Mobil radiorabiTƏ SİstemləRİ
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
Rouminq
Rouminq - bu elə bir funksiya və ya əməliyyatdır ki, bu rada bir operatorun abonentinə, digər operatorun sistemində xidmət göstərilməsinə şərait yaradılır. Bu termin ingiliscə “roam” - səyahdt etmək, gəzmək mənasını verir. Buradakı abonentə isə roam er də deyilir. Rouminqi həyata keçirmək üçün, texniki təminat (ən sadə halda - hər iki sistemdə eyni standartın istifadə olunması) və müvafiq operatorlar arasında saziş (razılıq) olmalıdır. Mobil rabitə inkşaf etdikcə, şanvari sistemlərlə mobil peyk rabitəsi əsasında da rouminq imkanı yaranmışdır. 71 Ən sadə halda rouminqin həyata keçirilməsini aşağıdakı kimi izah etmək olar: “Özgə” sistemin ərazisinə düşən şanvari rabitə abonenti (rouminqin həyata keçirilməsinə buraxılan) “öz” sistemi ərazisində olduğu kimi (adi haldakı kimi), çağırış göndərir. Bu abonentin KM-in ev registrində qeydiyyatı olma dığına əmin olandan sonra, onu roumer kimi qəbul edir və onu qonaq registrinə daxil edir. Bununla eyni vaxtda (və ya müəy yən qədər ləngimə ilə) roumerin “doğma” sistemindəki ev re gistrinə sorğu göndərir və ona aid məlumatları, xidmətin təşkili məqsədi ilə soruşur (qeydiyyat zamanı şərtləndirilmiş xidmət növləri, parollar, şifrlər) və hal- hazırda roumerin hansı sis temdə olduğunu xəbər verir. Sonuncu məlumat roumerin “doğ ma” sisteminin ev registrində qeyd olunur. Bundan sonra rou mer evdə olduğu kimi, şanvari rabitədən istifadə edir: onun göndərdiyi çağırışlara adi qaydada xidmət olunur, yalnız bir fərqlə ki, ona aid olan məlumatlar ev registrində deyil, qonaq registrində qeyd olunur; roumerin nömrəsinə daxil olan “doğma”sistemi ilə roumerin qonaq olduğu sistemə ünvanlanır. Roumer evə qayıtdıqdan sonra doğma sistemin ev registrində, roumerin yerləşdiyi sistemin ünvanı silinir, o sistemin qonaq registiı ində isə roumer haqqındakı məlumatlar silinir. Rouminqin xidmətlərinin ödənişini isə roumer “öz” sis temi ilə həyata keçirir, “oz” operatoru isə rouminq sazişinə mü vafiq olaraq, rouminq göstərmiş olan operatora çəkilən xərcləri ödəyir. Bu cür işləmə sxemi - avtomatik rouminq üçündür. Bundan başqa, əl ilə və ya administrativ rouminq də möv cuddur. Bu halda abonent telefon zəngi ilə “öz” operatorunu xəbərdar edir ki, o harasa (məsələn, başqa şəhərə) gedəcək, di gər şəhərə gələndə isə - yerli operatora gəldiyi barədə məlumat verir. Lazım olan məlumatlar ev və qonaq registrlərinə müvafiq 72 KM-lərin operatorlan ilə - əllə daxil edilir və həmin abonentə müvafiq xidmətlər göstərilə bilir. GSM standartı ümumavropa standartıdır və orada rou-minq məcburi element kimi nəzərdə tutulmuşdur. Bundan baş qa, GSM - də SİM —kartlarla rouminq imkanı da vardır (və ya plastik rouminq), burada SİM - kartı, standartın müxtəlif variantlarının aparatlan arasında dəyişmək olur ( GSM 900, GSM 1800 və GSM 1900) cünki hər üç variantda unifikasiya olunmuş SIM - kartlar istifadə olunur. GSM-də rouminq əməliyyatı ikirejimli, gələcəkdə isə üçrejimli abonent terminallarının ( GSM 900/GSM 1800/GSM 1900) yaradılması ilə daha əlverişli olacaqdır. Rouminqin inkişafındakı texniki və təşkilati çətinliklərə aşağıdakılar aid edilə bilər: - aqressiv frodun nəzərə alınması ilə abonentlərin autenti- fikasiyası; rouminqin coğrafiyası və miqyasları genişləndikcə daha da mürəkkəbləşən rouminq xidmətlərinin işinin təşkili; proteksianizm (məsələn, bəzi ölkələrdə xarici istehsal aparatlarının tətbiqinə qadağa qoyulması). Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling