Qrafiki verilənləri daxil etmə qurğuları
Download 16.19 Kb.
|
Документ Microsoft Word
- Bu sahifa navigatsiya:
- 1. Planşetli skanerlər.
- 2. Əl skanerləri
- 3. Barabanlı skaner
- 4. Forma skanerləri.
- 5. Ştrix-kod skanerlər.
Qrafiki verilənləri daxil etmə qurğuları. Qrafiki informasiyaları daxil etmək üçün skanerlər, qrafiki planşetlər (dicitayzerlər) və rəqəmli fotokameralar adlanan qurğulardan istifadə edirlər. Skanerlər bir neçə modifikasiyada istehsalolunur: 1. Planşetli skanerlər. Planşetli skanerlər şəffaf (aydın) və qeyri-şəffaf (tutqun) vərəqdən qrafiki informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur. Bu qurğuların fəaliyyət prinsipi ondan ibarətdir ki, materialın səthindən əks olunmuş (və ya aydın materialın içərisindən keçən) işıq şüası xüsusi elementlərlə qeyd olunurlar. Qeyd edək ki, planşetli skanerlərin köməyilə kağız üzərindəki mətnləri də daxil etmək olur. Bu halda mətnin qrafiki obrazı kompüterə daxil olunur və bundan sonra xüsusi OCR (optik simvolların oxunması) proqramı vasitəsilə qrafiki obraz elektron mətnə çevrilir. Planşetli skanerlərin əsas parametrləri bunlardır: • skanerə etmə imkanı (skanerə etmə zamanı bir düymdəki nöqtələrin miqdarı); • məhsuldarlıq; • dinamik diapazon (dinamik diapazon təsvirin daha işıqlı sahələrin parlaqlığının daha tutqun sahələrin parlaqlığına nisbətinin loqarifmi ilə təyin olunur); • skanerə olunan materialın maksimal ölçüsü. Ofis işlərində istifadə edilən planşetli skanerlərin skanerəetmə imkanı tipik göstəricisi: 600-1200 dpi (dpi-dots per inch-bir düymdə olan nöqtələrin miqdarı) aralığıdır. 2. Əl skanerləri Əl skanerlərinin iş prinsipi əsasən planşetli skanerin iş prinsipinə uyğun gəlir. Fərq onunla bağlıdır ki, skanerləşmənin müntəzəmliyi və dəqiqliyi qeyri-qənaətbəxş təmin olunur. Əl skanerinin, skanerəetmə imkanı 150-300 dpi-dən ibarətdir. 3. Barabanlı skaner. Bu tip skanerlərdə skanerləşmə üçün nəzərdə tutulan əsas material yüksək sürətlə fırlanan barabanın silindrik səthinə bərkidilir. Bu tip qurğu fotoelektron artırıcıları sayəsində ən yüksək skanerəetmə imkanı (2400- 5000 dpi aralığında) təmin edirlər. Onları yüksək keyfiyyətə malik olan ilkin təsvirlər üçün istifadə edirlər, lakin onlar az xətti ölçüyə (fotoneqativlər, slaydlar və b.) malik olan təsvirlər üçün yaramır. 4. Forma skanerləri. Belə skanerlər, verilənləri me- xaniki və ya əl ilə doldurulmuş standart formalardan daxil etmək üçün nəzərdə tutulmuşlar. Belə zərurət əhalinin siyahıya alınmasında, səsvermənin nəticələrinin hesablanmasında və anket verilənlərinin analizində meydana gəlir. 41
tələb olunmur. 5. Ştrix-kod skanerlər. Əl skanerlərinin bu növü, ştrix- kod şəklində kodlaşmış verilənlərin daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Belə qurğular pərakəndə ticarət şəbəkələrində geniş tətbiq olunurlar. Qrafiki planşetlər (dicitayzerlər). Bu qurğular qrafiki informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur. Qrafiki planşetlərin fəaliyyətinin bir neçə müxtəlif prinsipləri vardır, lakin onların hamısının əsasında planşetə nəzərən xüsusi qələmin yerdəyişməsinin qeydiyyatı durur. Belə qurğular rəssamlar və illüstratorlar üçün əlverişlidir. Çünki, bu onlara ənənəvi alətlər (karandaş, pero, fırça) vasitəsilə qazanılmış adi (adət halını almış) qaydalarla ekran təsvirlərini yaratmağa imkan verir. Download 16.19 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling