cür müasir bir əsər ortaya qoya bilib. Əgər 

yaxşı dəyərləndirsək, lap Nobel də ala bilər. Sadəcə iki düzə-

liş lazımdır. Birinci, heykəlin pedestalında Koroğlu sözünün 

altında, mötərizə də (İvan-Durak) sözləri də cızılsın. İkincisi 

də Tokay Məmmədov aldığı qan bahası pulundan Vladimir 

İvanoviç Zarubinin ailəsinə bir halallıq göndərsin. Çox yox, 

100 min dollar olsa bəsdir.

İKİNCİ MÜLAHİZƏ

Birinci  mülahizəmi  şəkillərlə  hardasa  isbat  etməyə  çalış-

dım. Razılaşacaqsınız, ya yox? Bilmirəm. Bircə bunu bilirəm 

ki, kor-kor, gör-gör.

İkinci  mülahizəm  isə  Tokay  Məmmədovun  bu  heykələ 

aidiyyatının  olmamasıdır.  Düzdür  “elmi  rəhbər”  odur,  ad 

da onundur. Amma Koroğlunu yapanlar, yapdıməli edənlər 

“dissertant”lardır. Düzdür buna saxtakarlıq derlər. Amma ki, 

Tokay  Məmmədovun  70  il  qazandığı  hörmətin  bir  heykələ 

qurban  getməsinin  fonunda  bu  saxtakarlıq  heç  nədir.  Əgər 

bu  mülahizəmi  sənətkar  və  heykəltaraşlıq  sənətinin  müasir 

 üzvləri qəbul etmirlərsə, son əhvalatımı oxusunlar. Görsün-

lər ki, hansı yaxşıdır? Saxtakarlığı qəbul etmək, yoxsa Tokay 

Məmmədovun bu yaşında “şalvarının düşməyi?”

SON


Bir böyük Azərbaycan aktyoru olur. Adını yazmayacağam. 

20-ci əsr Azərbaycan teatrının təşəkkülündə böyük xidmətləri 

vardı.  Böyük  dramatik  rollar  yaratmışdı.  Titullarını  saymaq  

istəmirəm. Sadəcə bir məqamı qeyd edim.

Bu aktyor qocalır. Eşitdirirlər ki, daha səhnəyə çıxma. Rolu 

unudarsan,  ya  səndələyib  yıxılarsan,  hörmətdən  düşərsən. 

Qulaq asmır. Günlərin bir günü tarixi dramda oynamaq üçün 

yenə  səhnəyə çıxır. Taxtından ayağa duranda şalvarı düşür. 



278

MAHİR QABİLOĞLU

Alt  paltarı  görünür.  Demə  şalvarın  düyməsini  yaxşı    bağla-

mayıbmış.  Bilmirəm  doğrudur  bu  hadisə,  ya  yox. Atamdan 

eşitmişəm. Sadəcə bu əhvalatda bir məntiq var. Hər bir sənət-

kar  özünə  hörmət  qoyub  vaxtında  sənətini  tərk  etməlidir. 


279

S A N D I Q

 Xanəndələr  xoruz  buraxmamış,  aktyorlar  şalvarı  əynindən 

düşməmiş,  heykəltaraşlar  isə  Koroğlunu  İvan-durak,  Qıratı 

isə Konyok-qorbunok cildində görməmiş.

P.S. Bir təklifim var. Baş nazirin müavini Elçin Əfəndiyev, 

mədəniyyət və turizm naziri Əbülfəs Qarayev! Xahiş edirəm 

Koroğlunun, Qara Qarayevin  heykəlləri yenidən işlənsin. 

Hörmətlə: vətəndaş Mahir İmamverdiyev.     

  

  

  



280

MAHİR QABİLOĞLU

ƏMİR MUSTAFAYEVİN TOYU

 

   



 

   


 Atasının ilkisi, 

Burnu qara tülküsü.

Bu misraları ilkim olan qızım körpə Suğraya deyəndə gü-

lür, sanki başa düşürmüş kimi əllərini yuxarı qaldırıb oynadır-

dı. Ailənin ilki olmaq böyük xoşbəxtlik sayılır. Lap özümdən 

götürüm. Mən dünyaya gələndə çox adama titul vermişəm. 

Mənim sayəmdə ata, ana, dayı, xala, baba, nənə olublar. Bu 

bir ailənin, yaxud da hər bir ailənin yaşadığı sevincdir. Yəqin 

ki,  mənim  ilk  cümlələrim  hamınıza  çox  doğma  gəldi.  Əmir 

Mustafayev də ailənin ilk nəvəsi oldu. Yazıçı-jurnalist Əmir 

Mustafayevə babalıq titulu verdi.

QONŞU ƏMİR MUSTAFAYEV

Sovetlərin vaxtında yazıçılar aləmində dövlətin təsbit etdiyi 

bir qanun vardı. Rəsmi dildə desək, kim öz yaradıcılıq şəraiti-

ni daha da yaxşılaşdırsaydı, yəni ki, yeni, daha yaxşı mənzilə 

köçsəydi,  köhnə  evini  Yazıçılar  İttifaqına  təhvil  verməliydi. 

O mənzilə də növbəsi çatmış başqa bir yazıçı ailəsi köçməliy-

di. Bizdən bir mərtəbə yuxarıda xalq şairi Samvel Qriqoryan 

yaşayırdı. O köçəndən sonra bu ev Elçin Əfəndiyevə verildi. 

İlyas Əfəndiyev Domsovetin arxasında daha yaxşı ev aldıq-

dan sonra Elçin elə həmin binada yaşamış atasının mənzilinə 

köçdü,  ata-baba  yurduna  yiyə  durdu.  O  evə  Yasamaldakı 


281

S A N D I Q

 mənzilini təhvil verən Əmir Mustafayev köçdü. Əmir Musta-

fayevi – Əmir əmini ilk dəfə onda tanıdım.

Gözəl ailəsi vardı. Həyat yoldaşı Ofelya xala, oğlu Samir, 

qızı Samirə. Mənimlə yaşıd idilər. Çəmənzəminlinin nəvələri 

Leyla və Yusif, Zeynal Xəlilin nəvələri Vildan, Vüqar və Ay-

gün, Xəyyam Mirzəzadənin oğlanları Fəxri və Pərvin, İsa Hü-

seynovun qızı Sevincdən ibarət həmyaşıdlar dəstəsinə Samir-

lə Samirə də qoşuldular. Bir sözlə atalarımız dost idisə, biz də 

dost olmalıydıq. Bakı dilində buna məhlə uşağı da deyirdilər.

VƏZİFƏ BÖLGÜSÜ

İsti yay günlərindən biri idi. Üçüncü sinfə keçmişdim. Yay 

tətilindəydim. Atam maşını qarajdan çıxartdı. “Dənizə gedi-

rik” dedi. Əmir əmini hayladı. Oturduq maşına, yola düşdük. 

Yolüstü  Domsovetin  arxasındakı  binanın  qarşısında  İsmayıl 

Şıxlı – İsmayıl əmi də maşına əyləşdi. O dövrdə atam “Azər-

baycan” jurnalında şöbə müdiri idi. Baş redaktor isə yox idi. 

Bu  vəzifəni  baş  redaktorun  müavini,  şair  Novruz  Gəncəli 

icra  edirdi.  Gəldik  çıxdıq  Pirşağı  sahillərinə. Atam  “Turist” 

stol-stulunu açdı. Üstünə qəzet saldı. Əvvəlcədən hazırladığı 

azuqəni süfrəyə düzdü. Azuqə deyib sizi nigaran qoymayım. 

Soyutma kartof-yumurta, təzə pomidor-xiyar, pendir, kolba-

sa, çörək, Vinzavod-2-nin arağı, mineralnı, balıq konservası. 

Süfrəni  düzəldib  dedi  ki,  bir  suya  baş  vurub  gəlirəm. Azca 

keçməmiş qayıtdı. Araq açıldı. Badələrə süzüldü. Sağlıq de-

yildi. Əlbəttə ki, birinci İsmayıl Şıxlının sağlığına. Böyük o idi. 

Bir az zakuskadan sonra atam təklif verdi ki, girək bir çimək, 

sonra davam edərik. Tez stolun üstündəki yeməkləri baqaja 

yığdıq ki, birdən sahildə gəzən ac-yalavac, sahibsiz  itlər dara-

şar. Baş vurduq suya. Sahildən xeyli uzaqlaşdıq. Su boy verir-

di. Bu zaman İsmayıl əmi:

- Qabil, bu gün dedilər ki, gəl “Azərbaycan” jurnalına rəh-

bərlik elə.

- Əla, mirzə. Razı oldun?


1   ...   17   18   19   20   21   22   23   24   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling