Mülkiyyət hüququ


Download 15.39 Kb.
Sana29.11.2020
Hajmi15.39 Kb.
#154911
Bog'liq
mülkiyyət hüququ


7.Mülkiyyət hüququ
Mülkiyyət bütün iqtisadi sistemlərin əsasıdır. Mülkiyyət münasibətlər sistemidir. Dünyanm görkəmli elm xadimləri mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi mahiyyətini və onun cəmiyyətin həyatmda oynadığı rolunu açıb göstərmişlər. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da o, əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir (Hegel). İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır. Mülkiyyət - istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. İctimai formada mənimsəmənin müxtəlif formalarda olduğunu başa düşmək üçün aşağıdakı sualların cavablarına fikir vermək lazımdır. Bu müəssisə kimindir? -Mənimdir! Bu müəssisə kimindir? - Sahibkarındır! Bəs bu müəssisə kimindir? - Bizimdir! O müəssisə kimindir? - Dövlətindir və s. Burada mənimdir, sahibkarındır, bizimdir və dövlətindir ifadələri mənimsəmənin (mülkiyyətin) müxtəlif formalarda olduğunu ifadə edir. Mülkiyyət, real məzmuna malik olan iqtisadi kateqoriyadır.

O, real olan şeylərin insanlar tərəfindən mənimsənilməsi üzrə yaranan sosial-iqtisadi münasibətləri ifadə edir. Mülkiyyət hər bir iqtisadi sistemdə aparıcı mövqeyə malikdir. Mülkiyyət münasibətləri istehsal vasitələri və istehsalın nəticələrinin mənimsənilməsinə görə insanlar arasında yaranan və müntəzəm təkrar olunan iqtisadi münasibətlər sistemidir.

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənhkdə mülkiyyət, sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur. Müasir iqtisadi nəzəriyyədə «mülkiyyət hüququ iqtisadi nəzəriyyəsi»ndən geniş istifadə olunur. Bu nəzəriyyənin müəllifi ABŞ iqtisadçısı R.Kouzdur və onun çoxlu tərəfdarları vardır. Bu nəzəriyyə tərəfdarları öz tədqiqatlarında «mülkiyyət» deyil, «mülkiyyət hüququ» anlayışmdan istifadə edirlər. Bu müəlliflərə görə, özlüyündə resurslar mülkiyyət deyil, «resurslardan istifadə etmək hüququ mülkiyyətdir - bax bu mülkiyyəti təşkil edir.» (Çepurin, Kiselyova, s.69).

Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməsinin dövlət tərəfindən tanınan və qorunan hüququdur ifadəsidir.

İngilis hüquqşünası A.Oner 1961-ci ildə aşağıdakı 11 mülkiyyət hüququnun olduğunu göstərmişdir.

-Sahib olma hüququ - nemət üzərində tam fiziki nəzarət hüququ:

-İstifadə hüququ - nemətin faydalı xassəsini özün üçün istifadə etmək: İdarəetmə hüququ - nemətin istifadə olunmasım kimin və necə həyata keçirəcəyinə qərar vermək:

-.Gəlir götürmək hüququ - nemtin istifadə olunmasından əldə olunan nəticəyə sahib olmaq hüququ:

-.Suverenlik hüququ - neməti özgəninkiləşdirmə, istehlak etmək, məhv etmək, dəyişmək hüququ:

-Təhlükəsizlik hüququ - nemətlərdən məhrum olmaqdan və xarici mühitin vurduğu ziyandan qorunmaq hüququ:

- Nemətin vərəsəliyə verilməsi hüququ:

- Nemətlərə sahib olmanın möhkəmliyi hüququ: 9

-Ziyanlı istifadədən müdafiə hüququ - digər təsərrüfat agentlə- rinə ziyan vura biləcək formadan istifadəyə qadağa qoymaq:

- Cəzalandırmaq formasında cavabdehlik hüququ - yəni nemətin borca görə ödənilməsinin mümkünlüyü:

-Pozulmuş hüquqların bərpa etdirilməsi hüququ - bu, qalıq xarakterli hüquq adlanır.

Mülkiyyət hüququ «oyun qaydaları»ndan başqa bir şey deyildir. Bu davranış qaydaları, münasibətləridir və hamı onlara əməl etməlidir. Bu hüquq dövlətin müəyyən etdiyi normalar, qəbul etdiyi qanunlar çərçivəsində həyata keçirilir. Mülkiyyətin obyektləri və subyektləri vardır. Mülkiyyətin obyektləri - mülkiyyət ola biləcək hər şey, yəni mülkiyyətin maddi varlığı hesab olunur. Məsələn, torpaq, zavod, bina, zinət əşyaları, pul, iş qüvvəsi və s. Mülkiyyətin subyektləri - mülkiyyətin sahibləri: dövlət, kollektivlər, icma, sosial qrup, təşkilat, şəxs və s.



Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Download 15.39 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling