Mobil radiorabiTƏ SİstemləRİ


Download 1.44 Mb.
Pdf ko'rish
bet67/71
Sana09.02.2023
Hajmi1.44 Mb.
#1180538
1   ...   63   64   65   66   67   68   69   70   71
Bog'liq
M-OBİL-RADIORABİTƏ-SİSTEMLƏRİ-son

İDEN sistemi 
İDEN (Integrated Digital Enhansed Network) texnolo­ giyası 
“Motorola” kompaniyası tərəfindən XX əsrin 90-cı illə­ rinin 
başlanğıcında işlənib hazırlanmışdır. Bu texnologiya əsa­ sında ilk 
kommersiya sistemi ABŞ-da NEXTEL kompaniyası tərəfindən 
1994-cü ildə yaradılmışdır. Bu standartı, status nöq­ teyi-nəzərindən 
açıq arxitekturaya malik korporativ standart ki­ mi xarakterizə 
etmək olar. Bu onu bildirir ki, “Motorola” kom­ paniyası sistem 
protokolununun modifikasiyası hüququnu özündə saxlamaqla, 
müxtəlif istehsalçılara sistemin kom- 
132 


ponentlərini istehsal etməyə lisenziya verir. Bu standart inteq­ 
rasiya olunmuş sistemlərin realizə olunması üçün işlənib hazır­ 
lanmışdır və mütəhərrik radiorabitənin bütün növlərini təmin edə 
bilir: dispetçer rabitəsi, mobil telefon rabitəsi, mətn mə­ 
lumatlarının və verilənlər paketinin ötürülməsi. İDEN texnolo­ 
giyası iri təşkilatların və ya kommersiya sistemlərinin korpo­ rativ 
şəbəkələrini yaratmağa istiqamətləndirilmişdir. 
Dispetçer şəbəkələrini təşkil edərkən qrup və fərdi çağı­ 
rışlar etmək, həmçinin çağırışın siqnallaşması rejimi (bu halda 
abonent əlçatmaz olduqda, çağırış sistemdə yadda saxlanılır və 
əlçatan olduqda abonentə ötürülür) yaratmaq mümkün olur. İDEN-
də qrupların mümkün ola bilən sayı 65535-ə bərabərdir. 
Yarımdupleks rejimində qrup çağırışları zamanı rabitənin yara­ 
dılması müddəti 0,5 saniyədən çox deyildir. İDEN sistemi istə­ 
nilən İstiqamətə telefon rabitəsi yaratmağa imkan verir: mobil 
abonent-mobil abonent, mobil abonent- ÜİTŞ abonenti. Tele­ fon 
rabitəsi tam olaraq dupleksdir. Sistemdə səs poçtu imkanı da 
nəzərdə tutulmuşdur. İDEN sisteminin abonentləri öz ter­ 
minallarına mətn məlumatlarını qəbul etmək və ötürmək, həm­ 
çinin verilənləri ötürmək (kommutasiya rejimində 9,6 Kbit/san 
sürətilə, paket rejimində isə 32 Kbit/san-yə qədər), imkanına malik 
olurlar. Verilənlərin ötürülməsi zamanı faksimil rabitə və elektron 
poçtu təşkil etmək, həmçinin qeyd olunmuş şəbə­ kələrlə, o 
cümlədən İnternet şəbəkəsi ilə qarşılıqlı təsirdə ol­ maq imkanına da 
malik olurlar. Verilənlərin paket ötürülməsi rejimini TCP/İP 
protokolu dəstəkləyir. 
İDEN sistemi kanalların zamana görə ayrılması ilə çox­ saylı 
daxilolma metoduna əsaslanır. Eni 25 kHs olan hər bir tezlik 
kanalında 6 nitq kanalı ötürülür. Bu, davametmə müddəti 
90 millisaniyə olan kadrı, 15 millisaniyəlik zaman intervallanna 
bölməklə əldə edilir, bunların hər birində isə öz kanalının 
informasiyası ötürülür. Tezlik kanalının strukturu şəkil 7.8-də 
göstərilmişdir. 
Nitq kodlanılması üçün VSELP alqoritmi ilə işləyən kodek 
istifadə edilir. Bir kanalda informasiyanın ötürülməsi sürəti 7,2 
Kbit/san, radiokanalda rəqəm selinin yekun sürəti (maneədavamlı 
kodlamadan istifadə etməklə və idarəedici in­ formasiya əlavə 
etməklə) 64 Kbit/san-yə çatır. Bu cür yüksək sürəti 25 kHs 
zolağında təmin edə bilmək üçün, 16- mövqeli M16-QAM kvadratur 
modulyasiyadan istifadə adilir. 
İDEN sisteminin abonentləri, abonent teminalının ekra­ nında 
görünən hərf-rəqəm məlumatlarım qəbul edə bilərlər. İDEN 
teminalının hərəsinin tərkibində 140 simvol olan 16 mə­ lumat 
saxlamla bilir. Məlumatlar adi peycinq sistemində oldu­ ğu kimi ya 
operator, ya da kompüter vasitəsilə verilir.

Download 1.44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   63   64   65   66   67   68   69   70   71




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling