NəzarəT-ÖLÇÜ Cİhazlari və avtomatlaşDİrma sahəSİNDƏ Dİaqramlar (sxemləR), ŞƏRTİ İŞARƏLƏR
Texnoloji , NÖC və Avtomatika sxemləri(P&IDs)
Download 1.57 Mb. Pdf ko'rish
|
toaz.info-7nc-v-a-sxemlr-simvollar-23122019-pr 5d22efae40a1a255980297b1632a3948
- Bu sahifa navigatsiya:
- 4.Prinsipial sxemlər(Loop sheets)
- 5. Funksional sxemlər
3.Texnoloji , NÖC və Avtomatika sxemləri(P&IDs)
Müəssisənin NÖC və A strukturununun aşağı pilləsinin mütəxəssisləri -yəni montaj quraşdırma ilə məşğul olan və ya istismar edən işçiləri isə daha çox cihazlara fərdi yanaşmaqla kabelin tipi, birləşmə qaydaları, kabel və kabel damarlarının nömrələnməsi, cihazın kalibrovka olunması, ölçü hədləri və s. bu tip daha dolğun məlumatlar maraqlandırır. Bütün bu məlumatları onlar Texnoloji və NÖC və Avtomatika sxemləri(P&IDs), Prinsipial sxemlər(Loop sheets) – dən istifadə etməklə əldə edə bilirlər. Bu sxemlərə misal olaraq aşağıdakı şəkli göstərə bilərik(Şəkil-2) Yuxaridakı sxemdən(Şəkil-2) göründüyü kimi texnoloji avadanlıqlarda quraşdırılmış NÖC və A vasitələri və onlar arasında siqnal əlaqələrini görmək olur. Bu şəkildən yaradılacaq avtomatik nəzarət və idarəetmə sistemi haqqında ümumi məlumat almaq olar. 4.Prinsipial sxemlər(Loop sheets) Yaradılacaq bu avtomatik nəzarət və idarəetmə sisteminin quraşdırılması üçün prinsipial sxemlərdən (loop diagrams) istifadə olunur. Buna misal olaraq aşağıdakı şəkli göstərə bilərik. 4 Şəkil-2.Texnoloji və NÖC A sxemləri(P&IDs) Bu sxemdə NÖC vasitələrinin ölçü hədləri, siqnal kabellərinin nömrələri, çıxış siqnalları , birləşmə qaydaları və s. daha detallaşdırılmış məlumatlar təsvir edilmişdir. 5. Funksional sxemlər Funksional sxemlərin məqsədi isə yaradılacaq idarəetmə sisteminin strategiyası-nı daha dəqiq desək onun idarəetmə alqoritmini təsvir etməkdən ibarətdir. 5 Şəkil-3. Prinsipial sxemlər(Loop sheets ) Funksional diaqramlara misal olaraq yuxarıdakı şəkildə təsvir olunmuş prosesi göstərə bilərik. Bu prosesdə sərfölçən cihaz (FT) PİD kontrollerə siqnal göndərir. PİD kontroller alınmış analoq siqnallarını konvert edərək emal edir və müvafiq çıxış siqnalını sərfi tənzimləyən klapana (FCV) göndərir. Funksional diaqramlar həmçinin idarəetmə strategiyasının müxtəlif dərəcəli xırdalıqlarını əks etdirə bilir. Bunu aşağıdakı misalla izah edə bilərik. Biz bu şəkildə əlavə olaraq 1 transfer blokunu (T) və 2 ədəd əllə sazlanma bloklarını görürük(Manual Adjusment). Operator bu blok vasitəsilə kontrollerə tapşırıq qiymətinin verilməsini, avtomatik və əl rejimlərinin seçilməsini, çıxış dəyişənlərinin idarə edilməsini həyata keçirə bilər. Şəkil-5 b şəklində göründüyü kimi kvadratik bloklarda göstərilmiş ∆ P , İ , D simvolları avtomatik funksiyaları, romb şəkilli bloklar isə əl rejimli funksiyaları təsvir edir. Download 1.57 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling