Mövzu föVQƏlada hallarda müLKİ MÜdafiƏNİn rolu və VƏZİFƏLƏRİ


Sual 4. Kimyəvi silah və onun zədələyici maddələri haqqında anlayış


Download 296.18 Kb.
bet32/50
Sana06.01.2023
Hajmi296.18 Kb.
#1080992
1   ...   28   29   30   31   32   33   34   35   ...   50
Bog'liq
M vzu f VQ lada hallarda m LK M dafi N n rolu v V Z F L R

Sual 4. Kimyəvi silah və onun zədələyici maddələri haqqında anlayış


Kimyəvi silah-kütləvi qırğın silahlarından biri, zəhərləyici maddələrdən istifadə olunmaqla işlədilən silahdır.
Kimyəvi silahın zədələyici təsirinin əsasını güclü və tez təsiri, zəhərləyici maddələr təşkil edir. Kimyəvi mərmi (bomba) partladılarkən zəhərləyici maddə (ZM) maye, buxar və ya tüstü halında ətrafa yayılıb havanı, ərazini zəhərləyir, mühafizə olunmamış canlı qüvvələri məhv edir, yaxud müəyyən müddət sıradan çıxarır.
Kimyevi silahın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, zəhərləyici maddələr canlı qüvvələri tez sıradan çıxarıb məhv edə bilir. Lakin maddi sərvətləri dağıtmır, digər silah növlərinə nisbətən ucuz başa gəlir.
Kimyəvi silahdan mühafizə tədbirlərini dərhal görmək üçün zəhərləyici maddələr işlədilməsinin, ərazidə belə maddələr olmasınırı səciyyəvi zahiri (xarici) əlamətlərini bilmək lazımdır. Belə əlamətlər yerdə, ağac yarpaqlarında, binaların divarlarında nəzərə çarpan damcılardan, gözlərin, tənəffüz üzvlərinin qıcıqlan- masından, bəzən də spesifik iydən ibarət ola bilər; adətən, kimyəvi sursat partla- yışının səsi zəif (boğuq) olur, partlayış yerinin üzərində kiçik həcmli rəngli bulud əmələ gəlir, küləkli hava buludu tez dağıdır; partlayışdan sonra maye bulaşıqlarına rast gəlmək olur; əgər ZM çiləyici aviasiya cihazı ilə tətbiq edilirsə, bu zaman təyyarənin ardınca tutqun və ya rəngli zolaq görünür və yerə narın ZM damcıları çökür.
ZM orqanizmə tənəffüs yolları, dərinin səthi və qida yoiları ilə keçə bilər. Adamların zədələnməsi, habelə ərazinin və buradakı əşyaların zəhərlənməsi dərəcəsi zəhərlənmənin qatılığı (konsentrasiyası) və ya sıxlığı ilə müəyyən edilir. Zəhərlənmənin qatılığı maddənin litrinə düşən ZM-in milliqramla miqdarına (mq/l) və ya havanın hər kub metrində olan ZM-in qramla miqdarına (q/m3) deyilir. Zəhərlənmənin sıxlığı isə səthin hər kvadrat metrinə maye damcıları halında düşən zəhərləyici maddənin qramla miqdarıdır (q/m2).
Zəhəriəyici maddələr çox güclü olduğu üçün orqanizmin fəaliyyətini pozur, ağır xəstəliklərə səbəb olur və ya adamları məhv edə bilir.
ZM-in zəhərlilik dərəcəsi-minimal təsir dozası, dözülməz təsir dozası və ölümcül təsir dozası ilə xarakterizə edilir. Minimal təsir dozası - ZM-in elə dozasıdır ki, adam onun təsirini hiss etməyə başlayır. Dözülməz doza - ZM-in elə miqdarıdır kı, orqanizm onun təsirinə dözmür, orqanizmin əsas funksiyası pozulur, iş qabiliyyəti itir. Ölümcül doza - orqanizmin hər kiloqramına milliqram hesabilə düşən ZM-in elə miqdarıdır ki, bu, ölümə səbəb ola bilər. ZM-in yüksək qatılığı şəraitində adam 1-2 dəfə nəfəs alarkən məhv ola bilər. Bədənin səthinə düşən 0,2- 0,4 q zarin və ya 2-10 q "vi-iks" adlı ZM ölümə səbəb olur.
Zəhərləyici maddələr orqanizmə tə'sirinin xarakterinə göra 6 qrupa bölünür: sinirliedici ZM (zarin, zoman, y-qazlar); dəridə yaraçıxaran ZM (iprit); boğucu ZM (fosgen); ümumzəhərləyici ZM (sianid turşusu, xlorsian); psixokimyəvi ZM , ("bi- zed", LSD), qıcıqlandırıcı ZM ("si-es", adamsit, xlorasetofenon).
Yerdə təhlükəli qatılığını çaxlamaq qabiliyyətinə görə ZMın davamlı - zəhərləyici təsiri bir neçə saat və günədək saxlayan və davamsız - təsiri ancaq bir neçə dəqiqə saxlayan növləri olur.

    1. Siniriflicedici maddələr tənəffüs üzvləri, dəri örtüyü və həzm orqanları vasitəsilə orqanizmə çox cüzi miqdarda keçərkən sinir sistemini iflic edir və çox vaxt ölümlə nəticələnir. ZM-dən biri - zarin -rəngsiz, iysiz, tez buxarlanan mayedir. Bu maddədən zəhərlənlənmənin əlamətləri dərhal aşkara çıxır: göz bəbəkləri darain (mioz), ağızdan tüpürcək axır, tənəffüs ağırlaşır, ürək bulanır özündəngetmə və qıcolma halları baş verir; ağır zəhərlənmə ölümlə nəticələnir.

    2. Dəridə yaraçıxaran Zm-iprit – qonur rəngli və sarımsaq iyi verən yağlı mayedir, gec buxarlanır; yazad 7-14 gün, qışda bir ayadək düşdüyü yerdə qalıb təsirni itirmir. İprit damcılan dərinin səthinə düşən yerlərdə əvvəlcə qızarma müşahidə edilir, sonra suluqlar əmələ gəlir, 12 gündən sonra deşilərək irinli xoralara çevrilir. İprit buxarları tənəffüs yollarını, xüsusən gözləri ağır zəhərləyir, zədələnmə yerlərində) ağrı hiss edilir, gözlər irinləyir.

    3. Boğucu ZM - fosgen - orqanizmi yalnız tənəffüs üzvləri vasitəsilə zədələyir; çürük ot iyli, rəngsiz, tez buxarlanan mayedir. Zəhərlənmənin əsas əlamətləri - zəif öskürək, ağızdan tüpürcək axması və şirintəhər dad hiss edilməsidir. Zəhərli havadan çıxdıqda bu əlamətlər sanki yoxa çıxır, lakin 2-12 saat ərzində ağ ciyərlərin zədələnməsi sürətlə inkişaf edir və belə adama dərhal yardım göstərilməsə o, məhv ola bilər.

    4. Ümumzəhərləyici maddələr - sianid turşusu və xlorsian rəngsız, badam iyli, tez buxarlanan mayelərdir. Güclü və tez təsir göstərən zəhərlərdir. Orqanizmə hava ilə keçir, qanı mərkəzi sinir sistemini zədələyir, bədənin bir çox üzvlərinin fəaliyyətini pozur. Zəhərlənmə əlamətləri - ağızda acı metal tamı, baş gicəllənməsi, qorxu hissidir. Güclü zəhərlənmə hallarında qıcolma, huşun itirilməsi, iflic müşahidə edilir və bir neçə dəqiqədən sonra olum baş verir

    5. Psixokimyəvi maddənin əsas növü olan "bi-zed" ağ rəngi kristaldır. Tənəffüs üzvlərilə orqanizmə təsir göstərir. Adamların sinir sistemi fəaliyyətinin 12 saatdan

5 günədək pozulmasına səbəb olur; belə olduqda adam yaddaşını, məsuliyyət hissini, mənliyini itirir, güclü qorxu hiss edir, onu qara basır.

    1. Qıcıqlandırıcı ZIVI "si-es" gözləri, burnu, boğazı qıcıqlandırmaq adamları müvəqqəti sıradan çıxarmaq üçündür.

Zəhərləyici maddələrin bütün növlərindən qorunmaq üçün ən etibarlı vasitə - əleyhiqazdır. ZM damcılarının bədənin səthinə düşməsindən qorunmaq üçün xüsusi mühafizə paltarlarından, su hopdurmayan materiallardan hazırlanan adi geyimlərdən istifadə etmək olar. Xüsusi sığınacaqlar kimyəvi zəhərlənmə ocağında ZM-in hər cür təsirindən adamları mühafizə edir (mühafizənin vasitə və üsullarından irəlidə geniş bəhs ediləcəkdir).

Download 296.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   28   29   30   31   32   33   34   35   ...   50




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling