Qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir
Geri qaytarılması nəzərdə tutulan rayonlar
Download 234.18 Kb.
|
D vl t Qullu una q bul zr M sahib suallar
- Bu sahifa navigatsiya:
- Sual:15. 2012-ci ildə Azərbaycanda yadda qalan hadisələr
- Sual:17. Elektron imza, elektron hökümət nədir
- Sual:18. Azərbaycan dünyəvi dövlətdir dedikdə nə başa düşürsünüz
- Sual:22. BMT-nin qətnamələri.
- Sual:25. 2013-cü il, 2012-ci illər nə illəri elan olunmuşdur
- Sual: 29.31 mart soyqrımı.
- Sual:31. Dövlət rəmzləri və onların mənaları
- Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır.
Geri qaytarılması nəzərdə tutulan rayonlar. Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon qeri qaytarılmalıdır. Qeri qaytarılması nəzərdə tutulan rayonlar, aşağıdakı şəkildə sıralanmışdır:
Ağdam Füzuli Cəbrayıl Zəngilan Qubadlı Laçın rayonunun 13 kəndi. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir. Bu zaman Dağlıq Qarabağa, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilir. Sual:15. 2012-ci ildə Azərbaycanda yadda qalan hadisələr. Cavab: 2012-ci il Azərbaycan Respublikasında “İdman ili” elan edilib 1. İstanbul və Bakı şəhərlərində Xocalı faciəsinin 20 illiyi ilə bağlı tədbirlərin keçirilməsi 2. Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı sərəncam 3. Bakıda ilk dəfə olaraq “Eurovision” musiqi yarışmasının keçirilməsi 4. TANAP müqaviləsinin imzalanması 5. Azərbaycan idmançılarının London olimpiadasında 10 medal qazanmaları 6. Ramil Səfərovun azad edilməsi 7. Bakıda II Beynəlxalq Humanitar Forumun keçirilməsi 8. Xalq Artisti Yaşar Nurinin vəfatı 9. Azərbaycana 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarını keçirmək hüququnun verilməsi. Sual:17. Elektron imza, elektron hökümət nədir? Cavab: Elektron imza Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Elektron imza anlayışı ümumi xarakter daşıyır. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur. Elektron hökumət — hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir. Azərbaycanda "elektron hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökümətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır. Sual:18. Azərbaycan dünyəvi dövlətdir dedikdə nə başa düşürsünüz? Cavab: Din dövlətdən ayrıdır. Dinin dövlətə və onun idarə edilməsinə təsiri və ya rolu yoxdur. Sual:19. 1920-ci ilə qədər Azərbaycanın görkəmli qadınları. Cavab: Azərbaycan qadının fəal rolu müxtəlif əsərlərdə öz əksini tapıb: "Avesta"da ilahə Anahit (e.ə. III minillik), "Dədə Qorqud"da Burla Xatun, Selcan xatun, Banu Çiçək (e.ə.VI-VIII əsr), "İskəndərnamə"də Nüşabə; Koroğlunun həyat yoldaşı Nigar xanım; Məshəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan kimi şairlər, xalq qəhramanı.Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım; ilk azərbaycan yazıçısı Şəfiqə Əfəndizadə, general A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya və başqaları. Sual:22. BMT-nin qətnamələri. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının daim diqqət mərkəzində olmuşdur. Münaqişəyə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 1993-cü il 30 aprel tarixli 822 nömrəli, 1993-cü il 29 iyul tarixli 853 nömrəli, 1993-cü il 14 oktyabr tarixli 874 nömrəli, 1993-cü il 11 noyabr tarixli 884 nömrəli qətnamələrdə, Təhlükəsizlik Şurası Sədrinin 7 bəyanatında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubluğu təsdiq edilmiş, ərazilərin ələ keçirilməsi üçün güc tətbiqinin yolverilməzliyi qeyd edilmiş, Azərbaycanın işğal edilmiş bütün rayonlarından işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərdsiz çıxarılması tələbi qoyulmuş, qaçqınların və məcburi köçkünlərin doğma yürd-yuvalarına qayıtması üçün şərait yaradılmasının zəruriliyi göstərilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85 -ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir. Sual:25. 2013-cü il, 2012-ci illər nə illəri elan olunmuşdur? Cavab: 2011 Turuzim ili, 2012-ci il İdman, 2013-cü il İKT, 2014 sənaye ili, 2015 K\T ili Sual:26. AXC-də ilk parlament və onun sədri Cavab: 1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Sual: 29.31 mart soyqrımı. Cavab: 1918-ci il 30 mart ve 3 aprel tarixleri arasinda Baki soveti ve daşnaq ermeni silahli desteleri azerbaycanlilara qarşi qirgin toretmişler. bolşevik-daşnaq birleşmeleri "Kaspi" metbeesini, " Aciq soz" qezetinin redaksiyasini, " Ismailiyye" binasini yandirmiş, "Tezepir" mescidinin minarelerini top ateşi ile zedelemişler. mart soyqirimi neticesinde tekce Bakida 12 minden cox azerbaycanli oldurulmuşdu. soyqirim tek Bakida deyil, Samaxi, Quba, Kurdemir, Salyan ve Lenkeranda da davam etdirilmişdi. umumilikde soyqirim zamani 50 mine yaxin azerbaycanli olduruldu. Soyqirim Azerbaycanin musteqilliyi ideyalarina zerbe vurmaq meqsedile teşkil olunmuşdur. lakin soyqirim akti Azerbaycan xalqi arasinda milli birlik ve musteqil dovletcilik ideyasini guclendirdi. Umumilli lider Heyder Eliyevin 26 mart 1998-ci il tarixli serencami ile 31 mart Azerbaycanlilarin soyqirim gunu elan olunmuşdur. Sual:31. Dövlət rəmzləri və onların mənaları Cavab: Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bayraq suverenliyin rəmzidir.1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.Bayraq hər biri digərinə bərabər endə və üfüqi vəziyyətdə əks olunmuş üç rəngli zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Mavi rəng türk (Azərbaycan) xalqına, qırmızı rəng azadlıq, demokratiya və insan hüquqları, yaşıl rəng isə İslam sivilizasiyasına məxsusluğun rəmzi mənalarını daşıyır. Qırmızı rəngli zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkiz guşəli ulduz təsvir olunmuşdur. Səkkiz guşəli ulduz türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Bayrağın eni və uzunluğu 1:2 nisbətindədir. Download 234.18 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling