baş leytenant Vaqif Qurbanov
keçmiş sovet ordu-
sunun Sitalçay aerodromundan, «
Su-25
» döyüş təyyarəsini
qaçıraraq Azərbaycan ordusuna gətirmişdir (şəkil 21). Bununla
da Azərbaycan Hərbi hava qüvvələri ilk qırıcı təyyarəni arse-
nalına qəbul etmişdir.
47
Şəkil 21. I Dünya müharibəsinin ilk azərbaycanlı pilotu
Fərrux ağa
Qayıbov
(solda) və 1992-ci illə Sovet ordusundan «
SU-25
» tipli döyüş
təyyarəsini qaçıran ilk azərbaycanlı pilotumuz
baş leytenant Vaqif
Qurbanov
(sağda)
Hərbi hava qüvvələri
-düşmənin aviasiya birləşmələrini məhv
etmək, Quru qoşunlarına və Hərbi dəniz qüvvələrinə aviasi-
yadan kömək etmək, desant qoşunlarını daşımaq, hava kəşfiy-
yatı aparmaqdan ibarətdir.
Hərbi hava qüvvələri
cəbhə aviasiyasından, hərbi nəqliyyat
aviasiyasından və pilotsuz uçan aparatlardan ibarətdir. Cəbhə
aviasiyası aşağıdakı
təyyarələrdən ibarətdir(şəkil 22):
-
Bombardmançı tipli döyüş təyyarələri;
-
Çoxməqsədli tipli döyüş təyyarələri;
- Qırıcı kəşfiyyat tipli döyüş təyyarələri;
- Hücum və hava dəstək təyyarələri;
- Hücum təlim təyyarəsi;
-
Hərbi yük təyyarələri.
48
SU-24 Bombardımançı təyyarə
SU–25 Çoxməqsədli hücum təyyarəsi
49
Do'stlaringiz bilan baham: |