Mövzu 5: Mehmanxana və restoran personalının xidmətlərində keyfiyyətə nəzarət Plan


Mehmanxana və restoran personalının təsnifatı


Download 0.79 Mb.
bet3/3
Sana15.01.2023
Hajmi0.79 Mb.
#1093745
1   2   3
Bog'liq
Mehmanxana personalı

4.Mehmanxana və restoran personalının təsnifatı

Mehmanxananın xidmət personalına olan tələbləri şərti olaraq dörd qrupa bölmək olar:
1. kvalifikasiya (mehmanxanaların bütün kateqo­riya­ları üçün peşə hazırlığı)
1.1. Bütün xidmət personalı peşə hazırlığı keç­mə­li­dir.
Onların hazırlıq səviyyəsi göstərilən xidmətlərə uyğun olmalıdır. İşçilərin biri mehmanxanada yaşayan­ların təhlükəsizliyini təmin olunması üzrə hazırlıq keç­məli. Digər bir işçi ictimai iaşə sahəsində təhlükə­sizlik məsələləri ilə əlaqədar hazırlıqlı olmalıdır.
1.2. Xarici dil bilmək «Bir ulduz» və «iki ulduz» kateqoriyalı mehmanxanalarda, qonaqların qəbulu və yerləşdirilməsi xidməti işçilərinin bir xarici dili bilməsi kifayətdir.
«Üçulduz» kateqoriyalı mehmanxanaların bütün personalının (qonaqlara ünsiyyətdə olanlar) lazımi səviyyədə ən azı iki xarici dili bilməsi vacibdir.
«Dördulduz» kateqoriyalı mehmanxanalar üçün tələblər «üçulduz» mehmanxanalarda olan tələblərə uyğundur, amma personalın xarici dilləri daha yüksək səviyyədə bilməsi tələb olunur.
«Beşulduz»kateqoriyalı mehmanxanalarda yaşa­yan qonaqlara birbaşa xidmət edən personalın ən azı üç xarici dildə sərbəst danışması günün tələbidir.
2. Hərəkət tərzi. Bütün kateqoriyalı mehmanxa­naların personalı müəssisədə qonaqpərvərlik mühiti yaratmağı bacarmalıdır. Personal qonaqlara qarşı dözüm­lü və təmkinli olmalı, onların xahişlərini yerinə yetirər­k ən xeyirxahlıq və mehribanlıq münasibəti nüma­yiş etdirməlidir.
3. Tibbi tələblər. Bütün kateqoriyalı mehmanxa­na­­ların personalı müvafiq sertifikat almaq üçün vaxtaşırı tibbi müayinədən keçməlidir.
4. Uniforma. Bütün kateqoriyalı mehmanxanaların qonaqlarla ünsiyyətdə olan personalı seçilən forma paltarı, bəzi hallarda şəkli, adı və soyadı qeyd olunan şəxsi döş nişanı olan forma geyməlidirlər. Uniforma geyi­mi həmişə təmiz və səliqəli olmalıdır.
Hər kateqoriyalı mehmanxana kompleksində perso­nalın istirahəti və qidalanması üçün yaradılan şərait, personalın sayına uyğun olmalıdır. Xidmət personalarının sayı mehmanxana kompleksinin tutumun­dan, xidmətin həcmindən və keyfiyyətindən asılıdır.
Mehmanxana komplekslərinin qidalanma müəssisələrinin personalına tətbiq olunan ümumi tələblər.
1. Aşbazlar, ofisiantlar, metrdotellər1peşələri üzrə kvalifikasiya sınağından keçərək, test üsulu əsasında işə qəbul olunurlar.
2. Metrdotellər, ofisiantlar, barmenlər ən azı bir avropa dilini bilməlidir. Bu briqadaya bir neçə dil bilən ofisiantları da daxil edirlər.
3. Müntəzəm olaraq, maksimum 5 ildə bir dəfədən az olmamaq şərtilə istehsalat, xidmət, inzibati idarəetmə və texniki personalın kvalifikasiya dərəcəsini təsdiq etmək və ya artırmaq üçün yenidən attestasiya keçirilməlidir.
4. Ən azı 3 ildən bir, turizm müəssisələrin işçiləri xüsusi proqram üzrə ixtisasartırma kurslarında yenidən hazırlıq keçməlidirlər.
5. İş zamanı bütün işçilər müəssisədə qəbul olunmuş xüsusi geyimlərdən və ya sanitar geyimindən və ayaqqabısından istifadə etməlidirlər.
6.Turistlərəxidmətgöstərənqidalanmamüəssisəninbütünişçilərininformageyimindəmüəssisəninemblemitəsvirolunan, işçininadıvəsoyadıyazılandöşnişanlarıolmalıdır.
7. Metrdotelin forma geyimi, rəsmi bəzəyi, geyim komplektinə frak2 və ya smokinqin3 daxil edilməsi ilə seçilməlidir.
8. Xidmət personalının zahiri görünüşü səliqəli, gümrah və intizamlı olmalıdır.
9. Qonaqlara xidmət edən işçilər, onlarla münasibətdə nəzakətli, diqqətli və mehriban olmalıdırlar. Konflikt halları yaranarsa, işçi növbətçi inzibatçını, metrdoteli və ya müəssisə direktorunu dəvət etməlidir.
10. İşçilər öz iş yerlərində kənar fəaliyyətlə məşğul olmamalıdırlar.
11. Mətbəx işçiləri, texniki xidmət işçiləri və yardımçı personal (zibilyığışdıranlar) qonaqlar üçün nə­zərdə tutulmuş otaqlara sanitar və xüsusi geyimdə gəlmə­məlidirlər (əgər bu onların bir başa vəzifə borclarını icra etməklə əlaqəli deyilsə). Təcili təmir işlərinin aparılması zamanı isə texniki işçilərin xüsusi geyimdə olması məcburidir.



1Metrdotel – restoranlarda qonaqları masa arxasında yerləşdirən baş ofisiant

2Frak– qabaq ətəkləri kəsik, arxa tərəfdən isə uzun dar ətəkləri olan kişi pencəyi.

3Smokinq– xüsusi biçilmiş döşü açıq ipək yaxalıqları olan qara mahuddan tikilmiş kişi pencəyi.

Download 0.79 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling