Mobil radiorabiTƏ SİstemləRİ
Download 1.44 Mb. Pdf ko'rish
|
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son
115
116 sə yerindən təsvirlər də daxil olmaqla lazım olan informasiyam ötürməyə, peyk radionaviqasiya sistemləri əsasında mütəhərrik obyektlərin yerini təyin etməyin mərkəzləşdirilmiş dispetçer sistemini təşkil etməyə geniş imkanlar yaradır. Bu sistemlər neft-qaz istehsalçılarına yalnız səs rabitəsini deyil, həm də tele-metrik və teleidarəetmə siqnallarını da ötürməyə imkan verirlər. Verilənlərin ötürülməsi. RTrS - ləri verilənlərin ötürülməsinin müxtəlif rejimlərinə daha yaxşı uyğunlaşır ki, bunun sayəsində rəqəm şəbəkələri abonentlərinə mərkəzləşdirilmiş verilənlər bazasından operativ məlumatlar almağa, təsvirlər də daxil olmaqla lazım olan informasiyanı ötürməyə, peyk radionaviqasiya sistemləri əsasında mütəhərrik obyektlərin yerini təyin etməyin mərkəzləşdirilmiş dispetçer sistemini təşkil etməyə də imkanlar yaradır. Rəqəmli veriliş sistemlərində ötürülmə sürəti, analoq sistemləri ilə müqayisədə xeyli yüksəkdir. Rəqəm standartlı radiorabitə sistemlərinin əksəriyyətində qısa və status məlumatlarını, fərdi radioçağırışım, faksimil rabitəni, qeyd olunmuş rabitə şəbəkələrinə daxilolma (o cümlədən. TCP/IP protokolları əsasında işləyənlərə) həyata keçirilə bilir. Rabitənin təhlükəsizliyi Buraya danışıqların məxfiliyinin təmini və sistemə icazəsiz daxilolmalardan mühafizə aid edilir. Bir qayda olaraq, rabitənin təhlükəsizliyinin təmininin əsas mexanizmi şifrləmə və abonentlərin autentifıkasiyası hesab olunur. RTrS abonentlərin autentifikasiyasınm müxtəlif mexanizmlərini də tətbiq etməyə imkan verir: müxtəlif identifikasiya açarları və SIM kartlar, şifrləmədən istifadə edən autentifıkasiyanın mürəkkəb alqoritmləri və s. Download 1.44 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling