377. Düzgün olmayan variantı göstərin. Rəhbərin karyerasında müvəffəqiy-yətsizliyin beş səbəbi aşağıdakılardır:
A) İşçiləri inandırmağa çalışmaq
B)Özünü kollektivdən izolyasiya etmək;
C) Daha yüksək əmək haqqı almaq tələbini ön plana qoymaq;
D) Öz fikirlərini və hissələrini başqalarından gizlətmək;
E) Öz vəzifəsinin simvollarına olduqca çox diqqət ayırmaq.
378. Sahibkar qabiliyyətli insanlar kimlərə deyirlər?
A) Təşəbbüskar və yeniliklə bağlı risk etməyi xoşlayanlara;
B) Kapitalını qənaətlə xərcləyənlərə;
C) Yüksək idarəetmə qabiliyyətinə malik olanlara;
D) Sutkada 15 saat işləyənlərə;
E) Biznes sahəsində məşğul olanlara.
379. Menecmentə birinci rəsmi maraq sədası nə vaxt və hansı hadisə ilə qeyd edilmişdir:
A) 1911–ci ildə; F.Teylor özünün “Elmi idarəetmənin prinsipləri” kitabını nəşr etdirmişdir;
B) 1928–ci ildə; ABŞ iqtisadiyyatında sənaye məhsuluna tələb və təklif bərabərləşmişdir;
C) XVIII əsrin sonunda. İngiltərədə sənayə inqilabi – manifakturadan fabrik istehsalına keçilməsi baş vermişdir;
D) XIX əsrin ikinci yarısında, Almaniyada sənaye inqilabı baş vermişdir.
E) XIX əsrin 40 –cı illərində, İtaliyada sənaye inqilabı baş vermişdir.
380. Elmi İdarəetmə məktəbinin irəli sürdüyü hansıdır?
A) İşin planlaşdırılması və düşünülməsinin onun yerinə yetirilməsindən ayrılması;
B) Məmnuniyyət və məhsuldarlıq səviyyəsini yüksəltmək üçün insanlararası münasibətlərin idarə edilməsi üsullarından istifadə edilməsi;
C) Bütövlükdə təşkilat miqyasında idarəetməyə sistemli yanaşma;
D) İdarəetmə funksiyalarının təsvir edilməsi;
E) Modellərin işlənib hazırlanması və idarəetmədə istifadə edilməsi.
381. İnsan münasibətləri və davranış elmləri məktəbinə məxsus olan nəticəni göstərin:
A) Məmnuniyyət və məhsuldarlıq səviyyəsini yüksəltmək üçün insanlararası münasibətlərin idarə edilməsi üsullarından istifadə edilməsi;
B) Mürəkkəb situasiyalarda qərar qəbul etməli olan rəhbərlərə kömək etmək üçün kəmiyyət üsullarının inkişaf etdirilməsi;
C) İdarəetmə funksiyalarının təsvir edilməsi;
D) Vəzifəni yerinə yetirmək üçün daha münasib işçinin seçilməsi və onun öyrədil-məsinin təmin edilməsi;
E) İdarəetmə prinsiplərinin inkişaf etdirilməsi.
Do'stlaringiz bilan baham: |