Mirzo Ulug’bek nomidagi O’zbekiston Milliy Universitet Jurnalistika fakulteti


Download 153.64 Kb.
bet3/4
Sana13.01.2023
Hajmi153.64 Kb.
#1091611
1   2   3   4
Bog'liq
Nozima Akbarova

Faoliyat ko’rsatgan xodimlari:

1956-cı ildə Bakı televiziya studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə Israfil Nəzərov rəhbərlik edirdilər. 1957-ci il mayın 16-da Teymur Əliyev Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri, Nəsir Imanquliyev isə sədrin birinci müavini təyin edildi. 1965-ci ildə T.Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri Ənvər Əlibəyli oldu. 1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylini Imran Mirzəyev əvəz etdi. Onun sədrliyi 11 ay çəkdi. 1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edildi. O, bu vəzifəni 1982-ci ilə qədər icra etdi. 1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olundu. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Quliyev vəzifəsindən istefa verdi. 1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzlədi. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra etdi.

1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi. 1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olundu və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq etdi. 1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytardı, amma o, həmin postda yalnız 1 gün qala bildi. 1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd Ismayılı sədr təyin etdi. 1993-cü ildə Məmməd Ismayılı Babək Məmmədov əvəz etdi. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edildi. 1996-cı ilin sentyabrında Teleradio Şirkətinin sədri Nizami Xudiyev təyin edildi. 2006-cı ilin iyununda ölkə prezidenti Ilham Əliyevin əmri ilə N.Xudiyev «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi. 2006-cı il avqustun 16-da prezident Ilham Əliyevin sərəncamı ilə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov təyin edildi.


Download 153.64 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling