Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet64/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   60   61   62   63   64   65   66   67   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

АРСО 25 sistemi 
АРСО 25 standartı İctimai Təhlükəsizlik Orqanları Rəsmi nü­ 
mayəndələri Assosiasiyası (Assosiation o f Public safety Com­ 
munications Officials-intemational) tərəfindən işlənib hazır­ 
lanmışdır. Bu assosiasiya ictimai təhlükəsizlik xidmətlərində işləyən 
rabitə şəbəkələri istifadəçilərini təmsil edir. Bu stan­ dartın 
yaradılması üzrə işlər 1989-cu ildən başlamış və 1995-ci ildə 
standartın son sənədləri Detroyt şəhərində APCO sər­ gisində təsdiq 
edilmişdir. 
Bu standartın əsas xüsusiyyətləri aşağıdakılardır: 
Rəqəm radiorabitəsi sistemlərinə səlis keçidin təmini (yəni 
başlanğıc mərhələdə standartın baza stansiyalannm hal-
hazırda istifadə olunan abonent analoq radiostansiya­ ları ilə 
birgə işləyə bilmək imkanı); 
Avadanlıq istehsalçıları arasında rəqabətin stimullaşdınl-ması 
üçün açıq sistemli arxitekturanın yaradılması; 
Birgə tədbirlər həyata keçirərkən ictimai təhlükəsizliyin 
müxtəlif bölmələrinin qarşılıqlı təsirinin təmin edilməsi. 
Standartın sistem arxitekturası həm trankinq, həm də adi 
(konvensial) radiorabitə sistemlərini dəstəkləyir ki, burada abo­ 
nentlər öz aralarında ya birbaşa rabitə rejimində, ya da retrans-
lyator vasitəsilə qarşılıqlı təsirdə olurlar. 
APCO 25 standartlı sistemin əsas funksional bloku 
radioaltsistemi, yəni bir və ya bir neçə baza stansiyası (BS) əsasında 
qurulan rabitə şəbəkəsidir. Bu zaman hər bir BS Ümumi 
radiointerfeysi (CAI - Common Radio Interface) və digər 
standartlaşdırılmış interfeysləri (sistemlərarası, ÜİTŞ ilə, 
verilənlərin ötürülməsi portu ilə, verilənlərin ötürülməsi şəbə­ kəsi 
ilə və şəbəkə idarəedilməsi ilə) dəstəkləyə bilməlidir. 
APCO 25 standartı mütəhərrik radiorabitə sistemləri üçün 
ayrılmış olan, istənilən tezlik diapazonlarında işləyə bil­ mək 
imkanına malikdir: 138 - 175, 406 - 512 və ya 746 - 869 MHs. 
Rabitə kanallarına daxilolmanın əsas metodu - tezlik metodudur, 
lakin Ericsson firmasının sifarişinə əsasən zamana görə kanalların 
ayrılması metodu da nəzərdə tutulmuşdur. 
Standartın realizəsində iki faza nəzərdə tutulmuşdur. I Fazada 
tezliklər üçün standart addımın qiyməti 12,5 kHs, II Fazada isə 6,25 
kHs nəzərdə tutulmuşdur. Bu zaman 12,5 kHs zolağında sürəti 
saniyədə 4800 simvol olan C4FM metodu ilə dördmövqeli tezlik 
modulyasiyası, 6,25 kHs zolağı olan halda isə CQPSK metodu ilə 
fazanın hamarlanmasına malik dörd­ mövqeli faza modulyasiyası 
həyata keçirilir. Bu modulyasiya metodlarının kombinasiyası 
müxtəlif fazalarda eyni qəbuledici-lərdən istifadə etməyə imkan 
verir. Bu qəbuledicilər müxtəlif güc gücləndiriciləri ilə qoşulurlar ( I 
Faza üçün - yüksək f.i.ə.-na malik sadə gücləndiricilər, II Faza üçün 
- yüksək xəttiliyə malik və məhdud şüalanma spektrinə malik 
gücləndiricilər). Bu zaman demodulyator siqnalların emalım 
metodlardan istənilən biri ilə yerinə yetirə bilir. 
Nitq məlumatı radiokanalda 180 millisaniyəlik kadrlarla 
ötürülür ki, bunlar 2 kadrla qruplaşdınlmışdır. Nitq kodlanıl-ması 
üçün IMBE (Improved MultiBand Excitation) kodeki isti­ fadə 
edilir. Bu kodek, həm də INMARSAT peyk rabitəsi siste­ mində 
tətbiq edilir. Kodlama sürəti 4400 bit/san-dir. Nitq infor­ 
masiyasının maneədavamlı kodlanılmasından sonra informa­ 
125
126 


siya selinin sürəti 7200 bit/san qoyulur, xidməti informasiyanın 
əlavə edilməsi yolu ilə nitq kadrlanmn formal aşdın İmasından 
sonra isə sürət 9600 bit/san -yə qədər qoyula bilir. 
APCO 25 standartında nəzərdə tutulan abonentlərin iden-
tifikasiyası sistemi bir şəbəkədə 2 milyondan az olmayaraq ra­ 
diostansiya və 65 min qrup ünvanlamağa imkan verir. Bu za­ man 
rabitə kanalının aynlmasmdakı ləngimə 500 millisaniyəni 
keçməməlidir (birbaşa rabitə rejimində - 250 millisan., retrans-
lyatorla rabitə halında isə -350 millisan.). 
Funksional və texniki tələbatlara uyğun olaraq APCO 25 
standartında 4 kriptomühafizə səviyyəsi vardır. Şifrləyici ar­ 
dıcıllığın formalaşdmlmasının qeyri-xətti alqoritmlərini tətbiq 
etməklə informasiyanın şifrlənməsinin axın (sel) metodu isti­ fadə 
edilir. Xüsusi OTAR (Over-the-air-re-keying) rejimini istifadə 
etməklə şifrləmə açarları radiokanalla ötürülə bilər. 
APCO Beynəlxalq təşkilat olmasına baxmayaraq, nüma­ 
yəndəlikləri Kanada, Avstraliya, Karib regionunda yerləşir. Bu 
standartın irəli getməsində əsas rolu Amerika şirkətləri oynayır. 
Assosiasiyanın İctimai sektorun iştirakçıları sırasında Amerika­ nın 
Federal Təhqiqatlar Bürosu, ABŞ-ın Müdafiə nazirliyi, Federal 
rabitə komitəsi, ABŞ-ın bir sıra ştatının polisi, Gizli xidmət və bir 
çox digər dövlət qurumları vardır.”Motorola” şir­ kəti APCO 25 
standartına əsaslanan ilk ASTRO adlanan siste­ mini hazırlamışdır. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   60   61   62   63   64   65   66   67   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling