Mahir qabiLOĞlu sandi q baki 2015


Download 2.34 Mb.
bet26/32
Sana14.08.2018
Hajmi2.34 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

339

S A N D I Q

“NOVOSTROYKA” SÖZÜ

Böyük  məsuliyyətlə  və  fərəhlə  deyə  bilərəm  ki,  “novost-

royka” sözünü Akiflə mən dəbə salmışıq. Necə? Deməli Ba-

kıda  sovet  vaxtından  hasara  alınmış,  nəzarətsiz  sahələr,  ya-

rımçıq  qalmış  tikintilər  vardı.  Zibilxanaya  çevirmişdilər.  Nə 

yiyə duran vardı, nə də bir şey tikən. Çəkilişimizin adını “Ya-

rımçlq tikililər” qoyub icazəni aldıq. Birinci getdik Hüsü Ha-

cıyev  küçəsinə,  Passaj  bazarının  böyründəki  hasara  alınmış 

zibilxana,  antisanitariya  mərkəzinə.  Rahatca  çəkdik.  Verdik 

efirə.  Səhəri  qırğın  düşdü.  “Qırğın”  bizim  leksikonumuzda 

“reaksiya oldu” deməkdir. Bir də gördük ki, başladılar ərazini 

təmizləməyə, bünövrə qazmağa. Yenə getdik çəkdik. Adını da 

qoyduq “tənqiddən nəticə”. Ordan yollandıq Ayna Sultano-

vanın heykəlinin arxasındakı hasara alınan əraziyə. Oranı da 

çəkdik. Iki gün keçmədi ki, orada da zibillikdən əsər-əlamət 

qalmadı. Yerində iki dənə “novostroyka” tikməyə başladılar. 

“Azərbaycan  Televiziyasının  tənqidindən  nəticə  çıxartdılar” 

adı ilə gedib o ərazidən daha bir süjet də hazırladıq. Ordan 

getdik Fətəli xan Xoyski küçəsi, İdman Akademiyasının yanı, 

Sərhəd  Qoşunlarının  hospitalı  ilə  üzbəüzdəki  yarımçıq  tiki-

liyə.  Çəkdik  verdik.  Orda  da  iki  müasir  bina  ucaltdılar.  Nə 

isə beləcə başladıq Bakımızı gözəlləşdirməyə. Üç otaqlı, 120 

kv.m-lik mənzil 18 min dollara idi. Hamısı da təklif edirdi ki, 

siz də hərəyə aşağı qiymətlə bir mənzil götürün. Pulunu da 

tikə-tikə ödəyərsiniz. Heyf ağlımız olmadı. Yoxsa bu dəqiqə 

Akifi  “Syoma”  yox,  milyoner Akif,  məni  də  evdar  kişi  yox, 

milyoner Mahir çağırardılar. Mövzudan kənara çıxmayım.

Bakıda  tikilməyə  başlayan  bu  evlərdəki  mənzillər  bir  ilə 

başa gəlməklə elə bünövrədən də alınırdı. Ona görə də gəlirli 

sahə sayılaraq tikinti bumu başladı nə başladı. AzTV-nin bu 

süjetləri Prezident Heydər Əliyevin də xoşuna gəlmişdi. Çıxış-

larının birində verdiyi qiymət bizi daha da ruhlandırdı. Rəsmi 

olmasa da, özümüzü Bakı şəhər İcra Hakimiyyəti  başçısının 



340

MAHİR QABİLOĞLU

ştatdankənar  müavinləri  hiss  etməyə  başladıq. Antisanitari-

ya mərkəzləri, küçə ticarəti, qanunsuz tikililər, bərbad yollar, 

əhalidən gələn şikayətlər, ağacların kəsilməsi. Bu barədə nə 

məlumat  olurdusa,  bizə  zəng  edirdilər.  Dost-tanışların  sayı 

çoxalırdı. Əlbəttə ki, tənqidi süjet efirə gedəndən sonra. Atalar 

“Qanı suyla yuyarlar” deyib. Biz isə tənqid etdiyimiz, bizdən 

inciyən adamlarla incikliyimizə yemək-içmək məclisi arxasın-

da son qoyurduq.

NAHİD KABAKÇI

Nahid Kabakçı adlı bir türk iş adamı (Allah rəhmət eləsin) 

vardı. Köhnə avtovağzalın yerində tikilən “Natəvan” mərkə-

zinin sahibi idi. Müxtəlif gözəllik yarışmaları keçirirdi. Gün-

lərin bir günü Akif dedi ki, “bəs Nahid Kabakçı zəng etmişdi. 

Bizi çağırır, özü də kamerayla”. Getdik. Gördük ki, ağlama-

ğa qalıb. (bir az artistliyi vardı). Demə hara müraciət edibsə, 

mərkəzə bitişik, daha doğrusu Mehdi Hüseynzadənin heykə-

li yerləşən bağla bunun idarəsinin arasında olan bərbərxana 

köşkünü  götürmürlər  ki,  götürmürlər.  Əraziyə  nəzər  yetir-

dik. Gördük ki, doğurdan da budka yeri deyil. Çəkdik. Səhəri 

zəng gəldi:

- Akif, sən böyük adamsan. JEK-ə dedim xeyri olmadı, İcra 

Hakimiyətinə dedim qulaq asmadılar. Sən televizorda üç kəl-

mə dedin, budkanı götürdülər. Sən icra başçısından da böyük 

adamsan. Gəl gözləyirəm səni...

AzTV-NİN “QƏNİRƏSİ”

Üz tutmuşduq Suraxanı rayonuna. Getdik birbaşa Suraxanı 

rayon İcra Hakimiyyətinə. Natiq müəllim bizi böyük hörmət-

lə qarşıladı. Çəkiliş etmək qərarımızı dedik. O da telefonu gö-

türüb kiməsə zəng elədi.

- Akif müəllim gəlib. Yanımdadır.

- ........



341

S A N D I Q

- Hansı Akif müəllim? AzTV-nin Qənirəsi. (ANS-çi Qənirə 

Paşayeva nəzərdə tutulur- red.).

- Nə Qənirə, Natiq müəllim. Qənirə xanım ANS-in Akifi-

dir.- deyə Akif ondan əvvəl televiziyada işlədiyinə işarə etdi. 

Gülüşdük. Amma bu sözün cəriməsi iki qat oldu.

İkisi də gözəl jurnalistimizdir. Həm Akif Məcidoğlu, həm 

də Qənirə Paşayeva. Bir mənfi məsələ aşkar etdilərsə, sonuna-

can getməliydilər.

ÜÇ AKİF


“Xəbərlər”də Akif adlı üç redaktor vardı. Biri bizim Akif 

Məcidoğlu,  biri Akif Təvəkküloğlu, o biri də Akif Cabbarov. 

Bəzən onları səhv  salırdılar.

Günlərin  bir  günü  “tufan  qopdu”.  Xoşbəxtlikdən  həmin 

gün çəkilişimiz olmamışdı. Amma sədrimiz Nizami Xudiyevə 

zəng  edib  şikayət  etmişdilər  ki,  bəs  Akif  Abşeronda  çəkiliş 

edib.  Özü də ki, tənqidi ruhda. Abşeron rayonu Bakıya yaxın 

olsa da çəkiliş etmək zona müxbirinin səlahiyyətlərinə daxil 

idi. Bizim ora getməyə ixtiyarımız yox idi.

Nə isə Akifi çağırdılar sədrin otağına. Orda nə qədər and- 

aman edibsə Nizami müəllimi inandıra bilməyib.

Bir də gördük ki, qapı açıldı. Akif Cabbarov əlində mikra-

fon girdi içəri. Qeyri-iradi soruşduq ki, hardan gəlirsən? Dedi 

ki, Binəqədi rayonundan. Soruşduq ki, birdən Abşerona gedib 

eləyərsən a... Dedi ki, yox e, sən nə danışırsan? Binəqədi rayo-

nunda ekoloqlarla çəkiliş edirdim.

Xülasə. Nə qədər elədilərsə tapa bilmədilər ki, Abşeron ra-

yonuna icazəsiz kim gedib. Amma gedən müxbirin  adı Akif-

dir ki, Akif.

Uzun  araşdırmalardan  sonra  aydın  oldu  ki,  Cabbarovun 

çəkdiyi  Binəqədi  rayonundakı  ərazi  Abşeronla  həmsərhəd 

imiş. Yolun bir tərəfi bir rayon, o biri tərəfi də o biri rayon.  

Ekoloqlar  da  bunu  bilmədən  Abşeronun  ərazisini  Binəqədi 

adıyla Akifə çəkdiriblər. Abşeronun o ərazisinə də məsul şəxs 



342

MAHİR QABİLOĞLU

də nə qədər dil töksə də Cabbarovu, ekoloqları  yola gətirə 

bilməyib. İşini ehtiyatlı tutaraq qaçıb icra başçısının üstünə ki, 

“Aman qoyma, Akif bizi çəkdi”.  Amma familiyasını öyrən-

məyi yadından çıxarıb.

Söhbət bunda  deyil. Akif Məcidoğlu tənqidi süjetlərdə o 

qədər ad çıxarmışdı ki, icra başçıları, elə AzTV-dəkilər də Akif 

adı eşidəndə yalnız onu nəzərdə tuturdular.

NİZAMİ  XUDİYEV  VƏ  ARİF  ALIŞANOVUN  BULVAR 

GƏZİNTİSİ

“Xəbərlər”də gecə növbətçisiydim. Qış vaxtı olsa da hava 

sakit idi. Saat 23.00 radələri olardı. Bir də gördüm ki, sədrin 

köməkçisi hövllü girdi otağa.

-  Mahir, tez elə kameranı götür, düş Bulvara. Yolüstü Akifi 

də evdən götür. Nizami müəllimin tapşırığıdır.

Tez operatorla girdik sədrin qəbul otağına. Növbətçi üçün 

kameranı, mikrafonu orda qoyurdular. Amma Nizami müəl-

lim yerində yox idi. Əlimlə işarə etdim ki, bəs şef hanı?

- Nizami müəllim yoxdur. Ariflə (Arif Alışanov –sədr müa-

vini) Bulvardaymışlar. Saat 22.30-da işıqları söndürüblər. Bul-

var qara zülmətə bürünüb. Nizami müəllim də əsəbləşib ki, 

bəs bu nə deməkdir? Əhali dincəlməyə  gəlir, bunlar da işığı 

söndürürlər. Zəng elədi ki, növbətçi kimdir? Dedim ki, Mahir. 

O da dedi ki, tək getməsin, Akifi də evdən götürsün.

Maşına minib üz tutduq Lenin muzeyinin qabağına. Akif 

artıq burda bizi gözləyirdi. Deyinə-deyinə mindi maşına. De-

diyi iki mərtəbə, üç mərtəbəli sözləri yazmağa ehtiyac duy-

muram. Yəqin özünüz başa düşərsiniz. Akifin çox gözəl söyüş 

leksikonu var.  Başladıq çəkilişə. Çəkiliş də ki, nə çəkiliş. Qa-

ranlıq kadrlar. Güclə tapdığımız bir-iki dincələndən də nara-

zılıq rəyləri. Ki, Bulvar niyə qaranlıqdır.

Səhv  etmirəmsə 2003-cü il idi. Bakının elektrik şəbəkəsinə 

də “Barmek” rəhbərlik edirdi. Çəkilişi edib qayıtdıq işə. Otur-

dum kompüterin arxasına ki, yazım. Akif də tələsdirir ki, “bəs 



343

S A N D I Q

dejurnı sənsən. Mən də sənin zibilinə düşüb yuxusuz qalmı-

şam.  Tez  yaz  qurtar,  montaj  eləyək  çıxım  gedim”.  Yazdım. 

Sona çatanda ilişdim.

- Akif, Bulvarın qaranlıq olmasında təqsirkar kimdir? Kimi 

yazım?


- Necə yəni kimi? Bulvar hara baxır?

- Bakı şəhər İcra Hakimiyyətinə.

- Onu da yaz!

- Bəs “Barmek”?

- Bura bax, uşaq-zadsan. “Barmek” nədir, Arabul  kimdir 

Hacıbalanın yanında. Hacıbala müəllim desə ki, “söndür!”, o 

da söndürəcək. Deyəcək “söndürmə!”, o da söndürməyəcək. 

