Mobil radiorabiTƏ SİstemləRİ


Konfldensiallıq və istifadəçinin autentifikasiyası


Download 1.44 Mb.
Pdf ko'rish
bet38/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   34   35   36   37   38   39   40   41   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Konfldensiallıq və istifadəçinin autentifikasiyası 
Birinci nəsil şanvari mobil rabitə sistemlərində danışığın 
konfidensiallığmm (məxfiliyinin) təmini kifayət qədər mürək­ kəb 
məsələ idi. Bunun əsas səbəbi, ötürülən nitq siqnalının 
analoq təbiəti ilə bağlı olmuşdur. Heç bir kodlama növü ilə 
mühafizə olunmayan danışığı “tutmaq”, yəni ona qulaq asmaq üçün 
kifayət qədər sadə qurğudan istifadə etmək olardı. Rəqəmli şanvari 
mobil rabitə sistemlərində danışığın məxfiliyini təmin etmək xeyli 
asandır, çünki burada nitqin rəqəm kodlanması yerinə yetirilir, bu 
zaman analoq fraqmentləri ikilik verilənlər selinə çevrilir, həmçinin 
verilənlərin şifrlənməsi, skremblirlənməsi (siqnalın spektrinin 
müəyyən hissələrinin və yaxud simvollar qrupunun yerinin 
dəyişdirilməsi və invertləşdirilməsi yolu ilə xüsusi olaraq emal 
olunması - bu əməliyyatlardan sonra deskremblirləmə əməliyyatı 
yerinə yetirilməzsə, siqnalın qəbulu mümkün olmur) və ötürülən 
informasiyanın icazəsiz daxilolmalardan mühafizəsinin digər 
məlum metodları istifadə oluna bilər. 
Şanvari ümumi istifadəli şəbəkədə, çağırılan abonentlə birləşmənin 
yaradılması marşrutu əvvəlcədən məlum deyildir. Bu hal, həm 
radiointerfeysin xüsusiyyətləri, həm də abonentin mobilliyi ilə 
əlaqədardır. Birləşməni yaratmaq üçün terminalı şəbəkədə və 
istifadəçini identifikasiya etmək lazımdır ki, düzgün ünvana 
zəmanətli hesab təqdim edilə bilsin. 
GSM-də verilənlərin ötürülməsinin təhlükəsizliyinin təmini 
məqsədilə aşağıdakı tədbirlər qəbul edilmişdir: 
istifadəçinin autentifikasiyasının yoxlanması sayəsində, 
şəbəkəyə daxilolmanın həyata keçirilməsi; 
- şifrlənmənin köməyilə ötürülən informasiyanın
məxfı- 
ləşdirilməsi; 
mobil abonentin müvəqqəti identifikasiya nömrəsinin şəbəkə 
daxilində istifadəsi sayəsində abonentlərin anonim-liyinin təmini. 
75
76 


GSM sistemində konfidensiallığm təminin vacib elementi - 
abonentin identifikasiyası modulu (Subscriber Identity Module - 
SİM-kart) hesab olunur. Bu, daxilində mikrokontrollerə malik olan 
plastik smart - kartdır və mütəhərrik stansiyanın (MS-in) müvafiq 
yuvasında yerləşdirilir. 
Abonent SİM-kartı rabitə şəbəkəsinin operatorundan alır. 
Kartda, istifadəçi barədə fərdi informasiya, şifrlənmə proqramları 
və açarlar olur. Telefondan SİM-kartı çıxarmaq imkanı olduğundan, 
onu, oğurlanmış və itirilmiş telefona sanksiyasız (istifadə hüququ 
olmadan) daxilolmalardan əlavə müdafiə vasitəsi kimi hesab etmək 
olar. O, həmçinin abonentin öz telefonu təmirdə olarkən, ehtiyat 
telefondan istifadə etməyə imkan verir. Bir məsələyə diqqət 
yetirmək lazımdır ki, MS bir-birilə qarşılıqlı əlaqədə olan 2 
hissədən - mobil telefondan və SİM-kartdan ibarətdir. 
SİM-kart ROM, RAM və NVM-ə (ing. Non-Volatile 
Memory-eneıji asılılığı olmayan yaddaş) malik olur. ROM - 
yaddaşda A3 və A8 - şiffləmə alqorotmlərini həyata keçirən 
proqramlar saxlanılır. A3 - alqoritmi istifadəçinin autentifikasiyası 
zamanı, A8 - alqoritmi isə ötürülən verilənlərin şiffləmə açarım 
hesab-lamaq üçün istifadə edilir. ROM - yaddaşın ölçüsü 4-dən 6 
kBayta qədərdir və surəti çıxanla biləndir. RAM - yaddaş nisbətən 
azdır - onun ölçüsü < 256 baytdır. NVM- yaddaşın ölçüsü isə 2-3 
kBayt təşkil edir və istifadəçinin fərdi parametrlərinə və aşağıda 
göstərilən verilənlərinə malik olur: 
К, - istifadəçinin identifikasiya açan; 
IMSI (mobil abonentin beynəlxalq identifikasiya nömrəsi) 
ölkə kodu, şəbəkənin kodu və istifadəçinin nömrəsindən ibarət olan 
ifadəçinin 15-bitli fərdi identifikasiya nömrəsi; 
TMSI (mobil abonentin müvəqqəti identifikasiya nömrəsi) 
MS-in hər dəfə yeni VLR-də qeydiyyatı zamanı aynlan müvəqqəti 
identifikasiya nömrəsi; 
LAİ (yerləşmə yeri oblastınm identifikatoru); 
PİN (ing. Personal Identification Number - Şəxsi 
identifikasiya nömrəsi) - 4 və ya 8 rəqəmli nömrədir və SİM-karta, 
ifadəçini identifikasiya etməyə imkan verir
Şəxsi telefon kitabı - ifadəçinin daxil etdiyi telefonların 
siyahısı; 
- Rouminqin icazə verildiyi xarici şanvari şəbəkələrin 
siyahısı; 
- Qəbul olunmuş qısa məlumatlar (SMS). 
SİM - kart, mobil telefonla hər iki istiqamətdə asinxron ardıcıl 
rejimdə verilənlərin 3,2 kbit/san sürətilə yanmdupleks ötürülməsi 
prosesi ilə qarşılıqlı təsirdə olur. 
Qeydiyyata alma əməliyyatım həyata keçirərkən şəbəkə 
autentifikasiyam yoxlamağa başlayır 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling