T a b a l m a . Poladı müəyyən temperaturadək qızdırıb, həmin t-da saxladıqdan sonra yavaş – yavaş soyudulması əməliyyatına tabalma deyilir.Tabalma əməliyyatı bu məqsədlər üçün tətbiq olunur:
1). poladların zərbəli yükə qarşıözlülük xassələrinin artırılması, kristal dənələrinin xırdalandırılması;
2). poladların təzyiq altında və metalkəsən dəzgahlarda emal edilməsini asanlaşdırmaq məqsədilə yumşaldılması, yəni bərkliyinin azaldılması;
3). poladın kimyəvi tərkibini bərabərləşdirilməsi;
4). poladlarda əmələ gəlmiş daxili gərginlikliyin kənar edilməsi;
5). poladların strukturlarının sonrakı termik emal üçün hazırlanması və s.
Poladın qızma t-dan, bu t-da saxlanılma müddətindən, soyuma sürətindən , və tabalmaya uğradılmış poladın ödəyəcəyi tələblərdən asılı olaraq aşağıdakı tabalma növləri tətbiq edilir: tam tabalma, natamam tabalma, diffuziya tabalma prosesi və s.
Do'stlaringiz bilan baham: |