Arabul böyük-adam-zad olub mənimçün.

- Akif  “Bakı şəhər İcra Hakimiyyəti hara baxır görəsən?” 

yazdım. Hacıbala müəllimin də adını yazım?

- Yaz.

- İnciyəcək axı?



- Əksinə. Yazmasan inciyəcək. Deyəcək ki, idarənin adını 

çəkmişik, amma onun adını çəkməmişik.

- Yaxşı. Deməli belə bitirirəm. “Yəqin ki, Azərbaycan tele-

viziyasının  bu  tənqidi  süjetindən  Bakı  Şəhər  İcra  Hakimiy-

yətinin başçısı Hacıbala Abutalıbov lazımi nəticə çıxaracaq”. 

“Vsyo?”.


- Nə “vsyo”? Bəs bizim sevimli sözümüz?

- Yadımdan çıxdı ye.

-  Eybi  yox.  Özüm  əlavə  edərəm.  “Mövzunu  davam 

 etdirəcəyik”.

Səhər açıldı. Günortaya yaxın biz artıq  Hacıbala müəllimin 

kabinetindəydik. Akifin xətrini çox istəyirdi. Mənəsə əyri-əyri 

baxırdı. Amma atama görə dinmirdi. Bilirdi ki, sözləri kağıza 

mən düzmüşəm. Adımı “ilana zəhər verən kərtənkələ” qoy-

muşdu. Akifdə təqsir görmürdü.

Söhbət başlandı.

- Akif, bax şəhərdə bu qədər iş görürəm. Bir dəfə gedib çə-

kib tərifləmisən məni?



344

MAHİR QABİLOĞLU

- Yox.


- Ağac əkirəm, yaşıllıqlar salıram. Bir dəfə adımı çəkmisən?

- Yox.


- Yolları düzəldirəm, antisanitariya ocaqlarını ləğv etmişəm. 

Bir dəfə qeyd etmisən?

- Yox.

- Bəs nə oldu ki, yuxuna haram qatıb gecə saat 12-də, bu so-



yuqda  çıxdın Bulvara? Nədir, nədir işıqları söndürüblər. Sən 

bilmirsən ki, işıq məsələsinə “Barmek” baxır?

- Bilirəm.

- Bəs niyə onu tənqid etmirsən?

Akif  susdu.  Üzünü  mənə  çevirərək  “Mahir,  “vot”…  indi 

bildin?” dedi. Daha arxasını gətirə bilmədi. Nə desin? Niza-

mi  müəllimin  adını  çəkə  bilərdi?  Mən  isə  ümumiyyətlə  da-

nışmırdım. Göstərişin kimdən gəldiyini, məsələnin necə oldu-

ğunu desəydik, gərək ərizəmizi yazıb işdən çıxaydıq. “AzTV 

and”ına sadiq qalıb “Vətən sirri”ni açmadıq. Heç işgəncə-zad 

da  vermədilər.  Hacıbala  müəllim  isə  müsahibə  verdi.  Dedi 

ki, “gözəl Bakımızın gözəl Bulvarı bundan sonra rəngbərəng 

işıqlarıyla bərq vuracaq. Paytaxt sakinlərinin, qonaqların se-

vimli istirahət yerinə çevriləcək”. Vəssalam. Otaqdan çıxdıq. 

Akifin birinci sözü nə olsa yaxşıdır?

-  Mahir,  sənə  demişdim  axı,  “Barmek”i  də  ora  əlavə  elə. 

“Tak je nelzya”. Məni də “podvodi”t elədin kişinin yanında.

Heç nə demədim. Sadəcə qızardım.

CƏRRAHİYYƏ ƏMƏLİYYATI VƏ ZİBİLLİK

Akifin öd kisəsinin axarını daş tutmuşdu. Təcili cərrahiyyə 

əməliyyatı elədilər. Korobka şokolad alıb getdim yanına baş 

çəkməyə.  5  nömrəli  xəstəxananın  4-cü  mərtəbəsində  yatır-

dı. Məni gördü üzü güldü. Elə bildim ki, darıxıb mənimçün. 

Kömək elədim bir təhər ayağa qalxdı. Həqiqət xanım çiyninə 

jaket atdı. Bir əliylə qolumdan tutdu, o biri əlində də böyrün-

dən sallanan sidik torbası… çıxdıq dəhlizə. Dedim ki, bəlkə 



345

S A N D I Q

gəzməyəsən,  başın  gicəllənər.  Dedi  ki,  “yox  narahat  olma. 

Burda bir şey görmüşəm. “Prosto ujas””.

On  addım  dəhlizin  başına  addımlayıb  yaxınlaşdıq  pən-

cərəyə. Uzaddan nəsə göstərib:

- Görürsən?

- Yox. Nəyi?

- “Kosoy” gözüvü. O boyda zibilliyi görmürsən?

- Harda?

-  Erməni  qəbiristanlığının  yanında.  Yarımstansiyanın 

 böyründə.

- Hə..... gördüm.

- İndi burdan çıxarsan. Gedib öyrənərsən maşın yolu har-

dandır.  Hansı  rayona  baxır.  Çıxan  kimi  gedib  çəkərik.  Əla 

stəndap alınacaq. Vallah ayıbdır e... Xəstəxananın da böyrün-

də bu boyda antisanitariya mərkəzi olar? Tak je nelzya…

Gedib zibilliyə baxdım. Nərimanov bələdiyyəsinə yaxın bir 

yerdə  bu  boyda  zibilliyin  olmasına  düzü  inanmadım.  Hün-

dürlüyü üç adam hündürlüyündəydi. Üstündən üç gün keç-

di.  İşə  zəng  gəldi. Akif  idi.  “Kameranı  da  götür  gəl  gedək” 

dedi. “Hara?” deyə soruşdum. “Ora. Tez elə. Yoxsa yığışdırar-

lar. Çatdırmarıq”.

RAF-a minib Akifi də evdən götürdüm. Çəkdik. Aləm dəy-

di  bir-birinə.  Düzünü  desəm,  əlli  “Kamaz”  zibil  daşındı  or-

dan.  Hardan  bildim?  Kafedə  işləyən  yaxın  qohumum  zəng 

edib  söydü məni. Dedi ki,”  bizi  də zibilə  saldız.  Dörd “Ka-

maz”ın pulunu İcra Hakimiyyəti bizdən aldı. Qalanlarını da 

qonşu obyektlərin boynuna qoydu. Bizim təqsirimiz nə idi?”.

Qohumun sözlərini Akifə də çatdırdım. O da Ekologiya na-

ziri Hüseynqulu Bağırovun sözlərini təkrar etdi: “Vətəndaş-

lar, gəlin çevrəmizi təmiz saxlayaq!”.

MAHİR, İNDİ MƏNİ BAŞA SAL...

Hansısa  tədbirdə  çəkilişdəydik.  Çıxanda  Akifə  dedim 

ki,  bəs  evə  batareya  lazımdır,  bir-iki  də  başqa  şey.  Ticarət 



346

MAHİR QABİLOĞLU

 mərkəzindən alıb gəlirəm. Operator da kamerasıyla  qoşuldu 

mənə. O da corab almalıydı. Girdik böyük ticarət mərkəzinə. 

Başladıq gəzməyə. Akif isə getdi maşına.  Hamı bizə baxırdı. 

Daha doğrusu üstündə AzTV yazılan kameraya. Birdən satı-

cılardan biri adımı soruşdu. Mən də operatora göz vuraraq 

“adım Akifdir” söylədim.

İstədiyimizi  tapıb  aldıq.  Qayıtdıq  maşına.  Yerimizə  otur-

muşduq ki, birdən Akifə zəng gəldi.

- Salam. Mənəm nazir müavini ........

- Ay əleykmə salam.

- Ticarət Mərkəzinin yanında nə gəzirsiz?

- Siz hardan bildiniz?

- Biz hər şeyi uzaqdan görürük. Oranın müdiri qardaşımız-

dır. İndi sənə zəng edəcək. Nə çəkmisən, poz getsin. Elə bil ki, 

ora sənin öz obyektindir.

Akif danışığını bitirdi. Üzünü bizə tutub:

- Neyləmisiz içəridə?

- Heç nə. Batareya aldıq. Bu da corab aldı.

- Bəs onda  bu nazir müavini mənə niyə zəng vurur. Har-

dan bildi ki, mən də burdayam.

- Heç... satıcılar soruşdu ki, adınız nədir? Dedim ki, Akif.

- “Mahir” deyə bilmirdin?

Bu an yenə zəng gəldi.

- Salam, salam. Çox şadam. Bu nə sözdür. Qardaşımız dedi 

qurtardı.  Bu  nə  sözdür.  Ehtiyac  yoxdur.  –  deyə  Akif  sözü-

nü sona çatdıra bilmədi. Bir də gördük ki, maşının şüşəsini 

taqqıldadırlar. Akif qapını açmamış, - Mahir, düzünü de, nə 

çəkmisiniz?

- Heç nə.

- Necə yəni heç nə? Bəs bizi içəri, nazir müavininin dostu-

nun otağına niyə aparırlar? Yəqin ki, obyektə də şərikdirlər. 

İndi soruşacaq ki, nə çəkmisiz? Nə cavab verim?

- Heç nə.

- Onda siz də gəlin. Uzağı lenti göstərərik, inanarlar.


347

S A N D I Q

İki yekəpər teloxranitel bizi müşaiyiət edib ensiz dəhlizlər-

lə apardılar bir kabinetə. Hələ biri kameranı hörmət əlamə-

ti olaraq operatorun əlindən alıb daşıdı da. İçəri girdik. İçəri 

girən kimi “solidnı”, elə Akif yaşda olan bir kişi kreslosundan 

qalxdı ayağa:

- Akif müəllim, sizi xoş gördük. Televizorda baxırıq, fəxr 

edirik. Amma  bura  gəlmisən,  içəri  girməmisən.  Telefonunu 

da bilmirəm.  Ona görə zəng vurub qardaşımızdan öyrəndim.

Ortaya çay gəldi. Birdən Akifin gözü stolun üstündə qoyu-

lan fotolara sataşdı.

- Səninkilərdi? Allah saxlasın.

- Allah sizinkiləri də saxlasın. Biri bu il girdi ali məktəbə.

- Mənimkilər də - biri ali məktəbdədir. O biri də hazırlaşır.

Birdən Akifin “dostu” bizə tərəf baxdı.

- Siz gedin bayırda gözləyin.

- Yox, qoy otursunlar, - deyə Akif etiraz etsə də...

- Yox, gedin. Mən qardaşımla hələ çox dərdləşəcəyəm. Akif 

müəllim, qoy onlar getsin, mən səni öz maşınımla yola sala-

ram. “Kak-raz obed” vaxtıdır.

Akif  razı  olmasa  da  cangüdənlərin  müşaiyətiylə  təzədən 

qayıtdıq RAF-a. Beş dəqiqə keçdi Akif yox, on dəqiqə keçdi 

Akif yox. Yarım saatdan sonra Akif gülə-gülə qayıtdı.

- Akif, nə oldu?

- Heç nə.

- O kim idi?

- Heç bildim ki?

- Nə danışdız?

- O öz oğlanlarından, mən də özümkülərdən. O giley elə-

di, mən giley elədim. Sonda da gedirdik restorana “obed”ə. 

Dedim ki, tələsirik.  Pulu basdı cibimə ki, “onda axşam işdən 

sonra oturub mənim sağlığıma içərsiz”. Getdik. Amma düzü-

nü deyin. İçəridə nə çəkmişdiniz?

- Vallah, heç nə.

- Yox əşşi?????


348

MAHİR QABİLOĞLU

SON


Onunla düz 11 il bir yerdə işləyib, onun altı ilini çörəyimizi 

bir yerdə yemişik. Daha doğrusu bölmüşük. O məni, mən də 

onu çox gözəl tanıyıram. İnanmıram ki, ailəsindən savayı onu 

mənim qədər yaxından tanıyan olsun. Təmiz adamdır. Əliyev-

lər ailəsinə yaxın olmasıyla həmişə fəxr edir. Tamerlan Əliyev, 

Gülarə  Əliyeva  haqqında  xatirələri  həmişə  dilindədir.  Atası 

Məcid kişinin Əziz Əliyevlə əmiuşağı olmasını çoxları bilir.

Ürəyi ilə dilinin arasında bir millimetr də olsa məsafə yox-

dur. Ona görə də onunla dostluq etmək çox çətindir. Deyəcək, 

deyəcək, ta ürəyini boşaldanacan. Çox bic adamdır. Çünki ən 

böyük biclik – düzlükdür. Ürəklə dilin vəhdətidir.

Yaxşı  insandır.  Yaxşılıq  eləməyi  xoşlayır.  Kim  yanaşırsa 

həmən əli telefon dəstəyinə uzanır. Kömək edə bilsə də, bil-

məsə  də.  Kömək  edə  bilməyəndə  vəzifəli  adama  elə  sözlər 

yağdırır ki, ona müraciət edənlərin də ürəyindən tikan çıxır. 

Kömək etməyi bacaranda isə uşaq kimi sevinir.

Ruzusu ayağındadır. Sadəcə evdən eşiyə çıxmağı bəs edər. 

Gülərüzdür, qılıqlıdır. Qadın opponentləri daha tez yola gə-

tirə  bilir,  nəinki  kişiləri.  Kübardır.  Məclisdə  oturuşunu  da, 

duruşunu da bilir. Son dəblə, əndrabadi geyinməyi xoşlayır. 

Oğlanlarını  çox  istəyir.  Həyat  yoldaşını  Həqiqət  xanımı  isə 

onlardan  yox,  dünyadan  da  çox  sevir.  Nəvələrini  bilmirəm. 

Çünki son illər əlaqələrimiz kəsilib. Amma iki yüz faiz bilirəm 

ki, daş qayaya rast gəlib. Onlara çətin dinə. Leksikonundakı 

“gözəl” sözlərdən çətin ki, işlədə.

Onun 60 illik yubileyi ilə bağlı bu yazımda  yenə hansısa 

sərgüzəştləri  dilə  gətirmək  istədim. Amma  dayandım.  70-ə, 

80-ə, 90-a, 100-ə də bir şey saxlamalıyam, ya yox?! Şair Əhməd 

Cəmil sayağı desəm, “Hamısını bu gün desəm, xatirə qalmaz 

sabaha”.  Özümün  və  dostlarımın  adından  sadəcə  bir  dejur-

nı ifadə işlətməklə yazıma son qoyuram: Akif, 60 yaşın mü-

barək!!!!!!!!!!!! 



349

S A N D I Q

 

   



  

  

  



BORİS NEMTSOVLA BAĞLI XATİRƏ

 

   



 

AzTV-nin  “Xəbərlər”  proqramında  işləyəndə  dünyanın 

müxtəlif  ictimai-siyasi xadimləriylə  rastlaşmışam. Onlardan 

biri  də  Boris  Nemtsov  idi.  Bakıda  yeni  neft  kontraktlarının 

bağlanmasına  həsr  olunmuş  böyük  dövlət  tədbiri  keçirilirdi. 

Türkiyədən baş nazir Məsud Yılmaz, Gürcüstandan prezident 

Eduard Şevardnadze, Rusiyadan isə Baş nazirin I müavini Boris 

Nemtsov da iştirak edirdilər. Artıq rəsmi hissə başa  çatmışdı.

Axşam saat 10-da tapşırıq aldım ki, bəs Binə aeroportuna 

gedib, qonaqların yola salınmasını lentə almalıyam. Operator 

Zakir Muxtarovla gəldik ovaxtki VİP ZAL-a. Çay içə-içə baş-

ladıq gözləməyə. Saat 23.00 oldu heç kim gəlmədi. Gecə yarı 

oldu heç kim yox... Nəhayət gecə saat 1-in yarısında birinci 

kortej qapıda dayandı. Zakir tez kamerasını rahladı, mən də 

mikrofonla yanında hazır dayandım ki, birdən Boris müəllim 

ürək sözlərini demək istəyər. Qonağı  Baş nazirin 1-ci müavini 

Abbas Abbasov yola salırdı.

İçəri  girəndə  gördük  ki,  Boris  Nemtsovun  kefi  yuxarıdır. 

Yəni ki, yaxşı vurub.  Abbas Abbasova da bu haqda danışırdı.

- Deyirəm ki, Qeydar Aliyeviç, mən getməliyəm. Təzə ev-

lənmişəm.  Arvad  məni  gözləyir.  Deyir  ki,  yox.  Yeməsən-iç-

məsən səni heç yana buraxan deyiləm. Ye-iç, sonra get arva-

dın yanına. Yaxşı kişidir, vallah. Yaxşıca yedim-içdim, sonra 

icazə verdi. Ona böyük hörmətim var.

Bu  sözləri  deyə-deyə  yanımızdan  keçəndə  birdən  bizi 

gördü.  Gəldi  dayandı  düz  kameranın  qabağında.  Zakir  də  

düyməni  basıb,  başladı  çəkməyə.  Nemtsov  sözünə  söyüşlə 

başladı.


350

MAHİR QABİLOĞLU

- (Mujik, tebe ne xuy delat?) Ay kişi, sənin işin-gücün yox-

dur? Gecə saat 1-də  gəlmisən məni yola salmağa...

Zakir isə çəkir. Heç bir cavab vermirik:

-  Bir  buna  bax,  mənimlə  danışmaq  istəmir.  (Posmotri  na 

neqo. Ne xoçet somnoy razqovarivat).

Zakir yenə çəkir. Heç nə demir. Abbas Abbasov və digər 

yola salanlar da gülə-gülə bu səhnəni izləyirlər. Boris müəllim 

də gördü ki, Zakirdən bir səs çıxmır əlini ona uzadaraq.

- Yaxşı, mən getdim. Sağlıqla qal. (Nu mujik, do svidaniya. 

Ya poşol).

Zakirin gözü kameranın gözlüyündə olduğundan, əlbəttə 

ki, Boris Nemtsovun əl uzatmağını görmürdü.

- Abbas Aydın oğlu, bu mənimlə sağollaşmaq istəmir. (Ab-

bas Aydınoviç, on ne xoçet somnoy poproşatsa).

Gördüm ki, əli uzana qalıb  Zakirə dedim ki, bəs əl uzadıb 

sənə, sağollaş getsin. Zakir də sol əlini qaldırıb çiynində olan 

kameranı tutaraq, sağ əlini kameranın düyməsindən çəkdi və 

Nemtsova tərəf uzatdı. O da razılıqla:

- Bax, bu, başqa məsələ. (Vot eto druqoe delo).

Sonra mənimlə və digərləriylə də görüşüb, ildırım sürətiylə 

təyyarəyə doğru addımladı. Bakıya balaca təyyarədə gəlmişdi. 

Ona görə də VİP zala yaxın saxlamışdılar. İki-üç pilləli trapın 

yanında stüardessa – qəşəng bir rus gözəli durmuşdu. Abbas 

Abbasov isə Boris Nemtsovun sanki yadından çıxmışdı. Qo-

naq trapa çatanda əliylə stüardessanın “popka”sına - yumşaq 

yerinə  bir sığal da çəkib təyyarənin salonuna keçdi. Özü də 

protokola və etiketə zidd olaraq Abbas müəllimlə sağollaşma-

dan. Gördüm ki, Abbas müəllim də yaman pərt oldu. Astaca 

“Abbas müəllim, bəs mən “Xəbərlər”də nə verəcəyəm?” so-

ruşdum. O da çiynini çəkdi. 

Dayanıb gözləyirdik ki, təyyarənin qapısı bağlansın və son-

ra çıxaq gedək. Hardasa iki dəqiqədən sonra Boris Nemtsov 

yenidən  təyyarədən  düşdü.  Gülə-gülə Abbas Abbasovu  qu-

caqlayaraq, öpdü. Təzədən bizə də əliylə vida elədi. Təyyarə-

sinə əyləşdi. Bizə də təkcə bu epizod lazım idi. Vəssalam.

Boris Nemtsov getdi. Bizə də bu xatirə qaldı... 

   

1   ...   22   23   24   25   26   27   28   29   ...   32


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling