§ Rəqəm – analoq çeviriciləri (RAÇ)
Rəqəm – analoq çeviriciləri giriş kodunu gərginliklə cərəyan şəklində çıxış siqnallarına çevirən qurğulardır. RAÇ – nin iş prinsipi ikilik kodun dərəcələrinin çəki əmsallarına mütənasib olan siqnalın formalaşdırılmasına əsaslanmışdır. İkilik kodun çəki əmsallarına mütənasib olan müqavimətlər əsasında qurulmuş RAÇ – nin sxemi aşağıdakı kimidir:
Sxemə əsasən
yaza bilərik. Sxemin çatışmayan cəhəti ikilik kodun çəki əmsallarına uyğun müqavimətlərin dəqiqliklə əldə edilməsinin qeyri – mümkün olmasıdır. Odur ki, daga yaxşı sxem R – 2R sxemləridir. Bu sxemlərdə yalnız nominal qiymətə malik 2 müqavimətdən istifadə olunur. Bu cür sxem aşağıdakı kimidir:
Bu sxemin üstünlüyü burada yalnız 2 nominal qiymətə malik olan müqavimətlərdən istifadə olunmasıdır. Bu sxemə həmçinin pilləkan sxemi də deyilir.
Do'stlaringiz bilan baham: |