Plan giriş Maliyyə xarakterli məlumatların tənzimlənməsndə qanunvericilik aktlarının rolu. Bəyənnamənin forması və təqdim edilmə qaydaları. Maliyyə xarakterli məlumatları qəbul edən orqanların məsuliyyəti


Maliyyə xarakterli məlumatların üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi səbəbləri


Download 32.6 Kb.
bet4/4
Sana17.06.2023
Hajmi32.6 Kb.
#1542794
TuriQaydalar
1   2   3   4
Bog'liq
Dövlət qulluğu etikası

5. Maliyyə xarakterli məlumatların üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi səbəbləri.
Az miqdarda vergilərin və məcburi dövlət sosial sığorta haqlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.
Qeyd: bu maddədə «az miqdar» dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.
Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilmə qaydalarının pozulması. Vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı tərtib edilməsi qanunla müəyyən edilmiş başqa sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir. Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulması Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxsləri tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.


NƏTİCƏ
Beləliklə, Maliyyə xarakterli məlumatların təqdim edilməsi, vəzifəli şəxslərin maliyyə vəziyyətləri, gəlir və xərcləri, əmlak və borcları haqqında şəffaf və etibarlı məlumat vermələri prosesidir. Bu proses, korrupsiyaya qarşı mübarizənin vacib tərkib hissəsidir və vəzifəli şəxslərin hüquqi və etik öhdəliklərindəndir. Maliyyə xarakterli məlumatların doğru və etibarlı bir şəkildə təqdim edilməsi, iş dünyasında və təşkilatlarda əhəmiyyətli bir rol oynayır. Bu məlumatlar, mühasibatdan maliyyə analizlərinə, investisiyalardan kredit proseslərinə, vergilərə qədər bir çox sahədə istifadə olunur. Maliyyə xarakterli məlumatlar, iş qərarlarının verilməsində əsas rol oynayır və təşkilatların strateji planlama və idarəetmə prinsiplərinə yön verir.


ƏDƏBİYYAT

  1. Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, 21 iyul 2000

  2. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azər-baycan Respublikasının Qanunu, 21 iyul 2000-ci il, № 926-IQ

  3. Süleymanova, E. Dövlət quruculuğu və idarəetmənin təkmilləşdirilməsində insanhüquqları amili, “Dövlət idarəçiliyi”, 2014, № 3(47), ss.97-116.10.

  4. Rzayev Ə.H. (2005), “Dövlət qulluğu:nəzəriyyə və praktika”, Bakı, s.263.

Download 32.6 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling