QƏRİb məMMƏdov, mahmud xəLİlov


Download 4.26 Mb.
Pdf просмотр
bet1/64
Sana28.04.2017
Hajmi4.26 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   64

 

QƏRİB  MƏMMƏDOV,   MAHMUD XƏLİLOV 

 

 

 

 

 

 

 

EKOLOGİYA, 

ƏTRAF MÜHİT VƏ 

İNSAN 

 

Ali məktəblər üçün dərslik 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurası  

«Biologiya bölməsinin» 29.06.2006-cı il tarixli 14 saylı iclas protokolu ilə  

ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – «ELM» – 2006 

 

 

2

Elmi redaktor: akademik B.Ə.Budaqov 



 

Rəyçilər: Şəhvələd Xəlilov – AMEA-nın müxbir üzvü, c.e.d. 

Məcnun Babayev – b.e.d., professor, Rusiya Ekologiya Akademiyasının üzvü, Beynəlxalq 

Noosfer Akademiyasının həqiqi üzvü 

 

Məmmədov Q.Ş., Xəlilov M.Y. 

«Ekologiya, ətraf mühit və insan» 

 

Bakı, «Elm» nəşriyyatı – 2006, 608 s. 



ISBN  5 – 8066 – 1765 - 3 

 

Kitabda dünyada, o cümlədən Azərbaycanda ekologiya elminin inkişaf tarixi, müxtəlif 



səviyyələrdə (populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının  əsas 

qanunauyğunluqları, insan ekologiyası; insan tərəfindən təbii ekosistemlərin fəaliyyət prinsiplərinin 

pozulması və onun ekoloji nəticələri; ətraf mühitin (atmosfer, hidrosfer, litosfer, o cümlədən torpaq) 

əsas çirkləndiricilərinin  ətraflı xarakteristikası  və onların insanın sağlamlığına təsiri; energetika və 

ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii-sosial-iqtisadi nəticələri, istilik (parnik) effekti, ozon 

təbəqəsini dağıdan səbəblər, turş yağışlar, litosferə, o cümlədən torpağa antropogen təsir, nitrat və 

nitritlərin insan sağlamlığına təsiri, səhralaşma, bitki örtüyünə antropogen təsirin nəticələri, təbii 

otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyasının səbəbləri, dərman bitkilərindən 

istifadə, təbiətin müxtəlif istiqamətli dəyişdirilməsi və insan sağlamlığı; səs və elektromaqnit 

çirklənməsinin insan sağlamlığına təsiri; kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen 

ekoloji qəzaların  ətraf mühitdə  nəticələri, təbii fəlakətlərin nəticələri,  ətraf mühitin zərərli sosial 

faktorlarının insanın sağlamlığına təsiri. 

«Ekologiya,  ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, 

meşəçilər, kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi 

məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

 

Ecology, Environment and Man 



 

Garib Shamil oglu Mammadov 

Mahmud Yusuf oglu Khalilov 

 

The development history of the science of ecology, basic principals of general ecology, studies on 



biosphere, man ecology, anthropogenic influence on biosphere and questions of its influence on human 

health are widely elucidated in the book. 

The book is intended for wide reader mass. 

 

 



2006

)

07



(

655


1901000000

 



                          

© «Elm» nəşriyyatı, 2006 

 

3

MÜNDƏRİCAT 



 

GİRİŞ 

 

I FƏSİL. EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ 



Azərbaycanda ekologiya elminin tarixi 

 

I HİSSƏ. ÜMUMİ EKOLOGİYA 

 

II FƏSİL. HƏYAT (YAŞAYIŞ) MÜHİTİ VƏ  

EKOLOJİ FAKTORLAR 

 

2.1. Limitləşdirici faktorlar, optimum qanunu 



2.2. Orqanizmin həyatında fiziki və kimyəvi faktorların əhəmiyyəti 

2.2.1. Temperaturun orqanizmə təsiri 

2.2.2. İşıq və onun orqanizmlərin həyatında rolu 

2.3. Orqanizmlərin həyatında suyun rolu 

2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi 

2.3.2. Dünya okeanının ekoloji zonaları 

2.3.3. Su mühitinin əsas xassələri 

2.4. Temperatur və rütubətliyin birgə təsiri 

2.5. Atmosfer qazları – ekoloji faktor kimi 

2.6. Edafik faktorlar, onların bitki və torpağın flora-faunasının həyatında rolu 

- Torpağın canlı sakinləri (orqanizmləri) 

2.7. Yanğınlar ekoloji faktor kimi 



 

III FƏSİL. POPULYASİYALAR 

3.1. Növün populyasiya strukturu 

3.2. Populyasiyanın ayrılma dərəcəsi 

3.3. Populyasiyanın təsnifatı 

3.4. Populyasiyanın bioloji strukturu 

3.5. Bitkilərdə populyasiyanın yaş strukturu 

3.6. Heyvanlarda populyasiyanın yaş strukturu 

3.7. Populyasiyanın məkan (ərazi) strukturu 

3.8. Heyvan populyasiyasının etoloji strukturu 

3.9. Populyasiyanın dinamikası 

3.9.1. Say dinamikasının tipləri 

3.9.2. Say dinamikası faktorları 

3.9.3. Senopopulyasiyanın dinamikası 

3.9.4. Populyasiyanın homeostazı 



 

IV FƏSİL. BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR) 

 

4

4.1. Biosenozun strukturu 



4.1.1. Biosenozun növ strukturu 

4.1.2. Biosenozun ərazi (məkan) strukturu 

4.2. Biosenozda orqanizmlərin əlaqələri 

4.3. Yırtıcı-şikar, parazit-sahib əlaqələri 

4.4. Kommensalizm 

4.5. Mutalizm (simbioz) 

4.6. Neytralizm 

4.7. Amensalizm 

4.8. Rəqabət 

4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji mövqe,ekoloji yuva, ekoloji 

nişa) 

 

V FƏSİL. EKOLOJİ SİSTEMLƏR 

5.1. Ekosistemin enerjisi 

5.2. Bioloji toplantı prinsipləri 

5.3. Ekosistemin bioloji məhsuldarlığı 

5.4. Ekoloji piramidalar 

5.5. Ekosistemin dinamikası 

5.1.1. Tsikllik dəyişmə, sutkalıq tsikllər 

5.2.2. Mövsümi tsikllər 

5.2.3. Çoxillik dəyişkənlik (tsikllik) 

5.2.4. Ekoloji suksessiyalar 

- İlkin (birinci) və ikinci (törəmə) suksessiyalar 

 

VI FƏSİL. BİOSFER 

6.1. Canlı maddə və biosferdə həyatın paylanması 

6.2. Təbiətdə maddələrin dövranı 

6.2.1. Təbiətdə maddələrin böyük (geoloji) dövranı 

6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı  

6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri  

Oksigenin dövranı 

Karbonun dövranı 

Azotun dövranı 

Kükürdün dövranı 

Fosforun dövranı 

 

VII FƏSİL. LANDŞAFT ƏSASINDA BİOSFERİN TƏBİİ 

EKOSİSTEMLƏRİNİN TƏSNİFATI 

7.1. Yerüstü biomlar (ekosistemlər) 

7.1.1. Tundra 

7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr 


 

5

7.1.3. Mülayim zonanın qışda yarpağı tökülən meşələri (enliyarpaqlı 



meşələri) 

7.1.4. Həmişəyaşıl enliyarpaqlı subtropik meşələr 

7.1.5. Mülayim zonanın bozqır ekosistemləri 

7.1.6. Səhra ekosistemləri 

7.1.7. Çapparal ekosistemləri  

7.1.8. Tropik bozqırlar və savannalar 

7.1.9. Yarım həmişəyaşıl mövsümi (yarpağı tökülən) tropik meşə 

ekosistemləri 

7.1.10. Cırtdan şam və ardıc ekosistemləri 

7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri 



7.2. Şirinsulu ekosistemlər 

7.2.1. Lentik ekosistemlər (göllər, prudlar) 

7.2.2. Lotik ekosistemlər (çaylar, bataqlıqlar) 

7.3. Dəniz ekosistemləri 

 

VIII FƏSİL. İNSAN EKOLOGİYASI 

8.1. İnsanın biososial təbiəti və ekologiya 

8.2. İnsan bioloji növ kimi 

8.3. İnsan populyasiyası  

8.4. Yerin təbii resursları-insanın həyat faktoru kimi  



 

IX FƏSİL. ANTROPOGEN EKOSİSTEMLƏR 

9.1. İnsan və ekosistemlər  

9.2. Kənd təsərrüfatı ekosistemləri 

9.3. Təbii və aqrosistemlərin müqayisəli xüsusiyyətləri  

9.4. Sənaye şəhər ekosistemləri (landşaftları)  

 

X FƏSİL. EKOLOGİYA VƏ İNSAN SAĞLAMLIĞI 

10.1. Təbii ekoloji faktorların insanın sağlamlığına təsiri 

10.2. İnsanın tələbatları 

10.3. Risk faktoru 

10.4. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların 

təzahürü 

10.5. Genetik faktorlar və onların insan sağlamlığına təsiri 203 

10.6. Ətraf mühitin vəziyyəti və onun insanın sağlamlığına təsiri  

10.7. Tibbi təminat və onun insanın sağlamlığına təsiri 

10.8. Həyat şəraiti və tərzi, onların insan sağlamlığına təsiri  

 

II HİSSƏ 

ƏTRAF MÜHİT VƏ İNSAN 

 


 

6

XI FƏSİL. ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ VƏ  



ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ 

 

11.1. Atmosfer havasında ən çox yayılan çirkləndirici maddələr və onun 



əhalinin sağlamlığına təsiri 

Asılı hissəciklər 

- Azot 2 – oksid 

- Kükürd 2- oksid 

- Karbon 1 – oksid  

- Ozon  

- Flüor və flüortərkibli birləşmələr  

- Kükürd tərkibli birləşmələr  

- Digər maddələr (stirol, hidrogen-xlorid, amonyak, fenol, formaldehid, ftalat-

lar. radon) 

 

XII FƏSİL. KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ  

ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ 

12.1. Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri 

12.1.1. Qurğuşun (Pb) 

12.1.2. Civə (Hg) 

12.1.3. Kadmium (Cd) 

12.1.4. Arsen (As) 

12.1.5. Nikel (Ni) 

12.2. Davamlı üzvi çirkləndiricilər və onların insanın sağlamlığına təsiri 

12.2.1. Dioksinlər  

12.2.2. Polixlorlu bifenillər  

12.2.3. Pestisidlərin ətraf mühitə və sağlamlığı təsiri  

12.2.4. Digər xlor-üzvi pestisidlər 

12.2.5. Politsiklik aromatik karbohidrogenlər  

12.3. Uçucu üzvi birləşmələr   



 

XIII FƏSİL. ATMOSFERDƏ RADİOAKTİVLİK VƏ  

ƏHALİNİN SAĞLAMLIĞI 

13.1. Yerin təbii radiasiya fonu 

13.2. Antropogen radiasiya fonu 

13.3. Atmosferin texnogen radioaktivliyi və əhalinin sağlamlığı 

 

XIV FƏSİL. ATMOSFERİN NƏQLİYYAT VƏ  

SƏNAYE TULLANTILARI İLƏ ÇİRKLƏNMƏSİ 

14.1. Fotokimyəvi duman 

14.2. Turş yağışların ətraf mühitə təsiri 

14.3. Ozon təbəqəsinin dağılması 



 

7

 



XV FƏSİL. ENERGETİKA VƏ EKOLOGİYA 

15.1. Enerji resursları və ondan istifadə 

15.2. Energetikanın ekoloji problemləri 

15.2.1. Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri 

a) İstilik elektrik stansiyaları 

b) Atom elektrik stansiyaları 

15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası 

a) Su elektrik stansiyaları 

Azərbaycanın su anbarları 

b) Külək energetikası 

ç) Günəş enerjisindən istifadə (Helioenergetika) 

c) Geotermal energetika  

d) Dəniz energetikası  

e) Hidrogen energetikasına keçid  

j) Azərbaycanda energetika 

 

XVI FƏSİL. İQLİMİN QLOBAL DƏYİŞMƏSİ VƏ  



ONUNLA ƏLAQƏDAR YARANAN PROBLEMLƏR 

16.1. İqlim və iqlim əmələ gətirən faktorlar 

16.2. İqlimin insanın təsərrüfat fəaliyyətində əhəmiyyəti 

16.3. İqlimin dəyişməsi 

16.3.1. Geoloji dövrlərdə iqlimin dəyişməsi 

16.4. İnsanın təsərrüfat fəaliyyətinin iqlimin dəyişməsinə təsiri  

16.5. Parnik (istilik) effekti. Temperaturun yüksəlməsi 

16.6. İqlimin qlobal dəyişməsinin təbii və sosial-iqtisadi nəticələri 

16.6.1. Buzların (buzlaqların) əriməsi  

16.6.2. Dünya okeanı vilayətində dəyişikliklər 

16.6.3. Dağıdıcı tufanlar və qasırğalar  

16.6.4. İqlimin istiləşməsinin kənd təsərrüfatına və bitki örtüyünə təsiri 

16.6.5. Ehtimal olunan iqlim dəyişməsinin ssenarisi 

16.6.6. Qlobal istiləşmənin aqroiqlim resurslarına və kənd təsərrüfatı 

istehsalının məhsuldarlığına təsiri 

16.6.7. İqlimin istiləşməsinin əhalinin sağlamlığına təsiri 

16.6.8. Atmosfer havasının yüksək temperaturunun əhalinin sağlamlığına 

təsiri 


16.7. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri 

16.8. Azərbaycanda iqlim dəyişkənliyi 

 

XVII FƏSİL. HİDROSFERİN ÇİRKLƏNMƏSİ VƏ  

İNSAN SAĞLAMLIĞI 

17.1. Materik sularından istifadə 



 

8

17.2. Quru sularının çirklənməsi və insan sağlamlığı 



17.3. Azərbaycan Respublikası çaylarının ekoloji problemləri  

17.3.1. Kür və Araz çaylarının ekoloji vəziyyəti 

17.4. Dünya okeanı və dənizlərin çirklənməsi 

17.4.1. Okean və dənizlərin ağır metallarla çirklənməsi 

17.4.2. Dəniz və okeanların qorunması 

17.5. Xəzər dənizinin ekoloji vəziyyəti 

17.5.1. Xəzərin neft və neft məhsulları ilə çirklənməsi 

 

XVIII FƏSİL. LİTOSFERƏ ANTROPOGEN TƏSİR 

18.1. Yerin təkinə təsir 

18.2. Faydalı qazıntıların çıxarılması və istifadəsinin ətraf mühitə təsiri 

18.3. Dağ süxurlarına və massivlərinə təsir 

18.4. Torpaq örtüyünə antropogen təsir 

18.4.1.Torpaq eroziyası 

18.4.2. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri 

18.5. Torpaq və insan sağlamlığı 

18.6. Nitrat və nitritlərin insan sağlamlığına təsiri 

18.7. Səhralaşma 

18.7.1. Azərbaycanda səhralaşma problemi 

18.8. Həyatın təkamülündə və Yer üzərində bioloji müxtəlifliyin 

qorunmasında torpağın əhəmiyyəti 

 

XIX FƏSİL. BİTKİ ÖRTÜYÜNÜN ƏTRAF MÜHİTDƏ VƏ  

İNSAN HƏYATINDA ROLU 

19.1. Meşə örtüyünün ətraf mühitə təsiri 

19.2. Təbii otlaqların vəziyyəti  

19.2.1. Azərbaycanda otlaqlardan istifadənin problemləri  

19.3. Bioloji müxtəliflik (BM) 

19.3.1. BM-in ekoloji və iqtisadi əhəmiyyəti  

19.3.2. İnsanın BM-ə təsiri  

19.4. Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi 

 

19.5. Dərman bitkilərindən istifadə 



19.6. Müxtəlif xəstəliklər zamanı tərəvəz şirələrindən istifadə 

 

 



XX FƏSİL. TƏBİƏTİN MÜXTƏLİF İSTİQAMƏTLİ  

DƏYİŞDİRİLMƏSİ VƏ İNSAN SAĞLAMLIĞI 

20.1. Əkinçilik və insan sağlamlığı 

20.2. Meşədən istifadə və insan sağlamlığı 

20.3. Süni su anbarları və insan sağlamlığı 

20.4. Quraqlıq ərazilərin suvarılması və insan sağlamlığı 

20.5. İzafi rütubətlik və bataqlaşmış ərazilərin qurudulması və insan 



 

9

sağlamlığı 



20.6. Heyvandarlığın intensivləşdirilməsi və insan sağlamlığı 

 

20.7. Tikinti işləri və insan sağlamlığı 



 

XXI FƏSİL. BİOSFERƏ XÜSUSİ TƏSİR NÖVLƏRİ 

21. Ətraf mühitin akustik (səs) çirklənməsi və sağlamlığa təsiri  

21.1. Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri 

21.2. Mühitin elektromaqnit çirklənməsi və onun insanın sağlamlığına təsiri 

 

XXII FƏSİL. BİOSFERƏ EKSTREMAL TƏSİR 

 

22.1. Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və ekoloji nəticələri 



22.2. Müharibələrin ətraf mühitə təsiri 

22.3. Nüvə silahlarının ətraf mühitə təsirinin nəticələri 

22.4. Texnogen ekoloji qəzaların təsiri 

 

XXIII FƏSİL. TƏBİİ FƏLAKƏTLƏR 

 

23.1. Fırtınalar 



23.2. Azərbaycanda güclü küləklər 

23.3. Zəlzələ 

23.4. Sunami 

23.5. Daşqınlar 

23.6. Tropik tsiklonlar 

23.7. Tayfunlar 

23.8. Leysan yağışları, dolu 

23.9. Sel hadisələri 

23.10. Sürüşmələr 

23.11. Qar uçqunu 

23.12. Quraqlıq və quru küləklər 

23.13. Vulkanlar 

23.13.1. Palçıq vulkanları 

23.14. Kosmik fəlakətlər 



 

XXIV FƏSİL. ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI 

 

24.1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər 



24.2. Narkomaniya və toksikomaniya 

24.3. Alkoqolizm 



Ədəbiyyat 

 

10

GİRİŞ 



 

İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır.  İnsanın həyatında və  fəaliyyətində  təbiətin rolunu 

qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin 

rifah və inkişaf səviyyəsini təyin edir. 

Hələ XX əsrin başlanğıcında yer kürəsinin  əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii 

sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət 

hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra 

onu fəlakət gözləyir. 

XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya 

proseslərinin  əlamətlərini yaratdı. Milyon illər  ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə  məruz 

qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü. 

XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr 

ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların 

tükənməməsi və texnogen fəaliyyət nəticəsində  dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində 

əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır. 

Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və 

avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və  s.  Bu  və digər sahələr təbiət üçün zərərli olmaqla 

yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən 

istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, material-

lardan istifadə isə 9 dəfə çoxaldı. 

İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı  əlaqəsi bu gün dünya əhalisinin  əksəriyyətinin həyat  şəraitinin 

dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür olunur. 

 

Meşələrin məhv edilməsi, bozqırların (çöllərin)  şumlanması, meliorasiya, süni göllərin və  dənizlərin 



yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir. 

Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi 

ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km

2

 genişlənir. Hazırda pozulmayan (təbii) 



ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır. 

 



Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması  nəticəsində yerin istilik balansı 

dəyişir, qlobal istiləşmə baş verir. 

 

Ozon təbəqəsinin ildə 1-2 % nazilməsi, ozon «bacalarının» (deşiklərinin)  əmələ  gəlməsi müşahidə 



edilir. 

 



Torpağın deqradasiyası (şorlaşma, şorakətləşmə, eroziya, münbitliyin aşağı düşməsi) baş verir. 

 

11

 



Şəkil 1. Ekologiya elmlərinin strukturu 

 

 



Torpaqda, suda, havada zərərli maddələr toplanır. 

 



Okeanın səviyyəsi qalxır (ildə 2 mm-dən 1 sm-ə qədər) 

 



Bitki və heyvanların bilavasitə məhv edilməsi və antropogen mühitin onlara mənfi təsiri, həmçinin yeni 

heyvan cinslərinin və bitki çeşidlərinin yaradılması və onların yeni sahələrə köçürülməsi, nəticəsində növ, popu-

lyasiya və ekosistemlər səviyyələrində növ müxtəlifliklərinin aşağı düşməsi (kasatlaşması) hesabına bitki örtüyü 

və heyvanat aləminin tərkibi dəyişir. 

 

Zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahəsi) təsiri yaranır və intensivliyi yüksəlir. 



 

Texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 % artır. 



 

Həyatın (yaşayışın) keyfiyyəti (genetik və yeni xəstəliklər, immun statusu) müəyyən dərəcədə pisləşir. 



Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə  sıxı bağlı mexanizmlərini,  ətraf mühitin (təbiətin) insanın 

təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən 

təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamağı 

proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən artır. 

 «Ekologiya» termini canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı  əlaqəni öyrənən 

biologiyanın bir bölməsi kimi ilk dəfə 1866-cı ildə alman təbəitşünası Ernest Hekkel tərəfindən irəli sürülmüşdür. 

Qeyd etmək lazımdır ki, tipik elmi fənn kimi ekologiya XX əsrin  əvvəlində formalaşmışdır, geniş elmi 

istimaqət kimi isə bu elm sahəsi yalnız 1960-cı illərin ortalarında qiymətləndirildi. Bu dövrdə ilk dəfə insanın Yer 

üzərindəki fəaliyyətinin nəticələri nəzəri cəlb etdi və bu nəticələrin çox hallarda müsbət olmadığı aşkar olundu, 

«ekologiya» sözü dedikdə  ətraf mühitin vəziyyətini səciyyələndirən geniş  məlumatlar və onun insanın 

sağlamlığına təsiri başa düşüldü. Tədris və elm sahələrində insan fəaliyyətinin ekolojiləşdirməkdə müəyyən ekoloji 

elmlər sisitemi yarandı. 

Hazırkı dövrdə geniş eksperimental və nəzəri materiallar əsasında ekologiya elminə təbii mühit və onun in-

sanla - insan cəmiyyəti ilə qarşılıqlı  təsiri haqqında təbiət və sosial elmlərin məlumatlarını birləşdirən-sintez 

edən kompleks elmi istiqamət kimi baxmalıdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana 

gələrək sürətlə inkişaf etməyə başladı. (şəkil 1,2.)  

 


 

12

 





Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   64


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling