Öyrənməyi öyrətmək


Download 11.63 Kb.
Sana09.01.2022
Hajmi11.63 Kb.
#255897
Bog'liq
Öyrənməyi öyrətmək


"Öyrənməyi öyrətmək"

Konstantin Uşinski mükəmməl didaktika sistemi yaradıb. Burada təhsilin məzmununa dair prinsipial məsələlər açıqlanıb, onun uşağın yaş xüsusiyyətlərinə uyğunlaşdırılması əksini tapıb ([2]). Psixologiya və fiziologiyanın son nailiyyətlərinə əsaslanan Uşinski uşağın əqli inkişafı xüsusiyyətlərini açıb. Təlimin psixoloji mexanizmlərinin mahiyyətini tədqiq edən pedaqoq diqqətin, yaddaşın, təxəyyülün, emosiyaların, iradənin, düşüncənin psixoloji mexanizmlərinin təhlilini verib, təlim prosesində onların nəzərə alınması və inkişaf etdirilməsi zəruriliyini əsaslandırıb. Uşinski pedaqoq qarşısında "öyrənməyi öyrətmək" və şagirdə həyatda öz yolunu tapmağa kömək etmək vəzifəsini qoyurdu. Uşinski deyirdi:

- Heç vaxt uşağa yerinə yetirilməsi mümkün olmayanı vəd etməyin və heç vaxt onu aldatmayın.

- Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar.

- Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar.

- Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin əsasıdır.

- Əgər pedaqogika insanı bütün münasibətlərdə tərbiyələndirmək istəyirsə, onda insanı həm də bütün münasibətlərdə öyrənməlidir.

- Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onda insanı xoşbəxtliyə deyil, həyatda əməyə hazırlamalıdır.



- Şagirdin müstəqil düşünən başı hər cür faydalı təlimin yeganə möhkəm əsasıdır.

- Tərbiyənin ən vacib hissəsi insan xarakterinin yaranmasıdır.
Download 11.63 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling