121. Hansı variant adaptasiyanın mahiyyətini daha düzgün ifadə edir?
A) adaptasiya dedikdə - yeni işçinin şirkətin təşkilati mədəniyyətinə, öz ilkin
kollektivinə, şirkətin ondan gözlədiyi tələblərə və öz iş yerinə olan
uyğunlaşmanın idarə olunan prosesidir;
B) adaptasiya dedikdə - işçinin öz məqsəd və vəzifələrini düzgün başa düşmək
və onu məsuliyyətli şəkildə icra etmək prosesidir;
C) adaptasiya dedikdə - yeniliklərin dərk olunması prosesidir;
D) adaptasiya dedıkdə - seçmədə istifadə olunan geniş yayılmış metodudur.
E) Adaptasiya dedikdə-nəzarət forması başa düşülür.
122. Biznes təşkilatının missiyasının mühüm elementidir:
A) İstehlakçının tələbatı;
B) İşçilərin sayı;
C) Reklamın mövzusu ;
D) Təşkilatın miqyası;
E) Firmanın istehsal güçü.
123. Aşağıdakı variantlardan hansında biznes dəqiqləşdirilmişdir?
A) Alkoqolsuz içkilər istehsalı.
B) Səyahət və turizm;
C) Avtomobil istehsalı;
D) Məişət xidmətləri;
E ) Mebel istehsalı;
124. Heyətin idarə edilməsi sisteminin təşkili prinsipləri neçə yerə bölünür?
A) 2
B) 3
C) 4
D) 5
E) 6
125. Strateji planlaşdırma prosesi hansı ardıcıllıqla həyata keçirilir?
A ) 1. Strateji uzağıgörmə və missiyanın seçilməsi. 2. Məqsədlərin müəyyən edilməsi. 3. Xarici mühitin təhlili. 4. Təşkilatın daxili zəif və güclü tərəflərinin tədqiqi. 5. Strateji alternativlərin öyrənilməsi. 6. Strategiyanın seçilməsi. 7. Strateji planın reallaşdırılmasının idarə edilməsi. 8. Strategiyanın qiymətləndirilməsi
B) 1. Missiyanın seçilməsi. 2. Missiyanın müəyyən edilməsi. 3. Strategiyanın seçilməsi. 4. Strategiyanın qiymətləndirilməsi. 5. Strateji alternativlərin aşkar edilməsi. 6. Strategiyanın idarə edilməsi. 7. Xarici mühitin təhlili. 8. Son seçim.
C) 1. Məqsədlərin seçilməsi. 2. Vəzifələrin seçilməsi. 3. Missiyanın seçilməsi. 4. Daxili mühitin təhlili. 5. Strateji alternativlərin qiymətləndirilməsi. 6. Təşkilatın zəif tərəflərinin aşkar edilməsi. 7. Strategiyanın seçilməsi. 8. Strategiyanınqiymətləndirilməsi.
D) 1. Strateji uzağıgörmə və missiyanın seçilməsi. 2. Məqsədlərin seçilməsi. 3. Vəzifələrin seçilməsi. 4. Strategiyanın seçilməsi. 5. Strategiyanın reallaşdırılması. 6. Strategiyanın qiymətləndirilməsi. 7. Xarici mühitin təhlili. 8. Daxili mühitin təhlili.
E) 1. Strategiyanın seçilməsi. 2. Məqsədlərin seçilməsi. 3. Strateji təhlil. 4. Strateji alternativlərin aşkar edilməsi. 6. Daxili mühitin təhlili. 7. Xarici mühitin təhlili. 8. Strategiyanın reallaşdırılması.
Do'stlaringiz bilan baham: |