GSM standartının ümumi xarakteristikaları
Bu standart üçün xarakterik olan əsas xüsusiyyətlər aşağı
dakılardır:
darzolaqlı kanalların zamana görə ayrılması ilə çoxsaylı
daxilolma üsulu (NB TDMA) istifadə olunur. TDMA kadrın
strukturunda 8 - zaman mövqeyi (slotu) və hərəsində 124 daşı yıcı
tezliyi vardır;
informasiya
məlumatlarının
ötürülməsi
zamanı
radiokanal-larda
səhvlərdən
müdafiə
məqsədi
ilə,
növbələşdirilməklə blok və çevirmə ilə kodlamadan istifadə olunur.
Rabitə seansı za-manı işçi tezliklərin (SFH) çevrilməsi sürəti 217
sıçrayış/saniyədir;
şəhər şəraitində radiodalğalarm çoxşüalı yayılmaları
nəticə-sində qəbul olunan siqnalın interferensiya sönmələri ilə
müba-rizə məqsədilə, rabitə avadanlığında ekvalayzerlərdən
istifadə edilir. Bunlar, impuls siqnallarının ləngimə müddətinin orta
kvadratik meyletməsi 16 mksan qədər olan bərabərləşdiril-məsini
təmin edirlər;
sinxronlaşdırma sistemi, siqnalların mütləq ləngimə
müddətinin 233 mksan-yə qədər kompensasiyasına hesablanmışdır
ki, bu da rabitənin maksimal uzaqlığının 35 km olmasına uyğundur
(şanın maksimal radiusu);
GSM stadartında minaimal tezlik sürüşməli Qauss tezlik
manipulyasiyası seçilmişdir (GMSK);
nitqin emalı, danışığın fasiləli verilişi (DTX) sisteminə
uyğun aparılır, yəni verici nitq siqnalı olanda qoşulur, nitq siqnalı
qurtaranda isə söndürülür. Nitq siqnalının çevrilməsinin ümumi
sürəti 13 kbit/san-dir.
GSM-də açıq açarla (RSA) şiffləmə alqoritmli,
məlumatların şifrələnməsi əməliyyatı yerinə
yetirilir;
GSM, PSTN (Ümumi istifadəli telefon şəbəkəsi), PDN (veri-
lənlərin ötürülməsi şəbəkəsi) və İSDN-ə (xidmətlərin inteqrasiyası
olan rəqəm şəbəkələri) qoşula bilər.
Do'stlaringiz bilan baham: