Mühazirə 3: MÜSTƏQİLLİk döVRÜNDƏ azərbaycanda sosial siyasət və aparilan islahatlar plan


Birinci istiqamət – müavinət sisteminin sığorta sistemindən ayrılması


Download 95 Kb.
bet4/7
Sana28.12.2022
Hajmi95 Kb.
#1008938
TuriMühazirə
1   2   3   4   5   6   7
Bog'liq
Mühazirə 3 -MÜSTƏQİLLİK DÖVRÜNDƏ AZƏRBAYCANDA SOSİAL SİYASƏT VƏ APARILAN İSLAHATLAR

2.1. Birinci istiqamət – müavinət sisteminin sığorta sistemindən ayrılması.
Sığorta-pensiya sisteminin müavinət sistemindən ayrılması 2001-ci il 17 iyul tarixli sərəncamla təsdiq olunmuş Az.R-da Pensiya İslahatı Konsepsiyasında nəzərdə tutulmuşdu və bu, səmərəli sosial müdafiə sisteminin qurulmasının əsas prinsiplərindən biridir. Düzdür, bu istiqamətdə ulu öndər tərəfindən müəyyən işlər həyata keçirilmişdi. Sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində ən həlledici hadisə iki qanunun – “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Az.Respublikası qanunlarının qəbulu oldu. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən bu qanunlar ölkədə sosial sferanın tamamilə yeni əsaslarla qurulmasını nəzərdə tutur.
Azərbaycan R-da vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların hayata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən “Əmək pensiyaları haqqında” qanun olduqca geniş bir spektri, 1 milyon üç yüz min pensiyaçını və 2 milyon nəfərə yaxın insanı – bu gün işləyərək Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəyən insanları əhatə edir. Bununla da sosialist prinsiplərinə, başqa sözlə desək, həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemini, inkişaf etmiş Qərb ölkələrində geniş tətbiq olunan – vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sistemi əvəz etdi. Mövcud qanunvericiliyə uyğun olaraq, sığortaolunanların fərdi uçotu həyata keçirilir və məcburi dövlət sosial sığorta haqlarının fərdi sığorta hesablarında toplanılır. Bununla da vətəndaşların pensiya təminatı fərdi uçotun məlumatları əsasında onların ödədikləri sığorta haqlarının məbləğinə uyğun olmaqla müəyyən edilir.
“Sosial müavinət haqqında” qanun isə əvvəllər sistemsiz halda olan müavinətlərin dairəsini, təyin olunması şərtlərini vahid bir sənədlə tənzimləyir, halbuki bu müavinətlərin bir qismi əvvəllər “Vətəndaşların pensiya təminatı haqqında” qanunda sosial pensiya kimi (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) təsbit olunmuşdu, digər bir qismi isə ayrı-ayrı qanunvericilik aktları ilə müəyyənləşdirilmişdi. Sosial müavinətlərin dairəsi i qədər genişlənmişdi ki, bəzən bu sahələrin mütəxəssisləri onların sayı barədə dəqiq fikirlərə malik deyildilər. Bu müavinətlərin sayı təqribər 40-dan çox idi ki, bunların da bəziləri pensiyaya əlavələr şəklində ödənilirdi, yəni pensiyaçı, eyni zamanda sosial müavinətlər də alırdı.
Pensiyaçıların aldıqları pensiya və müavinətlər cəmlənərək onların pensiyasına aid edildi və bu vahid pensiya məbləği yeni qanunvericiliklə müəyyən olunmuş qaydada əmək pensiyasının baza və sığorta hissələrinə bölündü.
Sosial müavinətlər dövlət büdcəsi hesabına ödənilən dövlət yardımı kimi bir qayda olaraq əmək pensiyası almaq hüququ və əmək qabiliyyəti olmayan şəxslərə ödənilir.
2010-cu il yanvarın 1-i sosial müdafiə sistemində yeni mərhələnin başlanğıcı oldu. “Əmək pensiyaları haqqında” Azərbaycan R-nın Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan R-nın 2009-cu il 27 oktyabr tarixli Qanunu pensiya sistemində yeni yanaşmanın əsasını qoymuşdur. Bu yanaşma, ilk növbədə Azərb. R-da vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılması, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını təmin etmək məqsədi ilə qəbul edilmiş “2009-2015-ci illərdə Az.R-da sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Az. Res. Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamından irəli gəlir. Qeyd olunan qanuna əsasən ölkəmizin pensiya sistemində bir sıra ciddi dəyişikliklər həyata keçirildi. Buraya kişilər və qadınlar üçün pensiya yaşının mərhələlərlə artırılması, pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta stajının yüksəldilməsi, güzəştli şərtlərlə yaşa görə 2006-cı il yanvarın 1-dək olan dövr üçün pensiyanın hesablanmasının yeni qaydasının tətbiqi kimi məsələlər daxil idi. Qanunun aparılan geniş və hərtərəfli müzakirələri bir daha təsdiq etdi ki, ölkəmizin pensiya sisteminin dayanıqlı olması, pensiya məbləğinin sığorta haqları əsasında tam formalaşması üçün bu islahatlar daçınılmazdır. Eyni zamanda, yaşa görə pensiya almaq hüququ olan şəxslərin güzəştlərinin məhdudlaşdırılması bu sistemin dövlət sosial yardımı sistemindən ayrılmaqla yalnız sığorta prinsiplərinə söykənməsini şərtləndirmişdir. 2006-cı il yanvarın 1-dək mövcud olan dövr üçün sığortaolunanların pensiyasının hesablanmasının yeni qaydaının tətbiqi bu sahədə sosial ədaləti bərpa etməklə, həm də pensiyaların hesablanmasında mövcud olan mənfi halların, subyektiv yanaşmaların qarşısını alacaqdır. Artıq pensiyaya çıxmaq istəyən şəxs qanunla müəyyən edilmiş düsturlar əsasında çox rahatlıqla pensiyalarının məbləğlərini hesablaya biləcəkdir.
2011-ci il iyulun 1-dən pensiya sistemində islahatların növbəti mərhələsi həyata keçirildi. Bu 2010-cu il yanvarın 1-dək tətbiq edilən qaydanın 2010-cu il yanvarın 1-dək pensiyaya çıxan şəxslərə şamil edilməsi məsələsi idi. Bu, bir tərəfdən sosial ədaləti təmin edir, digər tərəfdən isə Az.Res. Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tətbiq edilmiş “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran qanunun qüvvəsinin geriyə şamil edilməsi” prinsipini reallaşdırır. Bununla da, bütün pensiyaçıların pensiyalarının vahid prinsiplə hesablanması təmin edildi və cəmiyyətdə olan haqlı narazılıqlara son qoyuldu.
Hazırda sosial müdafiə sistemində sığorta münasibətlərinin daha da inkişaf etdirilməsi, könüllü sosial sığorta sahəsində qanunvericiliyin yaradılması qarşıda duran başlıca vəzifələrdəndir.



Download 95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling