Mobil radiorabiTƏ SİstemləRİ
CDMA (İS-95) standartının ümumi
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
CDMA (İS-95) standartının ümumi xarakteristikaları Kanalların koda görə ayrılmasaı ilə qurulan şanvari rabitə sistemlərinin iş prinsipini sadə bir misalla izah etmək olar. Fərz edək ki, Siz böyük restoran və ya mağazadasınız, burada fasiləsiz olaraq müxtəlif dillərdə danışırlar. Ətrafdakı küyə baxmayaraq, öz dilinzdə danışanı başa düşürsünüz. Doğrudan da, digər rəqəmli sistemlərdən fərqli olaraq (hansılar ki, ay rılmış tezlik diapazonunu tezlik (FDMA) və ya zaman (TDMA) əlamətlərinə görə dar kanallara bölürlər), CDMA standartında ötürülən informasiyanı kodlayırlar və kodu geniş-zolaqlı küyəoxşar siqnala çevirirlər ki, onu yenidən qəbul tə rəfdə koda malik olmaqla ayırmaq olur. Bu zaman geniş tezlik zolağında eyni vaxtda, bir-birinə maneçilik törətməyən çoxlu sayda siqnalları ötürmək və qəbul etmək imkanı yaranır. CDM A-da əsas anlayışlar aşağıdakılar hesab olunur: düz ardıcıllıq metodu ilə spektrin genişləndirilməsi (Direct Sequence Spread Spectrum - DSSS metodu) Uolşa görə kodlama (Walsh Coding); gücün idarə olunması. Genişzolaqlı sistem elə sistemə deyilir ki, burada informasi yanın ötürülməsi üçün lazım gələndən xeyli çox olan - çox ge niş tezlik zolağını tutan siqnal ötürülür. Məsələn, АМ-də zolaq ==2Fm -ə bərabər olur. Genişzolaqlı sistemlərdə bir neçə kHs zolağa malik olan ilkin modullayıcı siqnalı (məsələn, telefon kanalının siqnalı), eni bir neçə MHs olan tezlik zolağında pay layırlar. Sonuncunu həyata keçirmək üçün, daşıyıcı tezliyin - ötürülən informasiya siqnalı ilə və genişzolaqlı kodlayıcı siq nalla ikiqat modulyasiyası tətbiq olunur. 82 Genişzolaqlı siqnalın əsas xarakteristikası onun В - kimi işarə olunan bazası hesab olunur. Bu kəmiyyət, spektrin eninin (F), onun perioduna (T) hasili kimi tapılır: = ғ-т İnformasiya siqnalı ilə, psevdotəsadüfi küy mənbəyi siqnalının vurulması sayəsində, informasiya siqnalının eneıjisi geniş tez-lik zolağında paylanır, yəni onun spektri genişlənir, K.E.Şennon müəyyən etmişdi ki, istənilən siqnal/küy nisbətinin verilmiş qiymətində, veriliş zamanı səhvlərin mini mal tezliyi, informasiyanı ötürmək üçün ayrılan tezlik zolağını artırmaqla (genişləndirməklə) əldə edilə bilər. Qeyd etmək lazımdır ki, informasiya özü genişzolaqlı siqnala bir neçə üsulla əlavə edilə bilər. Ən maraqlı üsul - informasiyanın, genişzolaqlı küyə oxşar siqnalın alınması üçün, daşıyıcının modulyasiyasmdan qabaq, modullayıcı genişzolaqlı kod ardıcıllığına qondanlmasıdır. Darzolaqlı siqnal, T-periodlu psevdotəsadüfi ardıcıllığa vurulur, hansı ki, hərəsi to - davam etmə müddətli N- bitdən ibarətdir. Bu halda küyəoxşar siqnalın bazası ədədi qiymətcə, psevdotəsadüfi ardıcıllığın element lərinin sayma bərabərdir. Genişzolaqlı rabitənin mahiyyəti, siqnalın tezlik zolağı nın genişləndirilməsindən, genişzolaqlı siqnalın ötürülmə sindən və ondan qəbul olunmuş genişzolaqlı siqnalın spektrini çevirməklə faydalı siqnalın ayrılmasını təmin etməkdən iba rətdir. Qəbul olunan siqnalın və vericidə istifadə olunan psev dotəsadüfi küy mənbəyi siqnalının vurulması, faydalı siqnalın spektrini sıxır və eyni vaxtda fon küyünün və digər inter-ferensiya maneələrinin spektrini genişləndirir. Qəbuledicinin çıxışında siqnal/küy nisbətindəki yekun uduş, genişzolaqlı və baza siqnallarının zolaqlarının enləri nisbətinin funksiyasıdır; 83 spektrin genişlənməsi nə qədər çoxdursa, uduş da bir o qədər çoxdur. Zaman oblastmda - bu funksiya, radiokanalda rəqəm axınının ötürülmə sürətinin baza informasiya siqnalının ötürülmə sürətinə nisbətindən asılı olur. İS-95 standartı üçün nisbət 128 dəfə və ya 21 dB təşkil edir. Bu, sistemə interferen-siya maneələrinin səviyyəsinin, faydalı siqnaldan 18 dB artıq olması şəraitində işləməyə imkan verir, çünki qəbuledicinin çıxışında siqnalın işlənilməsi üçün siqnalm səviyyəsinin ma neədən 3 dB cox olması kifayət edir. Real şəraitlərdə maneə lərin səviyyəsi xeyli azdır. Bundan başqa, siqnalın spektrinin genişləndirilməsinə (1,23 MHs-ə qədər), qəbulun tezliyə görə paylanması metodunun tətbiqi kimi baxmaq olar. Siqnal, yayılmanın çoxşüalılığl sayəsində radiotraktda “susmalara” məruz qalır. Tezlik oblastmda bu hadisəni dəyişən buraxma zolağına (adətən 300 kHS-dən çox olmayan) malik rejektor süzgəcin təsiri kimi təsvir etmək olar. AMPS analoq standartında bu, 10 kanalın yox edilməsinə səbəb olur, CDMA-da isə yalnız 25% siqnal spektri söndürülür ki, bunun sayəsində, qəbuledicidə siqnalın bərpası zamanı çə tinliklər yaranmır. CDMA sistemində kanalların koda görə ay rılması üçün Uolşun ortoqonal kodlan - Uolş matrisinin sətirlə rindən formalaşdırılır: Bu matrisin xüsususiyyəti ondan ibarətdir ki, onun hər bir sətri, istənilən digər sətrə ortoqonaldır və məntiqi rəddetmə əməliy yatı ilə alınır. İS-95 - standartında 64-cü tərtibli matris istifadə 84 olunur. Qəbuledicinin çıxışında siqnalı ayırmaq üçün rəqəm süzgəci tətbiq olunur. Ortoqonal siqnallar zamanı süzgəci elə kökləmək olar ki, onun çıxışında həmişə məntiqi “0” olacaqdır, istisnalıq o hal təşkil edir ki, süzgəcin kökləndiyi siqnal qəbul edilsin. Uolşa görə kodlama, düz kanalda (BS-dən abonent terminalına tərəf) istifadəçilərin ayrılması üçün tətbiq edilir. İS-95 standartında bütün abonent stansiyaları eyni bir vaxtda, eyni bir tezlik zolağında işləyirlər. BS-in qəbuledi-cilərinin razılaşdırılmış süzgəcləri bir şanının abonentləri ara sında qarşılıqlı interferensiya şəraitlərdə kvazioptimaldırlar və “yaxın-uzaq” effektinə çox həssasdırlar. Sistemin abonent tutumunun maksimallaşdınlması üçün, bütün abonentlərin terminalları elə gücə malik siqnallar şüalan-dırmalıdır ki, BS-in qəbul etdiyi siqnalların eyni səviyyəsini təmin edə bilsin. Gücün idarə olunması nə qədər dəqiq olarsa, sistemin abonent tutumu bir o qədər çox olar. Şəkil 6.22 - də CDMA standartının işləmə prinsipini ay dınlaşdıran sadələşdirilmiş struktur sxemi göstərilmişdir. İnfor masiya siqnalı Uolşa görə kodlanır, sonra daçıyıcı ilə qarışdı-rılır. Daşıyıcının spektri, əvvəlcə genişləndirilir (psevdotəsadü-fı küy mənbəyi siqnalı ilə vurulma sayəsində). Hər informasiya siqnalına özünün Uolş kodu təyin olunur, sonra onlar vericidə birləşirlər, süzgəcdən buraxılır və ümumi küyəoxşar siqnal, ve-rici antena ilə şüalandırılır. Qəbuledicinin girişinə faydalı siq nal, fon küyü, qonşu manqaların BS-in maneələri və digər abo nentlərin MS-lərindən maneələr daxil olur. Yüksək tezlikli süzgəcləmədən sonra siqnal korrelyatora daxil olur. Burada spektrin sıxılması baş verir və Uolşun verilmiş kodunun kö məyilə, rəqəm süzgəcində faydalı siqnalın ayrılması baş verir. Maneələrin spektri genişlənir və onlar, korrelyatorun çıxışında 85 küy şəklində əmələ gəlirlər. Praktikada MS-də bir neçə korrelyator istifadə olunur - radiotraktdan müxtəlif yayılma Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling