Mühazirələr konspekti
§ İmpuls siqnalları parametrləri.Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları
Download 1.3 Mb.
|
M hazir l r konspekti
§ İmpuls siqnalları parametrləri.Məntiq səviyyələri. Məntiq qanunları və aksiomları.
Rəqəmsal texnologiyalarda istifadə olunan siqnal növü düzbucaqlı (trapesvari) impluslardır ki, bu siqnallar ikilik koda uyğun kodlaşdırılma xüsusiyyətinə malikdirlər. İmpuls siqnalları ideal halda aşağıdakı kimidir: B u siqnalı xarakterizə edən əsas parametrlər – siqnalın amplitudunun maksimal qiyməti və – impulsun davametmə müddətidir. Real impulsun forması isə ideal impulsun formasından bir qədər fərqlənir. Real impulsu xarakterizə edən parametrlər aşağıdakılardır: - impulsun amplitud qiymətinin meyletməsidir. - impulsun davametmə müddətidir və səviyyəsində müəyyən olunur - impulsun ön cəbhəsinin formalaşması müddətidir və siqnalın səviyyəsindən səviyyəsinə qədər artması üçün sərf edilən zamanı xarakterizə edir - impulsun arxa cəbhəsinin formalaşması müddətidir və siqnalın səviyyəsindən səviyyəsinə qədər enməsi üçün sərf edilən zamanı xarakterizə edir Ən yaxşı halda sistemin siqnala nəzərən 10 dəfə daha sürətli işləməsi məqsədəuyğundur. Rəqəmsal texnologiyalarda adətən impulslar ardıcıllığından istifadə olunur. Burada – impulsun davametmə, - impulsun fasilə müddətidir. Əgər olarsa, onda bu cür impulslar ardıcıllığı simmetrik impulslar adlanır. İmpulslar ardıcıllığında əsas anlayış impuls dərinliyi anlayışıdır: R əqəmli inteqral mikrosxemlərin real parametrləri məntiq səviyyələrinə uyğunlaşdırılmalıdır. Məlum olduğu kimi siqnalın bir səviyyədən digər səviyyəyə keçməsi müəyyən vaxt tələb edir və konkret elementlərin pasportlarında onların aşağıdakı parametrləri qeyd olunur: - məntiqi “0” səviyyəsinə uyğun olan maksimal qiymət - məntiqi “1” səviyyəsinə uyğun olan minimal qiymət İnteqral mikrosxemlərdə digər bir göstərici inteqrasiya dərəcəsi - ( ) – dir. İnteqrasiya dərəcəsi standart yarımkeçirici kristalda yerləşdirilmiş tranzistor və tranzistor keçidlərinin sayı ilə müəyyən olunur. Bu göstəriciyə görə inteqral mikrosxemlər 4 qrupa bölünür: 1. Kiçik inteqrasiyalı mikrosxemlər. Bu cür sxemlərdə 1 kristalda tranzistor yerləşir 2. Orta inteqrasiyalı mikrosxemlər. Bu cür sxemlərdə 1 kristalda 100 1000 tranzistor yerləşir 3. Böyük inteqrasiyalı mikrosxemlər. Bu cür sxemlərdə 1 kristalda 1000 1000000 tranzistor yerləşir 4. Super böyük inteqrasiyalı mikrosxemlər. Bu cür sxemlərdə isə 1 kristalda 1000000-dan daha çox tranzistor yerləşir 3 – cü və 4 – cü variantda olan mikrosxemlər mikroprosessorların hazırlanmasında istifadə olunurlar. Rəqəmsal texnologiyalarda qeydə alınan aşağıdakı göstəriciləri də qeyd etmək olar: 1. Girişə görə birləşmə əmsalı – n, eyni tipdən olan neçə mikrosxemin bir siqnal girişinə birləşə bilinməsini xarakterizə edir. TTL – lərdə girişə görə birləşmə əmsalı kimidir. 2. Çıxışa görə paylanma əmsalı – m, bu əmsal isə eyni tipdən olan mikrosxemin çıxışının neçə mikrosxemin girişinə birləşə bilinməsini xarakterizə edir. TTL – lər üçün çıxışa görə paylanma əmsalı kimidir. 3. Mikrosxemlərin sərf etdikləri güc - Burada - mikrosxemin statik bağlı vəziyyətdə, - isə dinamik açıq vəziyyətdə sərf etdiyi gücdür. 4. Cəldişləmə qabiliyyəti – t Bu ifadədən istifadə edərək maksimal işləmə tezliyini də müəyyən etmək olar: 5. Nominal qida gərginlikləri - TTL – lər üçün K – MOS – lar üçün 6. İşçi temperatur diapazonu – T Digər bir göstərici isə inteqral mikrosxemlərin tərkibində olan qiymətli metalların miqdarıdır. Download 1.3 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling