4. Malların və mal qruplarının parametrik sıralarının qiymətlərinin hesablanması əsasında qiymətqoyma metodları
Bu metodun prinsipial əsası ondan ibarətdir ki, malın qiyməti həm öz firma- sının, həm də rəqib firmaların digər analoji mallarının və ya bir parametrik sırada duran mallarının qiymətlərilə tutuşdurma yolu ilə müəyyən edilir. Malların differensiasiyası siyasəti belə əmtəə (mallar) sırasının genişlənməsinə kömək edir və təbiidir, hesablamaları mürəkkəbləşdirir. Məhz malın cazibədarlığında və onun alıcılar və istehlakçılar üçün üstünlüklərində olan fərqlər malın qiymət xəttini müəyyən edir. Şirkətlər belə metodla qiyməti müəyyən edən zaman malın həm keyfiyyəti, həm də kəmiyyəti (miqdarı) mövqeyindən uyğunluğu nisbətini nəzərə alırlar.
Alıcı və istehlakçı üçün həmin cür, analoji və ya oxşar funksiyalı mallar arasında seçimi asanlaşdıra bilən vahid qiymət xətti, malın qiymətinin vahid sistemini qurmaq imkanı yaradan həmin iki istiqamətin uyğunlaşdırılması ən məqsədə uyğundur.
SON
Do'stlaringiz bilan baham: |