Mahir qabiLOĞlu sandi q baki 2015


S A N D I Q          HACIBALA ABUTALIBOVUN


Download 2.34 Mb.
bet23/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

S A N D I Q

  

  



  

HACIBALA ABUTALIBOVUN  

ÇƏKDİYİ YOLLAR

 

Mən Səməd Vurğun küçəsində yaşasam da, yolum əsasən 



Bülbül küçəsindən keçir. Bir-iki ay bundan əvvəl növbə bizə 

də çatdı. Yox elə bilməyin ki, Bakı şəhər İcra Hakimiyyəti yo-

lun təmirinə başladı. Əsla. “Azərsu” boruları dəyişməyə baş-

ladı. Sözüm yox. Düzünü desəm ürəyimdən idi. Çünki bu yay 

neçə dəfə susuz qalmışdıq. Çürüyən dəmir boruları ha yama-

yırdılar, xeyri olmurdu ki, olmurdu. On gündən sonra partla-

yırdı. İndi isə problemi kökündən həll edəcəkdilər. Hələ yerin 

altıyla gedən qaz xətləri də dəyişdiriləcəkdi.

Hər şeyi qaydasında başa çatdırdılar da... Nə olsun ki, mü-

vəqqəti narahatçılığımız oldu. Sağ olsunlar. Bir də ki, əvvəl-

dən lövhələrə “Bakı şəhər İcra Hakimiyyəti müvəqqəti nara-

hatlığa  görə  üzr  istəyir”  sözlərini  yazıb  əhalidən  üzrxahlıq 

diləmişdilər.

Əvvəllər belə bir tendensiya vardı. Qaz, yaxud da su idarə-

si haranısa qazıb, boruları düzəldirdisə, üstünü də eləcə tor-

paqlayıb çıxıb gedirdilər. Yol da uzun müddət kələ-kötür qa-

lırdı. Amma  bu  tendensiyaya  son  qoyulub.  “Azərsu”,  “Azə-

riqaz” işini qurtaran kimi Bakı şəhər İcra Hakimiyyəti keçir 

hərəkətə.  Bizim  Bülbül  küçəsində  də  belə  oldu.  Köhnə  səki 

daşlarını  sökdülər,  asfaltın  üst  qatını  yondular,  qazılan  yer-

lərdə trambovka işi apardılar ki, sonra çökməsin deyə. Köhnə 

lyukları da söküb çıxartdılar. Yanğınsöndürənlər üçün xüsusi 

qurğular da qoydular. İndi deyəcəksiniz ki, burda qeyri-adi 

nə var ki? Hamımız bu mənzərənin şahidi olmuşuq da...



296

MAHİR QABİLOĞLU

Amma bir hadisə, daha doğrusu yaşlı bir qadınla ustalar 

arasında düşən mübahisə mənim diqqətimi çəkdi. Bu söhbət-

dən, mübahisədən mənə çox şey agah oldu. Yazdım ki, siz də 

xali olasınız.

Deməli,  bütün  bu  hazırlıq  işlərini  görəndən  sonra  Bakı 

şəhər İcra Hakimiyyətinin müvafiq strukturu çatdı son mər-

hələyə. Yəni ki, yeni asfalt örtüyünün döşənməsinə.

Asfaltdan əvvəl yolu süpürmək öz yerində. Əlavə olaraq 

xüsusi hava vuran güclü kompressor-xortumlarla yolun hət-

ta  tozunu  da  təmizlədilər  ki,  təzə  asfalt  təmiz,  tozsuz  yerə 

döşənsin. Bunu da başa düşdük. Standarta uyğun bir hərəkət 

idi. Nəhayət asfalt döşəndi. Düpbədüz, lazımi qalınlıqda, şüşə 

kimi. Dedim yəqin ki, indi də qalıb yola ağ xətlər çəkib, zolaq-

lara ayırmaq. Ondan sonra bir aylıq müvəqqəti çətinliyimizə 

son qoyulacaq. Amma ki...

Ertəsi gün əllərində “otboynı molotok” deyilən cihaz olan 

ustalar başladılar düpbədüz, şüşə kimi yeni salınan asfaltı da-

ğıtmağa. Bir yaşlı qadın da buna dözməyib:

- Ədə, neyləyirsiz? Dünən salmısız, bu gün dağıdırsız?

- Yox, ay xala, təzə lyukları quraşdırırıq,- deyə ustalardan 

biri cavab verdi.

- Bunu əvvəldən edəydiz də... Bütün işiniz belədir. Asfaltı 

çəkmisiniz, indi də yadınıza düşüb ki, bəs lyukları dəyişməmi-

siniz. Bunu vaxtında qoyun ki, sonra asfaltı dağıtmayasız da...

- Ay xala, özümüz belə eləmişik.

- Deməli, bilə-bilə edirdiniz ki, əlavə pul yeyəsiniz? Hə?

- Yox, ay xala. Bax lyukların yerini əvvəldən işarə eləmişik. 

Sonra  da  asfaltı  çəkmişik.  İndi  lyukun  yerini  ölçüsünə  görə 

qazıb açırıq. Sonra da yolun səviyyəsinə uyğun – tarazla yeni 

lyukları otuzduracağıq. Ki, nə bir santimetr yuxarı olsun, nə 

də aşağı. Yolun üst səthindən heç fərqlənməsin. Nə baxanda 

görsənsin, nə də üstündən keçəndə sürücülərin, piyadaların, 

sərnişinlərin  ruhu  incisin. Ay  xala,  sürücülərin  bir  sözü  var 

e... Bakının köhnə yollarında gedərkən deyirdilər ki, lyukları 

saya-saya gedirik. Bax o dövr qurtardı.



297

S A N D I Q

- Aaa, siz Allah bağışlayın, bunları bilmirdim. Allah, işinizi 

avand eləsin. Bağışlayın ki, işinizə qarışıb, mane oldum.

- Eybi yox. Ay xala, bax hansı yolla getdin, maşın hərəkət 

edəndə, lyukların üstündən keçəndə hiss olunmadı, bil ki, bu 

yolu Bakı Şəhər İcra Hakimiyyəti təmir edib. Keyfiyyətinə zə-

manət veririk.

-  Bakı  şəhər  İcra  Hakimiyyəti  nədü?  Allah,  can  sağlığı 

versin.  Denən  ki,  Hacıbalanın  çəkdiyi  yollar  da.  Day  niyə 

 uzadırsan?...     

  

 

   



298

MAHİR QABİLOĞLU

İBRANİMİN BABASININ NƏSİHƏTİ

İbrahim  Ömərov  mənim  dostum  idi. Amma  neyləyək  ki, 

bizi tez tərk elədi. Cəmi 36 yaş. 36 yaş nədir ki?

Amma duzlu-məzəli söhbətləri yadda qaldı. Təkcə bir sö-

zünə - “İnsanlar bir-birinizi sevin və bunu bir-birinizə demək-

dən çəkinməyin” - kəlamına “Gözəl İbrahim” adlı bir hekayə 

həsr etdim. Çünki o, ətrafındakı bütün insanları sevirdi. 

İbrahim həm də adını daşıdığı babasıyla fəxr edirdi. Onun 

kəlamları,  nəsihətləriylə  oturub-dururdu.  Elə  bir  məclis  ol-

mazdı ki, ondan söz deməsin, rəhmət oxutdurmasın. Babası-

nın nəsihətlərdən birini mənə də nəql eləmişdi:

“Mahir, 7-8 yaşım olardı. Babam isə deyirdi ki, “İbrahim, 

bax a... arvadın dalıyca qaçma, çata bilmərsən”. Məəttəl qalır-

dım ki, nə deyim. Arvada çatmağa nə var ki. Qonşumuz Məm-

mədəli  arvadı  onu  əsəbiləşdirəndə  dalıyca  qaçırdı.  Qaçıb, 

çatıb,  hələ  bir  qapaz  da  vururdu.  Hələ  evdəkiləri  demirəm. 

Bax indi evlənmişəm. Arvad məndən bərk qaça bilər ki, mən 

də ona çatmayım? Əsla. Kişi arvadın dalıyca qaçar, ona çatar, 

hətta ötər də...”.

Bir müddət keçdi. İbrahim bir az da yaşlandı. Axır ki, ba-

basının bu nəsihətini başa düşdü: “Mahir, demə İbrahim ba-

bam tamam başqa şey deyirmiş. Məsələn: arvad səndən təzə 

palto istəyir. Bir təhər pul tapıb alırsan. Üstündən bir az keçən 

kimi beyninə dublyonka düşür. Onu da alırsan. Bir az keçir, 

arvad artıq şuba xülyasındadır. Onu da alırsan. Köhnə aldı-

ğın qara rəngdədirsə, arvada ağ rəngli şuba lazımdır. Yaxud 

da tək brilliant qaşlı üzük alırsan, buna bab sırğasını istəyir. 


299

S A N D I Q

Sırğa alırsan, medalyon yada düşür. Sonra bilərzik, saat, daha 

nələr, nələr. İndi başa düşmüşəm ki, arvadın arzuları çox və 

sonsuzdur.  Hansını  həyata  keçirsən,  yeniləri  dünyaya  gəlir. 

İndi-indi babamı başa düşməyə başlamışam. Arvadın arzuları 

sonsuzdur. Bu arzuların dalıyca qaçmaq olmaz – çata bilmər-

sən. Arvadın dalıyca qaçacaqsan, qaçacaqsan, bir də görəcək-

sən həyatın sonudur. Sən finişdəsən. Arvadın arzuları isə hələ 

də startda”.

PS. İbrahim, baban bu sözləri arvadın, gəlinlərin, qız nəvələ-

rinin  arzularının  dalıyca  qaçıb-qaçıb,  finişə  çataçatda  başa 

düşüb demişdi. Amma biz səni startda itirdik, həyat yoldaşı-

nın, gələcək gəlinlərinin, qız nəvələrinin arzuları finişə erkən  

çatdı.     

  


300

MAHİR QABİLOĞLU

PİSKARYOV,  

PROFESSOR CƏLAL ABDULLAYEV VƏ 

ŞAHİ XƏNDAN

 

   



 

1976-cı ildə ailəlikcə Leninqrada səyayətə getmişdik. Atam, 

anam,  bir  də  mən.  Düzünü  desəm  ovsunlamışdı  bu  şəhər 

məni.  Heykəltaraşlıq,  memarlıq,  rəssamlıq  əsərləriylə.  Bu 

gözəlliyə xələl gətirən bir məqam var idisə, o da Leninqradın 

müharibə vaxtı blokada günlərində yaşadıqları idi. Ekskursi-

ya marşrutlarından biri də Piskaryov Memorial Qəbiristanlığı 

oldu.


Ümumilikdə götürəndə köklü leninqradlılar öz tarixlərini 

gözəl bilirdilər. Məhz bu xüsusiyyətlərinə görə atam Qabil on-

ları bir-birindən ayırırdı. Əgər rusu saxlayıb hər hansı sualına 

cavab almaq istəyirdinsə, əgər o, bu suala təmkinlə, şəhərinə 

böyük məhəbbətlə cavab verirdisə, deməli o, köklü Sankt-Pe-

terburqlu idi. Əgər sual verdinsə, səni it kimi qapdısa, deməli 

müharibədən sonra bu şəhərə köçənlərdəndir. Bizim Bakı di-

lində desək “çuşka”.

Nə  isə  ....  gəldik  qəbiristanlığa.  Yaşıl  çəmənliyə  örtülmüş 

təpəciklər gördük. Üstündə sadəcə illər yazılmışdı. Hər təpə-

ciyin  də  sahəsi  100  kvadtrat  metr.  Demə,  bu  torpağın  altın-

da kütləvi məzarlıq imiş. Blokadada ölən o qədər çox imiş ki, 

ekskavatorla  dərin  çala  qazıb,  cəsədləri  üst-üstə  qalaqlayıb, 

üstünü də torpaqla örtürlərmiş. Demə, Piskaryov qəbiristanlı-

ğında 600 min leninqradlı basdırılıbmış.

Birdən atam yanımızdan keçən bir rusu saxladı:



301

S A N D I Q

- Bağışlayın, buranın adı Piskaryov məzarlığıdır. Bəs Pis-

karyov özü kim olub?

- Tacir, zadəgan.

- Nə? Zadəgan? Mən də elə bilirdim ki, hansısa inqilabçının 

adıdır.


Sonra üzünü anamla mənə tutub:

-  Köpəyuşağı    Hacı  Zeynalabdin  Tağıyevin  adını  evinin 

pencərəsindən də qaşıyıb pozdular. Amma qəbiristanlıqların-

dan zadəgan adını silməyiblər.

SEYİD ƏZİM ŞİRVANİ

Bir şirvanlı kimi Şamaxıya tez-tez gedərdik. Mərkəzi yolun 

solunda Şahi Xəndan qəbiristanlığı var. Sabirin qəbri hündür 

təpədəki Yeddigünbəz məzarlığında olsa da, müəllimi Seyid 

Əzimin qəbri burdadır. Yoldan da görsənir. Hər dəfə ordan 

keçəndə atam “Seyid Əzim, Allah sənə rəhmət eləsin” deyər-

di. Amma nədənsə gec-gec ziyarət edirdi. Əsasən Sabirin qəb-

ri üstünə gedirdi.

Vaxt keçdi. Mən böyüdüm. Orta məktəbdə Seyid Əzim Şir-

vanini keçəndə tez-tez bu misralara rast gəlməyə başladım:



Mən öləndə Şah Xəndanda basdırın 

Çünki onun Şahidi Xəndanı var.

Bu misralara siz müxtəlif variantlarda da rast gəlmisiniz. 

Amma bir dəfə də olsun mən, yaxud da həmsiniflərim müəl-

limdən soruşmadı ki, bəs Şah Xəndan kim olub? Qəbiristanlıq 

niyə onun adıyla bağlıdır?

MÜƏLLİMİM PROFESSOR CƏLAL ABDULLAYEV

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 5-ci kur-

sunda oxuyurdum. Professor Cəlal Abdullayev Sovet ədəbiy-

yatından dərs deyirdi. Atama, bacanaqları Nəbi Xəzri, Məstan 


302

MAHİR QABİLOĞLU

Günər,  İsa  Hüseynov,  baldızı  Firuzə  xanıma  görə  məni  çox 

istəyirdi.  Düzü,  evin  uşağı  sayılırdım.  Bunu  bilirdim.  Ona 

görə də dərsdə ərköyünküyüm özünü biruzə verirdi. Günlə-

rin bir günü əsəbiləşdi. Üzünü mənə çevirib:

- Mahir, dərsini bilsən belə, Qabilin “Nəsimi” poemasından 

iki fəsil əzbər deməsən sənə qiymət yazmayacağam.

Düzünü desəm şeirlə, poeziyayla aram yox idi. Xüsusilə də 

şeir əzbərləməklə. Amma məcbur idim. Gəlib Cəlal müəllimin 

sözünü atama da dedim.Məsləhət istədim ki, 13 min misra-

lıq poemadan hansı fəsli əzbərləyim. Dedi ki, “Şahi Xəndan” 

və “Eheyy” fəsillərini əzbərlə. Mən də məcburiyyət üzündən 

başladım əzbərləməyə.

Mənim böyük qardaşımın 

adı Şahi Xəndan idi, 

O, şairdi... eşidənlər 

kəlamına heyran idi. 

Atəşliydi, alovluydu 

sinəsində çarpan ürək. 

O sel kimi coşqun idi, 

bulaq kimi rəvan idi... 

Onda bildim ki, Seyid Əzim Şirvani 



Mən öləndə Şah Xəndanda basdırın 

Çünki onun Şahidi Xəndanı var.

deyəndə kimin adına olan qəbiristanlığı nəzərdə tuturmuş. 

Demə, Nəsiminin Şahi Xəndan adlı böyük qardaşı olub. Zə-

manəsinin  böyük  şairi  olub. Amma  bir  misrası  da  bu  günə 

gəlib çatmayıb. Sadəcə qəbiristanlığın adında bugünəcən ya-

şayıb. Sadəcə sənətkar, şair taleyi.



303

S A N D I Q

SON


O vaxtdan mən Şahi Xəndanı tanıdım. Şahi Xəndan qəbi-

ristanlığını da tanıdım. Sizə də bu əhvalatı danışdım ki, Şa-

maxıdan - Nəsiminin qardaşının adını daşıyan qəbiristanlığın 

yanından keçəndə Sabir, Nəsimi, Seyid Əzim Şirvani, Abbas 

Səhhət və daha neçə böyük şairimizlə yanaşı, ona da rəhmət 

oxuyun.  Nə  olsun  ki,  bir  misrası  da  qalmayıb. Amma  qəbi-

ristanlığın adında adı qalıb ki... Lap Leninqraddakı zadəgan 

Piskaryov kimi. 

   

  

  



  

304

MAHİR QABİLOĞLU

NƏBİ, QABİL, BƏXTİYAR

 

   



 

    


Adım Mahir, təxəllüsüm Qabiloğlu olsa da, həyatda məni 

müxtəlif cür çağırırlar. Amma bunların içində ən çox “şairoğ-

lu” müraciətini tez-tez eşidirəm. Onu deyim ki, şair oğlu ol-

sam da ömründə şeir yazmaq fikrinə düşməmişəm də. Amma 

bir dəfə “yoldan çıxdım”. Üç şeiri dalbadal düzdüm. Fəxrlə 

qıraqdan özümə baxıb qürurlandım da.

Bir  anlıq  fikrə  getdim.  Yazdıqlarım  həqiqətənmi  şeirdir? 

Kimə müraciət edim, kimə oxuyum, kimdən soruşum? Bəlkə 

elə doğurdan da şairəm, yaxud da atam Qabil demişkən sadə-

cə “şaircik”?

Yazdıqlarımı oxumağa, bir məsləhət almağa sənətkar ara-

dım. Üzvü olduğum Qabilin ocağına baş vurdum. Tapmadım. 

Qonşularımızı, mənə düzgün məsləhət verə biləcək insanları 

-  Bəxtiyar  əmini,  Nəbi  əmini  və  digərlərini  axtardım.  Onlar 

da yox idilər. Yaşadığımız Hüsü Hacıyev küçəsi 19 – yazıçılar 

evi suyu qurumuş bulağa bənzəyirdi. Hansı birisinin qapısını 

döyəydim ki? Hamısı dünyasını dəyişmişdi. Nəticədə yazdı-

ğım üç cızma-qaranı atdım qırağa. Adını şeir qoyduğum bu 

şeir dünyaya gəldi.

Mənə ustadoğlu deyə müraciət edən yeganə adam - şair, 

qələminin pərgarlığına və obyektivliyinə inandığım - Əkbər 

Qoşalıya müraciət etdim. Oxudu. Və ilk, bəlkə də son şeirimin 

“buraxılış vəsiqə”sini imzaladı.

Allah Nəbi Xəzriyə, Qabilə, Bəxtiyar Vahabzadəyə və dün-

yasını dəyişən, bu gün yeri görünən bütün şair və yazıçıları-

mıza rəhmət eləsin!



305

S A N D I Q

NƏBİ, QABİL, BƏXTİYAR

Nəsə demək istəyirəm – 

Ürək doludur... 

Şeir qoşmaq istəyirəm 

Qələm odludur... 

Yazmaq-pozmaq istəyirəm – 

Kağızım boldur. 

Ancaq yazdığımı kimə oxuyum? – 

hardasız, ay ustadlar? – 

Nəbi, Qabil, Bəxtiyar... 

Yazmaq istəyirəm, 

Fəqət qorxuram. 

Yuxuma girərlər 

gecə yarısı... 

Qıyğacı baxışlar 

gözümü oyar. 

“Şairəm söyləyir yerindən duran, 

Adamın üzündə həya gərəkdir” 

deyibən yenidən qeybə yollanar... 

Nəbi, Qabil, Bəxtiyar... 

Poeziya gör nə günə qalıbdır!?. 

Qaymaq gedib, ayran üzə çıxıbdır; 

Meydan boşdur – Mahir baş qaldırıbdır, 

“Yazan” çoxdur... 

Ustadları kim fikr edər, kim anar..? 

Nəbi, Qabil, Bəxtiyar... 

Şeir zərgər işi – 

bunu bilirəm... 

Ruhu gözəllərdə 

axmaq deyiləm. 

306

MAHİR QABİLOĞLU

Nə incəbellim var, 

nə də ki, gözəl... 

Onu da özləriylə 

cənnətə aparıblar. 

Mənəsə deyirlər: 

axtaran tapar... 

Nəbi, Qabil, Bəxtiyar. 

Həyətimiz köçüb, 

Közərir ocaq, 

Başçı yoxdur, 

Qalıb mənim tək qaçaq. 

Axtarıram ilham, 

gələcək haçaq? 

Bunun vədəsini bilirdi onlar – 

Nəbi, Qabil, Bəxtiyar... 

Əkbər Qoşalı der: 

Ustad oğlusan, 

Təbin rəvan gəlir, 

Qabiloğlusan; 

Bir də görəcəksən 

“Nobel” almısan... 

Onlar ölən gündən getdiyim “biyar” 

Bu şeiri oxuyub güləcək əğyar, 

Çünki yoxdur – 

Nəbi, Qabil, Bəxtiyar... 

   

 

 

  

  



307

S A N D I Q

İBRAHİM, BULUDXAN, CAVANŞİR   

 

   



 

Bir İbrahim adlı dostumuz vardı. Niyə dostum yox, dostu-

muz dedim? Çünki onu sevən, bu gün də yaddan çıxarmayan 

Fikrət  Rzayev,  Məsiağa  Məhəmmədi,  Eldəniz  Elgün,  Seyid 

Cavanşir, Mehman müəllim, müavinindən daha çox ona dost 

kimi baxan Həsən müəllim inciyər məndən. Hələ adını çək-

mədiyim digər dostları demirəm.

Professor Buludxan Xəlilov da bizim İbrahimin dostu idi. 

Gündə üç-dörd dəfə telefonla danışmasa, işdən çıxandan son-

ra “Xalq qəzeti”nə gəlib ona salam verməsə evə getməzdi.

Bağda yaşadığım vaxtlar idi. Qış axşamlarının birində İbra-

himin iş telefonuna zəng etdim:

- İbrahim, salam.

- Salam, Maka.

- Yaxşı borş bişirmişəm.

- Gəlirik.

İbrahim mənim bişirdiyim üç yeməyə etiraz edə bilmirdi. 

Biri kabab çəkməyimə, ikinci bişirdiyim borşa, bir də kartof, 

motal  pendirin  qırıntısı  qatılmış  vermişel-plova.  Lap  vacib 

işi  olsa  belə,  atıb  bizə  gəlməliydi.  Demə,  mən  zəng  edəndə 

Bulud xanla Cavanşir də otaqdaymışlar. İbrahim də tez kres-

losundan sıçrayaraq “Buludxan, Cavanşir getdik bağa, Mahir 

yaxşı borş bişirib” deyir. Bunu eşidən Buludxan üzünü turşu-

dub “Nə? Borş?” - deyir.

Etiraz  etməyinə  baxmayaraq  İbrahim  onu  “sən  də  “Şa-

maxinka”da düşüb gedərsən evə” bəhanəsiylə mindirir ma-

şına. Üz alırlar Masazıra. Sükanın arxasında da Cavanşir olur. 


308

MAHİR QABİLOĞLU

Yol  boyu  İbrahim  ha  illah  eləsə  də,  “ay  Buludxan,  Mahirin 

borşu,  sən  yediyin  borşlardan  deyil.  Gəl  gedək.  Peşman  ol-

mazsan” desə də, Buludxan razılaşmır ki, razılaşmır. Mənim 

bişirdiyim borşun əleyhinə hələ bir-iki “antisovet” söz də söy-

ləyib, lağa qoyur. “Mən ….. plov yemirəm ki, bığım yağa ba-

tar, indi gecə yarısı gedib kakoy-to borş yeyəcəyəm?” deyərək. 

Beləcə gəlib çıxıblar “Şamaxinka”ya.

Birdən İbrahim Cavanşirə deyib ki, “saxlama, sür birbaşa 

Masazıra”. O da basıb qaza. Bundan sonra Buludxanın etiraz 

səsləri bir az da qalxıb. Amma nə tövr eləsə də, Cavanşirə ma-

şını saxlatdıra bilməyib. Cavanşirin cəddindən qorxaraq, “se-

yid, cəddivə qurban olum” deyərək oturub sakitcə.

Mən isə süfrəni açıb bunları gözləyirəm. İri qazan borş, ya-

nında ev tutmaları, zoğal arağı, xama, xardal, qara və  təndir 

çörək. Bir də eşitdim ki, darvazanın ağzında maşın dayandı. 

Səs-küy  qalxdı.  Bildim  ki,  gəldilər.  Qaça-qaça  darvazanı  aç-

mağa gedirdim ki, Buludxanın səsi lap zilə qalxdı. Əvvəl başa 

düşmədim nə məsələdir. Yavaşca qapını açdım. Buludxanın 

arxası mənə tərəf idi. Ona görə də hiss etmirdi ki, onu mən də 

eşidirəm. Amma İbrahimlə Cavanşir məni görürdülər. Bulud- 

xanın “çıxış”ını kəsmirdilər ki, mən də eşidim:

- Borş. Nə borş? Gecə vaxtı da borş olar. Heç olmasa kabab 

olsaydı deyərdim hə. Yoxsa ki, borş. Mahir nə borş bişirəcək 

ki, hələ bir şəhərdən basa-basa gəlmişik bu boyda yolu...

Birdən  Buludxan  İbrahimlə  Cavanşirin  gülməyindənmi 

şüb hələndi, ya arxasında hənir hiss etdi. Arxaya çevrildi. Gör-

dü ki, mən dayanmışam. Tez valı dəyişdi:

- Salam, canik. Necəsən? Borş hazırdır?

ÇAY, ŞOKOLAD, VİSKİ, QONAQLIQ

İbrahimlə Buludxanın qəribə bir dostluğu vardı. Araların-

dakı ərk isə ikiqat artıq idi. (Mən ondan geri qalmırdım) İbra-

himin kabinetinə girən kimi:

- İbrahim, bu nədir, qonaq gəlib, çay gətizdir.



309

S A N D I Q

Çay gəlirdi. Bu dəfə şokolad yada düşürdü. İbrahim şka-

fı açıb bahalı şokoladlardan götürüb doldururdu qənddana. 

Sonra  qonaqpərvərliklə  göz  vuraraq  “professor,  yaxşı  viski 

də var, süzüm?” deyəndə, Buludxan “çox yox. İyirmi-iyirmi” 

deyə cavab verərdi. İyirmi sonra yuvarlaqlaşıb “yüz” olurdu.

Buludxan Xəlilov Azərbaycan Pedaqoji Universitetinin Fi-

lilogiya fakültəsinin dekanı, professordur. Pedaqoqdur. İşdə o 

qədər ciddidir ki, üzündən zəhirmar yağır.

Günlərin bir günü universitetin yanından keçəndə İbrahim 

dedi ki, gəl Buludxana dəyək. Demə məqsədi varmış. Məni 

də əvvəldən xali etdi ki, “alova nöyüt töküm”. Girdik binaya, 

qalxdıq 3-cü mərtəbəyə. Girdik dekanlığa. Otağa girən kimi:

- Professor, bu nədir, qonaq gəlib, çay gətizdir.

Mən isə “Yanında da moskovski şokolad” deyə əlavə  etdim.

Buludxan da narahat halda, o biri otaqda olan işçilərinin, 

tələbələrinin eşitməsindən ehtiyatlanaraq:

- İbrahim, qadan alım. Bura universitetdir e, təhsil ocağıdır. 

Burda belə şeylər olmur.

- Viski də...

- İbrahim, viski nədir. Bura məktəbdir e, məktəb.

- Başa düşmədim. Onda belə çıxır ki, mənim otağım çayxa-

nadır? Vsyo, sən gələndə mən də sənə çay verməyəcəyəm.

- İbrahim, qadan alım, sən jurnalistikaya baxma. Orda ayıb 

sayılmır. Amma biz tələbələrə təlim-tərbiyə veririk.

Otaqdan çıxdıq. Qucaqladı öpdü məni ki, sağ ol. Mən danı-

şanda topa yaxşı güllə qoyurdun. Amma bu bir zarafat idi. Ax-

şam yenə də bir yerdəydik. İbrahimin çaylı-şokoladlı, viskili, 

dostları ətrafında olan otağında. Belə bizim kasıb vaxtımızda 

olurdu. Şıxovda kütüm balığının qızartması, “Ağ şəhər” kafe-

sində düşbərə, Göyçə xəngəlxanasını hələ demirəm.

İBRAHİMİN SEVDİYİ ŞEİR

Elə ki, iyirmi-iyirmi gillədirdik... üç dəfə “iyirmi”dən sonra 

İbrahimin Buludxandan bir xahişi olurdu:



310

MAHİR QABİLOĞLU

- Pofessor, qadan alım, Nəbatidən o şeiri de.

Buludxan müəllim də böyük həvəslə, intonasiyayla başla-

yırdı, nə başlayırdı:



Səba, məndən söylə o gül’üzarə, 

Bülbül gülüstanə gəlsin, gəlməsin? 

Bu hicran düşkünü, illər xəstəsi 

Qapına dərmanə gəlsin, gəlməsin? 

Mən qurbanı olum ənbər tellərin, 

Qönçə dodaqların, püstə dillərin, 

O lalə rüxsarın, mişkin xalların 

Oduna pərvanə gəlsin, gəlməsin? 

Gözüm çox həsrətdir xumar gözünə, 

Günəş camalına, şəkər sözünə, 

Utanıram, necə deyim üzünə, 

Dərdin xəstə canə gəlsin, gəlməsin? 

Dolaşdır boynuma şümşad qolunu, 

Qucaqlayıb qucum incə belini, 

Ləli-ləbin əmim, sorum dilini

İstər ölü canə gəlsin, gəlməsin? 

Nəbati istəməz sənsiz dünyanı, 

İzzəti, hörməti, şövkəti, şanı, 

Bir zada qalmayıb daha gümanı, 

Bu baş o meydanə gəlsin, gəlməsin?

MAKA


İbrahim  mənə  zarafatla  Maka  deyirdi.  Bir  dəfə  Tbilisiyə 

getmişdik. Girdik “Xingal evi”nə.

Sifarişimizi verdik. Ofisiant qız yeməyi gətirəndə qeyri-ira-

di soruşdum:


1   ...   19   20   21   22   23   24   25   26   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling