Mobil radiorabiTƏ SİstemləRİ
İstifadəçinin aııteııtifikasiyasmm yoxlanılması
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
İstifadəçinin aııteııtifikasiyasmm yoxlanılması
77 78 MS-ə 128 - bitli psevdotəsadüfı RAND ədədi göndərilir. A3- şifrləmə alqoritminin və istifadəçinin fərdi Kj - açarının köməyilə şəbəkə və SİM - kart, 32 bitli SRES (ing. Signed response) elektron imzanı hesablayırlar. MS tərəfindən hesablanmış SRES imzası, şəbəkənin qeyd olunmuş hissəsinə ötürülür və burada hər iki imza müqayisə edilir. Növbəti mərhələdə VLR, istifadəçiyə TMSİ və LAİ ayırır. Hər iki ədəd MS-ə şifrlənmiş şəkildə ötürülür və SİM-kartda saxlanılır. Fərdi İMSİ nömrəsi, istifadəçinin mövcud olduğu müddət ərzində bir dəfə göndərilir. Bu hal, MS şəbəkədə birinci dəfə qeydiyyata alındığı zaman və VLR registrində onun haqqında heç bir verilən olmadıqda baş verir. Qeyd edildiyi kimi, birləşmə yaradılmasının müəyyən mərhələsindən başlayaraq, istifadəçi verilənləri və idarəedici siqnallar şifrlənmiş şəkildə ötürülür. Şifrləmə prosesində Avropada standartlaşdırılmış açıq A5 açarı ilə şifrləmə alqoritmi istifadə edilir. Bu alqoritmə daxilolmağa yalnız şanvari avadanlıq istehsalçılarına icazə verilir, ötürülən informasiyanın konfidensiallığı, yalnız şifrləmə alqoritminə daxilolmaya qoyulan məhdudiyyətlə deyil, həm də, ilk növbədə heç zaman radiokanalı ilə ötürülməyən şifrləmə açarından istifadə edilməsinə əsaslanır. A5 şifrləmə alqoritmi mobil telefonda realizə olunur. Bu alqoritmin aktivləşdirilməsi şəbəkə tərəfindən yerinə yetirilir. SİM- kart, verilənlərin şifrlənməsi alqoritmi üçün açarı identifikasiya prosesi zamanı şəbəkə tərəfindən göndərilən Ki - fərdi açarı və RAND ədədi əsasında alır. Bu açar, SİM-kartda saxlanılan A8 - alqoritmi əsasında hesablanılır. Alınmış Kc - açarı və TDMA - kadrın cari 22-bitli nömrəsi əsasında A5 - alqoritmi 114 bit generasiya edir. Bu bitlər, 2 moduluna görə normal paketin informasiya bitlərinə əlavə olunur. Qeyd edək ki, normal paketin hər iki informasiya sahəsinin hərəsində 57 bit olur. Şəbəkənin qeyd olunmuş (fiksə olunmuş) hissəsində həmin əməliyyat, qəbul olunan 114 şifrlənmiş bitlərdən ibarət blok üçün də yerinə yetirilir. Əgər ötürülmə zamanı səhvlər yaranmayıbsa, onda generasiya olunmuş şifrləyici ardıcıllığın, qəbul olunan verilənlər blokuna 2 moduluna görə əlavə edilməsi - MS-lə generasiya olunan ilkin informasiya ardıcıllığının bərpa olunmasına gətirib çıxarır. Beləliklə, deşifrləmə əməliyyatı yerinə yetirilmiş olur. Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling