19
runda can verən
polkovnik-leytenant
Şirin Mirzəyevi
,
insan-
ların xilası naminə həyatından keçən
Xocalı aeroportunun rəisi
Əlif Hacıyevi
, hünərinə görə
dastan qoşulan tabor komandiri
Asif Məhərrəmovu
və yüzlərlə
başqalarını qürurla yad edirlər (şəkil 7)
Şəkil 7. Azərbaycan Respublikasının Milli Qəhramanları
Şirin Mirzəyev (solda); Əlif Hacıyev (ortada) və Asif Məhərrəmov (sağda)
Dövrün bütün çətinliklərinə və məhrumiyyətlərinə baxma-
yaraq, Azərbaycan xalqı ordu quruculuğunu davam etdirir.
Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyev
tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkədə
milli
ordunun NATO standartlarına uyğun ilk möhkəm strukturları,
bünövrəsi qurulmağa başlandı, Hərbi Hava və Hərbi Dəniz
Qüvvələrinin təməli qoyuldu. Orduda vahid komandanlıq bərpa
olundu (şəkil 8).
Ordu quruculuğunda həmişəki kimi qardaş Türkiyənin
böyük yardımları oldu. Azərbaycan Respublikası
NATO-nun
«
Sülh naminə tərəfdaşlıq
» proqramına qoşuldu. Bu gün Azər-
baycan sürətlə inkişaf edir. Onun ən
son model silah-sursat,
hərbi texnika ilə təchiz olunmuş ordusu var. Fərəhləndirici
haldır ki, bu silah–sursatlar başqa ölkələrdə deyil, məhz
20
Vətənimizdə istehsal olunur. Ölkəmiz müdafiə sənayesini daim
inkişaf etdirir. Bu sahədə keçirilən beynəlxalq sərgilərdə iştirak
edir, uğurlar qazanır. Bu uğurlar bizi böyük qələbəyə səsləyir.
Do'stlaringiz bilan baham: