Mobil radiorabiTƏ SİstemləRİ
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
ar2
- ikinci aralıq tezlikli rəqs ləri alınır və ArTG2 - ikinci aralıq tezlik gücləndiricisi ilə güc ləndirilir. Qeyd edək ki, birinci aralıq tezliyinin qiyməti, ikinci aralıq tezliyindən dəfələrlə böyük olur və bu tezlikdə qəbul traktının güzgü kanala görə yüksək seçiciliyini təmin edə bilir. 56 55 Qiyməti nisbətən aşağı olan ikinci aralıq tezliyində isə qəbul traktınm qonşu kanala görə yüksək seçiciliyini təmin etmək mümkün olur. İkinci aralıq tezlikli rəqslər gücləndirildikdən sonra ARÇ - analoq rəqəm çeviricisinə daxil olur və burada CPU - siqnal prosessorunun işləməsi üçün lazım olan siqnala çevrilir. Qəbul olunan nitq siqnalı CPU-da müvafiq emal pro sesindən sonra, RAÇ - rəqəm analoq çeviricisinə ötürülür və oradan da ya birbaşa, ya da alçaq tezlik gücləndiricisi ilə (şəkil də göstərilməyib) gücləndirildikdən sonra ucadamşana ötürülür və burada müvafiq nitq (danışıq) siqnalı canlandırılır. Verici rejimində (siqnalın ötürülməsi rejimi) CPU - da formalaşdırılan rəqəmli informasiya siqnalı I/Q - generatoruna daxil olur və burada modullayıcı siqnalın formalaşdırılması prosesi yerinə yetirilir. Modullayıcı siqnal faza modulyatoruna daxil olur və buradan f m - siqnalı qarışdıncıya ötürülür. Qanş-dıncının ikinci girişinə f v - tezlikli rəqslər də tezlik sinte-zatorundan daxil olur. Qarışdıncınm çıxışına qoşulmuş olan KS - keramiki süzgəcinin köməyilə fs ı - telikli rəqslər ayrılaraq - güc gücləndiricisi ilə gücləndirilir və çıxışdakı KS-lə bir daha süzüldükdən sonra A - antenası ilə elektromaqnit dalğala rına çevrilərək ətraf fəzaya şüalandınlır. Radiotelefonun (mobil telefon) rəqəmli məntiq hissəsi bütün lazım olan siqnalların formalaşdınlmasım və emalını tə min edir. Bu hissə SPU - rəqəmli siqnal prosessorundan, MEM yaddaşından, kanal ekvalayzerindən, kanal koderi/deko-derin-dən, SIM - kartdan, ARÇ və RAÇ - çeviricilərindən, klavia turadan və displeydən ibarətdir. Məntiqi hissə tərəfindən demodulyasiya, kodlama, nitq siqnalının sıxlaşdınlması və bərpası, küylərin azaldılması, kla viatura tərəfindən daxil edilən informasiyanın emal edilməsi 57 prosesləri yerinə yetirilir. O, lazım olan informasiyam disple-yin ekranına çıxarır, SIM - kartla abonentin autentifikasiyası və verilənlərin şifflənməsini təmin edən informasiya mübadiləsini yerinə yetirir. Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling