Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet37/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Ekvalayzinq 
Darzolaqlı rəqəmli şanvari rabitə sistemlərində istifadə olunan 
metoddur və işarələrarası təhriflərin kompensasiyası üçün nəzərdə 
tutulur. 
Ekvalayzinq 
termini 
ingiliscə 
“equalizing”- 
“bərabərləşdirmə” sözündən götürülmüşdür. Mahiyyətinə görə 
ekvalayzer - adaptiv süzgəcdir, elə köklənilir ki, giriş siqnalının 
tərkibində olan işarələrarası təhriflərdən çıxış siqnalı mümkün qədər 
təmizlənmiş olsun. 
73 
 Üçelementli ləngitmə xəttinə malik 
transversal süzgəc bazasında xətti 
ekvalayzer 
Ekvalayzerin sadə sxemi şəkil göstərilmişdir. Fərz edək ki, 
ekvalayzerin giriş siqnalı, əsas siqnaldan müəyyən işarələr 
ardıcıllığından və onun 3 dəfə zəifləmiş və bir simvolun t - 
davametmə müddəti qədər zamana görə sürüşmüş olan surətindən 
ibarətdir. 
Əgər süzgəcin ləngitmə xətti pilləsi t-yə, birinci çıxışdakı 
əmsalın qiyməti C|= -1/3-ə bərabər olarsa, onda giriş siqnalı və 
birinci çıxışdakı siqnalm cəmlənilməsi zamanı aşağıdakını alarıq 
əsas siqnal (giriş siqnalının birinci toplananı) dəyişilməmiş qalır; 
giriş siqnalının ikinci toplananı, t 
qədər ləngidilmiş birinci toplananla kompensasiya olunur 
(ləngitmə xəttinin birinci çıxışındakı siqnal); ləngidilmiş siqnalın 
ikinci toplananı əsas siqnalın surətini verir, lakin 9 dəfə zəifləmiş 
şəkildə, 2t qədər ləngidilmiş və əks işarə ilə. Əgər ləngitmə xəttinin 
(LX-nin) ikinci çıxışında əmsal Сг= 1/9 olsa, onda üç siqnalın (giriş 
və iki ədəd ləngidilmiş) cəmlənməsi sayəsində dəyişilməmiş əsas 
siqnalı və onun 3t qədər ləngidilmiş və 27 dəfə zəifləmiş surətini 
alarıq. Beləliklə, 
74 


baxılan misalda hər növbəti Cj-əmsalh elementin əlavə edilməsi, 
təhrifedici siqnalın 3 dəfə zəiflədilməsinə və onun zamana görə t 
qədər ləngiməsinə gətirib çıxarır.
Ekvalayzerin iş prinsipinin izahına dair qrafiklər 
Reallıqda isə vəziyyət daha mürəkkəbdir: həm şüaların sayı 2-dən 
çox ola bilər və ləngimələr LX-nin pillələrinə dəfələrlə mütanasib 
ola bilər və siqnalın təşkiledicilərinin amplitudları, onların sayı və 
ləngimələri əvvəlcədən məlum olmaya bilər. Bundan başqa, 
hərəkət zamanı hər şey fasiləsiz olaraq dəyişir. Ona görə də 
süzgəcin köklənməsi, periodik olaraq verilən öyrədici (nəzarət) 
ardıcıllığın köməyilə adaptiv olaraq yerinə yetirilir. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling