Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet35/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   31   32   33   34   35   36   37   38   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

 
 
. Rabitə yaradılmasının sadələşdirilmiş sxemi: 
BVQS - Baza verici-qəbuledici stansiyası (BS); 
B S K - BS-in kontrolleri; KM - kommutasiya mərkəzi; 
ÜİTŞ - ümumi istifadəli (stasionar) telefon şəbəkəsi. 
İzahatı verilən əməliyyatlar sxematik olaraq şəkil 6.17 - də gös­ 
tərilmişdir. Şəkildə rəqəmlərlə aşağıdakı hərəkətlər ardıcıllığı işarə 
olunmuşdur: 
1 - MS rabitə yaradılması üçün təsadüfi daxilolma kanalı (RACH) 
vasitəsilə, ayrılmış idarəetmə kanalını (SDCCH) soruşur; 
 - BS-in kontrolleri, daxilolmaya icazə kanalı (AGCH) vasitə­ silə 
SDCCH kanalını təyin edir; 
68 


- MS, SDCCH kanalı vasitəsilə autentifikasiyanı həyata ke­ çirir 
və çağırılan abonentin nömrəsi ilə çağırışa sorğu göndərir; - KM, 
trafik kanalının təyin olunmasına komanda verir
 - KM, çağırılan nömrəni ÜİTŞ-nə ötürür və çağırılan abonen­ tin 
cavabından sonra birləşmə sona yetirilir. 
Əgər hərəktdə olan abonent digər mütəhərrik abonentlə 
danışarsa, onda rabitənin yaradılması prosesi də praktiki olaraq bu 
cür baş verir. Əgər hər iki abonent eyni sistemə aiddirsə, on­ lar 
arasmda rabitə, ÜİTŞ-nə çıxmadan, birbaşa KM vasitəsilə yaradılır. 
Şanvari mütəhərrik rabitə sistemlərində 
xidmətin ötürülməsi və rouminq
 
Xidmətin ötürülməsi 
Əvvəlki mövzularada qeyd olunduğu kimi manqanın 
(şanının) təxminən ortasında yerləşən BS, öz manqası əhatə­ sində 
olan bütün MS-lərə xidmət edir. MS-in bir manqadan digərinə 
yerini dəyişməsi zamanı, ona xidmətin göstərilməsi-birinci 
manqadakı BS-dən, növbəti manqadakı BS-ə ötürülür. Bu proses 
xidmətin ötürülməsi adlandırılır (handoff - amerikan terminidir
avroingiliscə - handover). 
Qeyd edk ki, xidmətin ötürülməsi əməliyyatı, yalnız o za­ 
man baş verir ki, MS rabitə seansı zamanı bir manqanın zona­ 
sından digərinə keçsin. Bu halda rabitə kəsilmir, yəni fasiləsiz 
danışmaq mümkün olur. MS gözləmə rejimində olduqda isə, 
sistemin idarəetmə kanalları ilə ötürülən informasiyaya əsasən 
69 
bu cür yerdəyişmələr izlənilir və lazım olan anda MS daha güclü 
siqnala malik BS-ə köklənmiş olur. 
Texniki cəhətdən xidmətin ötürülməsi əməliyyatı aşa­ ğıdakı 
kimi həyata keçirilir: xidmətin ötürülməsinə ehtiyac o zaman 
yaranır ki, siqnalın və/və ya bit xətası tezliyinin səviy­ yəsinə görə 
qiymətləndirilən rabitə kanalının keyfiyyəti, yol verilən həddən 
aşağı düşmüş olsun. 
GSM standartında bu parametrlər daimi olaraq MS tə­ 
rəfindən - həm öz manqası üçün, həm də bir sıra qonşu manqa­ lar 
üçün (16 manqaya qədər) ölçülür və ölçmələrin nəticələri BS-ə 
göndərilir. 
D - AMPS standartında isə bu parametrləri MS yalnız öz işçi 
manqası üçün ölçür, lakin rabitənin keyfiyyəti pisləşəndə bu barədə 
BS vasitəsilə KM-ə xəbərər göndərir və KM-dən verilən komanda 
əsasında analoji ölçmələr MS tərəfindən qonşu manqalarda da 
aparılır. Bu ölçmələrin nəticəsinə əsasən KM xidmətin ötürüləcəyi 
manqanı seçir. 
Bir məsələyə diqqət yetirək ki, xidmətin ötürülməsinin təşkili, 
MS-də aparılan ölçmələrə əsaslanır - informasiyanın qə­ bulu və 
ötürülməsindən azad olan zaman slotlarında; bundan başqa, BS-
lərdə aparılan ölçmələrin də nəticələri istifadə oluna bilər. Bu hal, 
əməliyyatın ingiliscə adlandınlmasında öz əksini tapır - Mobile - 
Assisted Handoff (handover) - MAHO, yəni MS-in özünün 
köməyindən istifadə etməklə xidmətin ötürül­ məsi. Bununla da, 
analoq sistemlərindəki xidmətin ötürülmə­ sində əsas fərq 
aşkarlanır. Analoq sistemlərində analoji ölçmə­ lər, yalnız BS - lərdə 
aparılır. 
Xidmətin ötürülməsinin məcburi şərti - digər manqadakı 
rabitə kanalının keyfiyyətinin daha yüksək olmasıdır, yəni xid­ mət 
zəif keyfiyyətli rabitə kanalından daha yaxşı keyfiyyət gös- 
70 


təricili rabitə kanalına ötürülür. Bu zaman kanallardakı fərq, 
əvvəlcədən verilmiş müəyyən qiymətdən az olmamalıdır. Əgər bu 
şərtin ödənilməsi tələb olunmazsa, onda məsələn, ikiman-qada 
rabitə kanalının keyfiyyətləri eyni olan halda, MS man­ qaların 
sərhəddi boyunca yerini dəyişərsə, xidmətin bir necə dəfə bir 
manqadan digərinə və əksinə ötürülməsi baş verə bilər ki, bunun 
sayəsində sistem mənasız əməliyyatla yüklənmiş olar və rabitənin 
keyfiyyəti pisləşər. 
Xidmətin ötürülməsi haqda qərar qəbul edərək və yeni 
manqam seçərək KM bu haqda yeni manqanın BS - nə xəbər verir, 
MS-ə isə köhnə manqanın BS-i vasitəsilə lazım olan ko­ mandaları 
verir: yeni tezlik kanalını, işçi slotun nömrəsini göstərir və s. 
MS yeni kanala və yeni BS - lə birgə işləməyə köklənir 
(təxmini olaraq rabitə seansının yaradılmasında olan addımları 
yerinə yetirməklə), bundan sonra rabitə yeni manqanın BS-i ilə 
həyata keçirilir. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling