Mahir qabiLOĞlu sandi q baki 2015
Download 2.34 Mb.
|
282 MAHİR QABİLOĞLU - Yox.
- Niyə? - Nəsə istəmirəm. Kiminlə işləyəcəyəm ki? Üz-göz olaca- ğam yazıçılarla. İsmayıl əmi vəzifə sevməzdi, vəzifədən qaçan adam idi. Lenin adına Pedaqoji universitetdə dərs deməyi – müəllimliyi bütün vəzifələrdən üstün tuturdu. Abrını da qoruyan adam idi. Heç kimin xətrinə dəyməyi xoşlamazdı. “Azərbaycan” jurnalı da çox qəliz yer sayılırdı. Yüksək qonorar fondu vardı. İstəsən də istəməsən də kiminsə iqtisadi ayağını tapdalayacaqdın. - Ay mirzə,- deyə atam dilləndi,- mən ölməmişəm ki? Gö- türərsən özünə müavin – sənə kömək edərəm. - Yaxşı, Qabil, tutaq ki, səni müavin götürdüm. Bəs məsul katib? - Məsul katib də olsun Əmir. Əmirdən yaxşısını tapacaq- san? Əl-ələ verib işləyərik. Xəzərin qoynunda, su boy verən yerdə aparılan vəzifə böl- güsü ertəsi gün Yazıçılar İttifaqının iclasında öz rəsmi təsdiqi- ni tapdı. İsmayıl Şıxlı baş redaktor oldu, Qabil müavin, Əmir Mustafayev isə məsul katib. ƏMİR ƏMİ İÇƏN DEYİLDİ... Əmir əmi spirtli içki içmirdi. Amma qəribəsi o idi ki, bizdə yemək-içmək məclisi düzənlənəndə, o da dəvətlilər sırasında olurdu. Sadəcə badəni toqquşdurar, dodağına vurub yerə qo- yardı. Atam ha tövr edirdisə, “yoldan çıxara bilmirdi” Əmir əmini. Yaradıcı aləmdə belə bir qayda var. Yazıçı yazdığını çapa verənəcən kiməsə oxumalıdır. Bu baxımdan ilk əlinə keçən arvadı olur. Sonra isə zövqünə inandığı dostlar gəlir. Atam yenicə rübailər yazmağa başlamışdı. Günə hardasa ikisini, ya birini yazırdı. Təsəvvür edin də - bir günə dörd misra. Sonra zəng edirdi Əmir əmiyə ki, “düş aşağı”. O da gəlirdi. - Əmir, qulaq as. 283 S A N D I Q Kişi adam vurar, adam dolamaz, Kişi təslim olar, quyruq bulamaz! Arvad qabağında boşqab sındırıb, Kişi qabağında boşqab yalamaz! Necədi, Əmir? - Əla, Qabil müəllim. - Onda bunu yumaq lazımdır. Tez süfrə açılırdı. Allah verəndən düzülürdü stola. Əmir əmi “İç də!” təzyiqlərinə tab gətirirdi. Amma 870 rübaidən 340-cı dünyaya gələndə Əmir əmi “sındı”. Oldu əsl yeyib-içən oğlan.
İNCİKLİK 1993-cü ildə Əmir əminin hansısa şəxs haqqında məqaləsi çıxmışdı. Bu da atamı çox əsəbiləşdirmişdi. Həcvə yaxın bir şeir yazıb çap elətdirdi. Amma hirsi soyuyandan sonra “Şey- tana lənət” adlı şeir də həsr elədi Əmir əmiyə.
284 MAHİR QABİLOĞLU Yaxınların yaxınısan bizə sən, İnanmıram bu küsüyə dözəsən. Rəva qıldın niyə köntöy sözə sən Həmən cümlə, həmən lisana lənət! Çıxmasın ki, üzrü xəlvət istərəm... Olan olub... gəlib minnət istərəm... Bərpasına möhtac hörmət istərəm İpək telə mürgə salana lənət! Saralacaq qəzetlərin varağı... Silinəcək həm haqqı, həm nahaqqı. Sönməyəcək qonşuluğun çırağı – Bu çırağa əli uzana... lənət! İynə-sancaq bükülməsin əsgiyə... Nə ehtiyac adam boğan tüstüyə? Gəl, əl verək, keçsin isti istiyə Pünhan-pünhan körük basana lənət! Biz kişiyik, düzələcək aramız, Bir sağlıqla sağalacaq yaramız... Arvad-uşaq arasında aramız Belə qalsa – anda-amana lənət! Bu pilləkan – son mənzilin yoludur, Bəlkə də son ayın-ilin yoludur, Həm Əmirin, həm Qabilin yoludur Qiyamətə qurdla qalana lənət! 29.03.1993 285 S A N D I Q PREZİDENT HEYDƏR ƏLİYEVİN İLKİ Əmir Mustafayev çox sakit, həlim adam idi. Amma 1985- 90-cı illərdə yazılarıyla öz sözünü kəskin deyirdi. Heydər Əli- yevə böyük məhəbbətinin təzahürü idi ki, ümummilli lider təqaüdçü həyatı yaşayanda rəhbərlik etdiyi “Respublika” qə- zetində onunla bağlı böyük məqalələrini, müsahibələrini oxu- cularıyla bölüşürdü. Bölüşmək azdır. Əmir Mustafayev əlində qələm Heydər Əliyevin müdafiəsinə qalxanların sırasında ilk jurnalistlərimizdən idi. Təzyiqlərə də məruz qalırdı. Vəzifəsi də kiçildilirdi. Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qa- yıdışı proseslərini diqqətlə izləyirdim. Bu olayları Azərbaycan televiziyası canlı yayımlayırdı. Və ilk iclasda Heydər Əliyevin ilk əmri bilirsinizmi nə oldu? Əmir Mustafayev “Azərbaycan” qəzetinin baş redaktoru təyin olundu. 1998-cu ilin dekabrında “Tərəqqi” medalı təsis olunduqdan sonra isə, ilk dəfə bu me- dala məhz Əmir Mustafayev layiq görüldü. Heydər Əliyevin qiymət verdiklərinin sırasında Əmir Mustafayev ilk oldu. “HAVA NECƏ OLACAQ?” Təkrar da olsa qısaca xatırladım. Atam 70 illik yubileyi ərəfə- sində “Hava necə olacaq?” adlı şeir yazdı. Müxalifət mətbua- tından olan bir qəzetin ünvanını məndən soruşdu. Dedi ki, şeiri ora aparıb verəcəm. Etiraz etdim. Təkidlə “Əmir əmiyə ver, qoy baş redaktoru olduğu “Azərbaycan” qəzetində çap eləsin də...”. Yox, verməz, - dedi. O, suyu üfürə-üfürə içir. Dövlət qəzetin- də belə şeir verər? Çıxardarlar onu işdən. Amma iradıma ram olub bir mərtəbə yuxarı qalxdı. Şeiri Əmir əmiyə verdi. Həmin gün dəng oldum. Elə hey “Əmir onu verməyəcək. Sənə nahaq qulaq asdım” deyirdi. Amma ertəsi günü qəzetdə şeiri görəndə fikrini dəyişdi. Bu şeiri çap eləməyi ilə Əmir əmi vətəndaşlıq mövqeyini bir daha ortaya qoymuşdu. 286 MAHİR QABİLOĞLU ƏMİR MUSTAFAYEVİN TOYU Əmir əmi bu vəzifədə ömrünün sonunacan qalacaqdı. Amma, səhhətiylə bağlı işdən uzaqlaşdı. Prezidentin fərdi təqaüdünə layiq görüldü. Çox keçmədi vəfat etdi. Oktyabrın 11-i isə Əmir Mustafayevin toyu idi. Yəqin ki, məni düz başa düşdünüz. Yazıçı Əmir Mustafayevin il- ki-nəvəsi, adını yaşadan Əmir Mustafayevin toyu. Mən də iştirak edim. Mustafayevlər ailəsinin sevincinə qoşulub sevin- dim. Stolun üstündə hər şey vardı. Üç cür “Rossiyski” araq, asaterin balığından hazırlanmış yeməklər, qara-qırmızı kürü, daha nələr, nələr. Müğənnilər, oynayanlar, şadlananlar. Tək bircə şey çatmırdı. Baba Əmir Mustafayevlə, nənə Ofelya xa- lanın xeyir-duası.
287 S A N D I Q AKADEMİYALAR – NƏ HACIBƏYOVLAR DOĞULUR, NƏ ŞIXLİNSKİLƏR…
Akademiya. Bu ad çox böyük addır. Bir vaxtlar bu ad yek idi. Sovet dövründə bir akademiya vardı ki, bu da Azərbaycan Elmlər Akademiyası idi. Onun da prezidenti ən yüksək maaş alan insan sayılırdı – 900 rubl. Mədəniyyət sahəsində isə Aka- demik Dram Teatrı fəaliyyət göstərirdi. Sonra sovet dağıldı. Bilirsiniz də... köhnə qanun var. Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz edirlər. Ona görə də köhnə akademiyanı doğ- rayıb müxtəlif akademiyalar yaratmağa başladılar. Daha doğ- rusu yaranmadı. Sadəcə adları çönüb akademiya oldu. Kon- servatoriya Bakı Musiqi Akademiyası adlandırıldı, Neft-Kim- ya İnstitutu Bakı Neft Akademiyasına çevrildi, bir vaxtlar Bakı Ali Partiya Məktəbi kimi böyük şöhrəti olan bir əlçatmaz təhsil ocağı Dövlət İdarəçilik Akademiyası oldu. Bəh-bəh-bəh. Bəh-bəhi yaman tez dedim. Gəlin əvvəldən yavaş-yavaş gə- lim. Bəh-bəhi sonda bir daha xatırladaram. BAKI MUSİQİ AKADEMİYASI Musiqi təhsili almaq sovet dövründə çox qəliz məsələ idi. Xüsusi müsabiqədən keçdikdən sonra səni musiqi məktə- binə qəbul edirdilər. Təsəvvür edin ki, qəbul o qədər ciddi imiş ki, balaca Müslüm Maqomayevi musiqi məktəbinə gö- türmürlərmiş. Mən sonralar Müslüm Maqomayev olmasam da, bu cür müqavimətlə qarşılaşmışdım. 6 nömrəli musiqi
288 MAHİR QABİLOĞLU məktəbinə məni anamın inadından sonra qəbul elədilər. Sovet dövrü olmasına baxmayaraq, təhsil pullu idi. Yəni ki “xoz- rasçyot” – təsərrüfat hesablı. Ayda anam 16 rubl 50 qəpik pul ödəyirdi. Yeddi ili oxuyub başa çatdırdım. Dövlət imtahanı verdim. Mənə şəhadətnamə verdilər. Dedilər ki, bu, natamam orta təhsildir. Orta təhsil almaq istəsən, gərək Asəf Zeynallı adına Musiqi Texnikumuna girəsən. Ondan sonra isə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına daxil ola bilərsən ki, ali təhsilli musiqiçi olasan. O vaxtlar orta təhsilli musiqi savadını o cümlədən iki məktəb – Bülbül adına 11 illik Orta Məktəb, bir də Dzerjinski klubunu yanındakı 11 illik Musiqi Məktəbi veriridi. Baxmayaraq ki, orta təhsil 10 il idi. Bütün bunları sadalamaqda məqsədim odur ki, sırf ali mu- siqi təhsili almaq üçün mən gərək 7 il musiqi məktəbində, 4 il texnikumda, 5 il isə Konservatoriyada oxumalıydım. Düz 16 il. Müstəqillik dövründə Konservatoriyanın adını Akademiya etmək məqsədəuyğun idi. Keyfiyyətini deyə bilmərəm, pillə- vari irəliləliyişə görə bu struktur məğbul sayla bilər. Amma konservatoriya akademiya olanı 23 ildir ki, nə Üzeyir Hacıbə- yov doğulub, nə də sonbeşik Xəyyam Mirzəzadə. RƏSSAMLIQ AKADEMİYASI Bu sahədə də çox ciddi bir qəbul vardı. Hamının bitirdiyi 10 illik orta məktəbi başa vurandan sonra, sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verməliydin. Sonra isə İncəsənət İnstitutunun müvafiq fakültəsinə daxil olmaq şan- sı əldə edə bilərdin. Bu sahədə ən yüksək pillə isə Leninqrad Rəssamlıq Akademiyası idi. Müstəqillik dövründə bunu Bakı- da açılan Rəssamlıq Akademiyası əvəz etdi. Keyfiyyətini deyə bilmərəm, pilləvari irəliləliyişə görə bu struktur məğbul sayla bilər. Amma Akademiya açılanı nə Əzim Əzimzadələr doğu- lub, nə də sonbeşik Tahir Salahov. 289 S A N D I Q FRUNZE ADINA ALİ HƏRBİ AKADEMİYA Hərbçi olmaq sovet dövründə çox asan idi. Amma hərbi sahəyə rəhbərlik etmək hər insana qismət olmurdu. Əgər əv- vəldən özünü hərb sənətinə bağlamaq istəyin vardısa, onda orta məktəbin 7-ci sinfindən Naxçıvanski adına Hərbi Məktə- bə, yaxud da Moskvada Suvorov Hərbi Məktəbinə oxumağa gedə bilərdin. Bu toxum sayılırdı. Hərbçi olmaq “sümüyün iliyinə yedizdirilirdi”. Daha sonra hər hansı Ali Hərbi Məktəb önündə dururdu. Əsgərlik xidməti də bu dövrün içində sayı- lırdı. Bundan sonra leytenant rütbəsi alıb başlayırdın 25 illik hərbi xidmətinə. Əgər səndə qeyri-adi bir qabiliyyət görsəy- dilər göndərirdilər Moskvadakı Frunze adına Ali Hərbi Aka- demiyaya. Buranı bitirənlər general-mayor və daha yüksək rütbələrə, hərbi vəzifələrə yüksəlməyə ümid edə bilərdilər. İndi bütün bunları müstəqillik dövründə açılan Silahlı Qüv vələrin Ali Hərbi Akademiyası əvəz edir. Amma Akade- miya açılanı nə Şıxlinskilər, Mehmandarovlar doğulub, nə də sonbeşik Barşadlılar. ALİ PARTİYA MƏKTƏBİ Ali Partiya Məktəbi. İndiki dillə desək, Dövlət İdarəçilik Akademiyası. Elə binası da həmin binadır. Buranı sovet vaxtı bitirən insanlar sonralar partiya eşalonunda yüksək vəzifələr tuturdular. Yüksək vəzifəyə yüksəlməyənləri də olurdu. Məsələn, qonşumuz, yazıçı Əmir Mustafayev bu məktəbi bi- tirsə də, vəzifə almamışdı. Müstəqillik dövründə dövlət qəze- tinin baş redaktoru olması isə onun Heydər Əliyevə sədaqəti- nin nəticəsi idi. Bu Ali Partiya Məktəbindən yüksəyi isə Moskvada yerləşən Sovet İttifaqı Kommunist Partiyasının Ali Partiya Məktəbi, qısa desək VPŞ (Vısşaya Partiynaya Şkola) idi.
290 MAHİR QABİLOĞLU HAŞİYƏ: Modern.az saytının “Qeyri-ixtisaslı jurnalistlər” rubrikası var. Görəsən mətbu orqanlarının bolluğu dövründə Jurnalistika fakültələri Azərbaycanın qəzet, jurnal, sayt, radio, televiziya bazarını yüksək ixtisaslı jurnalistlərlə təmin edə bilərmi? Yaxud, sualı başqa cür qoyum. Bu ali təhsil ocaqla- rında keçirilən dərslər qəzetlərin, jurnalların, radioların, sayt- ların, televiziyaların öz jurnalistlərinə qoyduğu tələblərlə üst- üstə düşürmü? Burda bir misal yada düşür: “Cin ayrı, şeytan ayrı”.
Ona görə də Modern.az saytının “Qeyri-ixtisaslı jurnalist- lər” rubrikasını çox maraqla izləyirəm. Belə qənaətə gəlmək olar ki, jurnalist işləmək üçün heç də hansısa ali məktəbin hansısa fakültəsini bitirmək vacib deyil. Ya bacarığın olmalı- dır, ya da qələmin. Bunların ikisi də olsa sənə zaval yoxdur. (SON)
Təsəvvür edin ki, mən Dövlət İdarəçilik Akademiyasının müəllimiyəm. Və auditoriyada TQDK yolu ilə daxil olan gənc tələbələr yox, hazırda vəzifədə oturan, sonradan püxtələş- mək, biliklərini artırmaq üçün bu təhsil ocağına üz tutanlar əyləşib. Biri DYP-nin böyüyüdür. Mən onun qiymətinimi kəsə bilərəm? Əsla. Maşınım həmən cərimə meydançasına gedər. İcra başçısına gözün üstə qaşınmı var deyə bilərəm? Əsla. O başçıdır, başım gedə bilər. Qrupda olan hər hansı bir vəzifəli adama güldən ağır söz də deyə bilmərəm. Çünki onlar artıq hakimi mütləqdirlər. Sadəcə diplom dalınca Dövlət İdarəçi- lik Akademiyasına gəliblər ki, tərcümeyi-hallarına yazsınlar: “Mən “partşkola”nı bitirmişəm”. Yaxşısı budur özümü bihörmət etməyim. Birindən oğlumu işə düzəltmək xahişi edim, o birindən yubileyimin banke- tinin hesabını verdirməyi rica edim. O birindən altı sot tor- paq istəyərək, sonradan satıb pula çevirim. Daha nələr, daha nələr. Sonra da hər yerdə fəxrlə qeyd edim: Filan başçı, filan nazir müavini, filan idarə rəisi, filan JEK müdiri mənim tələ- bələrim olub. Bəzilərinin auditoriyada sifətlərini görməsəm belə...
291 S A N D I Q MİLLİ ELMLƏR AKADEMİYASI MEA-da son illərdə böyük dəyişikliklər var. Qapıda tur- niketlər quraşdırılır. Hamı işə vaxtında gəlib-gedir. Qoca di- rektorlar yenisiylə əvəzlənir. Nizam-intizam məsələlərindən başımız ayılan kimi, gün o gün gələcək ki, Nobel mükafatı da alacağıq. İnşallah! Amin! SON
Allahın işinə qarışmaq olmaz. Kiminə ağılı, elmi birinci yetirir, amma vəzifə qismət eləmir. Kiminəsə vəzifəni birinci yetirir, bilik dalınca sonra “Partşkola”ya göndərir. Təcrübə isə sübut edir ki, vəzifə bütün siyasi elmlərdən irəlidir. Yox elə bilməyin ki, onlar da qeyri-ixtisaslı jurnalistlər kimidir. Əsla. Onların ixtisası, ixtisaslarına uyğun diplomları da var. Lap göz deşir. Qiymətləri də “beş”dir. Burda atamın bir nəsihəti yadıma düşür: “Mahir, qoy qiymətin lap ”3” olsun. Buna görə səni danlamaram. Əsas başının içində bir şey olmasıdır”.
292 MAHİR QABİLOĞLU “MAHİR DONOR XİDMƏTİ”
Sovet dövründə dəb idi. Adla çağrılırdı maşınlar. Məsələn: “QAZ-31 almışam, “Çayka” mostuyla”. Yaxud da “VAZ 2103- dür məndə, amma 06 matoruyla”. Sonra zibilini çıxartdılar. VAZ 2106 buraxmağa başladılar, amma VAZ-2103 mühərri- kiylə, yəni ki, gücü az. Bununla heç kim qürrələnmirdi. Ən yaxşısı o idi ki, maşının öz motoruyla olsun. Yəni ki, “koren- noy”. Bir də görürdün ki, QAZ-2410-dur, amma buferi QAZ- 3102. Yaxud da siqnalı, qabağındakı emblemi “Mersedec”ə məxsusdur. Hətta televizorlar da “sovetski” olmasına baxma- yaraq, “yaponski” trubkayla gəlirdi. Vaxt keçdi, zaman ötdü. Dünya səhiyyəsi maşınqayıran- lardan, cihazqayıranlardan nümunə götürdü. Əvvəl-əvvəl plastik əməliyyatlara başladılar. Burnu kiçiltdilər, döşü, yanı böyütdülər, bədənə cürbəcür silikonlar dürtdülər. Allahın ba- ğışladığı qabırğaları çıxarıb, incə belli qızlar yaratmağa başla- dılar. Sonra bir az da irəli getdilər. Qanın ağ hissəciklərindən bir dərman, qırmızı hissəciklərindən isə başqa bir əlac kəşf et- dilər. Ayaqdan damar çıxarıb ürəyə yamadılar. Yəni ki, bədə- nin özündən “zapçast” istehsal etməyə başladılar. Sonra bir az da irəli gedib başqalarını “zapçast” etməyə başladılar. Qanla- rını da sorub ehtiyacı olanlara köçürtdülər. Adlarını da donor qoydular. Səhiyyə o qədər inkişaf etdi ki, nəinki ürək, böyrək, indi qaraciyəri də transplatasiya edirlər. Bir estrada ulduzu hər hansı bir əməliyyat etdirdikdən sonra aləmə car çəkir. Nə olsun? Çifayda? Bunu əvvəl-əvvəl etmək olmazdımı? Bəlkə kiminsə burnu balacadır, böyütmək
293 S A N D I Q istəyir. Estrada ulduzu, adam paxıl olmaz. Uzadardılar hər ikisini yanaşı, estradamızın görkəmli ulduzunun burnunu kə- sib yapışdırardılar ehtiyacı olan kasıbın burnuna. O da son- ra gedib hər yanda fəxrlə deyərdi ki, bəs mən mənəm, amma burnum filankəsindir. Köhnə dillə desək – “QAZ 2410-am, amma buferim QAZ -31-dir”. Başqa əzalardan, yəni ki, döşdən, yandan danışmıram, ayıbdır. Səhiyyə dilində biabırçı çıxır. Maşın dilində deyim, çünki daha abırlı səslənir – zadni most, peredok. O qədər ka- sıb arıqlar var ki, kökəlmək istəyir. Estrada ulduzlarımız, niyə paxıllıq edirsiniz? Verin də öz piyinizdən, ətinizdən kasıblara – qoy bir az ətlənsinlər, buxaqları sallansın. Deyirlər bir xəstəlik var ki, qabağın almaq olmur. İtdən keçir adama. Həkimlər qabırğalarını kəsə-kəsə gedirlər. Belə xəstələr adam deyillərmi? Onlara hansısa estrada ulduzuna lazım olma- yan, kəsilib qırağa atılan qabırğa köçürülsə, savab sayılmazmı? Mən isə sağlamam. Hər şeyim özümküdür. Yəni maşın diliy- lə desək korennoy. Heç kimin “zapçast”ına ehtiyacım yoxdur. Yəqin ki, olmaz inşallah. Fala da baxdırmışam. Kitab açıb de- yiblər ki, bəs 80 yaşı keçəcəksən. Bunu istəməsəm belə. O gün eşitmişəm ki, bəzi deputatlarımız orqanlarını vəsiyyət ediblər. O saat atam Qabilin danışdığı bir rəvayət yadıma düşdü: “Allahın dörd mələyi olur. Mikayıl, İsrafil, Cəbrayıl, Əzra- yıl. Hərəsinə bir missiya tapşırır. Təkcə Əzrayıl öz vəzifəsin- dən narazı qalır. Arqumenti də bu olur ki, bəs mən o qədər in- sanın canını necə alacağam? Bu boyda işi necə çatdıracağam? Cənabi- Allah da cavab verir ki, narahat olma. Sənə çox da güc düşməyəcək. Biri suda boğulub öləcək, biri qəzada, o biri yanğında. Çoxu təyyarə qəzasında, hələ xəstəlikləri, epidemi- yaları demirəm”. İndi mən də fikirləşirəm ki, orqanlarını vəsiyyət edənlər bütün günü ora uçurlar, bura uçurlar. Birdən təyyarə partladı. Zapçastları ələ gələcək ki, hələ bir onlardan başqa insanlara da ehtiyat hissəsi kimi istifadə etsinlər? Ona görə də işimi eh- tiyatlı tutmaq istəyirəm. 294 MAHİR QABİLOĞLU Özünüz bilirsiniz də, yetim oğlanam. Nə atam var, nə anam. Nə bacım var, nə qardaşım. Yaşım da çatmır ki, yetimxana- ya versinlər. Ona görə də, ay orqanlarını vəsiyyət edən bəzi deputatlarımız. Mənə heç nəyiniz lazım deyil. Öz matorum, peredokum, zadni mostum, karbiratorum yaxşı işləyir. Vaxt- lı-vaxtında TO-dan – texniki baxışdan keçirirəm. Ona görə də gəlin nağd danışaq. Hərəniz üç maşınınızdan birini, dörd mənzilinizdən birini, Nabranda, İsmayıllıda, Novxanıda, Mərdəkandakı dörd bağnızdan birini, Xızıda, Masazırda, Ba- kıda, Çuxuryurddakı dörd torpaq sahəsindən birini, Bakıda, Sumqayıtdakı dörd obyektinizdən birini mənə vəsiyyət etsə- niz, həm Allaha xoş gedər, həm də bəndəyə. Bax, buna deyər- lər, nağd söhbət, donorluq. Qanın, orqanın, QHT-lər üçün pu- lun donorunu eşitmişdik. Gəlin siz də bu ilkə imza atmaqla donorluğun yeni növünü yaradın. Yalan dedim? Böhtan atdım? Əsəbləşdiniz? Mənziliniz, bağınız, maşınınız, torpaq sahələriniz bundan qat-qat çox- dur? Bağışlayın. Üzr istəyirəm. Çoxdursa sağlığınıza qismət. İstəməyənin gözü çıxsın. Mən sadəcə Azərbaycandakıları say- dım. Sərhədlərimizin hüdüdlarını və həddi aşmadım. Sözlərimi oxuyub hay-həşirə düşməyin. Mən indidən da- nışmıram a... Öləndən sonra deyirəm. Lap pis dedim e... Gör nə arzuladım sizin kimi yaxşı insanlara. Yaxşı, eybi yox, mən şəxsiyyət vəsiqəsiylə sizin qulluğunuzda hazır. Düz deyirsi- niz. Bu günün işini sabaha qoymazlar. Notariuslar hər gün işləyir. Həm də ki, savabı bu dünyada qazanın ki, Cənnətə naxodu düşə biləsiniz. Həəə… qaldı ad məsələsi. Bu prosesin də adını qoyaq – “Mahir donor xidməti”. İstəsəniz qanun da qəbul edin. Pis səslənmir, eləmi? Mən “Za!”, bəs siz? Orqan bağışlamaq savab işdir. Amma bir yetimi sevindirmək sava- bın üstünə daha bir savab yazır. Göydən üç alma düşdü: Biri uşaqlarınızın, biri nəvələrini- zin, biri də mənim. Nəticələriniz yeməsə də olar. Canları çıx- sın nəvələriniz onlara da bir şey saxlasınlar. Hörmətlə: Donora ehtiyacı olan Mahir Qabiloğlu. 295 Каталог: Kitab Kitab -> Yeni Yazarlar və Sənətçilər Qurumu Kitab -> Qaraqalpaq ədəbiyyatı 1 Nİzami MƏMMƏdov tağisoy qaraqalpaq əDƏBİyyati (dərslik) Kitab -> Ġzabella qasimova, musa bayramov Kitab -> Qərib Məmmədov Kitab -> QƏRİb məMMƏdov, mahmud xəLİlov Kitab -> KİtabxanaşÜnasliq və İnformasiya №2(8) 2012 30 Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin Kitab -> SƏmayə MƏMMƏD qızı mustafayeva Kitab -> AZƏrbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling