Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet65/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   61   62   63   64   65   66   67   68   ...   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Tetrapol sistemi 
Rəqəmli trankinq radiorabitə standartının (RTr RS) yara­ 
dılması üzrə işlərə 1987-ci ildə “Matra Communications” şir­ 
kətində fransız jandarmı ilə müqavilə bağladıqdan sonra başla­ nıldı. 
Yaradılmış rabitə şəbəkəsi 1994-cü ildə istismara verildi. Matra 
şirkətinin məlumatına görə Fransa jandarmının şəbəkəsi ölkənin 
yarısından çoxunu əhatə edir və 15 mindən çox abo­ nentə xidmət 
göstərir. 1994-cü ildə Matra şirkəti özünün Tet­ rapol forumunu 
yaratdı və onun himayəçiliyi ilə Tetrapol PAS (Publicly Avaitable 
Specifications) spesifikasiyaları işlənib ha­ zırlandı və rəqəmli 
trankinq radiorabitə standartı müəyyənləş­ dirildi. 
Bu standart, ayrılmış idarəetmə kanallı və rabitə kanalla­ rının 
tezlik metodu ilə ayrılması üsuluna malik RTrRS-dir. Standart həm 
birzonalı, həm də müxtəlif konfiqurasiyalı çox-zonalı rabitə 
şəbəkələri yaratmağa imkan verir. Burada həm­ çinin mütəhərrik 
abonentlər arasında şəbəkə infrastrukturundan istifadə etməməklə və 
qeyd olunmuş kanallarda siqnalları retranslyasiya etməklə birbaşa 
rabitə yaratmaq mümkündür. 
Tetrapol standartlı rabitə sistemləri 70 MHs-dən 520 MHs -ə qədər 
tezlik diapazonlarında işləmək imkanına malikdir və standarta 
uyğun olaraq iki altdiapazon kimi təqdim edilir: 150 MHs-dən aşağı 
(VHF) və 150 MHs-dən yuxarı (UNF). Bu alt­ diapazon sistemləri 
üçün radiointerfeyslərin əksəriyyəti ümu­ midir, əsas fərq isə 
müxtəlif maneədavamlı kodlama və növbə-ləşdirmə üsullarının 
istifadə edilməsindədir. UNF altdia-pazonunda qəbul və veriliş 
kanallarının tövsiyə edilən dupleks fərqlənməsi 10 MHs təşkil edir. 
Qonşu rabitə kanallarının tez­ lik fərqlənməsi 12,5 və yaxud 10 kHs 
ola bilər. Gələcəkdə 6,25 kHs tezlik fərqlənməsinə keçilməsi 
nəzərdə tutulur. Tetrapol standartlı sistemlərdə 5 MHs-ə qədər zolaq 
eni dəstəklənir ki, 
127
128 


bunun sayəsində şəbəkədə 400 (12,5 kHs tezlik fərqlənməsi za­ 
manı) və ya 500 (10 kHs tezlik fərqlənməsi zamanı) radiokanal 
təmin edilmiş olur. Bu zaman hər bir zonada 1-dən 24-ə qədər kanal 
istifadə edilə bilər. Kanalda informasiyanın ötürülməsi sürəti 8000 
bit/san -dir. İnformasiyanın ötürülməsi uzunluğu 160 bit və 
davametmə müddəti 20 millisaniyə olan kadrlarla təşkil olunur. 
Kadrlar davametmə müddəti 4 saniyə olan (200 kadr) superkadrlar 
şəklində birləşdirilir. İnformasiya mürəkkəb emal prosesi keçir: 
çevirmə kodlaması, növbələşdirmə. skrem-blirləmə, diferensial 
kodlama və kadrın yekun olaraq format-laşdırılması. 
Tetrapol standartlı sistemlərdə ВТ = 0,25 olan GMSK 
modulyasiyası tətbiq edilir. Nitqin çevrilməsi üçün sintez vasi­ 
təsilə analiz metodunu istifadə edən RPCELP (Regular Pulse Code 
Excited Linear Prediction) tipli nitq çevirici alqoritmə malik koder 
istifadə edilir. Çevirmənin sürəti 6000 bit/san təşkil edir. 
Bu standartda da 3 rejim mövcuddur: trankinq, birbaşa rabitə 
və retranslyasiya rejimləri. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   61   62   63   64   65   66   67   68   ...   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling