Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır
Gənclərin çağırışaqədərki hazırlığı
Download 2.81 Kb. Pdf ko'rish
|
Genclerin chagirishaqederki hazirligi I hisse
- Bu sahifa navigatsiya:
- Gənclərin çağırışaqədərki hazırlığı
- Gənclərin çağırışaqədərki ha- zırlığı
Gənclərin çağırışaqədərki hazırlığı
» fənninin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. 30 il atəşkəsin olmasına baxmayaraq torpaqlarımızın azad edilməsi üçün hazırlıq təlimləri bütün dövlət və müstəqil təşkilatlarla yanaşı, təhsil müəssisələrinin (ümumtəhsil tam orta məktəblər, orta-ixtisas təhsili müəssisələr, texniki peşə liseylər, gimnaziya və texniki-peşə məktəblər) də qarşısında duran əsas, vacib vəzifələrdən biri kimi qarşıya qoyul- muşdur. Böyüməkdə olan gənc nəsilə hərtərəfli biliklərin verilməsilə yanaşı, təhsil alan yeniyetmə və gənclərin fiziki tərbiyəsinə, ilkin hərbi bilik və bacarıqlarına nail olmaq, intel- lektual səviyyəsinə, düşünmə və tez qərar vermə bacarığına xüsusi diqqətin yetirilməsi vacib məsələlərdən biri olmuşdur. Nəticədə 44 günlük Böyük Vətən müharibəsində Silahlı Qüvvələrimizin tərkibində xidmət edən gənc əsgər, çavuş, gizir və zabitlərimizin böyük ruh yüksəkliyi nəticəsində 30 illik həs- rətə son qoymuşdur (27 sentyabr-10 noyabr 2020-ci il). Hərbi biliklərə sahib olan gənclər vətənpərvərlik, mərdlik, şücaətlik, qəhrəmanlıq, fədakarlıq göstərərək Ana Vətənimiz sayılan Qarabağı, onun beşiyi sayılan Şuşa şəhərini, Ağdam, Kəlbəcər, Laçın, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayon- 7 larını, bir neçə qəsəbə və kəndlərini erməni tapdağından azad etmiş və Azərbaycan Respublikasının dövlət sərhədini tam bər- pa etmişlər. « Gənclərin çağırışaqədərki hazırlığı » fənni gənclərin Si- lahlı Qüvvələrdə xidmətə çağırışqabağı hazırlığının tərkib hissəsidir.Azərbaycan Respublikasının müdafiəsi üçün ordu- ya çağırılan hər bir gənc « Gənclərin çağırışaqədərki ha- zırlığı » fənninin I hissəsində Azərbaycan Respublikasının Konstitutsiyasının tələblərini, Silahlı Qüvvələrinin vəzifələrini və əhəmiyyətini, Hərbi Andı, hərbi qulluğun hər bir vətən- daşın müqəddəs borcu olduğunu dərk etməli, Silahlı Qüvvə- lərin nizamnamələrindən irəli gələn vəzifələri, əsgərlərin hərbi hissələrdə yerləşmə və həyat tərzi ilə tanış olur, atıcı silahlar və texnikalar haqqında gənc əsgər səviyyəsində bilik və bacarığa yiyələnirlər. Müasir qırğın silahlarından mühafizə olunma qaydalarını, baş verə biləcək təbii fəlakətlərin nəticələrinin aradan qaldı- rılması və xüsusi qabaqlayıcı tədbirləri, sağlam həyat tərzinin mahiyyətini, düzgün qidalanma rasionalı ilə tanış olur, gündəlik fiziki işlə məşğul olmağı, zərərli vərdişlərdən yan keçməyi öyrənməklə yanaşı, ilk tibbi yardımın növlərini, müxtəlif növ yaralanma və ya bədbəxt hadisələr zamanı ailəsinə və yaxında- kılara yardım göstərməyi və s. mənimsəyirlər. Dərs vəsaiti 2 hissədən ibarətdir. Download 2.81 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling