Mobil radiorabiTƏ SİstemləRİ


M PT - 1327 standartının Ümumavropa statusu vardır və  təhkim edilmiş idarəedici kanallı sistemlərə aiddir


Download 1.44 Mb.
Pdf ko'rish
bet50/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   46   47   48   49   50   51   52   53   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

 
M PT - 1327 standartının Ümumavropa statusu vardır və 
təhkim edilmiş idarəedici kanallı sistemlərə aiddir. 
 
1985 - ci ildə Böyük Britaniyanın Poçt və Telekommuni­ 
kasiya nazirliyi bir sıra standartlar ailəsini qeyd etdi. Onlardan ən 
vacibi - BS və MS arasında verilənlərin mübadiləsini tən­ zimləyən 
protokol oldu. Bu protokol MPT 1327 adlandırıldı. Bir sıra aparıcı 
şirkətlər, bunun əsasında qurduqları trankinq sistemini təklif edirlər. 
Bu protokolla əlaqəli olan əsas stan-datlar aşağıdakılardır: 
 
M PT 1317 - rəqəm informasiyasının radiokanallarla ötü­ 
rülməsi (burada ən əsası odur ki, rəqəm informasiyasının 
radiokanallan ilə ötürülməsi üçün sinxronlaşma kodunun 
formatını təyin edir); 
 
97
98 
abonent sta n siy a sı 
 
B irin ci m etod da 


 
MPT 1318 - trankinqin effektivliyi barədə mühəndis 
memorandumu; 
 
M P T 1343 - ümumi istifadəli trankinq sistemləri üçün mə­ 
lumatların mübadiləsi qaydasını tənzimləyən MS-in radio-
interfeysinin spesifikasiyası; 
 
 
MPT 1347 - ümumi istifadəli trankinq sistemi şəbəkələri­ nin 
qeyd olunmuş hissəsi üçün məlumat mübadiləsi qayda­ sını 
tənzimləyən BS-in radiointerfeysinin spesifikasiyası; 
 
MPT 1352 - mütəhərrik radiostansiyaların sınaqlarının 
aparılması və keyfiyyətinin qiymətləndirilməsi qaydaları. 
MPT 1327 standartı kadrın dinamiki uzunluğuna malik olan 
Sinxon ALOHA 
(ing. 
Dynamic 
Framelength 
Slotted 
ALOHA) adlandırılan sistemə ixtiyari daxilolma metodunu tə­ yin 
edir. MS - lər vasitəsilə generasiya olunan kadrlar, bir neçə zaman 
slotuna mütənasib olan dəyişən uzunluqlu olurlar. Əgər kadr bir 
slotda yerləşirsə, onda növbəti zaman slotu birləşmə yaradılması 
üçün digər MS tərəfindən istifadə edilə bilər. Kad­ rın uzunluğu bir 
slotun davametmə müddətindən çox olanda isə, birləşmə yaratmağa 
çalışan digər MS - lər, ixtiyari qaydada boş olan zaman slotunu 
seçirlər. Birləşmə (qoşulma) yaradıl­ ması prosesinin idarə 
olunması, trankinq kontrolleri ilə (ing. Trunking System Controller 
- TSC) yerinə yetirilir. O, sistemə müxtəlif MS - lərin daxilolma 
cəhdləri arasındakı toqquşmala­ rın yaranmasından asılı olaraq, 
kadrın uzunluğunu idarə edir. TSC və MS - arasında siqnallaşma 
informasiyasının ötürülmə­ si, idarəetmə kanalı ilə həyata keçirilir. 
Bu standartda, MSK - modullanmış verilənlərin rəqəm ötürülməsi 
1200bit/san sürətilə yerinə yetirilir. İdarəedici məlumat MS - lərə 
idarəetmə kanalı vasitəsilə hər 106,7 msan - dən bir ötürülür (106,7 
msan - 128 
bitə malik zaman slotunun davametmə müddətidir). Məlumat, 
uzunluğu 64 bit olan iki idarəedici ardıcıllıqlardan birinə növbə ilə 
malik olur. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   46   47   48   49   50   51   52   53   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling