Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet34/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Rabitənin yaradılması əməliyyatını nəzərdən keçirək. Əgər 
sistem tərəfindən MS-in nömrəsinə çağırış daxil olursa, KM bu 
çağırışı MS-in “qeyd olunduğu” manqada olan BS-ə göndərir (və ya 
bu manqa ətrafında olan bir neçə BS-ə) ki, abonent öz yerini dəyişə 
bilər, BS-lər isə bu çağırış siqnalını uyğun çağırış kanalları ilə 
ötürürlər. Gözləmə rejimində olan MS çağırışı alır və ona öz BS-i 
ilə cavab verir, bununla eyni vaxtda autentifıkasiya əməliyyatının 
həyata keçirilməsi üçün lazım olan verilənləri də göndərir. 
Autentifıkasiyanin nəticəsi müsbət olanda, trafık kanalı təyin olunur 
və MS-ə müvafiq tez­ lik kanalının nömrəsi bildirilir. MS ayrılmış 
kanala köklənir və BS-lə birlikdə rabitə seansı üçün lazım olan 
addımları yerinə yetirir. Bu mərhələdə MS, kadrdakı slotun verilmiş 
nömrəsinə köklənir, zamana görə ləngiməni dəqiqləşdirir, 
şüalandırılan gücün səviyyəsini tənzimləyir və s. Zaman 
ləngidilməsinin se­ çilməsi, BS-dən müxtəlif məsafələrdə olan MS-
lə rabitə təşkil edərkən, kadrdakı slotların zamana görə 
razılaşdırılması məqsədilə edilir. Bu halda MS-lə göndərilən dəstin 
zaman lən­ gidilməsi, BS-in komandasına əsasən tənzim olunur. D-
AMPS standartında zaman ləngidilməsi seçilərkən, iş qısaldılmış 
dəstlərlə həyata keçirilir. Ləngimənin ilkin qiyməti 88-bit təşkil edir; 
onun qiyməti 1-bit ( 20,55 mksan ) addımı ilə 30 bitə qədər azala 
bilər. 
GSM standartında ləngiməni seçərkən, daxilolma dəstləri 
istifadə olunur. Ləngidilmə O-dan 63-bitə qədər 1 bit (3.69 mksan) 
addımı ilə tənzimlənir. Sonradan BS, MS-ə qədər olan məsafəni 
izləyir və ləngidilmənin qiymətini tənzimləyərək MS- 
müvafiq komanda verir. Manqanın həndəsi ölçüləri kiçik olanda, 
yəni ləngidilmənin kiçik qiymətlərində (müdafiə blankı 
66 


və müdafiə intervalı hüdudlarında), zaman ləngidilməsinin 
kompensasiyası baş verməyə də bilər. 
GSM - standartında MS - in BS tezliyinə görə bağlanması 
həyata keçirilir, bu məqsədlə tezliyin korreksiyası dəstləri istifadə 
edilir və MS-in BS-lə 14 bit dəqiqliyinə qədər zaman 
sinxronlaşdınlması həyata keçirilir ki, bu məqsədlə simxronlaşdırma 
dəstində bitin 14 - nin nömrəsi (QN - Quarter bit Number, O-dan 
624 hüdudlarında), bitin nömrəsi (BN - Bit Number, O-dan 156-ya 
qədər), slotun nömrəsi (TN - Timeslot Number, O-dan 7-yə qədər) 
və kadrın nömrəsi (FN - Frame Number, O-dan 2715648-ə qədər) 
göndərilir; eyni zamanda sin-xronlaşdırma dəstində şanvari rabitə 
şəbəkəsinin 3-bitli kodu (rəng kodu - Colour Code) və BS - in 3-bitli 
kodu ötürülür ki, bunlar BS-in unikal (nadir) 6-bitli identifikatorunu 
(BSİC - Base Station İdendifıer Code) təşkil edirlər. Sonra BS 
çağırış siqnalı verilməsi barədə məlumat verir ki, bu MS tərəfindən 
təsdiq olunur və çağıran abonent, çağınş siqnalı eşitmək imkanı əldə 
edir. Çağırılan abonent çağırışa cavab verəndə (trubkanı götürür və 
ya idarəetmə panelində müvafiq düyməni sıxır), MS birləşmənin 
tamamlanması barədə sorğu verir. Birləşmə tamamlananda rabitə 
seansı yaradılır, yəni abonentlər danışırlar. Danışma prosesində MS 
ötürülən və qəbul edilən nitq siqnallarının (həmçinin nitqlə yanaşı 
ötürülən idarəetmə siqnallarının) emalım yerinə yetirir. Danışıq 
qurtaranda MS və BS arasında məlumatların mübadiləsi baş verir 
(söndürmə üçün təsdiq olunma ilə sorğu və ya komanda), bundan 
sonra MS-in verici qurğusu söndürülür və MS gözləmə rejiminə 
keçir. 
Əgər abonent çağırılan abonentin nömrəsini yığarsa və ya çağırış 
düyməsini sıxarsa, onda MS öz BS-i vasitəsilə çağınlan nömrəni 
göstərərək, abonentin autentifıkasiyası üçün verilənlər
67 
haqda məlumat verir. Autentifikasiyadan sonra BS trafik kanalı 
təyin edir və sonradan sistem tərəfindən çağırışın daxil olduğu 
haldakma uyğun proseslər baş verir. 
Sonra BS, KM-ə MS-in hazır olduğu barədə məlumat verir, 
KM çağınşı şəbəkəyə ötürür, MS-in abonenti isə onun yerinə 
yetirilməsini izləmək imkanı əldə edir (“çağınş” və ya “məşğul­ 
dur” siqnallan eşidir). Birləşmə şəbəkə tərəfdə sona yetirilir. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling