Mobil radiorabiTƏ SİstemləRİ
görə ayrılması ilə birlikdə, psevdotəsadüfi ardıcıllığın modul-
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
görə ayrılması ilə birlikdə, psevdotəsadüfi ardıcıllığın modul-
yasiyası hesabına genişləndirilməsi - CDMA metodunun əsas üstünlüklərini müəyyənləşdirir: -yüksək maneədavamhlıq; çoxşüalı yayılmalar şəraitində yaxşı uyğunlaşa bilmək xüsusiyyəti; sistemin yüksək tutuma malik olması. Bu sistemin maneədavamlılığı aşağıdakı kimi izah oluna bilər: Veriliş prosesi zamanı siqnalın psevdotəsadüfi ardıcıllıqla modulyasiyası, onun qəbul prosesi zamanı həmin ardıcıllıqla təkrar modulyasiyasını (yəni siqnalın demodulyasiyasını) tələb edir, nəticədə ilkin daızolaqlı siqnal bərpa olunur. Bu zaman demo- dullayıcı ardıcıllığın ləngiməsinin seçilməsi, təcrübi ola-raq ardıcıl lığın diskretinə qədər dəqiqliklə yerinə yetirilir və ləngimənin düz gün qiymətinə demodulyatorun süzgəcinin çıxışındakı maksimal sıçrayış uyğun gəlir. Bu cür emal edilmə sxemi - korrelyasiya qəbuluna uyğun gəlir. Əgər maneə darzolaqlıdırsa, onda qəbul zamanı demodul-layıcı psevdotəsadüfi ardıcıllıq ona modullayıcı kimi təsir göstərir, yəni onun spektrini geniş Wss - zolağında yayır 89 (uzadır), nəticədə siqnalın Ws - dar zolağına maneənin gücü nün yalnız 1/G - hissəsi düşür. Deməli, darzolaqlı maneə G-dəfə zəiflədilmiş olur. Buradakı G - kəmiyyəti, emaldakı uduş (processihg gain) adlandırılır və aşağıdakı kimi təyin edilir: G = Wss / Ws Burada: Wss - genişləndirilmiş spektrin zolağının eni; Ws - ilkin siqnalın zolağının enidir. Məsələn, Wss = 1,23 MHs və Ws = 19,2 kHs olarsa, emal prosesindəki uduş: G = 65 olar. Əgər maneə genişzolaqlıdırsa, yəni zolağın eni Wss - ə yaxın və yaxud ondan çoxdursa, onda demodulyasiya onun spektrinin enini dəyişdirmir və siqnalın zolağına maneə, onun zolağının Ws - zolağından neçə dəfə böyükdürsə bir o qədər dəfə zəiflədilmiş şəkildə düşə bilir. Çoxşüalı yayılmalar zamanı normal işləyə bilmək imkanı da korrelyasiya qəbulu ilə əlaqədardır. Əgər korrelyasiya qəbuledicisi bir neçə kanala malikdirsə və onların hər biri özünün siqnalı ləngitməsinə köklənə bilirsə, onda müxtəlif kanallar ləngitməyə görə müxtəlif yollarla keçən siqnalla razılaşdırıla bilər. Bütün kanalların çıxışlanndakı siqnallar isə zamana görə müvafiq bərabər ləşdirmədən sonra cəmlənib bilər. İzahatı verilən sxem reyk Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling