Mobil radiorabiTƏ SİstemləRİ


Şəbəkə rejimində (və ya trankinq rabitə rejimi)


Download 1.44 Mb.
Pdf ko'rish
bet66/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   63   64   65   66   67   68   69   70   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

Şəbəkə rejimində (və ya trankinq rabitə rejimi) 
abonentlərin qarşılıqlı təsiri BS-lərin köməyilə həyata keçirilir, 
bunlar rabitə kanallarını abonentlər arasında paylayırlar. Bu za­ 
man idarəetmə siqnalları, hər bir BS üçün xüsusi olaraq ay­ rılmış 
tezlik kanalı ilə ötürülür. Birbaşa rabitə rejimində mü­ təhərrik 
abonentlər arasında informasiya mübadiləsi BS-in işti­ rakı 
olmadan birbaşa həyata keçirilir. Retranslyasiya rejimində 
abonentlər arasında rabitə - informasiyanın qəbulu və ötürül­ 
məsi üçün qeyd olunmuş kanallara malik retranslyator vasi­ təsilə 
həyata keçirilir. 
Tetrapol standartlı sistemlərdə iki əsas informasiya mü­ 
badiləsi növü istifadə edilir: nitqin ötürülməsi və verilənlərin 
ötürülməsi. 
Nitq rabitəsi xidmətləri aşağıdakı növ çağırışları həyata 
keçirməyə imkan verir: genişyayımlı çağırış açıq kanalın qo­ 
yulması çağırışı, qrup çağırışı, fərdi çağın, abonentlərin siyahı­ sını 
istifadə etməklə çoxsaylı çağmş, qəza çağırışı. 
Verilənlərin ötürülməsi xidmətləri tətbiqi səviyyəli bir sıra 
xidmət növlərinə imkan verirlər: X.400 protokoluna uyğun olaraq 
abonentlər arasında məlumat mübadiləsi, mərkəzləş­ dirilmiş 
verilənlər bazasına daxilolma, TCP/IP protokoluna uy­ ğun olaraq 
qeyd olunmuş şəbəkələrə daxilolma, faksimil mə­ lumatların 
ötürülməsi, fayllann göndərilməsi, fərdi çağmş siq­ nallarının 
ötürülməsi, qısa məlumatların ötürülməsi, statuslu çağınşların 
ötürülməsi, obyektin yeri haqqında GPS qəbul-edicilərindən alınan 
verilənlərin ötürülməsi rejiminin dəstək­ lənməsi, videotəsvirlərin 
ötürülməsi. 
Bu standart bir sıra əlavə xidmətlər də təklif edir: daxil­ olma 
prioriteti (radiorabitə kanalları çox yüklənərkən, sistemə 
daxilolmada üstünlük təmin edilir), prioritetli çağırış (prioritet 
sxeminə uyğun olaraq çağırışların verilməsi), prioritetli skan-lama 
(bir neçə qrupa aid olan istifadəçiyə, istənilən qrupdan olan 
abonentdən çağırış almaq imkanının yaradılması), dis­ petçerlə 
sanksiya olunmuş çağırış (elə rejimdir ki, çağırış yal­ nız şəbəkə 
dispetçerinin sanksiyası ilə daxil olur), çağınşlann başqasına 
ünvanlanması (çağırışın birmənalı olaraq digər abo­ 
129
130


nentə ünvanlanması və yaxud çağınlan abonent məşğul olarkən 
başqasına ünvanlama), çağırışa qoşulma (digəri ilə qarşılıqlı təsirdə 
olan bir istifadəçi, üçüncü abonenti birləşmə iştirakçısı edə bilir), 
seçmə qulaqasmalan (digər abonentlərin işinə təsir etmədən daxil 
olan çağırışın tutulması), məsafədən (distansion) qulaqasma 
(abonentin yanındakı şəraitə qulaq asmaq üçün, abonent 
radiostansiyasının verilişə ditansion olaraq qoşulması), çağıran 
tərəfin identifikasiyası (çağınlan abonentin termi­ nalında çağıran 
tərəfin identifikatorunun təyin edilməsi və göstərilməsi), “ikiqat 
müşahidə” (şəbəkə rejimində işləyən abo­ nent radioterminalmın 
birbaşa rabitə rejimində də məlumat ala bilmək imkanı) və s. 
İlkin olaraq hüquq-mühafizə orqanlarının tələbatları əsa­ 
sında yaradıldığı üçün, Tetrapol standartı bir sıra spesifik xü­ 
susiyyətlərə də malikdir: 
- şəbəkənin avtomatik olaraq rekonfiqurasiyası (açıq 
kanallann verilməsi və ləğv edilməsi, dinamiki yenidən qrup­ 
laşdırma, şəbəkə dipetçeri ilə rabitə kanalının təyinatımn dəyiş­ 
dirilməsi və s. hesabına, rabitə şəbəkəsinin ehtiyatlarının perio­ dik 
olaraq yenidən paylanılması); 
sistemə daxilolmanın idarə olunması (smart-kart və 
parollar sistemi ilə rabitə şəbəkəsinin avadanlığına daxilolmalara 
nəzarət); 
informasiyanın tam şifrlənməsi (abonentlər arasındakı 
rabitə xəttinin istənilən nöqtəsində ötürülən informasiyanın 
mühafizəsi imkanının təmin edilməsi); 
131 
abonentlərin autentifikasiyası (abonentlərin həqiqiliyinin av­ 
tomatik olaraq bə ya şəbəkə dispetçerinin sorğusu əsasında tə­ yin 
edilməsi); 
abonentlərin müvəqqəti identifikatorlannm istifadə edilməsi 
(abonentlərin unikal identifikasiya nömrələrinin, hər yeni rabitə 
seansı zamanı dəyişdirilən təxəllüslərlə əvəz edilməsi); 
radioabonentlərin aktivliyinin imitasiyası (danışıqların aparılma­ sı 
zamm yaranmış fasilələrdə rabitə kanalları ilə informasiya siq­ 
nallarından fərqləndirilməsi çətin olan siqnalların göndərilməsi); 
radioterminallann distansion olaraq söndürülməsi (şəbəkə 
dispetçeri ilə abonent terminalının söndürülməsi imkanı); 
radiokanalla açarların yayılması (şəbəkə dispetçeri ilə gizli 
(məxfi) açarların radiokanalla göndərilməsi imkanı). 
Tetrapol standartlı sistem Fransa polisi (Acropole sistemi) və dəmir 
yolu xidmətində (iris sistemi) istifadə edilir. Bu sistem Madrid və 
Kataloniyada, Çex Respublikasının təhlükəsizlik bölmələrində, 
Frankfurt aeroport xidmətində də tətbiq tapmışdır. 

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   63   64   65   66   67   68   69   70   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling