Baza stansiyası və kommutasiya mərkəzi
Baza stansiyasının (BS) tərkibinə daxil olan elementlərin
çoxusu, mütəhərrik stansiyanın (MS) analoji elementlərindən
fərqlənmirlər, lakin bütövlükdə BS, MS-dən xeyli böyük və
mürəkkəbdir. BS-in struktur sxemi şəkil 6.15-də göstərilmişdir.
B S -in stru k tu r sxem i
BS-nin əsas xüsusiyyətlərindən biri - paylanmış qəbul
üsulundan istifadə edilməsidir, ona görə də stansiya iki qəbul
antenasına malik olmalıdır. Bundan başqa BS, qəbul və verici üçün
аупса antena istifadə edə bilər (şəkil 6.15-dəki kimi).
59
İkinci xüsusiyyət - bir neçə qəbuledici və həmin sayda verici-nin
olması. Bu hal, müxtəlif tezlikli bir neçə kanala eyni vaxt da
baxmağa imkan verir. Eyni adlı qəbuledici və vericilər ümu mi
köklənə bilən dayaq generatoruna malik olurlar. Bu genera torlar bir
kanaldan digərinə keçərkən, onların razılaşdırılmış köklənməsini
təmin edir. Qəbuledici - ötürücülərin konkret sayı (N), BS-in
konstruksiyası və komplektləşdirilməsindən asılı olur. N- sayda
qəbuledicinin bir ədəd qəbuledici antenaya işlə məsini təmin etmək,
həmçinin N- sayda vericinin bir ədəd ante naya işləməsini təmin
etmək üçün, qəbuledici antena ilə qə buledici arasında N - sayda
çıxışı olan güc bölücüsü, verici ilə verici antena arasında isə N -
sayda girişi olan güc cəmləyicisi isti-fadə olunur. Qəbuledici və
verici, MS - dəki kimi struktura malik olurlar, lakin bunlarda analoq-
rəqəm çeviricisi (ARÇ) və rəqəm-analoq çeviricisi (RAÇ) olmur,
çünki vericinin giriş siqnalı və qəbuledicinin çıxış siqnalı rəqəm
formasında olurlar. Elə variant da ola bilər ki, nitq və kanal
kodekləri konstruktiv olaraq BS-in tərkibində deyil, kommutasiya
mərkəzində (KM) quraşdırılmış olsun, lakin onlar qəbuledici-
ötürücünün ele mentləri olaraq qalırlar.
Rabitə xətti ilə
Do'stlaringiz bilan baham: |