Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet63/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   59   60   61   62   63   64   65   66   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Keying) - nisbi faza modulyasiyası istifadə edilir. Modul-yasiya 
sürəti 36 Kbit/san-dir. Nitqin çevrilməsi üçün TETRA standartında 
CELP (Code Excited Linear Prediction) tipli çe­ virmə alqoritminə 
malik olan kodek istifadə edilir. Kodekin çıxışında rəqəm selinin 
sürəti 4,8 Kbit/san-dir. Nitq kodekinin çıxışında alınan rəqəm 
verilənləri blok və çevirmə kodlanıl-masına, növbələşdirmə 
əməliyyatına və şifrləməyə məruz qalır. Bundan sonra informasiya 
kanalları formalaşdırılır. Bir infor­ masiya kanalının buraxma 
qabiliyyəti 7,2 Kbit/san, verilənlərin rəqəmli informasiya selinin 
sürəti isə 28,8 Kbit/san təşkil edir (Bu zaman radiokanalda 
simvolların ötürülməsinin ümumi sürəti - əlavə xidməti informasiya 
və multikadrda nəzarət kad­ rının olması sayəsində modulyasiya 
sürətinə uyğun gəlir və 36 Kbit/san-yə bərabərdir). 
TETRA standartı sistemləri aşağıdakı rejimlərdə işləyə bilər: 
 
Trankinq rabitəsi; 
 
 
Açıq kanallı rabitə; 
 
 
Birbaşa rabitə. 
Trankinq rabitəsi rejimində xidmət göstərilən ərazi baza 
qəbuledici-ötürücü stansiyaların təsir zonaları ilə örtülür. Bu 
standart sistemdə ya yalmz paylanmış idarəetmə kanalı, ya da onun 
ayrılmış tezlik kanalı ilə kombinasiyasını istifadə etməyə 
imkan verir. Paylanmış idarəetmə kanalı ilə işlərkən xidməti 
informasiya ya yalmz multikadrın nəzarət kadrında (18 kadnn 
birində), ya da xüsusi olaraq ayrılmış zaman kanalında (bir tezlikdə 
təşkil edilən 4 kanaldan biri) ötürülür. Rabitə şəbəkəsi paylanmışa 
əlavə olaraq- xidməti informasiya mübadiləsi üçün xüsusi olaraq 
ayrılmış idarəetmə tezlik kanalı da istifadə edə bilər (bu zaman 
maksimal rabitə xidmətləri təmin edilir). 
Açıq kanallı rejimdə istifadəçilər qrupu heç bir əlavə 
əməliyyat aparmadan “bir məntəqə - bir neçə məntəqə” birləş­ 
mələri yaratmaq imkanına malik olurlar. İstənilən abonent qru­ pa 
qoşulmaqla istənilən anda bu kanalı istifadə edə bilər. Açıq kanallı 
rejimdə radiostansiyalar ikitezlikli simpleksdə işləyirlər. 
Birbaşa (düzünə) rabitə rejimində terminallar arasında, 
şəbəkənin idarəetmə kanalı ilə əlaqəsi olmayan radiokanallara görə 
iki- və çoxnöqtəli birləşmələr qeyd olunur. Bu halda siq­ nallar baza 
qəbuledici-ötürücü stansiyalardan keçmir. 
TETRA da mobil stansiyalar “ikiqat müşahidə” (“Dual 
Watch”) rejimində işləyə bilər. Bu rejimdə həm trankinq, həm də 
birbaşa rabitə rejimində işləyən abonentlərdən məlumatları qəbul 
etmək mümkün olur. 
Xidmət zonasını genişləndirmək üçün TETRA standar­ tında 
abonent radiostansiyalarının retranslyator kimi istifadə edilməsi 
nəzərdə tutulmuşdur. 
TETRA standartının 3G mobil şəbəkələri ilə inteqrasiyası 
üzrə ikinci mərhələsi (TETRA Release 2(R2)) həyata keçirilir, 
verilənlərin ötürülməsi sürətinin artırılması, xüsusiləşdirilmiş SIM-
kartlardan universal kartlara keçilməsi, rabitə şəbəkəsinin 
effektivliyinin daha da artırılması üzrə işlər yerinə yetirilir. 
123
124 



Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling